Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayten Mutlu
Aytən Mutlu, Türk şairəsi. 1952-ci ildə Balıkəsirin Bandırma kəndində anadan olub. İstanbul Universiteti İşlətmə Fakültəsini bitirib. Ulduz Tekniki Universitetinin İnşaat Mühəndisliyi Fakültəsindəki təhsilini 3-cu kursdan yarımçıq qoyub. İlk deneme, öykü ve şiirleri, ortaokul yıllarından başlayarak yerel gazetelerde yayımlandı. Daha sonra İmece, Yazko Edebiyat, Edebiyat 81, Varlık, Hürriyet Gösteri, Yaşasın Edebiyat, Şiirlik, Yeni Biçem, Düşlem, Sombahar, Ludingirra, öteki-siz, Şiiri Özlüyorum dergilerinde ve değişik gazetelerde deneme ve inceleme yazıları ile şiirleri yayımlandı. 1997 İbrahim Yıldızoğlu Şiir ödülünde birinciliğe, 2001’de Yalova Uluslararası Şiir Etkinliğinin Şiir ödülüne 2005’de M.Sunullah Arısoy şiir ödülüne değer görüldü. Ayten Mutlu'nun imgelerle yoğunlaştırılmış şiirinde bir yandan korkunun ve güzelliğin uyumlu bir biçimde birbirine karıştığı bir dünyanın kapıları aralanırken, öte yandan da onun kendisiyle mücadelesininin yansıdığı lirik bir atmosfer görülür.
Demet Mutlu
Demət Mutlu (türk. Demet Mutlu; d. 22 avqust 1981, Nyu-York, Nyu-York ştatı) — Trendyol alış-veriş saytının qurucusu və CEO-su olan Türkiyəli sahibkar. == Həyatı == Demət Mutlu 22 avqust 1981-ci ildə ABŞ-da anadan olub. Demət Mutlu Nyu-York Universitetinin iqtisadiyyat faküktəsini bitirmişdir. 2008-ci ildə Harvard Business School-da biznesin idarə olunması üzrə magistr təhsili almışdır. 2009-cu ildə təhsilini yarımçıq buraxaraq Trendyolu qurdu. == Təltifləri == Demət Mutlu Fortune-nin ən perspektivli qadın sahibkarları, Fortune 40 yaşın altındakı 40, Business of Fashion 500 Mükafatı, Texnologiyada ən çox ilham verən 50 qadın, Fortune ən güclü 50 qadın, Texnologiyada ilk 100 qadın, və Ekonomist jurnalı tərəfindən 2013-cü ilin sahibkarı seçildi. 2011-ci ildə Dünya İqtisadi Forumu tərəfindən Qlobal Şəkilləndirici seçildi, Türkiyədəki Qlobal Şəkilləndiricinin qurucu üzvlərindən biri oldu və 2012-ci ildə Davos-a qatıldı. 2016-cı ildə Dünya İqtisadi Forumu tərəfindən Gənc Qlobal Lider seçilmişdir.
Minə Mutlu
Minə Mutlu (türk. Mine Mutlu; 28 noyabr 1948, İstanbul – 18 sentyabr 1990 və ya 21 sentyabr 1990, İstanbul) — Türkiyə teatr və kino aktrisası. == Həyatı == Minə Mutlu iştirak etdiyi gözəllik müsabiqəsində birinci seçilərək Türkiyə gözəli olmuşdur. 19 yaşından filmlərə çəkilməyə başlamışdır. 1967-ci ildən başlayaraq 1974-cü ilə kimi komediya janrlı, sonrakı illərdə isə erotik janrlı filmlərdə çəkilmişdir. Mine Mutlu 1990-cı ilin 18 sentyabr tarixində ağciyər xərçəngi xəstəliyi səbəbindən vəfat etmişdir.
Xəlil Mutlu
Xəlil Mutlu (türk. Halil Mutlu, əvvəlki adı — Xалил Алиев; 14 iyul 1973, , Postnik, Bolqarıstan) — Türkiyə ağır atleti, üçqat Olimpiya (1996, 2000, 2004), beşqat dünya və doqquzqat Avropa çempionu.
Ne mutlu Türküm diyene
Ne mutlu Türküm diyene — Türkiyə dövlətinin əsas prinsiplərindən biri, təhsil sahəsində istiqamət verici ideoloji ifadə. İlk dəfə olaraq 1933-cü ildə 10-cu il nitqində Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürkçülükün əsas devizi hesab olunur. Sonradan, 1972-ci ildən Türkiyə Təhsil Nazırliyi tərəfindən şagird andına daxil edilmişdir. 2013-cü ildən isə bu and ləğv edilmişdir.
Patron Mutlu Son İstiyor
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Ayça Mutlugil
Ayça Mutlugil — Türkiyə kino və teatr aktrisası, ssenaristi. == Həyatı == Ayça Mutlugil 1 fevral 1974-cü ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində anadan olmuşdur. Taner Ertürkler ilə evlidir və ailənin bir oğlan övladı var.
Mumlu
Mumlu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Mumlu kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Mulu
Mulu (Marağa)
Kutlu Arslan
== Kutlu Arslan == Gürcüstanın qədim dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk Qanunverici Məclisin (Parlamentin) banisi və ilk Başçısı, Çariça Tamarın maliyyə naziri (meçurçuxucesi).
