Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Monte
Monte — ad. Yaşayış məntəqələriMonte (səhra) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malik səhra. Monte-Karlo — Monako rayonu.Bu adı olan tanınmışlarMonte Melkonyan — Ermənistan Milli qəhrəmanı və terrorçu.DigərMonte-Karlo (film, 2011) — 2011-ci ilin melodram elementli romantik komediya. Monte Kristo (musiqi qrupu) — Fransanın "Sinti pop" janrında ifa edən qruplarından biri.
Motiv
Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə komponenti. Y.E.Berezkinə görə folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində meydana gələn obraz və ya epizod / yaxud obrazlar / və yaxud epizodlar sistemidir.Buna misal olaraq göydə artıq olan günəşləri endirmək motividir. Digər təriflər də var. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi". Poetika "motivi belə müəyyənləşdirir:" Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində hər təklifin öz motivi var. A.N. Veselovskinin "Süjet Poetikası"nda verdiyi tərifi: "Motiv dedikdə, ibtidai ağlın və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi mənada cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur." "Motivin işarəsi onun məcazi tək müddətli sxematikliyidir; alt mifologiya və nağılların daha da parçalanmayan elementləri bunlardır." == Motiv nümunələri == Xeyirxah vəhşi Xeyirxah quldur Başı dərddə olan qız Döyüşçü qız Doppelanger Dağlarda kral Körpələrin döyülməsi (motiv) Cazibədar şahzadə Paltar geyinmə Filosof Daşı == Ədəbiyyat == Berezkin Yu. E., Duvakin EN Folklorun və mifoloji motivlərin bölgələrə görə tematik təsnifatı və bölgüsü. Analitik kataloq.
Motye
Motye (fr. Mottier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38267. Kommunanın 1999-cu il üçün əhalisi 511 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 448 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Acacia moirii subsp. moirii
Acacia moirii (lat. Acacia moirii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia moirii subsp. moirii Acacia moirrii subsp. moirii E.Pritz.
Acacia moirii
Acacia moirii (lat. Acacia moirii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia moirii subsp. moirii Acacia moirrii subsp. moirii E.Pritz.
Maitre Qims
Maître Gims Fransız bəstəkarı və repçisi. O 1986-cı il mayın 6-da Kinşasada (Konqo Demokratik Respublikasında) musiqiçi ailəsində anadan olmuşdur. Atası Papa Wemba qurupunda oxumuşdur. Qardaşı isə Sexion d'Assault qurupunun üzvu olmuşdur. 2004 ildə islam dinini qəbul edib. Evli, 4 uşağın atasıdır. Ən yaxşı mahnısı "bella"-dır.
Moltke Körpüsü
Moltke körpüsü (alm. Moltkebrücke‎) — Almaniyanın Berlin şəhərində Şpree çayının üstündə qurulmuş körpü. İnşaatı 1891-ci ildə bitmiş və şimal sahildə yerləşən Alt-Moabit dəmiryol stansiyasını cənubdakı Villi-Brandt-Strasse stansiyasına və Kansler binasına birləşdirir. Körpü Prussiya krallığı ordusuna 30 il rəhbərlik etmiş general-feldmarşal Helmut Karl Bernhard fon Moltkenin (1800–1891) şərəfinə adlandırılmışdır. Körpünün tamamlanmasına az müddət qalmış o vəfat etdiyi üçün açılış mərasimi onun cənazə korteji tərəfindən icra edildi. Körpü 3 arkadan ibarətdir və qum daşından tikilmiş, həmçinin Yohan Böse, Karl Piper və Karl Beqasın heykəlləri ilə bəzədilmişdir. == Tarixi == İnşaat işləri 1888-ci ildə başlamış və 1891-ci ildə tamamlanmışdır. Körpü 1945-ci ilin aprelində İkinci dünya müharibəsinin sonlarında ağır döyüşə şahidlik etmişdi. Alman müdafiəçilər olan 5000-ə qədər SS və Volksştrum üzvləri körpünün hər iki girişində barrikada qurdular və körpünü partlatmaq üçün minaladılar. Aprelin 28-də general-mayor Semyon Perevyortkinin başçılıq etdiyi sovet 3-cü həmləçi ordu Alt-Moabitdən aşağıya doğru körpüyə tərəf yaxınlaşdılar.
Racosperma moirii
Acacia moirii (lat. Acacia moirii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia moirii subsp. moirii Acacia moirrii subsp. moirii E.Pritz.
