Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Murat Bardakçı
Murat Gökhan Bardakçı (25 dekabr 1955, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və aparıcı. Murat Bardakçı 25 Dekabr 1955-ci ildə jurnalist Nemika Bardakçının tək uşağı olaraq İstanbulda doğulub. 1966-cı ildə Ankara Atatürk Lisesindən məzun olub. 1978-ci ildə Ankara Universitetində İqtisadiyyat bölməsindən məzun olub lakin İqtisadiyyat üzrə deyil jurnalistikaya yönəlmişdir. Jurnalistikanın maqazin və digər bölmələrini deyil, tarixi araşdırmalar üzərində jurnalistdir. Televizya proqramlarında tarixi hadisələr əsasən Osmanlı İmperiyasının dağılma dövrü haqqında fikirlər irəli sürür. Bir çox kitab müəllifidir. Bir müddət bəzi tarixçi professorlarla birlikdə " Tarihin Arka Odası " adlı proqramın aparıcısı olub . Bir çox qazetlərdə məqalələri yayımlanır. əsasən tarix sahəsi üzrə ixtisaslaşmış jurnalist, yazıçı və televiziya aparıcısı.
Murat Baymakanov
Murat Baymakanov (qaz. Баймахан Мұрат Тәжімұратұлы; 1 noyabr 1933, Almatı) — alim, hüquq elmləri doktoru (1973), professor (1993), Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki. == Həyatı == 1957-ci ildə Moskva Dövlət Universitetini bitirib. 1962–92-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun tədqiqatçısı, elmi katibi, şöbə müdiri, direktor müavini və müdiri olmuşdur. 1992-95 - Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri. 1995-ci ildən "Kainar" Universiteti və "Adilet" Hüquq Fakültəsi prorektorudur. Qazaxıstan Konstitusiyasının və dövlət orqanları haqqında qanun layihəsinin yaradılmasında iştirak etmişdir. 1978-93-cü illərdə - ABŞ, Fransa, Braziliya və digər ölkələrdə keçirilən beynəlxalq konqreslərdə təqdimatla çıxış etmişdir. Tədqiqatın əsas sahələri: konstitusiya hüququ, dövlət və hüquq nəzəriyyəsi, politologiya. "Sosializm dövründə qanunun aliliyinin inkişafındakı ziddiyyətlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi.
Murat Boz
Murad Boz (türk. Murat Boz; 7 mart 1980, Zonquldak) — Türk musiqiçi. == Həyatı == Türkiyəli müğənni Murad Boz 7 mart 1980-ci ildə Zonquldakda anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra 1996-cı ildə İstanbula gələrək təhsilini İstanbul Gözəl Sənətlər Liseyinde davam etdirmişdir. Bu vaxt ərzində Atatürk Mədəniyyət Mərkəzi və Camal Rəşid Rey adına konsert zalında vokalist olan Murad Boz 1999-cu ildə Milliyət qəzetinin təşkil etdiyi Liseylərarası Musiqi və Xalq Oyunları (rəqsləri) müsabiqəsində birinci olmuşdur. 1999-ci ildə İstanbul Bilgi Universitetinin Caz Vokal fakültəsinə qəbul olan Murad Boz 2003-cü ildən İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının Təməl Elmlər fakültəsində təhsilini davam etdirir. Sonralar Tarkan, Nilüfər, Nazan Öncəl, Nil Karaibrahimgil, Hepsi qrupu, Burcu Günəş kimi sənətçilərin səhnə performanslarında və albomlarında iştirak edən Murat, eyni zamanda bir çox reklam musiqisində iştirak edib (McDonalds, İstikbal, Cola Turka).16 İyul 2006-cı ildə "Aşkı bulamam ben" adlı mahnısını ifa edən Murad Boz, 25 Yanvar 2007-ci ildə "Maximum" adlı ilk albomunu çıxartdırır. O, albomunun prodüserliyində Ozan Çolakoğlu rəhbərliyindəki Sarı Ev ilə birlikdə çalışmağa başlayır. Stardium Musiqi İstehsal etiketiylə nəşr olunan albomdan ilk video klip işi albomla eyni adı daşıyan mahnı üçün seçilir və Murad Küçük klipin rejissorluğunu öhdəsinə götürür. 23 İyul 2007-ci ildə ​​"Püf" adlı mahnısının klipi çəkilir.
