MUSTAFA
MUŞİKAF
OBASTAN VİKİ
Muş döyüşü
Muş döyüşü — 1467-ci il noyabrın 11-də Muş düzündə Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüş. Uzun Həsən qalib gələrək Ağqoyunlu dövlətinin təməlini qoydu. Qaraqoyunlu dövlətinin varlığına son qoyuldu. XV əsrin 50-ci illərində Ağqoyunlu ərazisində vəziyyət müəyyən qədər sabitləşdi. Ağqoyunlular əleyhinə çıxmış qüvvələrə qarşı mübarizədə Cahangir Mirzənin qardaşı Uzun Həsən böyük şücaət göstərdi. Tezliklə Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında sıx birləşərək Cahangir Mirzənin əleyhinə mübarizəyə qalxdılar. Bu zaman Cahangir Mirzənin əsas qüvvələri Diyabəkirdə idi və Uzun Həsən əsas zərbəni bura vurmağa çalışırdı. 1453-cü ildə baş vermiş döyüşdə Cahangir Mirzənin qüvvələri darmadağın edildi, özü isə Mardinə qaçmaqla yaxasını qurtara bildi. Daha sonra o Uzun Həsənə qarşı mübarizədə mütəffiq tapmaq məqsədilə Ağqoyunluların əsas düşməni Qaraqoyunlu Cahanşahla ittifaqa girmək üçün Təbrizə gəldi. Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı.
Muş ili
Muş ili — Türkiyədə il. 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 168 min nəfər əhalisinin 82 min nəfəri ana dilini kürdcə, 79 min nəfəri türkcə, 3 min nəfəri isə ərəbcə olaraq qeyd etmişdi. 1927-ci il siyahıya alması zamanı hazırkı Muş ilinin əraziləri Bitlis ilinin tərkibində olmuşdur. Bu zaman Bitlis ili mərkəzi (Bitlis), Muş, Əhlət, Malazgirt, Hizan, Varto, Mutki və Bulanık ilçələrindən ibarət idi. 2 iyun 1929-cu il Bitlis ilinin Muş, Bulanık, Malazgirt və Varto ilçələri inzibati mərkəz Muş olmaqla birləşdirildi və Muş ili yaradıldı. Hazırda Muş ili mərkəzi (Muş şəhəri ə/d), Bulanık, Varto, Malazgirt, Hasköy (1987-ci ildə təşkil edilmişdir) və Qorqud (1990-cı ildə təşkil olunmuşdur) ilçələrindən ibarətdir. Qorqud və Hasköy ilçələri mərkəzi (Muş şəhəri ə/d) və Bulanık ilçələrinin inzibati ərazilərində bölünmə hesabına yaradılmışdır. Beləliklə, 1927-ci il siyahıya almasına əsasən hazırkı Muş ilinin indiki ərzisində 43 584 nəfər (22 320 nəfər kişi və 21 264 nəfər qadın) əhali yaşamışdır. Onların 21 499 nəfəri Muş ilçəsində, 9 822 nəfəri Varto ilçəsində, 6 966 nəfəri Malazgirt ilçəsində, 5 297 nəfəri isə Bulanık ilçəsində məskunlaşmışdılar, 43 584 nəfərin sadəcə 697 nəfəri (678 nəfəri kişi, 19 nəfəri qadın) oxuyub-yazma bacarığına malik idi. Siyahıya almaya əsasən 43 584 nəfərdən 34 897 nəfərin ana dili kürdcə, 7 283 nəfərin ana dili türkcə, 908 nəfərin ana dili çərkəzcə, 72 nəfərin ana dili ərəbcə, 10 nəfərin ana dili ermənicə, 1 nəfərin ana dili farsca, 413 nəfərin ana dili isə digər dillər (bilinməyən) olmuşdur.
Qorqud (Muş)
Qorqud (türk. Korkut) — Muş ilinin ilçəsi.