Mistie Bass
Mistie McCray Bass (2 dekabr 1983) — hazırda azad agent olan Amerikalı peşəkar qadın basketbolçudur. == Orta məktəb karyerası == Bass 2002-ci ildə Janesvilledəki Corc S. Parker Liseyini bitirərək məktəbin iki il dalbadal ştat çempionluğunu qazanmasına müstəsna rolu oldu. O, ştatda üç dəfə ilin oyunçusu seçilən yeganə oyunçudur. O, həmçinin USA Today All-America birinci komandası, ikinci komanda Parade All-America, ikinci komanda School Sports All-America, üçüncü komanda Student Sports All-America, iki dəfə Wisconsin Gatorade Play of the Year və birinci komanda All-State-in oyunçusu olaraq komandalar tərəfindən transfer olunub. Mistie altı xal və doqquz ribaund vuraraq Phoenix/WBCA High School All-America oyununda oynamaq üçün seçildi. Bass ilk McDonald's All-America oyununda oynadı. == Kollec karyerası == O, 2006-cı ildə Duke Universitetini bitirib. 2003 və 2006 (Milli Çempionat oyununda mübarizə aparıb). O, karyerasını xalla səkkizinci (1,409), vurulan sahədə qollarda səkkizinci (557), sahədə qol faizində beşinci (.567), ribaundlarda (800), bloklarda beşinci (131), sərbəst atışlarda səkkizinci (295), sərbəst atış cəhdlərində yeddinci (459), ikiqat qol vurma oyunlarında səkkizinci (78), qalibiyyətdə birinci (127) və ACC müntəzəm mövsüm qələbələrində dördüncü oldu (55). O, həmçinin Zeta Phi Beta sorority üzvü idi.
Bidens mitis
Bidens mitis (lat. Bidens mitis) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Le-Monte
Le-Monte (fr. Le Montet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03183. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 511 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 256 nəfər arasında (15-64 yaş arasında) 191 nəfər iqtisadi cəhətdən fəal, 65 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74,6%, 1999-cu ildə 71,2%) olmuşdur. 191 fəal 166 nəfərdən (91 kişi və 75 qadın), 25 nəfər işsiz (15 kişi və 10 qadın) çalışdı. Aktiv olmayan 65 nəfər arasında şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mark Mitin
Mark Borisoviç Mitin (rus. Марк Борисович Митин; 22 iyun (5 iyul) 1901, Jitomir, Volın quberniyası[d], Rusiya imperiyası – 15 yanvar 1987, Moskva) — SSRİ filosofu, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı (1943). == Həyatı == === İlk illəri === Mark Borisoviç Mitin Rusiya imperiyasının Volın quberniyası tərkibində olan Jitomir şəhərində (indiki Ukrayna) anadan olmuşdur. === Elmi fəaliyyəti === Mark Mitin Kommunist Tərbiyəsi Akademiyası direktorunun müavini və Fəlsəfə İnstitutunun direktorunun müavini kimi çalışmışdır. O, 1956–1960-ci illərdə Ümumittifaq Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin idarə heyətinin sədri, 1960–1967 "Voprpsı filosofii" jurnalının baş redaktoru olmuş, 1967-ci ildən SSRİ EA Rəyasət Heyətinin İctimai elmlər bölməsi yanında xarici ideoloji cərəyanlar problemləri Elmi şurasının sədri kimi çalışmışdır. Mitin marksist fəlsəfənin inkişafında Lenin mərhələsi, fəlsəfənin partiyalılığı, dövlət və sosialist demokratiyası, nəzəriyyəsi məsələləri və s. ilə məşğul olmuşdur. === Siyasi fəaliyyəti === Mark Mitin 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1939–1944-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun direktoru olmuşdur. Mitin Sovet İttifaqı Kommunist Partiyasının XVIII–XX qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir.
Mitre Ulimaks
Mitre Ulimaks — futbol topu Bu top 1998-ci ildə istehsal olunub. Saatda 100 km sürətə malik olan bu top dünyanın ən sürətli topu kimi tarixə düşüb.