Murat Han
Murat Han (d. 1 May 1975, Ankara), Türk aktyor. Murat Han, Ankara da anadan olmuşdur. Bilkent Üniversitesi Müzik ve Sahne Sanatları Fakültesi Tiyatro bölümü mezunu olduktan sonra Los Angeles'ta Stella Adler oyunculuk akademisini bitirmiş, 9 yıl kadar Amerika'da yaşamış ve oyunculuk yapmıştır. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır.
Murat Menteş
Murat Menteş (d. 1974, İstanbul ),Türk şair və yazıçıdır. 2009-cu ildə nəşr olunan Korkma Ben Varım adlı romanı, Türkiyə Yazıçılar Birliyi (Türkiye Yazarlar Birliği) tərəfindən roman nominasiyasında mükafata layiq görülmüşdür. == Romançılığı == Menteş romanı Türkcə ədəbiyyatında çoxca qarşılaşılmayan qeyri-adi hadisələrlə doludur. Və bu qeyri-adi hadisələr, son dərəcə enerjili bir üslubla izah edilir. "Romanı, saatda 300 km. gedə bilən bir idman avtomobili kimi hazırlayıram. İstəyən oxucu yavaş gedə bilər, lakin sürətli oxunmaq üçün əlverişli bir izahatı mənimsəyirəm." - deyən yazıçı üçün sürət, romanın təməl daşlarından biridir. Buna görə də kitablarında uzun təsvirlərə yol verməz. Bu vəziyyəti, "Əvvəllər romançılar bir dağı ya da bir otağı detallı bir şəkildə təsvir edərkən bu gün vizual erada yaşadığımız və hər kəs hər şeyi gördüyü üçün təsvir, romanı kobudlaşdıran bir şeyə çevrilir." - şəklində açıqlayır.
Murat Nasırov
Murat İsmailoviç Nasırov (13 dekabr 1969, Almatı – 19 yanvar 2007, Moskva) — uyğur əsilli Rusiya və Qazaxıstan pop müğənnisi. == Həyatı == Murat Nasırov 19 yanvar 2007-ci ildə Moskvada məşhur barların birinin eyvanından özünü ataraq intihar etmişdir. Onun nəyə görə özünə qəsd etdiyinin səbəbi hələ də məlum deyil. Bəzi ehtimallara görə Murat Nasırov ölümündən qabaq həmin barın foesində LSD(Dietilamid lizergin turşusu) qəbul etmişdir. Bu ehtimalları nəzərə alaraq Murat Nasırovun meyiti yarılmış, ancaq ehtimallar özünü doğrultmamışdır. Yəni onun bədənində heç bir alkoqol və ya başqa maddə aşkarlanmamışdır. Bu yaxınlarda Rusiya mətbuatının Murat Nasırovun ailəsi və dostlarının dediklərinə nəzərən yaydığı məlumata görə ona heç bir zülm və ya məcburiyyət olunmayıb, əvvəllər heç vaxt intiharı nəzərindən belə keçirməmişdir. Onun klubda stəkanının içinə LSD maddəsi atılmağı bir sıra şübhəli məqamları hələ də kölgədə saxlayır, belə ki, bu qəsd olunmaması da demək deyil.
Murat Rəmzi
Murat Rəmzi (tatar. Морат Рәмзи; 10 oktyabr 1854 — 2 aprel 1934) — Rusiya müsəlmanlarının elm və din xadimi, dini lider, tarixçi, çar Rusiyasında yaşayan türklərin tarixinə həsr olunmuş iki cildlik “Talfik əl-ahbar” əsərinin müəllifi. II Ümumrusiya Müsəlmanları Qurultayının nümayəndəsi. == Bioqrafiyası == Murat Rəmzi 10 oktyabr 1854-cü ildə (digər mənbələrə görə, 25 dekabr 1855-ci ildə) Orenburq vilayətinin Menzelinsky rayonunun (indiki Tatarıstan Respublikasının Sarmanovski rayonunun Almetyevo kəndi) Almetmullino kəndində anadan olmuşdur. Əslən Bayar qəbiləsindən olan bir başqırddır. Mənbələrə görə, ata Batırşax başqırd əkinçisi idi. Ana Fəxri-Cihan Nurkey kəndinin başqırdlarından gəlmiş və Rizaəddin bin Fəxrəddinin uzaq qohumu idi.Murat doqquz yaşında ərəb qrammatikasını yaxşı bilirdi, on bir yaşında kalam öyrənməyə başladı. Əmisi Muratın valideynlərinə uşağı Şiqabutdin Mərdjani mədrəsəsinə, Kazana oxumağa göndərməsini tövsiyə etdi. == Yaradıcılığı == Şeyx Rəmzini daha çox Volqa bölgəsindəki, Uraldakı və Qərbi Sibirdəki türklərinin və islamın tarixi idi. Yaşadığı müddətdə Murad Ramzi 15-ə yaxın elmi məqalə, poetik əsər yazmış və çap etdirmişdir.
