Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Ben Mudi
Ben Mudi - ABŞ-lı gitaraçı, Evanescence qrupunun qurucularından biri.
Ceyms Mudi
Ceyms Pol Mudi (ing. James Paul Moody; 21 avqust 1887, Skarboro, Nort-Yorkşir[d] – 15 aprel 1912) — Titanik gəmisinin altıncı zabiti.
Beslan Mudranov
Beslan Zaudin oğlu Mudranov (7 iyul 1986, Baksan şəhəri, Kabarda-Balkariya MSSR, RSFSR) — Rusiyalı cüdoçu və samboçu. 2016 Yay Olimpiya Oyunlarının çempionu, Dünya Çempionatlarının mükafatçısı, cüdo üzrə Avropa və Rusiya çempionu. Cüdodakı ən yüngül çəki dərəcəsində çıxış edir (-60 kq.). Sambo üzrə beynəlxalq dərəcəli idman ustası. Cüdo üzrə Rusiyanın 2012-ci il əməkdar idman ustası. 2010 və 2011-ci illərin cüdo üzrə Dünya Çempionatlarının iştirakçısı, 2012-ci ilin cüdo üzrə Avropa çempionu. 2015 Avropa Oyunlarının çempionu. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016 Yay Olimpiya Oyunlarının çempionu. == Həyatı == 7 iyul 1986-cı ildə Kabarda-Balkariyanın Baksan şəhərində anadan olub. 13 yaşından güləş idman növü ilə məşğul olub, amma sambo haqqında ona kiçik qardaşı məlumat verib.
Həyatdan sonrakı həyat (kitab, Reymond Mudi)
"Həyatdan sonra həyat: bədənin ölümü fenomenin tədqiqi" (ing. Life after life: The investigation of a phenomenon — survival of bodily death) — 1975-ci ildə nəşr olunan ölümə yaxın təcrübələr haqqında (ing. Raymond Moody)nin üç kitabından biridir. "Həyatdan sonra həyat" 13 milyondan çox tirajla satıldı, onlarla xarici dilə tərcümə edildi və beynəlxalq bestseller oldu, ölümə yaxın təcrübələr mövzusunu məşhur etdi və bir çox başqa araşdırmalara yol açdı. Kitab, ölümün nə demək olduğuna dair müəllifin ümumi hesabatıdır. == Məzmunu == Mudi ölüm öncəsi təcrübələrin ilk tədqiqatçılarından biri idi. Bu termini ilk o təklif emişdir və klinik ölüm keçirmiş 150 nəfərin sözlərindən ölüm öncəsi təcrübələri təsvir etmişdi. Klinik ölüm keçirmiş 150 xəstənin hekayələrinin təhlilindən Mudi hesabatlarda müntəzəm olaraq ortaya çıxan, daha çox xatırlanan hadisələrdən doqquzunu müəyyən etmişdi. Müayinə olunanların heç biri 9 hissin hamısını yaşamayıb. Bəziləri yalnız 2 və ya 3 duyğu yaşamış və təsvir etmiş, digərləri isə 5 və ya 6 duyğunun təsvirini vermişlər.
Mudanya barışığı
Mudanya barışığı—1922–ci ilin оktyаbrın 11-də Mudаnyаdа (Türkiyənin Mərmərə dənizi sаhilində yаşаyış məntəqəsi) Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti (Ismət pаşа) ilə Böyük Britаniyа (gеn. Hаrrinqtоn), Frаnsа (gеn. şаrpi) və Itаliyа (gеn. Mоmbеlli) nümаyəndələri аrаsındа imzаlаnmış bаrışıq sаzişi (оktyаbrın 13-də Yunаnıstаndа Mudanya barışığınа qоşulmuşdu) == Tarixi == Mudanya barışığı türk хаlqının Аntаntа dövlətlərinin təcаvüzünə qаrşı milli аzаdlıq mühаribəsinin uğurlа bаşа çаtdığı və türk оrdusunun İstаnbulа və Frаkiyаyа həlledici hücumа hаzırlаşdığı bir şərаitdə bаğlаnmışdı. İlk əvvəl dаnışıqlаrın üç günə bаşа çаtаcаğı