Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monte
Monte — ad. Yaşayış məntəqələri Monte (səhra) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malik səhra. Monte-Karlo — Monako rayonu. Bu adı olan tanınmışlar Monte Melkonyan — Ermənistan Milli qəhrəmanı və terrorçu. Digər Monte-Karlo (film, 2011) — 2011-ci ilin melodram elementli romantik komediya. Monte Kristo (musiqi qrupu) — Fransanın "Sinti pop" janrında ifa edən qruplarından biri.
Amblyseius mountus
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Transeius mountus
Transeius mountus (lat. Transeius mountus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin transeius cinsinə aid heyvan növü.
Monten (müğənni)
Gessika Alissa Serro (14 avqust 1995, Sidney) və ya səhnə adı ilə Monten — 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı "Don't Break Me" mahnısı ilə təmsil edəcəkdi. Müsabiqə ləğv olunsa da, 2021 Avroviziya Mahnı Müsabiqəsində də Avstraliyanı təmsil edəcək.
Montey (Averon)
Montey (fr. Monteils, oks. Montelhs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12150. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 530 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 308 nəfər (15-64 yaş) arasında 204 nəfər iqtisadi fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə 67.8%).
Aksel Munte
Aksel Martin Frederik Munte (31.10.1857, Oskarshamn – 11.2.1949, Stokholm) — İsveç həkimi, yazıçı. == Həyatı == 1857-ci ildə əczaçı ailəsində dünyaya gəlmişdir. 1874-cü ildə Upsala universitetinin tibb fakultəsinə daxil olmuşdur. Fakultənin ən parlaq və çalışqan tələbəsi olan Aksel Munte iki il sonra 1876 cı ildə ciddi xəstələnir. Həkimlərin qoymuş olduğu ağciyər qanaxması diaqnozundan sonra yeganə ümidlə cənuba, dəniz sahillərinə üz tutur. 1876-1878 ci illərdə Fransanın cənubunda, Monpele universitetində, 1878-1880 cı illərdə isə Paris universitetinin tibb fakultəsində təhsilini davam etdirərək, Fransada ən gənc diplomlu həkim olur. Hələ Parisdə oxuyarkən, işgüzarlığı, bilik və təcrübəliliyi ilə Jan-Martin Şarkonun diqqətini cəlb etmiş və onun rəğbətini qazanmış olur. 1880 cı ildə evləndikdən dərhal sonra Kapri adasına yaşamağa gedir. Onun peşəkar karyera nailiyyətləri özünə məxsusluğu ilə seçilir. 1881 ci ilin payızında Parisə dönərək avenyu Viledə öz praksisini açır.
Le-Monte
Le-Monte (fr. Le Montet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03183. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 511 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 256 nəfər arasında (15-64 yaş arasında) 191 nəfər iqtisadi cəhətdən fəal, 65 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74,6%, 1999-cu ildə 71,2%) olmuşdur. 191 fəal 166 nəfərdən (91 kişi və 75 qadın), 25 nəfər işsiz (15 kişi və 10 qadın) çalışdı. Aktiv olmayan 65 nəfər arasında şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Monte-Aqila
Monte Aqila — Biabio bölgəsində, eyni adlı şəhərin 5 kilometr cənubundakı Cabrero bələdiyyəsində yerləşən Çili şəhəridir..
Monte-Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Monte-Roza
Monte-Roza (it. massiccio del Monte Rosa, alm. Monte Rosa-Massiv‎, fr. massif du Mont Rose) — Pennin Alp dağlarında, İtaliya və İsveçrə sərhədində dağ massivi. Qranit və qneyslərdən təşkil olunmuşdur. Maksimum hündürlüyü 4634 metrdir (Düfur dağı; hündürlüyünə görə Alp dağlarının ikinci zirvəsi). Buzlaqlar (ən böyüyü Qorner; uzunluğu təqribən 14 kilometrdir), alp və subalp çəmənlik və kolluqları, iynəyarpaqlı meşələr var. Video and photos of a climb up to Capanna Margherita Gressoney Monterosa - www.gressoneyonline.it Rifugi Monterosa - Mountain Huts on Monte Rosa Tour Monte Rosa - Matterhorn Photos of Monte Rosa, Italian side Monte Rosa, some Photos, incl.