Murat Zyazikov
Zyazikov Murat Maqomedoviç (10 sentyabr 1957, Oş) — V.V.Putinin birinci və ikinci prezidentliyi müddətində 2002-ci ilin aprelindən İnquşetiya Respublikasının Prezidenti. == Haqqında == Murat Zyazikov 1957-ci ildə Qırğızıstanın Oş şəhərində, Böyük Vətən müharibəsi zamanı sürgün olunmuş inquş ailəsində anadan olub. Ali təhsilini T.Q.Şevçenko adına Çeçen-İnquş Dövlət Universitetinin tarix fakültəsində alıb (1980). 1978-ci ildə hələ tələbə ikən Kubada keçirilən XI Ümumdünya gənclər festivalının nümayəndəsi olub.1980-1981-ci illərdə Çeçen-İnquş Muxtar Respublikasının Nazran Rayon Partiya Komitəsində təlimatçı işləyib. Minskdə DTK-nın ali kurslarını bitirib. 1984-1992-ci illərdə Çeçen-İnquş Muxtar Respublikası DTK-da müxtəlif vəzifələrdə çalışıb. 1992-1996-cı illərdə təhlükəsizlik nazirinin müavini, RF FTX-nin İnquşetiya üzrə sədr müavini, eyni zamanda İnquşetiya Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri olub. İnquşetiyanın prezidenti Sovet İttifaqı Qəhrəmanı R.Auevlə münaqişədə olduğundan başqa regiona köçmək məcburiyyətində qalıb. 1996-2002-ci illərdə Həştərxan vilayəti üzrə RF TXİ-nin rəis müavini olub. 2002-ci ilin yanvarından RF Prezidenti V.V.Putinin Cənub dairəsində səlahiyyətli nümayəndəsinin müavini təyin edilir.
Murat Ülkər
Murat Ülkər (türk. Murat Ülker; d. 21 mart 1959, İstanbul) — Türk iş adamı, şirniyyatcı və Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikanın ən böyük qida şirkəti olan Yıldız holdinqin idarə heyətinin sədri. Yıldız, Godiva Chocolatier, Pladis və Sok kimi şirkətləri əhatə edir. 2018-ci ildə Ülker 4.8 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin iş adamı seçilmişdir. == Bioqrafiyası == Murat Ülkər 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində "şokolad kralı" Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. "İstanbul Erkek Lisesi"-də və Boğaziçi Universitetində təhsil almışdır. 1982-ci ildə Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsil alır. ABŞ-da Continental Baking Company-də təcrübə . Ülker eyni zamanda Beynəlxalq İcraçı Xidmət Korpusunun müxtəlif layihələrində iştirak etmişdir.
Yoahim Murat
Yoahim Mürat (Murat) İoahim (25.3.1767, Labastid-Förtünyer, indi Labastid-Müra, Lo, -13.10.1815, Pizzo, Kalabriya), Fransa marşalı(1804), Neapolitan kralı(1808). == Fəaliyyəti == 1787-1789-cu illərdə kral kavaleriyasının əskəri, sonra inqilabi orduya daxil olur və 1792-ci ildən zabit kimi xidmət edir. 1795-ci il oktyabrın 4-də eskandrona komandanlıq edərək, Parisin mərkəzinə artilleriya toplarını gətirir və general Napoleon Bonaparta royalist qiyamın yatırımasında yardım edir. Buna görə Bonapart onu öz adyütantı təyin edir. Bonapartın İtalyan yürüşü (1796-1797) vaxtı, 1796-cı ildə briqada generalı rütbəsi alır. 1798-1801-ci illər Bonapartın Misir yürüşündə Sen Jan d'Ark şturmunda, Əbukir döyüşündə diviziya generalı rütbəsi alır. Bonapartla Misirdən Fransaya qayıdır və 18 brümer(9 noyabr 1799) çevrilişində iştirak edir. Napoleonun bacısı Karolina ilə evlənir. Qanunverici korpusun üzvü, 1800-cü ildə Parisin qubernatoru olur. Napoleon müharibələrinin hamısında iştirak edir.