gözlənilirdi. Lаkin Mudаnyаdа аpаrılаn dаnışıqlаr оktyаbrın 3-dən 10-dək dаvаm еtmiş, bəzən isə kəsilmək təhlükəsi qаrşısın dа qаlmışdı (həttа bir dəfə Аntаntа nümаyəndələri Türkiyənin Frаkiyаnı bir аy ərzində bоşаldаrаq türklərə qаytаrmаq tələbini öz hökumətləri ilə rаzılаşdırmаq üçün Mudаnyаnı tərk еtmiş, İsmət pаşа isə türk оrdusunа İstаnbul və Frаkiyа üzərinə irəliləmək əmri vеrmişdi). Mudanya barışığınа görə yunаn qоşunlаrı Mаritsа çаyınа qədər şərqi Frаkiyаnı (Ədirnə şəhəri də dахil оlmаqlа) bоşаldıb türklərin iхtiyаrınа vеrməli, Mаritsаnın sаğ sаhili (Qаrааğаc dа dахil оlmаqlа) isə sülh müqаviləsi bаğlаnаnа qədər müttəfiqlərin iхtiyаrındа qаlmаlı idi. Mudanya barışığındа Türkiyə tərəfi güzəştə gеdərək, “qаrşıdаkı sülh kоnfrаnsının qəti qərаrınаdək İstаnbul və Bоğаzlаr zоnаsınа” qoşun yеritməmək bаrədə təəhhüd götürmüşdü. Mudanya barışığı türk хаlqının yаdеlli işğаlçılаrа qаrşı mübаrizədə qаzаndığı böyük qələbənin bеynəlхаlq səviyyədə ilkin оlаrаq tаnınmаsı və təsdiqi idi. Mudanya barışığını imzаlаmаqlа Аntаntа dövlətləri həm də TBMM hökumətini ölkənin yеgаnə qаnuni hökuməti kimi tаnıdılаr.
Muddəssir
74-cü surə
Muddəssir Surəsi
74-cü surə
Mudros müqaviləsi
Mudros müqaviləsi – 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi "HMS Agamemnon" gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir. == Tələt paşa hökumətinin istefası == Birinci Dünya müharibəsi davam edərkən, 1918-ci ilin yay aylarında Osmanlı dövləti və müttəfiqləri Almaniya, Avstriya-Macarıstan İmperiyası və Bolqarıstan, döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq böyük torpaq sahələri itirmişdilər. Bolqarıstan 15 sentyabrda Makedoniya cəbhəsində faciəvi bir məğlubiyyətə uğradı və Antanta Dövlətləri ilə 29 sentyabrda barışıq imzaladı. Beləliklə, Osmanlı Dövlətinin, müttəfiqləri ilə qurudan əlaqəsi kəsilmiş oldu. Cənub cəbhəsinin süqutu nəticəsində işğal təhlükəsi ilə üz-üzə qalan Avstriya-Macarıstan imperiyası da 5 oktyabrda İtaliyada qalib dövlətlərlə barışıq imzaladı. Almaniya isə 11 noyabrda Fransada barışığa imza atdı.Müharibənin sona çatmasının hiss olunduğu bir dövrdə, Ənvər paşa Şərq Orduları qrupu Komandanı Xəlil paşaya göndərdiyi məxsusi əmrdə belə deyirdi: "Mövcud vəziyyətdəki dəyişiklik səbəbi ilə, ehtimal ki, bizdən sonra gələcək kabinet, Azərbaycan və Şimali Qafqazın boşaldılması şərtini qəbul edəcək və yerinə yetirəcək. Əvvəlcə yazdığım kimi, Nuru (Nuru paşa), orada özü ilə işləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boşaltma əmrindən sonra da fasiləsiz çalışmaq üçün qala bilsin." Müharibə boyunca Osmanlı Dövlətini sövq və idarə edən, orduları istiqamətləndirən İttihad və Tərəqqi Partiyası və hökumət başçıları Tələt, Ənvər və Cəmil paşalar, müharibənin gedişatından ümidlərini kəsmişdilər. İttihad və Tərəqqi Partiyası, 7 oktyabr 1918-ci il tarixində hökumətə etimadsızlıq göstərdiyini bildirdi.