Muş Alparslan Universiteti
Muş Alparslan Universiteti — Türkiyənin Muş vilayətində fəaliyyət göstərən yüksək təhsil qurumu. Universitetin təməli Muş Peşə Kollecindən başlayır. 1986-cı ildə Fırat Universitetinin nərzində yaranan kollecdə Sağlamlıq Elmləri və İnşaat Mühəndisliyi proqramları üzrə dərslər keçirilirdi. Muş Alparslan Universiteti 29 may 2007-ci ildə yaradılıb. Yarandıqdan sonra Muş vilayətində olan və Fırat Universitetinə bağlı akademik qurumların hamısı Muş Alparslan Universitetinin mülkiyətinə keçmişdir. Şəhər universiteti kimi fəaliyyət göstərən universitet 2012-2013-cü tədris ilində yeni kampusuna köçərək kampus universiteti adını aldı. Təhsil fakültəsi İncəsənət və Elmlər fakültəsi İqtisadiyyat və İnzibati Elmlər fakültəsi Rabitə fakültəsi Mühəndislik və Memarlıq fakültəsi İlahiyyat fakültəsi İdman Elmləri fakültəsi Tətbiqi Elmlər fakültəsi Stomatologiya fakültəsi Elm və Texnologiya İnstitutu Sosial Elmlər İnstitutu Muş Texniki Elmlər Peşə kolleci Malazgirt Peşə kolleci Muş İctimai Elmlər Peşə kolleci Muş Sağlamlıq Xidmətləri Peşə kolleci Muş Peşə Kollecində mövcud olan proqramlar: Mühasibat uçotu, Bank işi, Biznesin idarə edilməsi, Ofis menecmenti, Katiblik, Süd məhsulları texnologiyası, Qida texnologiyası, Elektrik, İnşaat, Sənaye Elektronikası, Maşınqayırma, Avtomobil, Uşaq İnkişafı, Radio və Televiziya texnologiyaları, İctimaiyyətlə Əlaqələr və Təbliğ, Səhiyyə Müəssisələrinin İdarəedilməsi.
Amar Muşiç
Amar Muşiç (21 mart 1987) — Xorvatiyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Xorvatiyanı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 15-ci olmuşdur. Amar Muşiç dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Daniel Muşitu
Daniel Muşitu Mvinkeu (22 fevral 2000, İsveç) — İsveç Allsvenskan təmsilçilərindən olan AİK Fotboll klubunda hücumçu kimi çıxış edən peşəkar İsveçli futbolçudur. == Klub karyerası == === AİK === Muşitu AİK akademiyası vasitəsilə inkişaf etmişdir. Muşitu öz peşəkar karyerasında debütünü 29 may 2017-ci ildə Malmö klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Simon Terni əvəz etmişdir. Həmin görüşdə AİK liqa görüşündə rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Danielyus Muşinskas
Danielyus Muşinskas (lit. Danielius Mušinskas; 4 noyabr 1951-ci il, Telşyay, Litva) — Müasir Litva ədəbiyyatının istedadlı nümayəndələrindən biri olaraq tanınmış nasir. == Həyatı == Danielyus Muşinskas 1951-ci ilin noyabrın 4-də Litvanın Telşyay şəhərində anadan olub. 1969-cu ildə 1 saylı Telşyay şəhər orta məktəbini, 1974-cü ildə isə Vilnüs Universitetinin Litva dili və ədəbiyyatı fakültəsini bitirib. 1974-1975-ci illərdə Telşyay rayonunun Trişkyay məktəbində müəllimlik edib. 1976-1988-ci illərdə "Jaunimo gretos" (azərb. "Gənclər sırası"‎) jurnalının mədəniyyət şöbəsinin müdiri olub. 1989-1994-cü illərdə Litva Yazıçılar İttifaqının "Pergale" (azərb. "Qələbə"‎) ədəbi-bədii jurnalının məsul katibi vəzifəsində çalışıb (həmin jurnal 1990-cı ildən "Metai" adı altında buraxılır). 1994-cü ildən indiyədək Litva Yazıçılar İttifaqının "Metai" (azərb.
Hüseyn Muşi
Hüseyn Muşi və ya Dengbêj Huseyno (1936) - kürd müğənni. == Həyatı == Hüseyn Muşi 1936-cı ildə Muşun Orginos kəndində anadan olmuş kürd müğənnisidir. Onların mənşəyi Sasondandır, lakin sonralar Mauba kəndində məskunlaşıblar. Atasının adı Şakir Nimət, anasının adı Hüsniyədir. Məktəbdə oxuyub. O Mauba kəndindən Orginos kəndinə köçüb və orada muxtar şəxs olub. Ona görə də ona Hüseyn Orqinosi deyirdilər. O, evli idi. Doqquz övladı var. 2001-ci il aprelin 8-də vəfat edib.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.
