Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muradxan
Muradxan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Muradxan oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yerli məlumata görə, yaşayış mantəqəsinin ilk sakinləri müəyyən siyasi hadisələrlə əlaqədar olaraq xanlıqlar dövründə(XVIII əsr) Gəncədən gəlmələrdir. Kəndin məhəllələrindən biri indi də Gəncəli adlanır. Yaşayış məntəqəsi burada bina salmış ailələrin başçısı Muradxan adlı bir şəxsin adım daşıyır. Kəndin adı 1933-cu ildə Muradxanlı şəklinda qəydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2786 nəfər əhali yaşayır.
Muradxan Cabbarov
Muradxan Mahmud oğlu Cabbarov (5 may 1926, Kərəviz, Laçın rayonu – 13 aprel 2006, Bakı) — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (1994–2005), Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon və Laçın Rayon komitələrinin birinci katibi, Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Muradxan Mahmud oğlu Cabbarov 5 may 1926-cı ildə Laçın rayonunun Kərəviz kəndində anadan olub. 1944-cü ildə Laçın şəhər orta məktəbini bitirmişdir.1944–1950-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində, 1961–1967-ci illərdə isə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. Muradxan Mahmud oğlu Cabbarov 13 aprel 2006-cı ildə Bakı şəhərində vəfat edib. == Siyasi fəaliyyəti == 1950-ci ildən Azərbaycan LKGİ Laçın rayon komitəsinin şöbə müdiri, ikinci katibi, birinci katibi, 1959-cu ildən isə Laçın Rayon Partiya Komitəsinin ikinci katibi, 1960-cı ildən Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1962-ci ildən 1980-ci ilədək Laçın Rayon və 1980-ci ildən Zəngilan Rayon Partiya komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. Daha sonra Laçın Şəhər XDS İK-nın sədri olmuşdur.6 aprel 1994-cü ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş, 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır. == Mükafatları == SSRİ-nin "Şərəf nişanı" ordeni. "Xalqlar dostluğu ordeni. "Oktyabr inqilabı" ordeni.
Muradxan bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nəsrəddin Muradxan
Nəsrəddin Murad Xan (1904, Buynaksk, Dağıstan MSSR – 15 oktyabr 1970, Lahor) — Rusiya imperiyasında anadan olmuş qumuq əsilli pakistanlı memar və mülki mühəndis. O, dizayn etdiyi Pakistanın milli abidəsi olan Minar-e-Pakistana görə məşhurlaşmışdır. O, həmçinin Lahordakı Qaddafi stadionunun, xeyli sayda digər seçilən bina və tikililərin müəllifidir. == Həyatı == === Erkən dövrü === Muradxan 1904-cü ildə Şimali Qafqazın Buynaksk bölgəsində türk müsəlman ailəsində anadan olmuşdur və türk qumuq tayfasına mənsub olmuşdur. Buynaksk o dövrdə Rusiya imperiyası ərazisinə daxil idi, indi isə Rusiya Federasiyasına daxildir. 1930-cu ildə o, Leninqrad Dövlət Universitetinin Memarlıq fakültəsinin Şəhər Planlama və Mülki Mühəndislik ixtisasını bitirmişdir. Bu universitet indi Peterburq Dövlət Universiteti adlandırılır. Daha sonralar o, müxtəlif elmi dərəcələrini də bu universitetdən almışdır. === Sürgün === Muradxan müsəlman Qafqazı Sovet hakimiyyətindən qurtarmağı arzulayırdı. Buna görə də, həyatı barədə narahat olduqdan sonra Dağıstandan qaçmağa məcbur oldu və Almaniyaya getdi.
Muradxanlı
Muradxanlı — soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmış şəxslərƏləsgər Muradxanlı — aktyor. Mailə Muradxanlı — tərcüməçi, dramaturq, publisist,KəndlərMuradxanlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Muradxanlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd.
Mailə Muradxanlı
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Muradxanlı (Qoşaçay)
Muradxanlı (fars. مرادخانلو‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 633 nəfər yaşayır (141 ailə).
