Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maryana (Xaçmaz)
Maryana — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibindəki Maryana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Maryana Lipovşek
Maryana Lipovşek (sloven. Marjana Lipovšek 3 dekabr 1946, Lyüblyana) — Sloveniyalı opera müğənnisi (mezzo-soprano). == Bioqrafiyası == 1968-1970-ci illərdə Lyublyana Musiqi Akademiyasının rektoru, bəstəkar və pianoçu Maryana Lipovşekin (1910-1995) qızı. Doğma diyarında fortepiano məktəbini bitirib. 1970-1977-ci illərdə Qratsdakı Musiqi və Teatr Universitetində, 1978-ci ildə Vyanadakı Opera Studiyasında vokal üzrə təhsil alır. 1979-cu ildə Vyana Dövlət Operasında debüt edir. 1981-ci ildən Hamburq Opera Evində, Münhen Operasında şıxışlar edir. Almaniyanın ən böyük opera səhnələrində çıxış edir, Barselona, Zalsburq, Milan, Florensiya, London, Edinburq, Praqa, Çikaqo, Nyu-York, San-Fransiskonun teatr və festivallarında ifalarını səsləndirir. Lipovşekin vokal hissələrindən televiziyada Riçard Vaqner və Rixard Ştrausun operalarında səsləndirdiyi hissələr Yakob Ljes (1999) və Boz Zona (2001) filmlərində istifadə olunur. Vyana və Zalsburqda yaşayır.
Maryana Mərraş
Maryana bint Fətulla bin Nəsrulla Mərraş (ərəb. مريانا بنت فتح الله بن نصر الله مرّاش‎; avqust 1848, Hələb, Hələb əyaləti, Osmanlı imperiyası – 1919, Hələb) ya Maryana əl-Mərraş ya Maryana Mərraş əl-Hələbiyyə — Hələbdən yazıçı və şair. Fransis və Abdulla Mərraşın bacısı idi. == Həyatı == 1870-ci ildən qəzetlərdə məqalə və şeirləri dərc edildi. 1893-cü ildə Beyrutda onun "Bintü-fikr" adlı şeir toplusu nəşr edildi. Mərraşın II Əbdülhəmidi tərifləyən bir şeir yazmağından sonra, Osmanlı hökuməti bu kitabın nəşr edilməyə icazə vermişdi.
Maryana İskəndər
Maryana İskəndər (/ˌmæriˈænə ɪˈskændər/, MARR-ee-AN-ə isk-AN-dər, ərəb. ماريانا إسكندر‎; 1 sentyabr 1975, Qahirə) — Misir əsilli amerikalı sosial sahibkar və hüquqşünas. 2022-ci ildə o, Vikimedia Fondunun baş icraçı direktoru (CEO) vəzifəsində Ketrin Maheri əvəz edib. Bu vəzifədən əvvəl İskəndər Harambee Youth Employment Accelerator şirkətinin baş direktoru və Nyu-Yorkda Amerika Planlaşdırılmış Valideynlik Federasiyasının keçmiş baş əməliyyat direktoru olub. == Həyatı == Maryana İskəndər Misirin Qahirə şəhərində anadan olub. 4 yaşında ailəsi ilə birlikdə ABŞ-yə mühacirət edib, Texas ştatının Round Rock şəhərində məskunlaşıb. Harri S. Truman təqaüdü ilə Rays Universitetinə daxil olub və 1997-ci ildə sosiologiya üzrə bakalavr dərəcəsində fəqlənmə ilə məzun olub. 1999-cu ildə İskəndər, Rodos təqaüdü ilə Oksford Universitetinin Triniti Kollecində magistr dərəcəsi alıb və burada Rodos Qadınlar Assosiasiyasını qurub. Daha sonra Yel Hüquq Məktəbinə daxil olub və 2003-cü ildə Yuris Doktoru dərəcəsi ilə bitirib. == Karyerası == Oksfordu bitirdikdən sonra İskəndər karyerasına McKinsey & Company-də başlayıb.
Mariana mariana
Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır.