Mudros sülh müqaviləsi
Mudros müqaviləsi – 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi "HMS Agamemnon" gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir. == Tələt paşa hökumətinin istefası == Birinci Dünya müharibəsi davam edərkən, 1918-ci ilin yay aylarında Osmanlı dövləti və müttəfiqləri Almaniya, Avstriya-Macarıstan İmperiyası və Bolqarıstan, döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq böyük torpaq sahələri itirmişdilər. Bolqarıstan 15 sentyabrda Makedoniya cəbhəsində faciəvi bir məğlubiyyətə uğradı və Antanta Dövlətləri ilə 29 sentyabrda barışıq imzaladı. Beləliklə, Osmanlı Dövlətinin, müttəfiqləri ilə qurudan əlaqəsi kəsilmiş oldu. Cənub cəbhəsinin süqutu nəticəsində işğal təhlükəsi ilə üz-üzə qalan Avstriya-Macarıstan imperiyası da 5 oktyabrda İtaliyada qalib dövlətlərlə barışıq imzaladı. Almaniya isə 11 noyabrda Fransada barışığa imza atdı.Müharibənin sona çatmasının hiss olunduğu bir dövrdə, Ənvər paşa Şərq Orduları qrupu Komandanı Xəlil paşaya göndərdiyi məxsusi əmrdə belə deyirdi: "Mövcud vəziyyətdəki dəyişiklik səbəbi ilə, ehtimal ki, bizdən sonra gələcək kabinet, Azərbaycan və Şimali Qafqazın boşaldılması şərtini qəbul edəcək və yerinə yetirəcək. Əvvəlcə yazdığım kimi, Nuru (Nuru paşa), orada özü ilə işləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boşaltma əmrindən sonra da fasiləsiz çalışmaq üçün qala bilsin." Müharibə boyunca Osmanlı Dövlətini sövq və idarə edən, orduları istiqamətləndirən İttihad və Tərəqqi Partiyası və hökumət başçıları Tələt, Ənvər və Cəmil paşalar, müharibənin gedişatından ümidlərini kəsmişdilər. İttihad və Tərəqqi Partiyası, 7 oktyabr 1918-ci il tarixində hökumətə etimadsızlıq göstərdiyini bildirdi.
Mudurnu
Mudurnu (türk. Mudurnu) — Bolu ilinin ilçəsi.
Mudvayne
Mudvayne — 1996-cı ildə yaradılan ABŞ metal musiqi qrupu. Mudvayne, 1996-cı ildə qurulan Amerika Metal qrupudur. Qrup; Peoria, Illionis'te kurulmuştur. Grubun qurucusu və ön-adamı Chad Gray, gitarist Greg Tribbett, basist Ryan Martinie və barabançı Matther McDonough'dur. Mudvayne Epic Records ilə birlikdə üç studiya albomu , iki yığma albom, iki DVD çıxarmışdır. İlk demo albomları olan Kill I Oughtanın müvəffəqiyyətindən sonra Epic Recordsun diqqətini çəkərək onlarla müqavilə imzaladılar. Ardından 2000-ci ildə L. D. 50 adlı ilk albomlarını buraxdılar və Metallica, Korn, Limp Bizkit, Deftones, Linkin Park kimi qruplarla turlara çıxaraq məşhurlaşmağa başladılar. Ekstrem səhnə kostyumları və makiyajları ilə böyük maraq oyadan qrup. 2002-ci ildə The End Of All Things To Come adlı ikinci albomları ilə platinim mükafatları qazanaraq ilk böyük müvəffəqiyyətlərini də əldə etdilər. Qrupun üçüncü albomu Lost And Found Mudvaynenin artıq Metal aləmində artıq adından söz etdirməyə başladılar.
Rafflesia tuan-mudae
Rafflesia tuan-mudae (lat. Rafflesia tuan-mudae) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Xizer Mudi
Xizer Mudi (d. 21 avqust 1973) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Xizer Mudi, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Xizer Mudi, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Yaroslav Mudrı
Yaroslav Vladimiroviç Mudrı; Müdrik Yaroslav və ya I Yaroslav (rus. Ярослав Владимирович Мудрый); 978, bilinmir – 20 fevral 1054) - Rostov knyazı (987—1010), Novoqorod knyazı (1010—1034), Kiyev knyazı (1016—1018, 1019—1054). Rusiyanın Yaroslavl şəhəri onun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Азбелев С. Н. Ярослав Мудрый в летописях // Новгородская земля в эпоху Ярослава Мудрого. — Великий Новгород, 2010. — С. 5—81. Брюсова В. Г. К вопросу о происхождении Владимира Мономаха // ВВ.-Т. 28. 1968. — С. 127—135. Брюсова В. Г. Русско-византийские отношения середины XI в.
Mixail Mudrik
Mixail Mudrik (5 yanvar 2001, Krasnoqrad[d], Xarkov vilayəti) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin futbolçusu.