Muradxanlı (Qubadlı)
Muradxanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 2 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Muradxanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqələri keçmişdə yayı Zəngəzur qəzasında, qışı isə Qarabağda keçirmiş təklə tayfasının muradxanlı tirəsinə mənsub ailələrin oturaqlaşaraq məskunlaşması nəticəsində yaranmış və həmin tirənin adı ilə adlandırılmışdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 42 evdə 164 şiə kürd yaşayırdı.1 noyabr 1992-ci ildə Qubadlı rayonunun Muradxanlı kəndinə ermənilərin silahlı basqını nəticəsində 5 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur.
Muradxanlı (İmişli)
Muradxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 4433 nəfərdir ki, onun da 2301 nəfəri kişi, 2132 nəfəri isə qadındır. 1954 - cü ildə Muradxanlı, Əlipənahlı, Buludlu və Tanırqullar kəndləri birləşdirilərək indiki yerdə məskunlaşmışlar. Kənddə iki tam orta məktəb, mənəniyyət evi və bir 25 çarpayılıq xəstəxana mövcuddur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq əkinçilik və ovçuluqdur. Muradxanlı kəndi ərazisində Muradxanlı neft yatağı fəaliyyət göstərməkdədir. Hazırda neft yataqların hər biri işlənmədədir. Muradxanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir. Yatağın Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir. Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülüb.
Muradxanlı bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mərdan Muradxanov
Muradxanov Mərdan Əsədulla bəy oğlu (1909, Salyan rayonu – 1979) — azərbaycanlı pedaqoq-alim, professor, Azərbaycan SSR Əməkdar elm xadimi. == Həyatı == Mərdan Muradxanov 1909-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə A. İ. Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir. Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini (1946–1952), APİ-də Pedaqogika (1952–1958) və İbtidai təhsil nəzəriyyəsi və metodikası (1960–1979) kafedralarının müdiri işləmişdir. 1961-ci ildə professor adını almışdır. Azərbaycanda çap olunan "Pedaqogika" (1958–1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir. Mərdan ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir. == Kitablar == A. S. Makarenkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri. Nəşriyyat: Maarif, Bakı, 1965.
Ələsgər Muradxanlı
Muradxanlı Ələsgər Cəlal oğlu — azərbaycanlı aktyor. == Həyatı == Ələsgər Muradxanlı 10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. 1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Əsədulla bəy Muradxanov
Muradxanov Əsədulla bəy (18 sentyabr 1866, Salyan – 28 yanvar 1942, Salyan, Salyan rayonu) — ictimai-siyasi xadim, maarifpərvər-publisist. Rusiyanın 1-ci Dövlət Dumasının deputatı. Görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır. == Həyatı == Qori Müəllimlər Seminariyasını bitirmiş (1886), həmin ildən Kürdəmirdə müəllim işləmişdir. Uzun illərdən sonra müəllimlikdən uzaqlaşan Əsədulla bəy Cavad qəzasının kəndlilərlə əlaqə şöbəsində kargüzar və tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilmişdir. O, Rusiya 1 Dövlət Dumasına seçilmiş ilk Salyanlı deputatdır. Dumada Xalq Azadlıq Partiyasına mənsub olmuşdur. Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyevlə birlikdə çarizmin Rusiya imperiyasında yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxmış, qeyri-rus xalqlarını milli muxtariyyəti ideyasını müdafıə etmişdir. Duma çar Nikolay tərəfindən qovulduqdan sonra Muradxanov Peterburqdan Salyana qayıtmış, burada bir neçə maarifçinin fəal iştirakı ilə əhali arasında mədəni-maarif işləri aparmış, "Cəmiyyəti-xeyriyyə" yaratmış, kitabxana-qiraətxana açmış, həvəskar teatr cəmiyyəti təşkil etmiş və s.
