MUVAZENET
MUZAFFER
OBASTAN VİKİ
Muz TV (Azərbaycan)
MTV Azerbaijan və yaxud MTV Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış musiqi kanalı. Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal "Muz TV Azərbaycan" adıyla 2012-ci ilin may ayının 11-də "muz-tv.az" saytı vasitəsilə yayıma başlayıb. Telekanal yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramlar və reportajlar kanalın əsas prioritetidir… 5 ildən artıq internet vasitəsilə yayımlanmış telekanala 2017-ci ildə MTRŞ tərəfindən peyk yayımı üçün lisenziya verilib. 2018-ci ilin noyabr ayının 15-dən telekanal "MTV Azerbaijan" adıyla fəaliyyət göstərir. Həmçinin, həmin tarixdə kanalın loqosunda, arakəsmələrində, qrafikasında və qismən formatında dəyişiklik edilib. 2020-ci ildə telekanalın qərargahı Rahib Məmmədov küçəsi № 17 ünvanından Tbilisi prospektinə köçürülüb. 2022-ci il iyunun 3-dən "MTV Azerbaijan"ın loqosunda, arakəsmələrində və qrafikasında daha bir dəfə dəyişiklik edilib.
Muz TV Azərbaycan
MTV Azerbaijan və yaxud MTV Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış musiqi kanalı. Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal "Muz TV Azərbaycan" adıyla 2012-ci ilin may ayının 11-də "muz-tv.az" saytı vasitəsilə yayıma başlayıb. Telekanal yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramlar və reportajlar kanalın əsas prioritetidir… 5 ildən artıq internet vasitəsilə yayımlanmış telekanala 2017-ci ildə MTRŞ tərəfindən peyk yayımı üçün lisenziya verilib. 2018-ci ilin noyabr ayının 15-dən telekanal "MTV Azerbaijan" adıyla fəaliyyət göstərir. Həmçinin, həmin tarixdə kanalın loqosunda, arakəsmələrində, qrafikasında və qismən formatında dəyişiklik edilib. 2020-ci ildə telekanalın qərargahı Rahib Məmmədov küçəsi № 17 ünvanından Tbilisi prospektinə köçürülüb. 2022-ci il iyunun 3-dən "MTV Azerbaijan"ın loqosunda, arakəsmələrində və qrafikasında daha bir dəfə dəyişiklik edilib.
Dünya Erotik Sənət Muzeyi
Dünya Erotik Sənət Muzeyi (ing. The World Erotic Art Museum) — ABŞ-nin Florida ştatının Mayami Biç şəhərində yerləşən muzey. Muzeyin sahibi Naomi Vilziqdir. == Tarixi == Daha əvvəldən gəzinti sərgilərlə xidmət edən muzey 2005-ci ildən Florida ştatında daimi bir məkana sahib olmuşdur. == Eksponatları == Bu muzeyin dünyanın ən böyük erotik sənət kolleksiyasına sahibdir.
Elm və Kosmos Muzeyi
Elm və Kosmos muzeyi — İspaniyanın Makaroneziya Kanar adalarında, Tenerife adasındakı San Cristobal de La Laguna şəhərində yerləşən astronomiya, texnologiya və elm muzeyidir. Tenerife Şurası, Tenerife Muzeylər və Mərkəzlər Təşkilatına aiddir. Muzey 1993-cü ildə Şura və Kanar Adaları Astrofizika İnstitutunun təşəbbüsü tərəfindən açılmışdır. Kanar adalarının və Makaron arxipelaqının əsas astronomiya və elm muzeyi hesab olunur. == Tarixi == Bina memarlar Jordi Garcés və Enric Sòria tərəfindən dizayn edilmiş, muzey isə Enrik Franç tərəfindən hazırlanmışdır. Muzey yarım ulduz formasındadır və La Laqunada IAC-a bitişik yerləşir. Muzeyin yaradılmasına Kanar Adaları Astrofizika İnstitutu və Tenerife Şurası kömək etmişdir. 11 may 1993-cü ildə keçirilən açılış mərasimində rus kosmonavtı Sergey Krikalev iştirak etdi və 6 iyul 1993-cü ildə Asturiya Şahzadəsi tərəfindən ziyarət edildi. Hazırda muzeyin direktoru Hector Socas-Navarrodur (11 aprel 2019-cu ildən). === Sərgilər === Muzey müasir elm muzeyi kimi dizayn edilmişdi, displeylərlə interaktivlik vasitəsilə elmi ünsiyyətə yönəlmişdir.