Muşabad (Urmiya)
Muşabad (fars. ‎‎موش اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Muşandərə (Sayınqala)
Muşandərə (fars. موشان دره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Muşavaq
Muşavaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kənd inzibati ərazi dairəsində kənd. "Avak" sözü türk dillərində "yön, istiqamət, səmt, tərəf" mənalarını ifadə edir. Oykonim "muşlular, Muşdan gələnlər" mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin dialektlərinda "yamaq, hörmə, közəmə" mənasında müşəbəx sözü də işlənməkdədir. Kəndin əsl adı Muşavakdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra Türkiyənin Muş əyalətindən gəlmiş Avak adlı bir nəfərin məskunlaşması nəticəsində yaranmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Başkənd-Dəstəfur çökəkliyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Muşavaq kənd kitabxana filialı, Muşavaq kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Muşavaq bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Muşaşaiyyah
Müşəşəilər (ərəb: المشعشعية) Xuzistanın Hoveyzeh şəhərində 1435-ci ildən 1924-cü ilə qədər hökmranlıq edən şiə ərəb sülaləsi idi. İlkin başlanğıcda tayfa konfederasiyası, sonra isə tədricən qüdrətli Şiə İsmaili sülaləsinə çevrildilər. Müşəşəilərin müstəqilliyinə 1508-ci ildə Səfəvi şahı I İsmayıl (h. 1501-1524) tərəfindən son qoyuldu. Şah İsmayıl yeganə qanuni şiə hökmdarı olduğunu iddia etdi. Bundan sonra Müşəşəilər bir qayda olaraq əsrlər boyu İran hökmdarlığı altında vassal olaraq qaldı. Bosworth, C.E. The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. New York City: Columbia University Press. 1996. ISBN 0-231-10714-5.
Muşevani
Dəllər kəndi – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Dəllər (Müşevan) kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Dəllər və ya Aran-Dəlləri deyilir. Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir.[mənbə göstərin] Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.[mənbə göstərin] Yaxında X-XI əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb. 1870-də 7 ailədə 47 nəfər, 1918-də 198 nəfər, 1926-da 53 ailədə 314 nəfər, 2002-də 290 ailədə 1194 nəfər, 2006-da 246 ailədə 1200 nəfər.[mənbə göstərin] Məktəbin tarixi 1931-ci ildən başlanır. Hal-hazırda Bir baza məktəbi (2006-da 9 sinifdə 142 şagird) fəaliyyətdədir.
Muşket
Muşket (lat. musca; mənası – milçək) — iriçaplı, fitilli tüfəng. 1520-ci illlərdə İspaniyada yaranmış, ardınca Avropada geniş yayılmışdır. Kaliribli 22 millimetrədək, məsafəsi 250 metrədək idi. Lülənin ağzından doldurulurdu. Sonralar çaxmaqdaşılı tüfənglə əvəz edilmişdir. Rusiyada XIX əsrin əvvəllərinə qədər çaxmaqdaşılı tüfənglər də muşket adlandırılırdı. Мушкет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Muşketyor
Muşketyor (fr. mousquetaire; mənası – muşketlə silahlanmış əsgər) — muşketlə silahlanmış piyada növü. Azərbaycanca muşketçi sözü daha uyğun tərcümədir. "Muşketyor" sözü fransız dilindəki "mousquetaire" sözündən gəlir, mənası muşketlə silahlanmış əsgər deməkdir. Muşketyorlar XVI əsrin əvvəlindən Avropa ordularında görünməyə başlamışdır. XVII əsrin əvvəlində muşketyorlar piyada qoşunun yarısını, sonralar isə 3-də 2 hissəsini təşkil edirdi. Fransada 1622–1775-ci illərdə qvardiya suvarisinin bir hissəsi kimi zadəganlardan yığılır və kral muşketyorları adlanırdı. Rusiyada 1756–1762-ci və 1796–1811-ci illərdə piyada qoşunlarının bir hissəsi olmuşdur. Chase, Kenneth Warren. Firearms: A Global History to 1700 (illustrated, reprint).
Nadiya Muşka
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nadya Muşka
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Sen-Nizye-dyu-Muşrot
Sen-Nizye-dyu-Muşrot (fr. Saint-Nizier-du-Moucherotte) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38433. Kommunanın 2007-ci il üçün əhalisi 987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 863 ilə 1897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km qərbdə yerləşir.