Monte (səhra)
Мontе (isp. Monte) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malikdir. Səhra And dağlarından şərqdə yerləşir. Pataqoniya səhrası ilə cənubdan birləşir. Monte səhrası Atakama səhrası ilə Pataqoniya arasında yerləşir. Səth baxımından Pataqoniya səhrasına bənzəyir. Belə ki, səthi vulkanik suxurlarla örtülüdür. And dağlarının silsilələri ilə əhatələnməsi onun ərazisinə yaıntıların az düşməsinə səbəb olur. İl ərzində 80–300 mm arası yağıntı düşür. Pataqoniya və Atakama səhralarından fərqli olaraq soyuq cərəyanların təsirinə az məruz qalır.
Monte Alban
Monte Alban (isp. Monte Albán) — Meksikanın cənub-şərqində, Oaxaka ştatında Kolumba qədərki dövrə aid böyük yaşayış məntəqəsidir. Oaxaka vadisinin mərkəzi hissəsindən keçən alçaq dağ silsiləsində yerləşir. İndiki ştatın paytaxtı Oaxaka şəhəri Monte Albandan təxminən 9 km şərqdə yerləşir. Monte Albanın ictimai mərasim mərkəzi dəniz səviyyəsindən təxminən 1940 m hündürlükdə (dərənin dibindən 400 metr) süni şəkildə düzləşdirilmiş təpənin üstündə yerləşir. Bu mərkəzdən əlavə, bütün silsilə və onun təpələri boyunca, yüzlərlə süni terras və bəndlərlə əhatə olunmuş onlarla tikili var. Şimalda Atzompa və El-Qalo təpələrindəki yaxın xarabalıqlar da bu qədim şəhərin bir hissəsi hesab olunur. Monte Alban Mezoamerikanın ən ilk şəhəridir və demək olar ki, min il ərzində Sapotek sivilizasiyasının ictimai-siyasi və iqtisadi mərkəzi kimi mühüm rol oynamışdır. Monte Alban Orta Klassik dövrün sonlarına doğru təxminən e.ə. 500-cü ildə qurulmuşdur.
Monte Aqila
Monte Aqila — Biabio bölgəsində, eyni adlı şəhərin 5 kilometr cənubundakı Cabrero bələdiyyəsində yerləşən Çili şəhəridir..
Monte Baldo
Monte Baldo— İtaliya Alplarında dağ silsiləsi, Trento və Verona əyalətlərində yerləşir. Monte Baldo dağları cənubdan Kaprino Veroneseda qurtaran hündür ərazilər, qərbdən Qarda gölü, şimaldan Roveretonun Naqo-Torbole qovuşduğu və şərqdən Val Adige ilə sərhədlənir. Dağın adı Alman Wald ("meşə") adından götürülmüşdür. Bu 1163-cü ildə Alman xəritəsində ilk dəfə görünür. Sülh Yolu (Peace Trail, italyan dilində Sentiero della Pace ) şimali İtaliyadakı ən əhəmiyyətli yollardan biridir və silsilə üzərindən keçir. Dağdan Malcesine şəhərinin yaxınlığında yerləşən Qarda gölü sahilinə kanat vasitəsilə çatmaq olur. Baldo dağları qərbdən göl və şərqə Val d'Adige arasındakı 40 km məsafədə, Qarda gölünə paralel coğrafi baxımdan oxşar silsilələrlə xarakterizə olunur və cənubda Kaprino düzənliyi və Şimali Loppio vadisi ilə sərhədlənir. Baldo dağlarının maksimal hündürlüyü Cima Valdrittada 2218 metr yüksəklində və Qarda gölü sahilində isə minimal hündürlüyü 65 metr yüksəklikdədir. Dağın digər görkəmli zirvələrini Monte Altissimo di Nago (2079 m), Cima del Longino (2180 m), Cima delle Pozzette (2132 m) və Punta Telegrafo (2,200 m) təşkil edir.
Monte Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Monte Melkonyan
Monte "Avo" Melkonyan (erm. Մոնթե Մելքոնյան; 25 noyabr 1957, Viseyliya[d], Kaliforniya, ABŞ – 12 iyun 1993, Mərzili, Ağdam rayonu) — erməni terrorçusu, ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusu, podpolkovnik. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş Azərbaycanlılara işgəncə verilməsində çox aktiv iştirak etmişdir. Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-nin Kaliforniya ştatında anadan olmuşdur. Berkli universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşmüşdür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştirak etmişdir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Həmin ilin noyabrında Fransa polisi onu həbs etmiş, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etmişdir, lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır.