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türk. Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi. == Haqqında == Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir. Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı "ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır". == Memarlığı == 350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir.
Filiştlilərin Mədəniyyət Muzeyi
Filiştlilərin Mədəniyyət Muzeyi (המוזיאון לתרבות הפלשתים ע"ש קורין ממן - Corinne Mamane Museum of Philistine Culture) bir arxeoloji muzey Aşdod, İsrail Bu araşdırır mədəniyyət Filiştlilər ki, şəhər ərazisində yaşamışdır. muzey Filiştlilər mədəniyyətinə həsr olunmuş dünyada yeganə muzey. Bu 1990-cı ildə Aşdod açılan ilk muzey idi. Corinne Mamane Mərakeş da Casablanca doğulmuş yəhudi tələbəsi idi. O, universitet tədqiqatlar zamanı Fransa bir avtomobil qəzasında 1984-cü ildə həyatını itirdi. muzey 3 mərtəbədən ibarətdir. ilk Filiştlilər mədəniyyət sərgisidir. ikinci sərgi dəyişdirilməsi üçün. üçüncü mərtəbədə Ege dənizində qida mədəniyyəti tədqiq «Filiştlilər Mətbəx" həsr olunur.
Finlandiya Milli Muzeyi
Finlandiya Milli Muzeyi (fin Kansallismuseo, isv. Nationalmuseum) Daş Dövründən indiki günümüzə qədər olan Fin tarixini mədəniyyət tarixi və əşyalar vasitəsilə təqdim edir. Milli Romantik üslubunda tikilmiş Fin Milli muzeyi Helsinkinin mərkəzində yerləşir və Mədəniyyət və Təhsil Nazirliyinin nəzdində Fin İrsi Qurumunun (2018-ci ilə qədər Antik Milli Şurasının) (fin Museovirasto, isv. Museiverket) bir hissəsidir. == Sərgilər == Milli Muzeyin daimi sərgiləri altı hissəydən ibarət. Xəzinə kolleksiyası sərgisi pul, medal, orden və bəzək əşyaları, gümüş, zinət əşyaları və silah kolleksiyalarını nümayiş elətdirir. Finlandiyada ibtidai icma quruluşu dövrünə aid tapıntılar Finlandiyada ən böyük daimi arxeoloji sərgidir. Səltənət sərgisi İsveç Krallığı dövründən Rusiya İmperiyası dövrünə qədər orta əsrlərdən 12-ci əsrin 20-ci əsrin əvvəllərinə qədər Fin cəmiyyətinin və mədəniyyətinin inkişafını təqdim edir. "Torpaq və onun xalqı" 18–19-cu əsrlərdə Finlandiya xalq mədəniyyətini, sənayeləşmədən əvvəlki kənd yerlərində yaşayışı nümayiş elətdirir. "Suomi Finlandiyası 1900" adlı XX əsrin Finlandiyası və finlərə aid sərgi 26 aprel 2012-ci il tarixdən 1 mart 2015-ci ilədək açıq idi.
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikası Füzuli şəhərində muzey. Muzey Füzuli rayonunun işğalından sonra Horadiz şəhərinə köçürülmüşdür. == Muzeyin tarixi == Füzuli Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır. == Muzeyin eksponatları == Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu Qarabağ müharibəsinin gedişində rayondan çıxarılaraq Bakı şəhərində fəaliyyət göstərən "İstiqlal" muzeyində mühafızə edilir. Muzey fəaliyyətini uzun zaman İstiqlal muzeyində davam etdirmişdir. Keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır. Bu gün muzey eksponatlarının sayı yeddi mindən çoxdur. Fəaliyyətə başladığı gündən indiyədək muzeyə tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli rəhbərlik edir. Muzey sərvətlərinin düşməndən xilas edilməsində əməkdaşların böyük əməyi olmuşdur. İşğala qədər muzeydə doqquz mindən çox eksponat mühafızə edilirdi.
