Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mother Mother
Mother Mother — Kanadada 2005-ci ildə qurulan indi-rok qrupu. Qrupun hazırkı heyətində Rayan Qaldemond (gitara, vokal), Molli Qaldemond (sintezator, vokal), Casmin Parkin (sintezator, vokal), Ali Siadat (baraban) və Mayk Yanq (bas-gitara) yer alır. Uzun müddətdir qrupun bas-gitaraçısı olan Ceremi Peyc 2016-cı ildə ayrıldı.
Mother (ERA)
Mother – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ikinci sinql. Mahnının musiqisi Eric Levinindir. Mahnının mövzusu ana fədakarlığı və qayğıkeşliyinin Müqəddəs Məryəm ananın timsalında göstərilməsidir. Mahnıya həmçinin klip də çəkilmişdir.
Mother's Milk
Mother's Milk — Red Hot Chili Peppersnın dördüncü studiya albomudur. 16 avqust 1989-ci il tarixində yayımlanan albom EMI etiketi ilə satışa buraxılmışdır.
Pell-Mell
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Pell Mell (London)
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Mather Braun
Mather Braun- (11 oktyabr 1761-ci ildə vəftiz olunub — 25 may 1831) Amerikalı rəssam. O, Braun Qaven və Elizabet (Byles) Braunun oğlu idi. 1773-cü ildə (12 yaşında) Gilbert Stuartın şagirdi olub. O, Benjamin Vestin emalatxanasında təhsilini davam etdirmək üçün 1781-ci ildə Londona gəldi, 1782-ci ildə Kral Akademiyasının məktəblərinə daxil oldu. Bir il sonra rəsmlərini sərgiləməyə başladı. 1784-cü ildə o, St. Mary's-in-the-Strand kilsəsi üçün iki dini rəsm çəkdi, bu da Braunun bu və digər əsərlərinin sərgi və qravüraların satışı vasitəsilə kommersiyalaşdırılması üçün rəssam Daniel Orme ilə tərəfdaşlıq qurmasına səbəb oldu. Çəkdiyi rəsm əsərlərinin arasında ingilis tarixindən səhnələrin böyük rəsmləri, eləcə də Şekspirin pyeslərindən səhnələr var idi. Onun ilk uğurları 1784–85-ci illərdə Con Adams və ailəsini çəkdiyi rəsm oldu. Bu rəsm indi Boston Afinadadır.
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Cela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Kcell
«Kcell» — Qazaxıstanda mobil operator. 2G / GSM (900 MHz), 3G / UMTS (2100 MHz), 4G / LTE və LTE Advanced (800/1800/2100 MHz) standartlarına uyğun mobil xidmətlər təqdim edir. Kcell və Activ markaları altında xidmətlər göstərir. Şirkət 1998-ci ildə qurulmuşdur və əsasən korporativ seqmenti hədəf alan Kcell markası və kütləvi bazara yönəldilmiş Activ adı altında mobil xidmətlər göstərir. 2020-ci ilin sonuna Kcell-in abunəçi bazası təxminən 8 milyon nəfər idi. Kcell şirkəti 30 sentyabr 1998-ci ildə qurulmuşdur. 7 fevral 1999 - Kcell markası istifadəyə verildi. 9 sentyabr 1999-cu ildə Activ markası təqdim edildi. 2004-cü ildə şirkətin abunəçi bazası 1,5 milyon nəfəri keçdi. 2007-ci ildə, dekabr ayında 6 milyonuncu abunəçi qoşuldu.