Mitte (əyalət)
Mitte (alm. Mitte‎ — «mərkəz») — 2001-ci ildən bəri mövcud sərhədlərdə olan Berlinin mərkəzi inzibati bölgüsü. Əyalət üç keçmiş müstəqil rayon Mitte, Tierqarten və Toyun birləşməsi ilə Berlinin inzibati bölgüsünün genişmiqyaslı islahatı zamanı formalaşmışdır. İslahat həmçinin əyalətlərdəki rayonları da əhatə etdi və keçmiş Mitte rayonu eyni adlı yeni əyalət statusu aldı. == Coğrafiyası == Bundestaq, Bundesrat və federativ hökumət təşkilatlarının əksəriyyəti Mitte əyalətində yerləşir. == Əyalətin daxilindəki rayonlar == 01 Əyalət Mitte 0101 Mitte (əvvəl — müstəqil rayon) 0102 Moabit (əvvəl — rayon Tirqarten) 0103 Qanzafirtel (əvvəl — округ Tirqarten) 0104 Tirqarten (əvvəl — rayon Tirqarten) 0105 Veddinq (əvvəl — rayon Veddinq) 0106 Qezundbrunnen (əvvəl — rayon Veddinq) == Görməli yerləri == Admiralspalast Aleksanderplats Berlin teleqülləsi Berlin kafedralı Bradenburq qapısı Bradenburq muzeyi Podevils sarayı Saray meydanı Saray körpüsü Jandarmenmarkt Qırmızı ratuşa Çətənə muzeyi Ada muzeyi Nikolaifirtel Postdam meydanı Reyxstaq Unter-den-Liden Razılaşma Şapeli Tsionskirxe == Xarici keçidlər == Vikianbarda Mitte əyaləti ilə əlaqəli mediafayllar var.
Monte-Aqila
Monte Aqila — Biabio bölgəsində, eyni adlı şəhərin 5 kilometr cənubundakı Cabrero bələdiyyəsində yerləşən Çili şəhəridir..
Monte-Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Monte-Roza
Monte-Roza (it. massiccio del Monte Rosa, alm. Monte Rosa-Massiv‎, fr. massif du Mont Rose) — Pennin Alp dağlarında, İtaliya və İsveçrə sərhədində dağ massivi. Qranit və qneyslərdən təşkil olunmuşdur. Maksimum hündürlüyü 4634 metrdir (Düfur dağı; hündürlüyünə görə Alp dağlarının ikinci zirvəsi). Buzlaqlar (ən böyüyü Qorner; uzunluğu təqribən 14 kilometrdir), alp və subalp çəmənlik və kolluqları, iynəyarpaqlı meşələr var. == İstinadlar == == Xarici keçidlər == Video and photos of a climb up to Capanna Margherita Gressoney Monterosa - www.gressoneyonline.it Rifugi Monterosa - Mountain Huts on Monte Rosa Tour Monte Rosa - Matterhorn Photos of Monte Rosa, Italian side Monte Rosa, some Photos, incl.
Monte (səhra)
Мontе (isp. Monte) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malikdir. Səhra And dağlarından şərqdə yerləşir. Pataqoniya səhrası ilə cənubdan birləşir. == Coğrafiyası == Monte səhrası Atakama səhrası ilə Pataqoniya arasında yerləşir. Səth baxımından Pataqoniya səhrasına bənzəyir. Belə ki, səthi vulkanik suxurlarla örtülüdür. And dağlarının silsilələri ilə əhatələnməsi onun ərazisinə yaıntıların az düşməsinə səbəb olur. İl ərzində 80–300 mm arası yağıntı düşür. Pataqoniya və Atakama səhralarından fərqli olaraq soyuq cərəyanların təsirinə az məruz qalır.
Monte Alban
Monte Alban (isp. Monte Albán) — Meksikanın cənub-şərqində, Oaxaka ştatında Kolumba qədərki dövrə aid böyük yaşayış məntəqəsidir. Oaxaka vadisinin mərkəzi hissəsindən keçən alçaq dağ silsiləsində yerləşir. İndiki ştatın paytaxtı Oaxaka şəhəri Monte Albandan təxminən 9 km şərqdə yerləşir. Monte Albanın ictimai mərasim mərkəzi dəniz səviyyəsindən təxminən 1940 m hündürlükdə (dərənin dibindən 400 metr) süni şəkildə düzləşdirilmiş təpənin üstündə yerləşir. Bu mərkəzdən əlavə, bütün silsilə və onun təpələri boyunca, yüzlərlə süni terras və bəndlərlə əhatə olunmuş onlarla tikili var. Şimalda Atzompa və El-Qalo təpələrindəki yaxın xarabalıqlar da bu qədim şəhərin bir hissəsi hesab olunur. Monte Alban Mezoamerikanın ən ilk şəhəridir və demək olar ki, min il ərzində Sapotek sivilizasiyasının ictimai-siyasi və iqtisadi mərkəzi kimi mühüm rol oynamışdır. Monte Alban Orta Klassik dövrün sonlarına doğru təxminən e.ə. 500-cü ildə qurulmuşdur.
Monte Aqila
Monte Aqila — Biabio bölgəsində, eyni adlı şəhərin 5 kilometr cənubundakı Cabrero bələdiyyəsində yerləşən Çili şəhəridir..