Haryana
Haryana (hind. हरियाणा; pənc. ਹਰਿਆਣਾ; ing. Haryana) — Hindistanın şimalında ştat. Paytaxtı Çandiqarh (inzibati olaraq Haryananın bir hissəsi deyil, ayrıca birlik ərazisidir), ən böyük şəhəri Fəridabaddır. Əhali 25 353 081 nəfərdir (ştatlar arasında 17-ci yer; 2011-ci ilin məlumatları). Haryana 1966-cı ildə Pəncab ştatından ayrı ştata çevrildi. İndiyə qədər Çandiqarh şəhəri eyni vaxtda iki ştatın paytaxtıdır: Pəncab və Haryana. Hind dilindən tərcümə olunan "haryana" "Allahın məskəni" deməkdir: "Hari" Tanrı Vişnunun adlarından biridir, "ayana" - "ev" deməkdir.
Moryanka
Moryanka (lat. Clangula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Muraena
Muraenidae (lat. Muraenidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin angvilkimilər dəstəsinin muraenidae fəsiləsinə aid heyvan cinsi.
Muxrana
Daşdıqullar və ya Daşlıqullar — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Daşdıqullar kəndi Maşaver çayının sol sahilində, avtomobil yolunun kənarında, rayon mərkəzindən 12 km şərqdə, dəniz səviyyəsindən 430 m hündürlükdə yerləşir. Dəşti-Qullar, Daşlı-Qullar, Dəşti-oğullar anlamları var. Bulqarların qıpçaq tirəsi kollar, alban tayfası krllər, qıpçaq- qrapapaqlar içində ki Kul tayfası ilə ilgili ola bilər. Kəndin adı XIX əsr sənədlərində Ağbabalı kimi də gedir. 1870-ci ildə 25 ailədə 168 nəfər, 1918-ci ildə 180 nəfər, 1926-cı ildə 40 ailədə 184 nəfər, 2002-ci ildə 279 ailədə 893 nəfər, 2006-cı ildə 279 ailədə 900 nəfər. Məktəb 1924-cü ildə açılmışdır. Hal-hazırda orta məktəb (2005-ci ildə 11 sinifdə 240 şagird) fəaliyyətdədir.
Məruana
Məruana (ərəb. مروانة‎) — Əlcəzairin şimal-şərqində, Batna vilayətində şəhər. Əhalinin əhəmiyyətli bir hissəsi bərbərlərdir. Məruana şəhərinin ərazisi Batna vilayətinin mərkəzində yerləşir. Şəhər seysmik cəhətdən təhlükəli ərazidədir. Şəhərin əsası b.e. 127-ci ildə romalılar tərəfindən qoyulmuşdur və o dövrdə Lamazba adlanmışdır. Qədim xarabalıqlar 1877-ci ildə aşkar edilmişdir.
Maryan
Maryan — ad. Maryan Vidmar — Yuqoslaviyalı biatlonçu. Maryan Şved — İspaniya təmsilçilərindən biri Digər Maryan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd.
Miyana
Miyanə (yerli əhali arasında Miyana olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Musyan
Musyan — İranın İlam ostanının Dehluran şəhristanının Musyan bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,571 nəfər və 491 ailədən ibarət idi.
Utyana
Utyana (lit. Utena) — Litvada şəhər. Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Muran
Rəhimli-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Murya
Murya — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1065 nəfərdir.
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Mariana Duarte
Mariana Duarte (d. 5 sentyabr 1996) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Mariana Duarte, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Mariana Maççukato
Mariana Maççukato — italiyan əsilli amerikalı iqtisadçı və professor. Hazırda London Universitet Kolleci nəzdnində qurucusu olduğu İnnovasiya və İctimai Dəyər İnstitutuna rəhbərlik edən Maççukato ictimai sektorun innovasiyadakı yerinə dair tədqiqatlarına görə tanınır. Onun tədqiqat sahəsi sözügedən mövzu ilə yanaşı, iqtisadiyyatda dəyər anlayışını da əhatə edir. ABŞ-də çap olunan "The New Republic" jurnalı Maççukatonu innovasiya sahəsində üç ən mühüm mütəfəkkirdən biri kimi xarakterizə etmişdir. Mariana Maççukato innovasiya iqtisadiyyatı, dəyər nəzəriyyəsi və siyasi iqtisadiyyat sahələri üzrə çoxsaylı nəşrlərə malikdir. Bunların sırasına "Sahibkar dövlət: İctimai və Özəl Sektor Miflərini Dağıtmaq", "Hər Şeyin Dəyəri: Qlobal İqtisadiyyatda Yaratmaq və Almaq" və "Missiya İqtisadiyyatı: Kapitalizmi Dəyişdirmək üçün Ay Səyahəti Bələdçisi" kimi kitablar aiddir. Maççukato 2021-ci ildə İtaliya Respublikasının ən yüksək mülki mükafatı olan "İtaliya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilmişdir. == Həyatı == Mariana Maççukato 16 iyun 1968-ci ildə Romada Ernesto və Alessandra Maççukatonun ailəsində doğulmuşdur. Maççukato ailəsi Ernestonun Prinston Universitetinin Plazma fizikası laboratoriyasında çalışmağa başlamasının ardınca ABŞ-yə köçmüşdür. Mariana Maççukato 1986-cı ildə Prinston orta məktəbini bitirmiş, ardınca Tafts Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili almışdır.