Bud
Bud, insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
HUD
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Mum
Mum — ali turşuların və yüksək molekulyar spirtlərin bitki və heyvanlar aləmində mürəkkəb efirləri. Bitki və heyvan mənşəli mumları fərqləndirmək olar. == Təbiətdə mum == Heyvan mumları: Arıların istehsal etdiyi mum arı şanın qurulmasında istifadə olunur. Qoyunun yunun qaynadaraq Lanolin adlı mumu əldə etmək olar.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Pud
Pud — çəki ölçü vahidi. == Ümumi məlumat == Pud Azərbaycan xalqının məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan Azərbaycan xalqının məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV-XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur. Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi. Onlar daşları dişləri ilə yerdən qaldırır, oynadır və fırladıb kənara atırlar ki, bu da həmişə tamaşacıların boyuk marağına səbəb olurdu.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb.Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. == Rud klassiklərin əsrlərində == Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat, Məni bu amansız yuxudan oyat. Bəlkə, rudun səsi axar çay kimi Dincəltsin susamış yanar qəlbimi.Əbdülqədir Marağayi risaləsində rud barədə yazır: "Rud xani: onun səthinin yarısına kimi dəri çəkilir, qoluna pərdələr bağlanılır.
Əmud
Əmud, Gürz, Toppuz və ya şeşpər, düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Alan Mur
Alan Mur (18 noyabr 1953[…], Northempton, Birləşmiş Krallıq) – ingilis komiks yazıçısı. Frank Miller ilə komiks dünyasında əsaslı yeniliklər gətirmişdir. Onun əsərlərinin çoxu Hallivud tərəfindən filmə çəkilmişdir: "Cəhənnəmdən", "V - Vandetta deməkdir", "Watchman", "Liqa" və s. == Karyerası == 1979-cu ildə İngiltərənin "Sounds" qəzetində karikaturaçı kimi işləməyə başlayan Mur rəsm çəkməyin ondan uzaq olduğunu başa düşüncə yazıçılığa yönəldi. Lakin daha sonra karikaturaları ona şöhrət gətirdi. İngiltərənin "2000AD" jurnalında müxtəlif obrazlar yaradan Mur xüsusilə "Marvelman" seriyası tanındı və buna görə 1982 və 1983-cü illərdə Böyük Britaniyada Ən Yaxşı Karikaturaçı mükafatının sahibi oldu. Alan Mur daha sonra ABŞ-nin "Swamp Thing" jurnalında işləməyə başladı. 1986-cı ildə yaratdığı Watchman superqəhrəmanı ilə komiks dünyasını sarsdı. O bununla superqəhrəman anlyışını siyasi cəhətdən tənqid edirdi.
Aud (Hindistan)
Aud(Avadh, Audh; hind अवध, Awadh, Oudh) — Hindistanın şimalında tarixi əyalət. == Tarixi == Bu əyalət öz adını qədim Koşala dövlətinin paytaxtı Ayodhyadan alıb. Böyük Moğol İmperiyası dönəmində Aud bir söbə idi. I Səadətəli xan Audun müstəqilliyini elan edib, Aud nəvvablığını yaratdı. Bu nəvvablıq XVIII-XIX əsrlərdə iqtidarda oldu. == Coğrafiyası == Bu tarixi əyalət Hindistanın şimalında qərar tutan müasir Uttar Pradeş ştatında yerləşirdi.
Aud nəvvablığı
Aud nəvvabı — XVIII—XIX əsrlərdə Aud hakimlərinin titulu. == Tarixi == 1722-ci ildə Böyük Moğollar imperiyasının imperatoru Sultan Məhəmməd şah Səadətəli xanı Audun valisi təyin etdi. Əvvəlcə o "nazim" ünvanı daşıyırdı. Sonra o, "nəvvab" titulunu qəbul etdi. Paytaxtını Feyzabada köçürdü.
Aud nəvvabı
Aud nəvvabı — XVIII—XIX əsrlərdə Aud hakimlərinin titulu. == Tarixi == 1722-ci ildə Böyük Moğollar imperiyasının imperatoru Sultan Məhəmməd şah Səadətəli xanı Audun valisi təyin etdi. Əvvəlcə o "nazim" ünvanı daşıyırdı. Sonra o, "nəvvab" titulunu qəbul etdi. Paytaxtını Feyzabada köçürdü.
Ben-Şud
Ben-Şud (ərəb. بن شود‎ fr. Ben Choud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 26 metr (85 ft) yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 93 kilometr (58 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 49 kilometr (30 mil) şərqdə yerləşir.