Monte Baldo
Monte Baldo— İtaliya Alplarında dağ silsiləsi, Trento və Verona əyalətlərində yerləşir. Monte Baldo dağları cənubdan Kaprino Veroneseda qurtaran hündür ərazilər, qərbdən Qarda gölü, şimaldan Roveretonun Naqo-Torbole qovuşduğu və şərqdən Val Adige ilə sərhədlənir. Dağın adı Alman Wald ("meşə") adından götürülmüşdür. Bu 1163-cü ildə Alman xəritəsində ilk dəfə görünür. Sülh Yolu (Peace Trail, italyan dilində Sentiero della Pace ) şimali İtaliyadakı ən əhəmiyyətli yollardan biridir və silsilə üzərindən keçir. Dağdan Malcesine şəhərinin yaxınlığında yerləşən Qarda gölü sahilinə kanat vasitəsilə çatmaq olur. == Morfologiyası == Baldo dağları qərbdən göl və şərqə Val d'Adige arasındakı 40 km məsafədə, Qarda gölünə paralel coğrafi baxımdan oxşar silsilələrlə xarakterizə olunur və cənubda Kaprino düzənliyi və Şimali Loppio vadisi ilə sərhədlənir. Baldo dağlarının maksimal hündürlüyü Cima Valdrittada 2218 metr yüksəklində və Qarda gölü sahilində isə minimal hündürlüyü 65 metr yüksəklikdədir. Dağın digər görkəmli zirvələrini Monte Altissimo di Nago (2079 m), Cima del Longino (2180 m), Cima delle Pozzette (2132 m) və Punta Telegrafo (2,200 m) təşkil edir.
Monte Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Monte Melkonyan
Monte "Avo" Melkonyan (erm. Մոնթե Մելքոնյան; 25 noyabr 1957, Viseyliya[d], Kaliforniya, ABŞ – 12 iyun 1993, Mərzili, Ağdam rayonu) — erməni terrorçusu, ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusu, podpolkovnik. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində ox aktiv iştirak etmişdir. == Həyatı == Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-nin Kaliforniya ştatında anadan olmuşdur. Berkli universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşmüşdür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak etmişdir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Həmin ilin noyabrında Fransa polisi onu həbs etmiş, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etmişdir, lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır.
Monte Perdido
Monte Perdido (İspan dilində) (Fransızca Mont Perdito; Aragonese'de Mont Perdito; Katalonadakı Mont Perdut, dördü də itmiş dağ deməkdir) Pireneydəki üçüncü ən yüksək dağdır. İspaniyada yerləşən Monte Perdido zirvəsi (3355 m) Fransadan Gavarnie və Estaubé Cirques'larının görünməz zirvələri ilə gizlidir. Huesca əyalətinin şimalında dayanır.Dağ Monte Perdido silsiləsinin bir hissəsini təşkil edir və Ordesa y Monte Perdido Milli Parkında, Pireneyin qərb hissəsində, İspaniyanın Araqon icmasında yerləşir. Bu əhəng daşı, ərazisi 30,6 min hektar olan bir obyektin bir hissəsi olaraq 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir. Buraya Avropanın ən dərin iki kanyonu (İspaniya tərəfində) və üç böyük buzlaq sirkası (Fransa) daxildir. Bölgənin keçmiş pastoral mənzərələri (kəndlər, tarlalar və fermalar, dağ otlaqları və yollar) əvvəllər Avropanın dağlıq bölgələri üçün çox xarakterik olan kənd təsərrüfatı quruluşunu göstərir.İspaniyadan dağa giriş Fransadan daha asandır.Cığır Ordesa Vadisindəki Arlanonun Torla kəndi yaxınlığında başlayır və sərt zirvəyə qalxmadan Cirque de Soaso'dan Goriz'in Sığınacağına doğru gedir. Qışda bir buz balta və dırmaşan pişiklər qaldırmaq üçün lazımdır. İlk fəthin tarixi bəlli deyil, zirvəyə ilk sənədli qalxma 6 avqust 1802-ci ildə Fransız alpinistləri tərəfindən baş tutdu. == Milli Park == Monte Perdido, 1918-ci ildə qurulan və 21 kvadrat metr sahəsi olan İspaniya Ordesa y Monte Perdido Milli Parkının mərkəzi bölgəsidir.Park, 156 kvadrat kilometrə qədər əhəmiyyətli dərəcədə böyüdü və bütün Anisclo Kanyonunu özündə cəmləşdirdi.Ordesada 1500-dən çox növ çiçək, 171 növ quş, 32 müxtəlif məməli və 8 növ sürünən var.Ən möhtəşəm, 3 metrlik bir qanadlı lammergeierdir (saqqallı gövdə).Pirenelər Avropada bu quşların görünə biləcəyi yerlərdən biridir. Bölgənin iqlim şəraitinə şimaldan okean, cənubdan Aralıq dənizi öncəsi iqlim təsir edir.