Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rona Mitra
Rhona Mitra (9 avqust 1976, Paddinqton, Böyük London) — ingilis aktrisa, model və müğənni.
Mitral qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Lichanotus mitratus
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Mitradat
Mitridat və ya Mitradat (q.yun. Μιθριδάτης, q.fars Miθradāta adından; mənası – "Mitra tərəfindən bəxş edilmiş") — Kiçik Asiyanın müxtəlif dövlətlərində bir sıra qədim padşahların, sərkərdələrin və siyasətçilərin adı.
Mitraizm
Mitraizm — qnostik inanca yaxın, Roma imperiyasında xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran mənşəli din. Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran məşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görür və izah edirdilər. Mitra arilərin panteonunun tanrılarından biri idi. Yaxın Şərqdə bir çox xalqlar ona ibadət edirdi. Qədim arilər onu "Səhər işığının tanrısı" adlandırırdılar. Onların inanclarına görə, Mitranın qüdrəti dünyada həyatın mövcudluğunu təmin edir. Daha sonra iranlılar inanırdılar ki, Mitranı xeyir tanrısı olan Hörmüzd yaradıb və ona ibadət etmək vacibdir. Bu barədə "Avesta" da Mitr-Yaşt babının əvvəlində verilir.
Mitral qapaq çatışmazlığı
Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq — anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi proseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur. Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyə məruz qalmasından meydana çıxmış olur. Həlqə dilatasiyasına ürəyin sol mədəciyinin genişlənməsi, həlqə kirəcləşməsinə isə arterial hipertoniya, aorta daralması, şəkərli diabet, Marfan sindromu və s. səbəb ola bilir. Vətər tellərinin qırılmasına və ya cırılmasına infeksion endokardit, revmatik hərarət və travma səbəb ola bilər. Səbəblərinə görə mitral çatışmazlıq aşağıdakı kimi ola bilər: revmatik mitral çatışmazlığı — revmatizm nəticəsində qapaq qanadcıqları yeyilərək qısalır, sərtləşərək deformasiyaya uğrayır işemik mitral çatışmazlığı (bura daxildir postinfarkt) — ürək əzələlərinin qan təchizatının pozulması nəticəsində. Məməyəbənzər əzələlər tac damarların terminal şaxələri vasitəsilə qidalandığından xroniki ürəyin işemik xəstəliyi zamanı onda qan təchizatının pozulması nəticəsində baş verən dəyişiklər mitral çatışmazlığa gətirib çıxara bilir. nisbi mitral çatışmazlığı — sol mədəciyin böyüməsi və qapaq həlqəsinin genişlənmisi nəticəsində mitral prolaps sindromu zamanı mitral çatışmazlığı — Marfan sindromunun simptomu ola bilər. infeksion və ya qeyri-infeksion endokardit nəticəsində qapaqlar patoloji dəyişikliyə uğrayır İnkişafda olan ölkələrdə mitral qapaq qanadcıqlarının patoloji dəyişikləri (qapaq qanadcıqlarının yeyilməsi) revmatik mənşəli olur. İnkişaf etmiş ölkələrdə revmatizmə və revmatik mitral qüsuruna nadir rast gəlinir.
Mitralyoz
Mitralyoz (Fransızca: mitrailleuse), Fransızcada çoxlüləli silah mənasındadır. Fransızların düzəltmiş olduğu çoxlüləli mərmi atan toplara verilmiş olan bir addır. Fransızlar, xüsusilə bu silah ilə diqqət çəkdikləri üçün bu ad başqa ölkələrdə də istifadə edilmişdir. Fransızların çoxlüləli silahının fərqi, silahın arxasında fırladıla bilən bir qol ilə atəşin nəzarət altında saxlanılması idi. Hal-hazırda müasir fransızcada tam avtomatik pulemyot mənasında istifadə edilir. Buna oxşar silahlar Osmanlı İmperiyası tərəfindən ən azı 200 il əvvəl istifadə edilmişdir. Lakin onların fərqi fırlatma qolunun olmamasında idi.
Matra
Matra (Avstriya. Mátra) — Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Nitra
Nitra (slovak. Nitra, alm. Neutra‎) — Slovakiyanın qərbində şəhər. Əhalisi 88 minə yaxındır. Nitra, Nitra çayı vadisində, Tribeç dağ massivinin yamacında yerləşir. Nitra bölgəsinin inzibati mərkəzidir. Henrich Benčík (* 1978), futbolçu Ivana Bojdová (* 1985), futbolçu Igor Demo (* 1975), futbolçu Renáta Filová (* 1981), futbolçu Vilmos Fraknói (1843-1924), tarixçi Stanislav Hudec (* 1982), hokkeyçi Monika Katonová (* 1989), futbolçu Ľubomír Kolník (* 1968), hokkeyçi Tomáš Kóňa (* 1984), futbolçu Wilhelm Viktor Krausz (1878–1959), rəssam Anton Lehmden (* 1929), rəssam və qrafik ustası Jan Ivan Lelley (* 1936), mikoloq Monika Matysová (* 1981), futbolçu František Mikloško (* 1947), Politik Dušan Milo (* 1973), hokkeyçi Jan Mojto (* 1948), Mediameneceri və Filmprodüseri Ľubomír Moravčík (* 1965), futbolçu Štefan Ružička (* 1985), hokkeyçi Stefan Schwartz (1851-1924), Venalı medalist Miroslav Stoch (* 1989), futbolçu Jozef Stümpel (* 1972), hokkeyçi Leopold Szondi (1893-1986), psixiatr İspaniya Qvadalaxara Polşa Keltse Serbiya Baçki-Petrovats Çexiya Çeske-Budeyoviçe Avstraliya Qosford Çexiya Kromerjij ABŞ Nepervill Xorvatiya Osiek Slovakiya Spişska Nova Ves Polşa Zelyona-Qura Niderland Zutermer Internetseite der Stadt Nitra NitraLive!