Sen-Nizye-dü-Muşrot
Sen-Nizye-dyu-Muşrot (fr. Saint-Nizier-du-Moucherotte) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38433. Kommunanın 2007-ci il üçün əhalisi 987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 863 ilə 1897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km qərbdə yerləşir.
Üç muşketyor
Üç muşketyor(fr. Les Trois Mousquetaires)— Aleksandr Düma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış roman. Bu romanda XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və Qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edilir. Dartanyan başlıqda göstərilən üç muşketyordan biri deyil, muşketyorlar onun dostları olan, hamı bir nəfər üçün, bir nəfər hamı üçün ("tous pour un, un pour tous") şüarı ilə yaşayan ayrılmaz dostlar Atos, Portos və Aramisdir. Dartanyanın hekayəsi İyirmi il sonra və Vikont de Brajelon:On il sonra romanlarında davam edir. Düma tərəfindən yazılmış bu üç roman birlikdə Dartanyanın romansları kimi tanınır. Üç muşketyor ilk dəfə 1844-cü ilin mart iyul ayları arasında Fransanın Əsr (fr. Le Siècle) qəzetində ardıcıl formada nəşr olunub. Aleksandr Düma Üç muşketyoru yazdığı vaxtlarda qılıncoynatma ilə məşğul olub və Cozef Çarlemont (fransız ordusunda ixtisaslı qılıncoynatma təlimçisi olub) Çarlz Lekour və Mişel Casseuxun Savate və Kan de Kombat dərslərində iştirak edib. Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur.
Üç muşketyor kimi (film, 1984)
«Üç muşketyor kimi» (ing. Jagir) — rejissor Pramod Çakrabortinın 1984-cü ildə çəkdiyi musiqili macəra filmi. Film Şankar (Dharmendra), Sanqa (Mithun Çakraborti) və Denni (Denni Denzonqpa) adlı üç muşketyordan bəhs edir.
Muşklar
Muşklar — Tunc və Dəmir dövrlərinin qovşağında Anadolu ərazisində yaşamış xalq. Assuriya mənbələrində qeyd olunan, het heroqlifləri ilə "muskai" kimi tanınır. Bir sıra tarixçilər onları yunan mənbələrindən mosxlar, eləcə də Gürcüstanda Mesxetiya adı ilə əlaqələndirirlər. İosif Flavi muşkları Bibliyada Meşex ilə eyniləşdirdi. Paleobalkan dillərində "muşk" termini atlar ilə əlaqələndirilir. Assuriya mənbələrində "muški" termini iki müxtəlif qrupa aiddir: e.ə. XII–IX əsrlərdə mövcud olmuş, Arsaniya ilə Fəratın qovuşduğu yerdə "şərq muşkları" yaşamışdır. e.ə. VIII–VII əsrlərdə Kilikiyada "qərb muşklarıƏ mövcud olmuşdur. Assuriya mənbələri qərbi muşkarı frigiyalılar ilə, yunan mənbələri isə frigiyalıları "Μόσχοι" ilə aydın şəkildə fərqləndirir.
Muştaid parkı
Muştaid parkı (gürc. მუშტაიდის ბაღი) — Tbilisidə yerləşən park. David Aqmaşenebeli prospektinin sonunda, Sol sahil, Tsabadze, Mayakovski, Vaxuşti Baqrationi küçələrinin arasında yerləşir. == Tarixi == Rəvayətə görə, XIX əsrin birinci yarısında bu yerdə fars əsilli Mir Fəttah Ağa Muştaid vaxtsız vəfat etmiş gürcü arvadının xatirəsinə bağ salmışdı. Təxminən 50 hektar ərazisi olan bu torpaqlar Rusiya–Qacar müharibəsi zamanı xidmətlərinə görə Rusiya hökumətindən ona hədiyyə olaraq verilib. 1853-cü ildə bağ şəhər rəhbərliyi tərəfindən satın alınaraq şəhər parkına çevrilib, əvvəlki sahibinin adı verilərək Muştaidi kimi tanınmağa başlanıb. Park yüksək səviyyəli qonaqların qəbulu yeri kimi fəaliyyət göstərib. 1887-ci ildə parkda Nikolay Şavrovun (1858−1915) rəhbərliyi ilə Qafqaz ipəkçilik stansiyası təşkil edilib. Stansiya binası memar Aleksandr Şimkeviçin layihəsi əsasında tikilmişdir. XIX-XX əsrlərin əvvəllərində park şəhərin ən yaxşısı hesab olunurdu.

Digər lüğətlərdə