Mailə Muradxanova
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Badal Muradyan
Badal Muradyan (8 yanvar 1915, Çubuxçu, Eçmiədzin qəzası – 30 sentyabr 1991, İrəvan) — Ermənistan SSR Nazirlər Sovetinin 4-cü sədri. == Həyatı == 1966-cı il sentyabrın 30-da erməni elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağla bağlı XXIII qurultaya ünvanladıqları məktub respublika KP MK bürosunda müzakirə edildikdən sonra birinci katib Anton Koçinyan və Ermənistan Nazirlər Sovetinin sədri Badal Muradyanın birgə imzası ilə Moskvaya geniş cavab göndərildi. Cavabdan aydın olur ki, əslində elm və mədəniyyət xadimlərinin adından XXIII qurultaya göndərilmiş müraciət elə Ermənistan rəhbərliyinin fikridir. Onlar Sov.IKP MK-ya yazırdılar ki, Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin müraciətdə qaldırdığı məsələ birinci dəfə deyil və bundan əvvəl də, xüsusilə son vaxtlar böyük alimlər qurupu, yaradıcılıq birlikləri, ziyalıların nümayəndələri, fəhlələr, kənd təsərrüfatı işçiləri, tələbələr və digərləri bu məsələ ilə bağlı Sov.IKP MK və Ermənistan KP MK-ya çoxsaylı analoci məktub və müraciətlər göndəriblər. Məktub və müraciət müəlliflərinin fikrincə, bu torpaqların Ermənistana qaytarılması xalqlar arasında dostluğu daha da möhkəmləndirəcək, Lenin milli siyasətinin təntənəsini bir daha nümayiş etdirəcək. Koçinyan və Muradyan belə bir əhval-ruhiyyənin Dağlıq Qarabağ vilayəti əhalisi arasında yayıldığını və bunun ifadəsi kimi vilayətdən Ermənistan KP MK-ya əhalinin müxtəlif qruplarının çoxsaylı müraciətlər göndərdiyini vurğulayırdı. Onlar xatırladırdılar ki, erməni xalqı və digər xalqlar üçün ərazi məsələləri həyati əhəmiyyət kəsb edir. Bunu onlar Ermənistan ərazilərinin 2/3 hissəsinin, guya Ermənistanın qərb vilayətlərinin Türkiyə tərəfindən “qəsb” edilməsi ilə izah edirdilər. Koçinyan və Muradyan yazırdılar: “Indiki vaxtda Türkiyə tərəfindən ələ keçirilmiş torpaqların qaytarılması məsələsinin qoyulmasının məqsəduyğun olmadığı əhali tərəfindən anlayışla qarşılansa da, Qarabağ və Naxçıvanın Ermənistan SSR-ə qaytarılması ilə bağlı məsələlərdə biz ciddi çətinliklərlə üzləşirik”.
Turabxan
Turabxan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kənd vaxtilə Turabxan adlı şəxsə məxsus olduğu üçün onun adı ilə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Şurabxan (Qürvə)
Şurabxan (fars. شوراب خان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (77 ailə). Əhalisini kürdlər təşkil edir.
Muradin Ölməzov
Muradin Ölməzov (qaraç.-balk. Ёлмезланы Мурадин Мусса улу; 20 mart 1949, Taldıkurqan) — Balkar şairi, dramaturq, yazıçı, tərcüməçi, Kabardin-Balkar Respublikası Dövlət Mükafatı laureatı (2000). == Həyatı == Muradin Musa oğlu Ölməzov 20 mart 1949-cu ildə sürgündə — Qazaxıstanın Taldı Kurqan vilayətinin Ernazar kəndində anadan olub. === Təhsili === İbtidai təhsilini doğulduğu kənddə alıb. 1958-ci ildə Balkar xalqının reabilitasiyasından sonra Muradinlər ailəsi vətənlərinə — Kabardin-Balkar Muxtar Respublikasına dönmüşlər. Orta təhsilini Nalçikdə tamamladıqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. == Yaradıcılığı == Muradin Ölməzov yaradıcılığa 1969-cu ildə başlamışdır. Onun əsərləri janr baxımından rəngarəngdir: şeir, poema, hekayə, povest, pyes, ədəbi tənqid, tərcümə və s. Şimali Qafqaz Milli Teatrlarının II “Sərhədsiz səhnə” festivalında dramaturqun “Tahir və Zöhrə” pyesi (Vladikavkaz, 2002) ən yaxşı milli tamaşa kimi qiymətləndirilib. === Əsərləri === Muradin Ölməzovun “Sükutun içi” («Изнанка тишины») pyesinin konflikti yüksək dağlıq ərazidə yerləşən Balkar kəndindəki hadisələr fonunda cərəyan edir.