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi — Goranboy rayonunda yaradılmış muzey. == Muzeyin tarixi == Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq. == Muzeyin eksponatları == Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr.
Gürcüstan Milli Muzeyi
Gürcüstan Milli Muzeyi ( gürc. საქართველოს ეროვნული მუზეუმი ) Gürcüstanda bir neçə aparıcı muzeyi özündə birləşdirir. Bu şəbəkə daxilində birləşən qurumların idarəetməsinin modernləşdirilməsinə və tədqiqat və tədris fəaliyyətlərinin əlaqələndirilməsinə yönəldilmiş struktur, institusional və hüquqi islahatlar çərçivəsində qurulmuşdur. Muzey 30 dekabr 2004-cü ildə qurulandan bəri professor David Lordkipanidze tərəfindən idarə olunur. Gürcüstan Milli Muzeyi aşağıdakı muzeylərin rəhbərliyini birləşdirir: Gürcüstanın Simon Canaşia Muzeyi, Tbilisi Samtsxe-Cavaxeti Tarix Muzeyi, Axaltsixe Açıq Hava Etnoqrafiya Muzeyi, Tbilisi Gürcüstan Dövlət İncəsənət Muzeyi, Tbilisi və onun filialları Sovet işğalı muzeyi, Tbilisi Dmanisi Muzey-Tarix və Arxeologiya Qoruğu, Dmanisi Vani Muzey-Arxeologiya Qoruğu, Vani Tbilisi tarixi muzeyi, Tbilisi Svaneti Tarix və Etnoqrafiya Muzeyi, Mestia Paleobiologiya İnstitutu, Tbilisi Siqnaxi Muzeyi, Siqnaxi == Həmçinin bax == Gürcüstanın Simon Canaşia Muzeyi Gürcüstan Dövlət İncəsənət Muzeyi == İstinadlar == == Xarici keçidlər == Gürcüstanda muzeylər . Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi. 16 Dekabr 2007 tarixində tapıldı.
Gürcüstan Xalq Maarif Muzeyi
Gürcüstan Xalq Maarif Muzeyi — Tbilisidədir. Zaqafqaziya maarif tarixinə dair ən dəyərli mənbələrdən olan bu muzeydə Qori müəllimlər seminariyasınında sənədləri qorunub saxlanılır. Sənədlər arasında burada təhsil almış Azərbaycanın digər görkəmli şəxsiyyətləri ilə yanaşı, Məmmədquluzadənin də seminariyaya qəbulu və orada oxuması haqqında çoxlu sənədlər vardır. Bunların arasında Mirzə Cəlilin atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun 1882 il iyunun 21-də Qori müəllimlər seminariyasına qəbul edilməsi haqqında direktorun adına ərizəsi, Mirzə Cəlilin doğum tarixi haqqında qəza polis idarəsi tərəfindən verilmiş vəsiqə və ruhani idarəsinin şəhadətnaməsi, seminarist Cəlilin dərsə davamiyyəti və təhsil zamanı aldığı qiymətlər haqqında cədvəllər, 1886–1887 tədris ilində seminariyanı bitirərək "İbtidai xalq məktəblərində müəllimlik adına layiq görülməsi" haqqında məlumat və digər sənədlər də vardır. Qori seminariyasında təhsil almış azərbaycanlı tələbələr, o cümlədən Cəlil Məmmədquluzadə haqqındakı həmin sənədlərin mikrofoto surətləri Azərbaycan Respublikası Dovlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. == Həmçinin bax == Qori müəllimlər seminariyası == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.114.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.