Ncell
Ncell ( nep. एनसेल ), Nepalda özəl mobil şəbəkə operatorudur . Ncell ictimai fəaliyyət göstərən ilk özəl şirkətdir. GSM ilkin olaraq Mero Mobile olaraq adlandırldı,12 Mart 2010 -cu ildən isə Ncell olaraq adlandırılmağa başladı İsveç telekommunikasiya şirkəti Telia Sonera daha sona şirkəti sahibləndi. Hal-hazırda dövlət telekommunikasiya şirkəti Nepal Telecom tərəfindən keçirilən inhisarçılığını əlindən aldı. 12 aprel 2016-cı ildə Ncell rəsmi olaraq Malayziyanın telekommunikasiya qrupu olan Axiata Group Berhad- ın tərkibinə daxil olmuşdur. Şirkətin 80% hissəsi Axiata Group Berhada məxsusdur. 2017-ci ilin fevral ayının ortalarına kimi Ncellin 6,73 milyon abunəçisi var idi. 2017-ci ilin fevral ayından etibarən Ncell 15.21 milyon mobil abunəçiyə sahibdir. Ncell şirkəti, Axiata Group Berhad şirkətinin bir hissəsinə çevrilmişdir.
Bell (ada)
Bell — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 343 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. Adanın mərkəzi hissəsində Nilsen buxtası yerləşir. Ada kənardan aydın görünür və kilsə zınqırovunu xatırladır. Bu səbəbdən Benjamin Li Smit adanı Bell (ing. Bell — zınqırov) Qum və gildən ibarətdir. Yeganə dağı adanın cənub-şərqində yerləşir. Şimalında isə 21 metr hündürlüyü olan zirvə vadır. Şimalında Eyri Evi adlı düşərgə vardır.
Bell 407
Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı olan çoxməqsədli helikopterdir. İlk uçuşunu 29 iyun 1995-ci ildə həyata keçirmiş olan helikopter 1996-cı ildən xidmətə qəbul edilmişdir və Bell 206 helikopterlərinin yerini almışdır. 1995-ci ildən hal-hazırkı dövrə qədər xidmətdədir. 2011-ci ilin statistikasına görə 1082 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 2.54 milyon ABŞ dollarıdır (2009-cu ilə görə). Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
Bell 412
Bell-412 — çoxməqsədli helikopter. İstehsalçı: ABŞ İstehsalçı firma: Bell Textron Helicopter Tip: Çoxməqsədli helikopter İlk uçuş: avqust 1979-cu il İstismara verilib: 1981-ci il İstehsal sayı: 869 ədəd Qiyməti: 4.895 milyon dollar Texniki göstəriciləri: Heyət üzvü: 2 nəfər Sərnişin tutumu: 14 nəfər və ya 6 ədəd xərək Uzunluğu: 17.12 m Gövdə uzunluğu: 12.7 m Hündürlüyü: 4.57 m Eni: 2.89 m Əsas vintin diametri: 14.02 m Sükan vintinin diametri: 2.62 m Vintin sahəsi: 154.4 m² Boş kütlə: 3.079 kq Qalxma zamanı maksimal kütlə: 5.397 kq Yük götürmə kütləsi: 1.814 kq Xarici asqıda yük götürmə kütləsi: 2.041 kq Yanacaq çənlərinin tutumu: Daxili: 1249 litr Xarici: 2 x 76 litr və ya 1 x 310.5 litr Mühərrik : 1 ədəd Pratt Whitney Canada PT6T-3D Turbo Twin Pac qazturbin mühərrik Güc: 1 x 1.342 kW (1.800 a.g) Maksimal sürəti: 259 km/s Normal (kreyser) sürəti: 226 km/s Yüksəkliyə qalxma sürəti: 6.86 m/s Uçuş məsafəsi: 744 km Maksimal uçuş yüksəkliyi: 6.096 m Döyaş aparma yüksəkliyi: 1.585 m Havada qalma müddəti: 3 saat 42 dəqiqə Ümumiyyətlə, bu helikopterlər birbaşa hərbi təyinatlı vasitələr deyil. “Bell 412” helikopterləri fövqalədə, xilasetmə, tibbi, nəqliyyat və yükdaşıma təyinatları üzrə istifadə edilə bilər. Bir çox dövlətlərin polis və yangınsöndürmə qurumları da bu modellərə üstünlük verir. “Bell 412” modelinin səciyyəvi fərqlərindən biri də kompozit materialdan hazırlanan dörd pərvanəli rotora sahib olmasıdır. İlk model 1979-ci ildə sınaqdan keçirilib, iki il sonra sertifatlaşdırılaraq silahlanmaya qəbul edilib və sifarişçilərə göndərilməyə başlanıb. Sonralar isə daha uzaq mənzilli və ağır yük götürmə qabiliyyətli “Bell 412 SP” modeli, yüksək uçuş xüsusiyyətlərinə malik “Bell 412 HP” modeli, uçuşu ikiqat rəqəmsal rejimdə avtomatik idarə olunan “Bell 412 EP”, FADEC elektron bloku vasitəsilə mühərrik idarəetməsinə sahib “Bell 412 EPİ” və şüşəkabinli “Bell 429” modelləri yaradıldı. “Bell Griffin HAR2” modeli axtarış-xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulur. Helikopterlərdə sensor tipli “Garmin” GPS sistemi tətbiq edilir. Dünyanın 40-dan çox ölkəsinin müxtəlif qurumlarında bu helikopterlərin müxtəlif modifikasiyasından istifadə edilir.