Mariana Vasileva
Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. == Həyatı == Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb. 2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır. 2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib. 2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub.
Mariana lactea
Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır.
Mariyana Marraş
Maryana bint Fətulla bin Nəsrulla Mərraş (ərəb. مريانا بنت فتح الله بن نصر الله مرّاش‎; avqust 1848, Hələb, Hələb əyaləti, Osmanlı imperiyası – 1919, Hələb) ya Maryana əl-Mərraş ya Maryana Mərraş əl-Hələbiyyə — Hələbdən yazıçı və şair. Fransis və Abdulla Mərraşın bacısı idi. == Həyatı == 1870-ci ildən qəzetlərdə məqalə və şeirləri dərc edildi. 1893-cü ildə Beyrutda onun "Bintü-fikr" adlı şeir toplusu nəşr edildi. Mərraşın II Əbdülhəmidi tərifləyən bir şeir yazmağından sonra, Osmanlı hökuməti bu kitabın nəşr edilməyə icazə vermişdi.
Mariyana Mateus
Mariyana Mateus (serb. Marijana Mateus / Маријана Матеус, Qızlıq soyadı Mariyana Çoliç, serb. Marijana Čolić; 27 sentyabr 1971) — Serbiyalı iş adamı, model, moda dizayneri, The Marijana Matthaeus Collection və Lux Uniforma markalarının təsisçisi və yaradıcı direktorudur. == Bioqrafiya == Uşaq vaxtı Mariyana və anası dəfələrlə Belqradda moda nümayişlərini ziyarət etmişdi. 1990-cı ildə "Obuća Metro" şirkətini açaraq ayaqqabı satışına başladı və 1996-cı ilə qədər bura rəhbərlik etmişdi. 1999-cu ildə Nyu-Yorkda Labin Biznes Məktəbini bitirmişdir və həmçinin sertifikatlaşdırılmış müəllimdir (bakalavr). 2003-cü ildə ilk moda mağazasını Budapeştdə, 2007-ci ildə Salzburqda açdı. 2006-cı ildə, model olaraq, Dünya Kuboku ərəfəsində Samsung reklam kampaniyasının üzü oldu. 2009-cu ildə Mariyana, Mariyana Class (indi Mariyana Matteus Koleksiyası) moda etiketini təsis etdi və eyni il Belqrad Moda Həftəsi zamanı moda nümayişi etdi. 1 iyun 2010-cu ildə çimərlik paltarları kolleksiyasını təqdim etdi , Serbiya milli gözəllik yarışlarının ulduzları şouda iştirak etmişdi.
Morqana Qmaç
Morqana Qmaç (17 iyun 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Morqana Qmaç 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qmaç həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. Morqana Qmaç 2016-cı ildə Braziliya bayrağı altında elə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Emanuelle Lima, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Murtaza Bhutto
Qulam Murtaza Bhutto (urdu مير مرتضی بھٹو; 18 sentyabr 1954, Larkan, Sind əyaləti – 20 sentyabr 1996, Kəraçi) — Pakistan siyasətçisi və Pakistanda fəaliyyət göstərən terror təşkilatı Əl-Zülfiqarın lideri. Pakistanın keçmiş baş naziri və prezidenti Zülfiqar Əli Bhuttonun oğlu Murtaza, atası 1979-cu ildə general Məhəmməd Ziya ülhaqq hərbi rejimi tərəfindən devrildikdən və edam edildikdən sonra əl-Zülfiqar təşkilatını qurdu. 1981-ci ildə mühafizəkar siyasətçi Çaudri Zahur Elahinin öldürülməsi və Pakistan Beynəlxalq Hava Yollarına aid bir təyyarənin Kəraçidən qaçırılmasından sonra məsuliyyəti öz üzərinə götürdü. Əfqanıstanda sürgündə olan Murtaza hərbi tribunal tərəfindən qiyabi olaraq edam cəzasına məhkum edilmişdi.