Murat Şahin
Murat Şahin (4 fevral 1976, İstanbul) — Türkiyənin keçmiş futbolçusu və məşqçisidir.O, futbola həvəskar kimi İstanbulun "Göztepe Hilal Spor" klubunda başlayıb. 17 yaşında "Fənərbaxça" ya keçib, 18 yaşında peşəkarlığa çevrilib. O, 7 mövsüm keçirdiyi "Fənərbağça"da Engin İpekoğlu və Rüştü Reçberin ehtiyat oyunçusu olub. 1998/1999 mövsümündə fasilədə "Konyaspor"a yollanıb. Daha sonra sırasıyla Diyarbakırspor, Adanaspor, Çaykur Rizespor, Beşiktaş, Qaziantepspor və Kasımpaşa komandalarında forma geyinib. == Futbol karyerası == === Fənərbaxça SK === 1993-cü ildə Fənərbaxçanın infrastrukturuna transfer oldu. 1993–1994 mövsümündə Fənərbaxça A2 komandasında yer alıb. Növbəti mövsüm o, A komandasına yüksəldi. Bununla belə, Engin İpekoğlu və Rüştü Reçber kimi qapıçılardan sonra üçüncü qapıçı olub. 19 fevral 1995-ci ildə ilk dəfə Vanspora qarşı oynamaq şansı qazandı.
Murat Dalkılıç
Sırrı Murat Dalkılıç (7 avqust 1983, İzmir)-Türk musiqiçisi, bəstəkarı və aktyorudur. 2008-ci ildə "Kasaba" mahnısı ilə debüt etdi və 2010-cu ildə "La Fontaine", "Külah" və "Dönmem" kimi mahnıların yer aldığı "Merhaba" adlı ilk studiya albomunu buraxdı. Daha sonra, 2012-ci ildən başlayaraq o, iki illik fasilələrlə Bir güzellik yap , Epik albomlarını buraxdı. O, bu əsərlərə daxil olan "Güzellik yap", "Kader ", "Lüzumsuz Savaş", "Bir Haylı", "Neyleyim İstanbul" və "Derine" kimi mahnıları ilə Türkiyənin müxtəlif musiqi siyahılarına daxil olub. Bu günə qədər iki Türkiyə Video Musiqi ödülü və bir Altın Kelebek mukafatı qazanan Murat Dalkılıç, musiqi karyerası ilə yanaşı 2014 də Söylə Söyleyebilirsen yarışmasını təqdim etdi və Sil baştan teleserialında rol alıb. == Həyatı və Karyerası == 2008-ci ildə Murat Dalkılıç ilk EP albomu olan Town ilə peşəkar musiqi dünyasına addım atdı. Albomdakı 4 mahnıdan yalnız “Kəsəbə” mahnısına klip çəkilib. Klipdə Murat Boz da rol alıb. Mahnı bir çox hit-paradlarda 1-ci, Türkiyənin rəsmi hit-paradlarında isə 1-ci yerə yüksəldi. 2009-cu ildə Dalkılıç Sony Music ilə müqavilə imzalayaraq "Pardon" və "La Fontaine" sinqllarını buraxdı.
Muratağa, Sandallar və Atlılar soyqırımı
Muratağa, Sandallar və Atlılar Soyqırımı — Kiprdə yunanların türklərə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi.Rumların Kipr türklərinə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi Muratağa, Atlılar və Sandallar kəndlərində olmuşdur. Bu soyqırım 1974-cü ilin 14 avqustundan 16 avqustuna kimi EOKA-B tərəfindən həyata keçirilmişdir. Muratağa, Atlılar və Sandallar kəndlərinin əli silah tutan kişilərinin adanın qorunması uğrunda mücadilədə olduğunu bilən rumlar gecəykən müdafiəsiz qalan kəndə hücum edirlər. Hər üç kənddə 5 aylıq körpədən tutmuş 90 yaşlı qocalara qədər hamını qətlə yetirən rumlar öldürdükləri Kipr türklərini kütləvi şəkildə yandıraraq sonradan torpağa basdırırlar. Bu hücum zamanı Atlılar kəndində 36 nəfər, Muratağa və Sandallar da isə 89 nəfər rum vəhşiliklərinin qurbanı olur. Qətlə yetirilən kiprli türklər arasında o zaman adanın müdafiəsinə qalxan Kamal Mericin həyat yoldaşı və 5 övladı da olur. Rumlar 5 aylıq körpəni anasının qucağında süd əmdiyi yerdə qətlə yetirir, ana və övladını türklərə ibrət olsun deyə həmin şəkildə torpağa basdırırlar. Soyqırımda öldürülənlərdən ən balacası 16 günlük, ən yaşlısı isə 95 yaşında olmaqla ümumilikdə 126 nəfər türk qətlə yetirilmişdir. 1960-cı ildəki siyahıyaalmaya görə üç kəndin cəmi əhalisi 248 nəfər idi. Lakin xalqın bir qismi müxtəlif səbəblərdən həmin kəndləri tərk etmişdi.