Mira
Mira — bugünkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
Atsuhiro Miura
Atsuhiro Miura (d. 24 iyul 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 1 qol vurub.
Kazuyoşi Miura
Kazuyoşi Miura (26 fevral 1967, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 89 oyun keçirib, 55 qol vurub. == İstinadlar == == Xarici keçidlər == Dünyanın ən yaşlı futbolçusu – "Kral Kazu" hələ də qol vurur.
Mitre Ulimaks
Mitre Ulimaks — futbol topu Bu top 1998-ci ildə istehsal olunub. Saatda 100 km sürətə malik olan bu top dünyanın ən sürətli topu kimi tarixə düşüb.
Mitya Drinovek
Mitya Drinovek (22 fevral 1996) — Sloveniyalı biatlonçu. Mitya Drinovek Sloveniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Mitya Drinovek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Drinovek 26:13.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 72-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Miura Ancin
Vilyam Adams (ing. William Adams; 24 sentyabr 1564, Cillinhem[d], Kent qraflığı – 16 may 1620[…], Hirado[d], Naqasaki prefekturası) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada Miura Ancin (三浦按針, azərb. "Miura şturmanı"‎) adı ilə tanınmışdır. O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur. Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır. 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır. Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir. Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur. Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir.
Miura Kinnosuke
Miura Kinnosuke (三浦謹之助, 21 mart 1864, Mutsu əyaləti[d], Tosando[d] – 11 oktyabr 1950) – Yaponiya internoloqu. Yaponiyada neyrodaxili tibbin qurucusudur. Miura Kinnosuke 1864-cü ildə Yaponiyanın Mutsu əyalətində doğulmuşdur. 1887-ci ildə Tokio Universitetindən məzun olmuş, 2 il Tokioda alman internoloq Ervin Belzdən dərslər almışdır. 1889-cu ildə Şahzadə Arisuqavanın şəxsi həkimi kimi Avropaya səyahət etmək şansı qazanmışdır. 1889–90-cı illərdə Parisdə yaşamışdır. Şahzadə Arisuqava ilə işi bitdikdən sonra 1891–1892-ci illərdə Parisdə yerləşən Salpetrier xəstəxanasında Jan-Martin Şarkonun klinikasında işləmiş və onun tələbəsi olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur. Miura Honşunun şimal-qərbində yayılmış Jerlye xəstəliyi və Ascaris ovis adlı bağırsaq paraziti növü haqqında araşdırmalar aparmışdır. O, Yaponiya Daxili Tibb Cəmiyyətinin və Yaponiya Neyrologiya Cəmiyyətinin yaradılmasında vacib rol oynamışdır.
Miura yarımadası
Miura yarımadası (yap. 三浦半島) — Yaponiyanın Kanaqava prefekturası ərazisində yerləşir. Tokio və İokoqama şəhərlərindən cənubda qərar tutur. Tokio və Saqami körfəzlərini ayırır. Yarımadada Yokosuka, Miura, Hayama, Dzusi və Kamakura şəhərləri vardır. Yarımada turisləri özünə cəlb edir. Şərqində ABŞ hərbi-dəniz bazası yerləşir. Hansı ki, Yaponiya özünümüdafiə qüvvələri təmərküzləşmişdir.
Narumi Miura
Narumi Miura (d. 3 iyul 1997) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Nitra FK
Nitra — Slovakiya futbol klubu. "Nitra" klubu 1909-cu ildə yaradılıb. Bu komandanın ölkə çempionatlarında ən böyük uğuru iki dəfə bürünc medal qazanmasıdır. "Nitra" bu uğurlara 1962-ci ildə Çexoslovakiya, 2008-ci ildə isə Slovakiya çempionatında "imza atıb". Komanda iki dəfə avrokuboklarda qüvvəsini sınayıb. İlk dəfə 1989-1990-cı illər mövsümündə UEFA kubokuna qatılan "Nitra" Almaniyanın "Köln" klubuna hər iki oyunda məğlub olub. 2006-2007-ci illər mövsümündə İntertoto kubokunun ilk mərhələsində Lüksemburqun "Qrevanmaher" klubunu iki oyunda darmadağın edən "Nitra" ikinci mərhələdə "Dnepr"i keçə bilməyib. 2008-2009-ci illər mövsümündə isə sonuncu İntertoto kubokunun ilk mərhələsində Neftçi Bakı klubuna məğlub olaraq mübarizəni dayandırıb. "Nitra" necə klubdur?
