Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mukadderat (roman)
Müqaddərat - aktyor,yazar,rejissor Erkan Kolçak Köstendildən kino hekayələri. “Bütün olanları, baş verənləri və gələcəkdə nə olacağını dəyişə bilərsinizmi? == Məzmun == Bütün həyat təcrübəsinə və həyat arzusuna baxmayaraq, insan heç vaxt bir şeyə etiraz edə bilməz: ölüm. İnsan ölçdüyü anları dilimlərə bölərək yığdığına və Zaman adlı məfhumun ətrafında dolaşdığına görə yaşamaq başımızdan keçənlərin yükünü dumanlı bir meşəyə daşımaq kimidir. Bütün təcrübəmizə və qeyri-məhdud imkanlarımıza baxmayaraq, Zamanın gəlib-gəlmədiyinə, dolu olub-olmamasına qərar verə biləcək yeganə şey taleyindir. Bəzən təzə çiçəkləri qoparacaq, bəzən köhnə ayaqlarına dolanacaq. Ancaq həmişə vaxtında olacaq. == Kitabın yaranma tarixi == Erkan Kolçak Köstendil öz kitabın yaranması haqqında belə deyir "2006-cı ildə Türkiyənin ilk internet və Facebook serialı olan “Mukadderat”ı çəkdik. O vaxt biz konservatoriyada oxuyurduq. 13 il sonra Mükadderatı kitaba çevirməyi təklif etdilər.
Muraddərə dağı
Muraddərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1092,4 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin şərq yamacında zirvə. Gilançayın sağ sahilində, Gilançay kəndindən 300 m-dək cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının nüvə hissəsində yerləşir.