Gürcüstan İncəsənət Muzeyi
Gürcüstan İncəsənət Muzeyi yaxud Gözəl Sənətlər Muzeyi — Gürcüstanın ən əhəmiyyətli muzeylərindən biridir. Tiflisdə Lado Qudiaşvili küçəsində, 1 -də yerləşir. Təxminən 140.000 ədəd Gürcüstana, Şərqə, Rusiyaya və Avropaya aid eksponat qorunub saхlanılır. == Tarixi == 1920-ci il fevralın 1-də Tiflisdə Qərbdə təhsilli gənc gürcüstanlı rəssamların səyləri nəticəsində, günümüzdəki muzeyinin sələfi, Milli İncəsənət Qalereyası açılmışdı. 1932-ci ilin sonunda muzey şəhərin mərkəzinə 13-cü əsrin abidəsi Metexi kilsəsinin ərazisinə köçürüldü. 1945-ci ildə Sovet və Fransa hökumətləri arasında xüsusi razılıq əsasında Gürcüstanın Milli Xəzinəsini təşkil edən çoxsaylı sənət əsərləri - 1921-ci ildəki Qırmızı Ordu işğalından sonra sürgün edilən Gürcüstan hökuməti tərəfindən götürülmüş əlyazmalar, metal məmulatlar, zərgərlik, emal, rəsm əsərləri, Tiflisə qaytarıldı və muzeyin kolleksiyasına əlavə edildi. 30 ildən çox muzeyə rəhbərlik edən görkəmli Gürcüstan sənətşünası Şalva Amiranaşvili (muzeyə onun adı verilmişdir) eksponat toplanmasında mühüm rol oynamışdır. Muzey rəsmi olaraq 1950-ci ildə Gürcüstanın İncəsənət Muzeyi olaraq tanınmışdı, eyni zamanda, o, indiki binasına köçdü. Bina 1838-ci ildə Neoklassik üslubda, Rusiya imperiyası dövründə tikilmiş əvvəllər seminariyaya aid olmuşdu. == Kolleksiya == Muzeyin binası geniş otaqlar və Gürcü, Şərq, Rusiya və Avropa bölmələrindən ibarət olan daimi kolleksiyaya malikdir.
Gürcüstanın Simon Canaşia Muzeyi
Simon Canaşia Gürcüstan Muzeyi (gürc. სიმონ ჯანაშიას სახელობის საქართველოს მუზეუმი) əvvəllər Gürcüstanın Dövlət Tarixi Muzeyi kimi tanınan, ölkənin əsas arxeoloji tapıntılarını nümayiş etdirən Gürcüstanın paytaxtı Tiflisdəki əsas tarix muzeylərindən biridir. Muzey Rusiya İmperiya Coğrafiya Cəmiyyətinin Qafqaz Bölməsinin Muzeyindən yaranaraq, 10 may 1852-ci ildə qurulmuş və 1865-ci ildə Alman tədqiqatçısı Qustav Raddenin təşəbbüsü ilə Qafqaz Muzeyinə çevrilmişdir. Gürcüstan Rusiyadan müstəqillik qazandıqdan sonra (1918), muzeyin adı 1919-cu ildə Gürcüstan Muzeyi olaraq dəyişdirildi. Noe Kipiani muzeyin ilk direktoru idi. Kolleksiyanın böyük bir hissəsi 1921-ci ildə Bolşeviklərin ölkəni ələ keçirilməsindən sonra Gürcüstan hökuməti tərəfindən Avropaya təxliyə edildi və 1945-ci ildə gürcü mühacir alimi Ekvtime Takaishvilinin səyləri ilə Sovet Gürcüstanına qaytarıldı. 1947-ci ildə muzeyə mərhum gürcü tarixçisi Simon Canaşianın adı verildi. 1990-cı illərin əvvəllərində Gürcüstanda postsovet qarışıqlıqları dövründə muzey xeyli zərər gördü. Əvvəlcə 1991-1992-ci illərdə baş verən hərbi çevriliş zamanı döyüşlərdə ziyan gördü və sonra kolleksiyasının bir hissəsi atəşlə məhv edildi. 2004-cü ildə Canaşiya Muzeyi Gürcüstan Milli Muzeyinin birgə idarəetmə sistemi altında digər aparıcı gürcü muzeyləri ilə birləşdirildi.