Yukari Murata
Yukari Murata (9 oktyabr 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yukari Murata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Masaki Murata
Masaki Murata (村田 聖樹, Murata Masaki, 29 avqust 1999, Kavasaki[d], Kanaqava prefekturası) – Azərbaycanın "Sumqayıt" klubunda oynayan yapon futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. == Klub karyerası == Masaki Murata Yaponiyanın "Frontale" klubunun yetirməsidir. O, Almaniyada "Ginshaym" və "Bayern Altsenau" klublarında çıxış etdikdən sonra ölkəsində "İtuano" klubunda oynamışdır.Murata 2021-ci ilin iyul ayında Latviyanın "Valmiera" klubunda çıxış etməyə başlamışdır. O, Latviya klubunda 48 oyuna 4 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdir. 2022-ci ildə "Valmiera" ilə Latviya çempionu olmuşdur. Klubla UEFA Konfrans Liqasında "Şkendiya" klubuna qarşı iki oyunda çıxış etmiş, bir qol vurmuşdur.2023-cü ilin yanvarında Azərbaycanın "Sumqayıt" klubu ilə 1,5 illik müqavilə bağlamış və klubun ilk yaponiyalı futbolçusu olmuşdur. 25 yanvar 2023-cü ildə "Zirə"yə qarşı baş tutmuş oyunda debüt etmişdir. == Milli karyerası == Murata Yaponiyanın U-17 yığmasında çıxış etmişdir.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16 )qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə «açıq» və «tünd» mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Muran
Rəhimli-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Murut
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd düzənlik ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Dəllək Murad
Dəllək Murad – XVIII əsr aşıqlarından biri. == Həyatı == Dəllək Murad XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsihətlərə rast gəlmək olar. == Yaradıcılığı == == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri: I. Bakı: 1983, səh.147-151. Azərbaycan Ədəbiyyatı İnciləri/Bayatı, Qoşma, Təcnis. Bakı: 1988, səh.265. Telli saz ustadları. Bakı: 1964, səh.20-23.
Fərid Murad
Fərid Murad (14 sentyabr 1936[…] – 4 sentyabr 2023) — əslən alban olan amerikalı həkim və farmakoloq, 1998-ci ildə tibb və fiziologiya üzrə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Nobel mükafatçısı olub. == Həyatı == Ferid Murad, 1936-cı ildə 14 sentyabr ABŞ-də İndiana ştatında, Whiting şəhərində anadan olub. 1958–1965-ci illərdə Klivlenddə Western Reserve Universitetində oxuyub və tibb üzrə fəlsəfə elmləri doktoru (PhD) adına layiq görülüb. 1975–81 — Vircinia Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1971–81 — Vircinia Universitetində kliniki tədqiqat mərkəzinin direktoru 1973–81 — Vircinia Universitetində İç Xəstəliklər kafedrasında Kliniki Farmakologiya bölməsinin direktoru 1981–89 — Stanford Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1981–86 — Palo Alto veteranlar administrasiyasında tibbi mərkəzin müdiri 1988 - Çikaqoda (İllinoys ştatı) Northwestern Universitində professor Farmakologiya kafedrasının professoru 1990–92 — Dünyaca ünlü Abbott Laoratories (İllinoys ştatında) əczaçı konsernində farmasevtik tədqiqat və inkişaf bölməsinin işçisi, vise-presidenti 1993–95 — CEO/President, Molecular Geriatrics Corporation, Lake Bluff, Illinois == Təqaüd və ödüllər == Ciba Award, 1988 Albert Lasker Basic Medical Research Award, 1996 == İstinadlar == == Həmçinin bax == Nobel mükafatı == Xarici keçidlər == Fərid Muradın Nobel Mühzairəsi (ingiliscə) Fərid Muradla müsahibə (ingiliscə) Mədəniyyət kanalı.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1816, Xunzax, Avar Xanlığı — 5 may 1852, Qax) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. == Həyatı == 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
III Murad
III. Murad (osm. مراد ثالث) (4 iyul 1546, Manisa, Osmanlı imperiyası – 16 yanvar 1595, Konstantinopol, Osmanlı imperiyası), 12-ci Osmanlı padşahı və 91-ci İslam xəlifəsidir. Səltənəti zamanında Osmanlı dövlətinin sahəsi 19.902.000 km²-ə qədər yüksəlmişdir. 21 il hakimiyyətdə qalan III. Murad dönəmində 11 sədrəzəm, 7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarında qərarsız, dinə və şeiriyyata düşkün olaraq təsvir olunan III. Muradın ətrafında həmişə rəmmal və münəccimlərin olduğu qeyd olunur. == Həyatı == === Şahzadəliyi === 4 iyul 1546 tarixində atası II Səlimin Manisa sancaqbəyliyi dövründə Manisanın Bozdağ yaylağında dünyaya gəlmişdir. Əsl adı Cecilia Baffo olan Venesiya əsilli Nurbanu Sultanın oğludur. İlk təhsilini Manisa sarayında aldı və 1557-ci ilin aprelində sünnət mərasimi burada keçirildi. Atasının 1558-ci ildə Qaraman əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi və babası Qanuni Sultan Süleymanın xeyir-duası ilə Akşehir sancaqbəyi seçildi. Burada ikən atası ilə əmisi Şahzadə Bəyazid arasında gedən Konya döyüşü əsnasında Konya qalasının mühafizəsi ilə vəzifələndirildi.