Nitra bölgəsi
Nitra diyarı (slovak. Nitriansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir. Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir. Nitra diyarı "okres" adlanan 7 rayona bölünür: Komarno rayonu Levitse rayonu Nitra rayonu Nove Zamki rayonu Şalya rayonu Topolçanı rayonu Zlate Moravtse rayonu Diyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar - Dunay, Qron, Vaq, Nitra və İpeldir.
Nitra diyarı
Nitra diyarı (slovak. Nitriansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir. Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir. Nitra diyarı "okres" adlanan 7 rayona bölünür: Komarno rayonu Levitse rayonu Nitra rayonu Nove Zamki rayonu Şalya rayonu Topolçanı rayonu Zlate Moravtse rayonu Diyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar - Dunay, Qron, Vaq, Nitra və İpeldir.
Qenta Miura
Qenta Miura (1 mart 1995, Toyohaşi, Ayçi prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Yasutoşi Miura
Yasutoşi Miura (d. 15 iyul 1965) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Çitra (balet)
"Çitra" — Niyazinin hind yazıçısı Rabindranat Taqorun eyniadlı poeması əsasında 1961-ci yazdığı ikipərdəli balet. Xoreoqrafı və librettisti Nataliya Danilova idi. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Balet 1972ci ildə ikinci, 1975-ci ildə isə üçüncü redaksiyadan keçir.
Kentaro Miura
Kentaro Miura (三浦 建太郎, Miura Kentarō, 11 iyul 1966[…], Çiba – 6 may 2021[…]) — Yaponiya manqakası. O, daha çox məşhur "Berserk" adlı qaranlıq fantaziya seriyası ilə tanınırdı. Bu, 1989-cu ildə seriallaşdırılmağa başlamış və onun ölümünə qədər davam etmişdir. 2021-ci ilə qədər "Berserk"in tirajı 50 milyon kopyadan çox idi və bu, onu bütün zamanların ən çox satılan manqa seriyalarından birinə çevirmişdir. Miura 2002-ci ildə 6-cı Tezuka Osamu Mədəniyyət Mükafatlarında Mükəmməllik üzrə mükafata layiq görülmüşdür. == Erkən illəri == Kentaro Miura 11 iyul 1966-cı ildə Yaponiyanın Çiba prefekturasının Çiba şəhərində anadan olub. O, 1976-cı ildə, 10 yaşında "Miuranger" adlı ilk manqasını yaratmışdır. Bu, Miuranın sinif yoldaşları üçün məktəb nəşrində dərc edilmişdir və nəticədə 40 cilddən ibarət olmuşdur. 1977-ci ildə Miura Ken e no Miçi (剣への道, Ken e no Michi, azərb. Qılıncın yolu‎) adında ikinci manqası yaratmışdır.
Nitra knyazlığı
Nitra knyazlığı (slovak. Nitrianske kniežatstvo, Nitriansko, Nitrava; mac. Nyitrai Fejedelemség), həmçinin Nitra hersoqluğu — siyasi mərkəzi Nitra şəhərində cəmləşən, müasir Slovakiya ərazisində yerləşən qərbi slavyan knyazlığı. VIII əsrdə yaranmışdır. IX əsrin əvvəllərində knyazlığın ərazisi müasir Slovakiyanın demək olar ki, bütün ərazisini (Zaqorye istisna olmaqla), həmçinin Zakarpatiyanın və şimal-şərqi Macarıstanın bir hissəsini əhatə edirdi. 833-cü ilə qədər knyazlıq öz müstəqilliyini saxlamış, sonra Nitra knyazı Pribina Moraviya böyük knyazı I Moymir tərəfindən qovulmuş və knyazlıq Böyük Moraviyanın tərkibinə daxil edilmişdir. 907–925-ci illərdə Böyük Moraviyanın süqutundan sonra knyazlıq Macarıstan knyazlığının tərkibinə daxil edilmişdir. 1108-ci ildə Nitra knyazlığı öz suverenliyini itirmişdir.
Matra (dəqiqləşdirmə)
Matra — Şimali Avstriyada dağdır. Matra (şirkət) — Mərkəzi Fransada yerləşən keçmiş avtomobil və müdafiə sənayesi şirkəti idi. Matra (Formula-1 komandası) — 1965-ci ildə yaradılmış fransız avtomobil yarış komandası idi.
Matra (şirkət)
Matra (fr. Mécanique Aviation TRAction) — Mərkəzi Fransada yerləşən keçmiş avtomobil və müdafiə sənayesi şirkəti idi. Şirkət 1964-cü ildə yaradılmış və 1994-cü ildə ləğv edilərək Lagardère Qrupun bir hissəsinə çevrilmişdir.
Mira Avad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Lutra lutra
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.