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi — Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan və 1990-cı il martın 22-dən fəliyyət göstərən muzey. == Haqqında == Təbiət, Qədim dövr, Orta əsrlər, Müasir dövr bölmələrini əhatə edən muzeydə hazırda 2000-dən çox eksponat saxlanılır. Ekspozisiya zalında 1100 eksponat nümayiş etdirilir. Təbiət bölməsinə rayonda yetişdirilən ağac, bitki nümunələri , daş-süxur nümunələri, Gədəbəy mənzərələri, müalicə məqsədi ilə işlədilən bitki nümunələri mineral sular daxildir. Qədim dövr bölməsində b.e.ə dövrlərə məxsus tunc əşyalar, sümükdən və obsidiandan düzəldilmiş əmək alətləri, obsidian qəlpələr, muncuqlar, küpələr, keramik qablar göstərilir. Orta əsrlərə məxsus abidələrin foto şəkilləri, abidələr haqqında məlumatlar öz əksini tapır. Muzeydə müasir dövr daha geniş yer tutur: Təbiət, Arxeologiya, Etnoqrafiya, Numizmatika, XIX əsr Gədəbəy sənaye mərkəzi kimi və s. Muzeyin, sahəsi 222 kv.metrdir və cəmi 7 işçisi var. AMEA Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları ilə əlaqələrin nəticəsində son illər rayon muzeyinə xeyli miqdarda elmi cəhətdən araşdırılmış eksponatlar daxil olub. Hər il mayın 17-də "Açıq qapı" günü, ayın 18-də isə burada "Muzeylər günü " geniş qeyd olunur.
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. == Haqqında == Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.
Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə, hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
Gəncə Tarix Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə, hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
H.Z.Tağıyev adına Tarix Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi və ya Azərbaycan Tarix Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi — Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət xatirə muzeyi. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H. Z. A. Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: H. Z. A. Tağıyevin iş kabineti Şərq zalı kitabxana bilyard otağı yemək otağı məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı – buduar yataq otağı Təmizlik otağı == Muzeyin strukturu == Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H. Z. A. Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Helsinki Dizayn Muzeyi
Helsinki Dizayn Muzeyi (fin Designmuseo, isv. Designmuseet) Finlandiya paytaxtında yerləşən, həm Finlandiya həm də xarici sənaye, moda və qrafik dizayn nümunələrinin sərgiləndiyi muzeydir. Muzey Helsinkinin Korkeavurenkatu küçəsində yerləşir və Finlandiyanın Dövlət mülkiyyətinə daxildir. Bina 1873-cü ildə tikilib və 1978-ci ildən bəri muzey kimi fəaliyyətini davam etdirir. Muzey binasında dizayn işləri 1894-cü ildə memar Qustaf Nüström tərəfindən neoqotika üslubunda aparılıb. 2002-ci ildə muzey adını Designmuseo ("Dizayn Muzeyi") kimi dəyişməyinin səbəbi bir əvvəlki adının çox uzun və mürəkkəb olması idi. Həmçinin muzeydə kafe və mağaza fəaliyyət göstərir. 2017-ci ildə Finlandiya Respublika günü münasibətilə muzey özünün yenilənmiş kolleksiyalarını qonaqların ixtiyarına vermişdir. Muzeydə 1870-ci ildən günümüz qədər olan fin dizayn tarixi sərgilənir. Muzeydə sərgilənən nümunələrə 75.000-dən çox əşya və 100.000 rəsm əsəri daxildir.