Bell 427
Bell 427 — ABŞ mənşəli olub və Bell Textron Helicopter şirkəti tərəfindən istehsal edilmiş çoxməqsədli helikopterdir. Dizaynı Bell 407 helikopterlərinə dayanır və hal-hazırda onları Bell 429 helikopterləri ilə əvəz edirlər.
Bell 429
Bell 429 — Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ mənşəli çoxməqsədli helikopterdir. Bell 427 helikopterlərinin uzadılmış bir versiyası olub ilk uçuşunu 27 fevral 2007-ci ildə həyata keçirmişdir və 1 iyul 2009-cu ildə xidmətə qəbul edilmişdir.
Bell Aircraft
Bell, Lawrence Dale Bell tərəfindən 10 iyul 1935-ci ildə Buffalo şəhərində, Nyu-Yorkda “Bell Aircraft Corporation” (“Bell Təyyarə Korporasiyası”) adı altında qurulan aviasiya şirkətidir.
Call-opsion
Con Bell
Con Bell (28 iyun 1928, Belfast – 1 oktyabr 1990[…], Cenevrə) — Şimali İrlandıyalı fizikaçı. Bell teoremi olaraq bilinən, kvant fizikasında ön əmli bir teoremin yaradıcısıdır.. O'Connor, John J.; Robertson, Edmund F., "John Stewart Bell" Con Bell , Şimali İrlandiyanın Belfast şəhərində anadan olub . 11 yaşı olanda, elm adamı olmağa qərar verir və 16 yaşında Belfast Texniki Liseyi bitirir. Bell daha sonra təhsilini Belfast Queen Universitetində davam edir və 1948-ci ildə eksperimental fizika sahəsi üzrə bakalavr dərəcəsi alır. 1956-cı ildə Birmingham Universitetində fizika sahəsində doktorluq üzrə təhsilini davam etdirir. Nüvə fizikası və kvant nəzəriyyəsi sahəsində ixtisaslaşır.p. 139. ISBN 978-1-56858-232-0. 1964-cü ildə CERN-dən Stanford Universitetində, Wisconsin-Madison Universitetində və Brandeis Universitetində keçirdiyi illərdən sonra "Eynşteyn-Podolski-Rosen Paradoksu haqqında" məqalə yazdı.
Daniel Bell
Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü "iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator" adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Dell (dəqiqləşdirmə)
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell (yer forması)— Fiziki coğrafiyada yarğan kiçik, tənha bir dərədir.
An Other Cup
An Other Cup — Yusuf İslamın 2006 ildə çıxartdığı albom.