II Murad
II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثاني — Murād-ı sānī; iyun 1404, Amasya – 3 fevral 1451, Ədirnə) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur. == Şahzadəliyi == Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi. Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmir və Manisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı. Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar.
I Murad
I Murad və ya Murad Hüdavəndigar (Osmanlı türkcəsi: مراد اول — Murād-i evvel) (d. 29 iyun 1326) — 3-cü Osmanlı sultanı. == Həyatı == Şəhzadəlik illəri 29 iyun 1326-cı ildə dünyaya gəldi. Atası 2-ci Osmanlı sultanı Qazi Orxan bəy, anası isə Yarhisar təkfurunun qızı Nilüfər Xatundur. Tarixi mənbələrdə və kitabələrdə "bəy, əmir-i-əzəm, xan, hüdavəndigar, padşah, sultan-üs-səlatin, məlik-ül-mülk" kimi ünvanlarla anılır. Osmanlı tarixində isə daha çox Murad Hüdavəndigar olaraq tanınır. Süleyman, Sultan, İbrahim, Xəlil və Qasım adlı qardaşları olsa da, bunlardan yalnız Süleymanla anaları bir idi. Taxt çıxdığı əsnada isə bu qardaşlarından yalnız Şahzadə İbrahim və Xəlil sağ idi. Atası Orxan bəy, İzmitin fəthinə çıxmadan öncə (1337) onu Bursa sancaqbəyi təyin etdi və 12 yaşlı Murad kiçik yaşlarından yanında olan Lələ Şahin ağayla birlikdə Bursaya göndərildi. İzmitin fəthinin ardından Əskişəhər sancaqbəyliyinə gətirildi.
IV Murad
IV Murad (osm. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612, Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu. == Həyatı == === Şahzadəlik illəri === 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
Mürat İoahim
Yoahim Mürat (Murat) İoahim (25.3.1767, Labastid-Förtünyer, indi Labastid-Müra, Lo, -13.10.1815, Pizzo, Kalabriya), Fransa marşalı(1804), Neapolitan kralı(1808). == Fəaliyyəti == 1787-1789-cu illərdə kral kavaleriyasının əskəri, sonra inqilabi orduya daxil olur və 1792-ci ildən zabit kimi xidmət edir. 1795-ci il oktyabrın 4-də eskandrona komandanlıq edərək, Parisin mərkəzinə artilleriya toplarını gətirir və general Napoleon Bonaparta royalist qiyamın yatırımasında yardım edir. Buna görə Bonapart onu öz adyütantı təyin edir. Bonapartın İtalyan yürüşü (1796-1797) vaxtı, 1796-cı ildə briqada generalı rütbəsi alır. 1798-1801-ci illər Bonapartın Misir yürüşündə Sen Jan d'Ark şturmunda, Əbukir döyüşündə diviziya generalı rütbəsi alır. Bonapartla Misirdən Fransaya qayıdır və 18 brümer(9 noyabr 1799) çevrilişində iştirak edir. Napoleonun bacısı Karolina ilə evlənir. Qanunverici korpusun üzvü, 1800-cü ildə Parisin qubernatoru olur. Napoleon müharibələrinin hamısında iştirak edir.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.