MOİZƏ

is. [ ər. ]
1. bax vəz 1-ci mənada.
[Yaşlı kişi:] Şeyx Yəhyanın dalında namaz qılıb, sonra da moizəsini dinlədim. S.Hüseyn.

2. Nəsihət, öyüd.
[Yusif şahın həvaxahları] müfəttinlər ilə müqabil durub nəsihət və moizəyə şüru etdilər… M.F.Axundzadə.

// Eyni mənada istehza ilə.
[Məsmə:][ərim] bir axşam mənim üçün bir moizə başladı. S.Hüseyn.

□ Moizə etmək (oxumaq) isteh. – nəsihət vermək, öyüd vermək, uzun danışmaq.
Şeyda [Arazın] sözünü kəsdi: – Mən bura moizə etmək üçün gəlmədim. A.Şaiq.
[Vəli:] Ay Hüseyn, moizə oxuma, tez ol görək, Kəblə Cahangir küçədə gözləyir. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MOİZƏ 1. MOİZƏ Gecə-gündüz Təbrizin məscidlərində moizə oxuyanlar, din xadimləri... əsrin bu təkamülünə qarşı bircə dəlil irəli sürürdülər
MOXER
MÓKKO

Digər lüğətlərdə

вы́севка иссече́ние пепси́новый торпеди́ст артист погоре́лого театра гонча́к договорно́й зонтообра́зно незави́симо пересе́иваться раски́дывать расстёгивать сухота́ тахи́нный панорама alodium chaussée chit combies occupational medicine адресный вылущивать закрывать землепользование молчком