Bell Labs
Nokia Bell Labs, əvvəlcə Bell Telefon Laboratoriyaları (1925–1984), sonra AT&T Bell Laboratories (1984–1996) və Bell Labs Innovations (1996–2007), Finlandiyanın Nokia şirkətinə məxsus Amerika sənaye tədqiqat və elmi inkişaf şirkətidir. Baş ofisi Nyu Cersi ştatının Murray Hill şəhərində yerləşir və qlobal laboratoriyalar şəbəkəsini idarə edir. Bell Labs -ın tədqiqatçıları radioastronomiyasının, tranzistorun, lazerin, günəş bataryası, şarj ilə birləşdirilən cihaz (CCD), informasiya nəzəriyyəsinin, Unix əməliyyat sisteminin və B, C və C++, S, SNOBOL, AWK, AMPL və s. proqramlaşdırma dillərinin inkişafı ilə tanınırlar. Bell Labs -da tamamlanan işlərə on Nobel mükafatı verilib. Bell Labs, Bell System telefon qrupunun mürəkkəb korporativ təşkilatınının törəməsidir. Laboratoriya 19-cu əsrin sonlarında Nyu Yorkda West Street 463 ünvanında yerləşən Qərb Elektrik Mühəndisliyi Departamenti kimi fəaliyyətə başlamışdır. Bell-in törəmə şirkəti olan Western Electric-in nəzdində illər boyu tədqiqat və təkmilləşdirmə apardıqdan sonra Mühəndislik Departamenti 1925-ci ildə Bell Telefon Laboratoriyaları kimi yenidən təşkil edildi və Western Electric ilə Amerika Telefon və Teleqraf Şirkətinin (AT&T) birgə mülkiyyətinə verildi. 1960-cı illərdə laboratoriya və korporativ qərargah Nyu Cersiyə köçdü. Nokia, 2016-cı ildə Alcatel-Lucent-i almasının bir hissəsi olaraq Bell Labs-ı aldı.
Bell adası
Bell adası (ing. Bell Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Revilyahihedo adasının şimalında, Bem-Kanal boğazında yerləşir. Uzunluğu təxminən 14 km-dir. Maksimum hündürlüyü dəniz səviyyəsindən 186 m yüksəkdir.
Bell fenomeni
Bell fenomeni — normal halda göz qapağının qapanması zamanı göz alması fizyoloji olaraq yuxarı hərəkət edir; Bell iflicində göz qapağının qapanmaması səbəbi ilə göz almasının bu hərəkətinin görülməsi və harəkətin sonunda sadəcə skleranın görünməsinə Bell fenomeni adı verilir.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Cəlal
Cəlal — ad. Cəlal Əliyev (siyasətçi) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor Cəlal Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəlal Vəzirov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlal Tələbani — İraq prezidenti (2005–2014). Cəlal Ağayev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cəlal Mahmudov — texnika elmləri doktoru, professor. Cəlal İslamov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Another
Another (アナザー, Anazā, azərb. Başqa‎) — Yukito Ayatsuci tərəfindən yazılmış və 29 oktyabr 2009-cu ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunmuş Yaponiya müəmma romanı. Roman Yomiyama Orta Məktəbinə keçən Koyçi Sakakibara adlı şagirdin Mey Misaki adlı qəribə qızla rastlaşmasından, yeni sinfinin lənətli olmasından və dəhşətli ölümlərlə üzləşməsindən bəhs edir. Hiro Kiyohara tərəfindən hazırlanmış manqa adaptasiyası 2010-cu ilin mayından 2012-ci ilin yanvarına qədər Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr olunmuşdur. Həm roman, həm manqa Şimali Amerika üçün Yen Press tərəfindən lisenziyalaşdırılmışdır. P.A. Works studiyası tərəfindən istehsal olunmuş 12 seriyadan etibarən anime serialı adaptasiyası Yaponiyada 10 yanvar 2012-ci ildən 27 mart 2012-ci ilə kimi göstərilmişdir. 26 may 2012-ci ildə OVA seriyası istehsal olunmuşdur. 4 avqust 2012-ci ildə isə roman əsasında çəkilmiş bədii film göstərilməyə başlamışdır. 1972-ci ildə Yomiyama Şimal Orta Məktəbinin 3-3 sinfinin hər kəs tərəfindən sevilən şagirdi Yomiyama Misaki qəflətən naməlum səbəbdən ölür. Yomiyama Misakinin ölümündən şoka düşmüş sinif yoldaşlarından biri qəflətən "O, ölmədi, hələ də buradadır" deməsindən sonra digər sinif yoldaşları da özlərini sanki Yomiyama ölməmiş, sinifdə olurmuş kimi aparmağa başlayırlar.
Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Tether
Tether (nişan: ₮) — ən populyar blokçeyn mərkəzli kriptovalyutalardan biridir. Çoxları Tetherın kriptovalyuta dünyasındakı ticarət və pul köçürmə bazarındakı mövcud rolunun bu yeni maliyyə texnologiyalarının inkişafı və genişləndirilməsi üçün çox vacib olduğuna inanır. Tetherı idarə edən, iFinex, blockchaindəkı Tether dövriyyəsi tokenlərı qədər ABŞ dollarını (və ya avro kimi digər ümumi valyutaları) daima kənara qoyduğunu iddia edir. Tetherın ən məşhur tokenı, USDT adlanır və bu, dollarla dəstəklənir və dəyəri 1 dollardır. Qiymət sabitliyi: Tetherın qiyməti təxminən 1 ABŞ dollarına bərabərdir. Dəstəkli: Bu iddia, kriptovalyutalar dünyasındakı müşahidəçilər və mütəxəssislər tərəfindən davamlı sorğularla təsdiqlənir. Maliyyə Şəffaflığı: Tetherın maliyyə məlumatları canlı olaraq izlənilə bilir. Asan nağd olmaq: Tether mübadilə bazalarında asanlıqla nağd ola bilər. Təhlükəsizlik: Blockchain texnologiyası ilə Tether şəbəkəsinin təhlükəsizliyi təmin edilir.
Love, Chunibyo & Other Delusions
Love, Chunibyo & Other Delusions (azərb. Sevgi, çunibyo və digər xəyallar‎), Yaponiyada tanınan adı ilə Chuunibyou demo Koi ga Shitai! (中二病でも恋がしたい!, Chūnibyō demo Koi ga Shitai!, Hətta 8-ci sinif sindromu ilə belə, mən aşiq olmaq istəyirəm) və ya qısaca Chū-2 — Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyası. Əsər 2010-cu ildə Kyoto Animation mükafatı müsabiqəsində uğur qazandıqdan sonra şirkət 2011-ci ilin iyununda ranobeni nəşr etməyə başlamışdır. 4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı və YouTube vasitəsilə ilə hərəsi 6 dəqiqə olmaqla 6 seriyadan ibarət "Lite" ONA seriyası yayımlanmışdır. 2013-cü ilin sentyabrında anime filmi buraxılmışdır. Anime serialının ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" 2014-cü ilin yanvarından martına kimi nümayiş etdirilmişdir. Yeni hekayəyə malik ikinci film "Love, Chunibyo & Other Delusions! Take on Me" 6 yanvar 2018-ci ildə buraxılmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga Entertainment və Animatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.
Cövhər
Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Gövhər
Gövhər — Azərbaycanlı qadın adı. Gövhər Qazıyeva — Azərbaycanın ilk peşəkar aktrisası. Gövhər Cəfərzadə — Gövhər Həsənzadə — Azərbaycan bəstəkarı. Gövhər ağa — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır.
Moilər
Thıonqlar (vyet. người Thượng, tı-nom: 𠊚上; mənası – dağlılar), montanyarlar (fr. Montagnard) və ya moilər (vyet. Mọi; mənası – vəhşilər, cahillər) — Birinci Hindçin müharibəsinə qədər yuxarı təbəqələrin və müstəmləkəçilərin Cənubi Vyetnamda dağlı xalq qruplarına verdikləri ümumi ad. Moi termini monkhmer və İndoneziya dillərinə danışan, müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan 30-dan çox xalq və etnik qrupları əhatə edirdi. Sidney Jones, Malcolm Smart, Joe Saunders, HRW. (2002). Repression of Montagnards: Conflicts Over Land and Religion in Vietnam's Central Highlands. Human Rights Watch. ISBN 1-56432-272-6. United States Congress.
Məşhər
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Motel
Motel (ing. motor hotel) — Avtoturistlər üçün xidmət göstərən mehmanxana.
Motor
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. Mühərriklər iki qrupa bölünürlər.
Motye
Motye (fr. Mottier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38267. Kommunanın 1999-cu il üçün əhalisi 511 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 448 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Möhrə
Möhrə (ev tipi) — Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. Möhrə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.