Heydər Əliyev Muzeyi (Gəncə)
Heydər Əliyev Muzeyi (Naxçıvan)
Heydər Əliyev Muzeyi — Naxçıvan şəhərində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey. == Haqqında == Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 18 fevral 1999-cu il tarixli sərəncamına əsasən yaradılmış və 10 may 1999-cu ildən etibarən fəaliyyətə başlamışdır. Muzeydə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər nümayiş etdirilir. Həmçinin Naxçıvan MR Ali Məclisinin sədri (1991–1993) işlədiyi dövrdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar öz əksini tapmışdır. Muzryin ekspozisiya zalının mərkəzində Heydər Əliyevin "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır" sözləri yazılmışdır. Habelə muzeydə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada "Xalqımla həmrəyəm", "Qayıdış", "Naxçıvan yaşayır və döyüşür" bölmələri təşkil olunmuşdur. Muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4807 eksponat toplanmışdır. Həmçinin muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Heydər Əliyev Muzeyi (Neftçala)
Heydər Əliyev Muzeyi — Neftçala şəhərində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey. Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur. Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır. == Haqqında == Muzeyin tikintisinə 2006-cı ilin oktyabrında başlanmış və 2007-ci ilin fevralında istifadəyə verilmişdir. Ancaq rəsmi açılışı 23 avqust 2007-ci ildə keçirilmişdir. Muzey bir ekspozisiya zalından, 14 fotostenddən, 10 vitrində ibarətdir. Heydər Əliyevin 1979-cu il mayın 30-da ilk dəfə Neftçalaya gəlişini və burada keçirdiyi görüşləri əks etdirən materiallar iki xüsusi ekspozisiyada nümayiş etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ilin avqustun 23-də Neftçala rayonuna gəlmişdir. Heydər Əliyevin adını daşıyan parkın və muzeyin açılışı olmuşdur.
Heydər Əliyev Muzeyi (Qaradağ)
Qaradağ rayonu Heydər Əliyev Muzeyi — Qaradağ rayonunda yerləşən, 2006-cı ilin aprel ayında tikintisinə başlanılmış, tərtibat, tamamlanma işlərinin 2007-ci ilin fevral ayında başa çatdırıldığı H. Əliyev adına muzey. Muzeyin açılışı 14 iyun 2008-ci ildə baş tutmuşdur. Respublikanın müxtəlif regionlarında və iri şəhərlərində Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixindən və zəngin mədəni irsindən bəhs edən, müasir avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş muzey və muzey mərkəzləri yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. Mərkəzlərdə yaradılmış müxtəlif fotostendlər, kinozallarda nümayiş etdirilən videosüjetlər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu muzey mərkəzlərində həmçinin gənclər üçün şahmat, kompüter, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltaraşlıq dərnəkləri fəaliyyət göstərir. == Ümumi məlumat == Muzeyin yaradılmasında əsas məqsəd sabiq prezident Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin irsini və çoxşaxəli siyasətini gənc nəsillərə dolğun şəkildə çatdırmaq və təbliğ etməkdir. Muzeyin nəzdində 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır. Bu qrupun başlıca vəzifəsi Qaradağ rayonu ilə əlaqədar olaraq Heydər Əliyevin tarixi fəaliyyətini daha geniş, əhatəli şəkildə araşdırmaqdan ibarətdir. Muzey 3 otaqdan ibarətdir. H. Əliyev adına muzeydə 195 ədəd fotoşəkil, 94 ədəd kitab, 9 ədəd Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən disk var.
Heydər Əliyev Muzeyi (Siyəzən)
Heydər Əliyev Muzeyi — Azərbaycanın Siyəzən rayonunda Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey. Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur. Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır. == Haqqında == 3 mərtəbədən və 14 otaqdan ibarət olan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvar ayında başlanmış və iyul ayında başa çatdırılmışdır. Ümumi sahəsi 1200 m2 olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzən rayonuna səfərləri əks olunmuşdur. Mərkəzdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Siyəzənə səfərlərini əks etdirən fotolar yer almışdır. Binanın I mərtəbəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdiren foto və sənədlərdən ibarətdir. Mərkəzdə ümumilikdə 449 eksponat vardır.
Heydər Əliyev muzeyi
Heydər Əliyev Muzeyi — Gəncədə muzey. Heydər Əliyev Muzeyi — Göyçayda muzey. Heydər Əliyev Muzeyi — Qubada muzey. Heydər Əliyev Muzeyi — Mingəçevirda muzey. Heydər Əliyev Muzeyi — Naxçıvanda muzey. Heydər Əliyev Muzeyi — Salyanda muzey. Heydər Əliyev Muzeyi — Qaradağda muzey. Heydər Əliyev Muzeyi — Siyəzəndə muzey.

Digər lüğətlərdə