Turaxan məqbərəsi
Turaxan məqbərəsi (başq. Турахан кәшәнәһе) — məqbərə Başqırdıstanın Çışmi rayonu ərazisində yerləşir. Abidə XIV—XV əsrlərə aiddir. Məqbərə rayon mərkəzindən 12 km cənub-qərbdə, Çişmidən Aşağı Termı kəndinə gedən yolun üzərində yerləşir. Ehtimal edilir ki, nə zamansa yaxınlığında daş məscid olmuşdur. Bu məqbərə ilə birlikdə vahid memarelıq ansambılıdır. Bəzilərinə görə məqbərə «məhkəmə evi» rolunu oynadığını iddia edirlər. Burada nə zamanlarsa məhkəmələr getmişdir. == Təsviri == Turaxan məqbərə kobut işlənmiş daşlarla inşa edilmişdir. Təməlini düzbucaqlı formalı, 6,6х6 metr olan divarlar təşkil edir.
Hacı Muradın nəşinin oğurlanması
Hacı Muradın nəşinin oğurlanması — Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin oğurlanması hadisəsi. Hadisənin 31 may 2019-cu il tarixində baş verdiyi ehtimal edilir. Çıxarılmış qalıqlar, iyunun 2-də öz vətənində Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqda məlumatlar yayılıb. Azərbaycanın rəsmi dövlət orqanları bununla bağlı bir bəyanat verməsələrdə, Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmənin sökülməsi, orada qazıntı aparılması iddianın əsassız olmadığını göstərir. == Təkrar dəfn == Hacı Murad 5 may 1852-ci ildə Qaxın Tanqıt kəndi yaxınlığında kazaklar tərəfindən mühasirəyə alınır. 11 saatlıq döyüşdən sonra Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Uzun illər Hacı Muradın kəlləsinin Azərbaycanda olan məzarında basdırılma məsələsi müzakirə olunur.
Aişə Sultan (III Muradın qızı)
Aişə Sultan (1567, Manisa vilayəti – 15 may 1605, Konstantinopol) - Osmanlı padşahı III. Muradın və Hasəki Safiyə Sultanın ən böyük və ən sevimli qızlarıdır. == Həyatı == 1570-ci ildə III. Murad və Safiyə Sultanın Şahzadə Mehmeddən sonrakı ilk övladı olaraq Manisa Sarayında dünyaya gəldi. 15 dekabr 1574-cü ildə atasının taxta keçməsiylə İstanbula gətirildi. Hərəmxananın həqiqi qurucusu qəbul edilən III. Murad anasının vəfatından sonra bir müddət Köhnə Sarayda yaşadı və bu müddət ərzində Memar Sinana Topqapı Sarayı üçün yeni bir hərəmxananın tikilməsi üzrə əmr verdi. 1585-ci ilin avqust ayında III. Murad Baş Hasəkisi Safiyə Sultan, hasəkiləri Mehriban, Nazpərvər, Şahuban, Fəxriyə Sultanlar və şahzadələri ilə birlikdə yeni hərəmxanaya köçdü. Aişə Sultanın ilk nigahı 1586-cı ilin may ayında Vəzir İbrahim Paşa ilə məhz bu sarayda bağlandı. Bu evlilikdən sonra Aişə Sultan saray daxilində güc qazandı.Aişə Sultan atasının ən sevdiyi qızı idi. Bunun iki səbəbi vardı: anasının Safiyə Sultan olması, ikincisi isə III. Muradın ilk qızı olması. 1595-ci ildə atası vəfat etdi və yerinə qardaşı III. Mehmed taxta keçdi. Aişə Sultan çox şanslı idi; çünki oğlan olmadığı üçün edam edilmədi.