Monte Perdido
Monte Perdido (İspan dilində) (Fransızca Mont Perdito; Aragonese'de Mont Perdito; Katalonadakı Mont Perdut, dördü də itmiş dağ deməkdir) Pireneydəki üçüncü ən yüksək dağdır. İspaniyada yerləşən Monte Perdido zirvəsi (3355 m) Fransadan Gavarnie və Estaubé Cirques'larının görünməz zirvələri ilə gizlidir. Huesca əyalətinin şimalında dayanır.Dağ Monte Perdido silsiləsinin bir hissəsini təşkil edir və Ordesa y Monte Perdido Milli Parkında, Pireneyin qərb hissəsində, İspaniyanın Araqon icmasında yerləşir. Bu əhəng daşı, ərazisi 30,6 min hektar olan bir obyektin bir hissəsi olaraq 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir. Buraya Avropanın ən dərin iki kanyonu (İspaniya tərəfində) və üç böyük buzlaq sirkası (Fransa) daxildir. Bölgənin keçmiş pastoral mənzərələri (kəndlər, tarlalar və fermalar, dağ otlaqları və yollar) əvvəllər Avropanın dağlıq bölgələri üçün çox xarakterik olan kənd təsərrüfatı quruluşunu göstərir. İspaniyadan dağa giriş Fransadan daha asandır.Cığır Ordesa Vadisindəki Arlanonun Torla kəndi yaxınlığında başlayır və sərt zirvəyə qalxmadan Cirque de Soaso'dan Goriz'in Sığınacağına doğru gedir. Qışda bir buz balta və dırmaşan pişiklər qaldırmaq üçün lazımdır. İlk fəthin tarixi bəlli deyil, zirvəyə ilk sənədli qalxma 6 avqust 1802-ci ildə Fransız alpinistləri tərəfindən baş tutdu. Monte Perdido, 1918-ci ildə qurulan və 21 kvadrat metr sahəsi olan İspaniya Ordesa y Monte Perdido Milli Parkının mərkəzi bölgəsidir.Park, 156 kvadrat kilometrə qədər əhəmiyyətli dərəcədə böyüdü və bütün Anisclo Kanyonunu özündə cəmləşdirdi.Ordesada 1500-dən çox növ çiçək, 171 növ quş, 32 müxtəlif məməli və 8 növ sürünən var.Ən möhtəşəm, 3 metrlik bir qanadlı lammergeierdir (saqqallı gövdə).Pirenelər Avropada bu quşların görünə biləcəyi yerlərdən biridir.
Mount & Blade
Mount & Blade (azərb. At və qılınc‎), Türk firması TaleWorlds tərəfindən yaradılan, İsveçli yayımcı Paradox Interactive-in yayımladığı, özünə aid bir dünyası olan, Orta əsrlər mövzulu, tək oyunçulu oyundur. 16 sentyabr 2008-də Şimali Amerikada satışa çıxan oyun 3 gün sonra Avropada yayımlandı. Oyunun inkişafına "TaleWorlds"ün yaradıcıları Ərmağan Yavuz və yoldaşı İpək Yavuz tərəfindən bir oyun proyekti olaraq başlanıldı. Oyunun satışı hələ də davam edən hal-hazırkı versiyası 3 noyabr 2008-də yayımlanmışdır. Oyun PC Gamer jurnalının "Ən yaxşı 100 oyun" 2011 ili siyahısında 91. sırada yer tapmışdır. Kalradya ərazisində müharibə sürətlə yayılır. Bu müharibədən hər kəs öz payını alacaq və hər kəs yaşamaq uğrunda mübarizə verəcəkdir. Ovçusundan tacirinə, kəndlisindən əsgərinə qədər hər kəs bir məqsəd uğrunda mübarizə aparacaqdır: savaşdan sağ qurtulmaq.