Bud arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Bud siniri
Bud siniri (lat. nervus femoralis) bel kələfiniə aid II və IV bel sinirlərinin (L2 və L4) liflərindən təşkil olunmuşdur. ¨Bud siniri — n. femoralis , ən uzun şaxə olub, qasıq bağının altından ( əzələ sahəsindən ) budun ön səthinə çıxaraq əzələ, oynaq və ön dəri şaxələrinə bölünür. Bunlardan əzələ şaxələri budun ön qrup əzələlərini, oynaq şaxələri bud — çanaq və diz oynaqlarını, ön dəri şaxələri isə budun ön içəri səthinin dərisini innervasiya edir. Bud sinirindən çıxan gizli sinir — n. saphenus , bu sinirin ən uzun şaxəsi olub , bud üçbucağında bud arteriyasından bayır tərəfdə yerləşir, üçbucağın zirvəsindən arteriya ilə birlikdə yaxınlaşdırıcı kanala daxil olur və onun ön dəliyindən xaric olaraq dərzi əzələsinin altında yerləşir. Sonra bu sinir budun ön və içəri qrup əzələlərinin arası ilə aşağı gedərək diz oynağı nahiyəsində diz oynağına, diz qapağına və baldırın ön səthinin yuxarı hissəsinə məxsus diz qapağıaltı şaxa — r. infrapatellaris, verir. Baldırda bu sinirin böyük gizli vena ilə yanaşı yerləşdiyi yerindən baldırın ön- içəri səthinin dərisinə məxsus baldırın içəri dəri şaxəsi — r.
Bud sümüyü
Bud sümüyü (lat. femur, os femoris) insan skeletinin ən iri, luləli cismi silindrik formada olan sümüyü. Sümüyün proksimal epifizində bud sümüyünün başı (lat. Caput ossis femoris) yerləşir.
Ceyms Mid
Ceyms Edvard Mid (ing. James Edward Meade) (23 iyun 1907[…] – 22 dekabr 1995[…], Kembric, İngiltərə) — məşhur ingilis iqtisadçısı. 1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Bertil Ulinlə bölüşdürmüşdür. == Həyatı == Ceyms Mid özəl Malvern Kollecini bitirmişdir. 1926-cı ildə Oksford Universitetində təhsilə başlamışdır. Əvvəlcə klassik dərslər üzrə təhsil alsa da, sonradan fəlsəfə, siyasət və iqtisadiyyat üzrə oxumuşdur və 1929-cu ildə fərqlənmə ilə məzun olmuşdur. 1930–1931-ci illərdə Kembric Universitetinin Triniti Kollecində ixtisas artırma keçmişdir. Bu müddət ərzində dövrün ən məşhur iqtisadçıları olan Dennis Robertson və Con Meynard Keyns ilə yaxın akademik əlaqələr qurmuşdur. Con Meynard Keynsin pul və məşğulluqla bağlı tədqiqatlarında iştirak edən Mid və yaxın dostları Riçard Ken, Pyero Sraffa və Robinzon Keynsin "Ümumi nəzəriyyə" kitabının hazırlanmasına böyük dəstək olmuşlar. Sonralar Ceyms Mid 1937–1939-cu illərdə İsveçrənin Cenevrə şəhərində yerləşən Millətlər Liqasının İqtisadiyyat Bölümündə iqtisadçı kimi işləmişdi.
Corc Mid
Corc Mid (ing. George Herbert Mead; 27 fevral 1863[…] – 30 aprel 1931[…], Çikaqo, İllinoys) — Amerikan filosofu, sosioloq, psixoloq == Həyatı == Mid 1863-cü 27 fevral tarixində, Masaçusetsdə, Cənubi Hadley-də anadan olmuşdur. O, protestant, orta sinif ailəsində doğulmuşdur- atası Hiram Mead, anası Elizabeth Storrs (Billings) Mead və bacısı Alisdən ibarət ailəsi vardı. Atası keçmiş konservalist pastor idi, anası isə Oberlin Kollecinin ilahiyyat seminariyasında Müqəddəs Retorik və Pastoral İlahiyyat kafedrasında oxumuşdur. Elizabet Storrs Mead iki il Oberlin Kollecində oxudu və sonradan, 1890-cı ildən 1900-cü illərə qədər, Cənubi Hadley, Massaçusets ştatının Mount Holyoke Kollecinin başçısı olaraq çalışdı.Corc Mid də həmin kollecdə ilk təhsilini almışdı. 1887-ci ilin payızında Mid Harvard Universitetinə daxil olmuşdu. Onun əsas maraqlandığı sahələr fəlsəfə və psixologiya idi. O, Josiah Roys birgə oxuduğu müddətdə, ondan çox təsirlənmişdi və düşüncələri formalaşmağa başlamışdı. Daha sonra Almaniyaya-Leypziqə gedən Mid burada Vilhelm Vuntdan "jest" konsepsiyasını öyrəndi. Bu konsepsiya onun sonrakı işlərinin mərkəzi oldu.