Ayşə Sultan (III Muradın qızı)
Aişə Sultan (1567, Manisa vilayəti – 15 may 1605, Konstantinopol) - Osmanlı padşahı III. Muradın və Hasəki Safiyə Sultanın ən böyük və ən sevimli qızlarıdır. == Həyatı == 1570-ci ildə III. Murad və Safiyə Sultanın Şahzadə Mehmeddən sonrakı ilk övladı olaraq Manisa Sarayında dünyaya gəldi. 15 dekabr 1574-cü ildə atasının taxta keçməsiylə İstanbula gətirildi. Hərəmxananın həqiqi qurucusu qəbul edilən III. Murad anasının vəfatından sonra bir müddət Köhnə Sarayda yaşadı və bu müddət ərzində Memar Sinana Topqapı Sarayı üçün yeni bir hərəmxananın tikilməsi üzrə əmr verdi. 1585-ci ilin avqust ayında III. Murad Baş Hasəkisi Safiyə Sultan, hasəkiləri Mehriban, Nazpərvər, Şahuban, Fəxriyə Sultanlar və şahzadələri ilə birlikdə yeni hərəmxanaya köçdü. Aişə Sultanın ilk nigahı 1586-cı ilin may ayında Vəzir İbrahim Paşa ilə məhz bu sarayda bağlandı. Bu evlilikdən sonra Aişə Sultan saray daxilində güc qazandı.Aişə Sultan atasının ən sevdiyi qızı idi. Bunun iki səbəbi vardı: anasının Safiyə Sultan olması, ikincisi isə III. Muradın ilk qızı olması. 1595-ci ildə atası vəfat etdi və yerinə qardaşı III. Mehmed taxta keçdi. Aişə Sultan çox şanslı idi; çünki oğlan olmadığı üçün edam edilmədi.
Fatma Sultan (III Muradın qızı)
Fatma Sultan (Osmanlıca: فاطمة سلطان) (d. 1574 - ö. 1620) — 12-ci Osmanlı sultanı III Muradın qızı. == Həyatı == Fatma Sultan 1574-ci ildə Manisada dünyaya gəlmişdir. Atası o illərdə Manisa sancaqbəyi olan III Murad, anası isə Safiyə Sultandır. 8 dekabr 1593-cü ildə atasının istəyilə dövrün Anadolu bəylərbəyi Xəlil Paşayla evləndi. Toy mərasimi Köhnə sarayda keçirildi. Tarixçi Mustafa Əfəndi və Xoca Sadəttin Əfəndinin qeydlərinə görə, 7 gün davam edən möhtəşəm toy mərasimində əhaliyə ovuc-ovuc qızıl paylandı. Qırmızı tül pərdəli kəcavəylə ərinin sarayına aparılan Fatma Sultana mehr olaraq 300 min qızıl pul hədiyyə verilmişdi. Toy mərasimi səbəbilə divan üzvlərinə 7 gün boyunca davam edən mükəmməl ziyafət verildi.
Fatma Sultan (II Muradın qızı)
Fatma Sultan (d. 1430, Ədirnə - ö. ?) - 6. Osmanlı padşahı II Muradın qızı və Fateh Sultan Mehmedin böyük bacısıdır. == Həyatı == 1430 tarixində II Muradın üçüncü qızı olaraq dünyaya gəldi vəatasının vəzirlərindən Zağanos Paşa ilə evləndirilmişdir. Vəfat tarixi və səbəbi bilinmir. Ölümünün ardından Bursada atası II Muradın yanına dəfn edilmişdir.
Fatma Sultan (V Muradın qızı)
Fatma Sultan (19 iyun 1879, Konstantinopol – 20 noyabr 1932, Sofiya) — 33. Osmanlı sultanı V Muradın qızıdır. == Həyatı == Fatma Sultan 19 iyun 1879-cu ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Gənclik illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Fatma Sultan bu illər ərzində mükəmməl saray təhsili aldı. Atası və ögey anası Gövhəriz xanımdan fransızca dərsləri aldı. Ancaq 1903-cü ildə bacısı Aliyə Sultan, ertəsi il isə atası Sultan Muradın vəfatının ardından anası Rəzan xanım ağır böhran keçirdi. Bu səbəblə uzun illərdir həbs tutulan ailə azadlığa buraxılsa da, Fatma Sultan və anası Çırağan sarayında yaşamağa davam etdilər. Ancaq çox keçmədən, 1907-ci ildə əmisi Sultan Əbdülhəmid onu Bursalı məşhur Qaracəhənnəmzadə ailəsindən Faiq bəyin oğlu Rafiq İris bəylə evləndirdi. 29 iyul 1907-ci ildə Ulduz sarayında baş tutan toy mərasiminin ardından və Fatma Sultan anasıyla birlikdə Bursaya göndərildi.