Mişel de Monten
Mişel de Monten (tam adı:Mişel Ekem de Monten, fr. Michel de Montaigne; fr. Michel Eyquem de Montaigne; 28 fevral 1533 – 13 sentyabr 1592[…]) — fransız intibah dövrünün yazıçısı və filosofu. Mişel Monten 28 fevral 1533-cü ildə dövlətli tacir ailəsində anadan olmuşdu. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, "de Monten" zadəgan tituluna layiq görülmüşdü. Atasının elmə və ədəbiyyata olan marağı irsən oğluna da keçmişdir. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudi ailəsindən idi. Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alır. 24 yaşlı Monten orada həyatının ən əlamətdar hadisələrindən birini yaşadı – Etyen de la Böesi (1530–1563) ilə tanış oldu. Onlar arasında dərin intellektual və emosional yaxınlığa əsaslanan bir dostluq münasibətləri yarandı.
Technicolour (Monten mahnısı)
Technicolour (azərb. Texnorəng‎) — Avstraliyanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Monten ölkə televiziya kanalı SBS tərəfindən daxili seçimlərlə 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək hüququ qazandı. Uzun müddətdir hazırlanma prosesi gedən mahnı 5 Mart 2021 tarixində ictimaiyyətə paylaşıldı. 2 Aprel 2020 tarixində Avstraliya televiziya kanalı SBS Monteni təmsilçi kimi seçdi. Monten Avstraliyanı 18 May tarixində keçiriləcək 1-ci yarım final mərhələsində təmsil edəcək.
A Haunted Turkish Bathhouse
Kabuslu türk hamamı (怪猫トルコ風呂, Kaybyo toruko furo) – 1975-ci ildə Kazuhiko Yamaquçinin rejissorluğu ilə çəkilmiş Yaponiya istehsalı erotik qorxu filmi. Film qorxu janrının kaybyo və ya bakemono altjanrına aiddir. Filmdə türk hamamında işləyən qız sevgilisi tərəfindən öldürüldükdən sonra qisas almaq üçün pişik bədheybətinə çevrilir. == Rollarda == Naomi Tani Yukino rolunda. Hideo Murota Yuzo rolunda. Misa Ohara Yukinonun bacısı Mayumi rolunda. Tayci Tonoyama hamamın meneceri Genzo Kakinuma rolunda. Tomoko Mayama Genzonun ikinci arvadı Utae Kakinuma rolunda. Terumi Azuma Genzonun qızı Natsuyo Kakinuma rolunda. Koci Fuciyama hamamın meneceri Toriyama rolunda.
Monte Carlo Rallisi
Monte Karlo Rallisi (Rallye Automobile Monte Carlo), Formula 1 Monako yarışını və Monako Kart Kubokunu da təşkil edən Monaco Automobile Club tərəfindən təşkil edilən illik bir rallidir. Yarış, Monako Knyazlığındakı Fransa Rivierası ilə Fransanın cənub-şərqi arasında keçirilir.
Monte Karlo Rallisi
Monte Karlo Rallisi (Rallye Automobile Monte Carlo), Formula 1 Monako yarışını və Monako Kart Kubokunu da təşkil edən Monaco Automobile Club tərəfindən təşkil edilən illik bir rallidir. Yarış, Monako Knyazlığındakı Fransa Rivierası ilə Fransanın cənub-şərqi arasında keçirilir.
Monte Karlo metodu
Monte Karlo metodu — Standart olmayan bir əyrinin əhatə etdiyi səthin sahəsini hesablamaq metodu. Standart olmayan bir əyrinin əhatə etdiyi səthin sahəsini hesablamaq müşkül məsələdir. Ancaq qeyri-standart düşüncə ilə bu məsələni həll etmək çox asandır. Bu səbəbdən də belə məsələləri həll etmək üçün "Monte Karlo metodu" işlənib hazırlanıb. Bu, qeyri-standart statistik metodun məğzi belədir: Əyri-üyrü xəttlə əhatə olunan səthin ətrafına sahəsi məlum düzbucaqlı çəkirlər və düzbucaqlının iki tərəfindən koordinat oxu kimi istifadə edilir. Sonra təsadüfi ədədlər cədvəlinin köməyi ilə düzbucaqlının içərisinə koordinatları məlum 100 nöqtə qeyd edilir. Əgər bu 100 nöqtədən, misal üçün, 40-ı naməlum səthin içərisinə düşərsə, onda axtardığımız sahə düzbucaqlınin məlum sahəsinin 40 faizini təşkil edəcək.
Mürtəd Yulian
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.