Cud Bellingem
Cud Viktor Vilyam Bellinqem (29 iyun 2003) — İspaniya La Liqasında çıxış edən "Real Madrid"in yarımmüdafiəçisi. == Karyerası == === Birminhem Siti === "Birminhem Siti" heyətində ilk matçına 25 avqust 2019-cu ildə keçirilən Suonsi Siti-Birminhem Siti matçının 76-cı dəqiqəsində çıxıb. Eyni zamanda matçın 90+4-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Suonsi Sitinin 3–0 hesablı qələbəsi ilə başa çatıb. Birminhem Sitinin heyətində ilk dəfə 31 avqust 2019-cu ildə keçirilən "Birminhem Siti" – "Stoke Siti" matçında fərqlənib. Matça 30-cu dəqiqəsində daxil olmasına baxmayaraq 76-cı dəqiqədə fərqlənməyi bacarıb. Matç "Birminhem Siti"nin 2–1 hesablı qələbəsi ilə başa çatıb. 23 iyul 2020-ci ildə "Birminhem Siti"dən ayrıldı. === Borussiya Dortmund === "Borussiya Dortmund"da ilk matçına 12 avqust 2020-ci ildə keçirilən "Rheindorf Altach" – "Borussiya Dortmund" matçında çıxıb. Matç "Borussiya Dortmund"un 0–6 hesablı qələbəsi ilə bitib.
Cud Lou
Devid Cud Lou Heyvort (ing. David Jude Heyworth Law — Cud Lou; 29.12.1972) — Britaniya film və teatr aktyoru. Ən məşhur uğurları "İstedadlı cənab Ripley" filmində (Ən Yaxşı ikinci dərəcəli kişi rolu üçün 1999-cu ildə, BAFTA mükafatı), "Soyuq Dağ" filmindəki baş roluna görə ("Oskar" və "Qızıl Qlobus"a namizəd, 2003-cü il) , "Yaxınlıq" filminə görə (2004), və "Şerlok Holms" filmində ikinci dərəcəli kişi aktyoru roluna görə (2009) "Saturn" mükafatına namizəd olmuşdur. == Həyatı == Cud Lou 1972-ci il dekabrın 29-u Lewisham, cənubi Londonda anadan olmuşdur. O, ailənin ikinci uşağıdır. Anası Margaret Anne və atası Peter Robert Law məktəbdə müəllim işləmişlər. Nataşa adlı bir bacısı var. Jude adı ona "The Beatles" qrupunun "Hey, Jude" mahnısındakı qəhrəmanın şərəfinə verilib. Cud 14 yaşına qədər Londondakı adi məktəblərin birində oxuyub. Ancaq yeniyetmə dövründə yaşıdları onu ələ saldığına görə valideynləri onu Dalviçdəki özəl məktəbə keçiriblər.
Culianna Mur
Culianna Mur (ing. Julianne Moore; 3 dekabr 1960, Şimali Karolina, Feyetville) amerikalı aktrisa. == Həyatı == Amerika aktrisası Culi Enn Smit 3 dekabr 1960-cı ildə Şimali Karolinanın Feyetville şəhərində doğulub. Gələcək aktrisanın atası Piter Mur Smit tribunal hakimi, anası Anna isə psixiatr idi. Culianna ailənin böyük uşağı idi. Ondan başqa ailədə kiçik bacısı Valeri və qardaşı, balaca Piter Mur Smit böyüyürdü. Onun uşaqlıq dövrü ailəsi ilə birlikdə bir yerdən digərinə köçməklə keçib. Aktrisa Almaniyanın Frankfurt şəhərindəki Amerika kollecində təhsil alıb. 1979-cu ildə oranı bitirərək Boston Universitetinin incəsənət məktəbinə qəbul olunur. 1983-cü ildə bakalavr dərəcəsi alır və Culi Enn Smitin Culianna Mura çevrildiyi Nyu-Yorka köçür.
Demi Mur
Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüser, keçmiş bəstəkar və modeldir. == Həyatı == Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi. Seriallarda çəkilir. 1982-1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St.
Süd
Süd — qida məhsulu. == İnsan orqanizmi üçün südün əhəmiyyəti == Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Ümüd
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.