Muraddərə dağı

Muraddərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1092,4 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin şərq yamacında zirvə. Gilançayın sağ sahilində, Gilançay kəndindən 300 m-dək cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının nüvə hissəsində yerləşir.[1]

Muraddərə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1092,4 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.