Kutlu Savaş
Kutlu Savaş (1942, Manisa) - Radio Televiziya Üst Qurumunun sabiq başçısı. == Həyatı == 1942-ci ildə Manisada doğulmuşdur. 1967-ci ildə Ankara İctimai Xidmətlər Akademiyasından məzun olmuşdur. 1998 və 2000-ci illər arasında Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsində çalışmışdır. Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsinə gətirilmiş olan beşinci adamdır. Daha öncə Baş Nazirlik Təftiş Təşkilatına başçılıq (1986-1992/1997-1998) etmişdir. Susurluq qəzası və Milli Kəşfiyyat Təşkilatı hesabatlarını hazırlamışdır. Əvvəlində Türkiyə Kömür İşlətmələri Ümumi Müdirliyi İdarə Heyəti üzvlüyü, İş və İctimai Təhlükəsizlik Nazirliyi katibi (1984-1986), Dövlət Planlama Təşkilatı katib köməkçiliyi vəzifələrində təyin olunmuşdur. 1987-1991 illəri arasında Nazirlər Kabineti kontingentindən Ali Təhsil Şurası üzvlüyü etmişdir.
Mumlu kağız
Mumlu kağız (onion skin) – cizgi filmlərinin yaradılması və filmlərin redaktəsində: bir neçə kadrı eyni zamanda görmək üçün istifadə olunan texnika. Animator, yaxud redaktor bu yolla ardıcıllıqda olan görüntünün əsasında yeni görüntünü necə yaratmaq və ya dəyişdirmək haqqında qərar qəbul edə bilər. Ənənəvi animasiyalarda filmin ayrıca kadrı ilkin olaraq işıq mənbəyinin üzərində yerləşdirilmiş mumlu kağızın üzərinə çəkilirdi. Animatorlar üzərində işlənilən rəsmin altına öncəki və sonrakı rəsmləri elə dəqiqliklə qoyurdular ki, hamar hərəkəti almaq üçün aralıq rəsmi çəkə bilsinlər. Kompüter proqramlarında isə bu effektə, yarımşəffaf kadrlar hazırlayıb və sonra onları bir-birlərinin üzərinə proyeksiya etməklə nail olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Mumlu kağıt nedir?
Qutlu (Urmiya)
Qutlu (fars. قطلو‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 716 nəfər yaşayır (195 ailə).
Adrian Mutu
Adrian Mutu (rum. Adrian Mutu; 8 yanvar 1979) — hücumçu mövqeyində çıxış etmiş Rumıniya futbolçusu və məşqçisi. Onun məşqçi kimi son iş yeri "U Krayova" klubu olmuşdur. 2023-cü ilin iyul ayında Neftçi klubunun baş məşqçisi təyin olunub. Mutu karyerasına iki il oynadığı "Arceş" klubunda başlamışdır, daha sonra yarımmövsüm oynadığl "Dinamo Buxarest" klubuna keçdi. İtaliya A Seriyasının 1999–2000 mövsümünün ortasında "İnter Milan" klubuna transfer olundu. Neradzurri ilə cəmi on oyundan sonra o, "Ellas Verona" klubuna keçid etdi, sonra isə "Parma"ya yollandı, növbəti üç il ərzində o, sonuncunun heyətində 39 qol vurmağı bacardı. Onun məhsuldar forması ona 22,5 milyon avro dəyərində "Çelsi" klubuna keçid və 2003-cü ildə "Qızıl top"a namizədlik qazandırdı. Pozitiv dopinq testindən sonra o, ingilis klubu ilə yollarını ayırdı və Seriya A-ya qayıdaraq "Yuventus" klubunun heyətinə qatıldı. 2006-cı il İtaliya futbol qalmaqalından və ardından "Yuventus"un B Seriyasına düşməsindən sonra Mutu "Fiorentina"ya keçməyə qərar verdi və növbəti 5 il ardıcıl olaraq burada çıxış etdi.
Mulu (Marağa)
Mulu (fars. ‎‎‎مولو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (25 ailə).
Mulu (Mərənd)
Kürrab (fars. كراب‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Fəxrəddin Qutlu bəy
Hacı Fəxrəddin Qutlu bəy — Ağqoyunlu tayfa ittifaqının başçısı. Əlaəddin Turəli bəyin oğlu. == Həyatı == Tam adı Hacı Fəxrəddin Qutlu ibn Turəli bəyin doğum tarixi haqqında əlimizdə məlumat yoxdur. Onun atası Turəli bəy öldükdən sonra hakimiyyətə gəldiyi bilinir. Professor Mükrimin Xəlil Yinançın Trabzon-Rum tarixçisi Panaretosun vaqiyənaməsindən etdiyi tərcümədə III Alekseyin 1363-cü ildə ailəsi ilə birlikdə Qutlu bəyi təbrik etmək üçün yola düşmək istəməsi lakin vəba səbəbindən səfərin baş tutmaması haqqında məlumat öz əksini tapır. Bu da Qutlu bəyin atasının yerinə 1363-cü ildə artıq taxta çıxdığını və Turəli bəyin təxmini bu tarixlərdə vəfat etdiyini göstərir. Hələ Turəli bəyin sağlığında Ağqoyunlu tayfa ittifaqı 1340-cı ildən etibarən tez-tez Trabzon-Rum imperatorluğu üzərində yürüşlər edirdi. Yenə Panaretosda Amid Türkmənlərinin Trabzon rumları ilə döyüşdüyü barədə məlumatlar öz əksini tapır. 1343,1348-ci illərdə etdiyi hücumlarla Trabzon-Rum imperatoru III Alekseyin gözünü qorxutmağa müvəffəq olan Turəli bəy 1352-ci ildə oğlu Qutlu bəyi III Alekseyin qızı Maria Kommenosla evləndirir. Bu izdivaç tərəflər arasında münasibətləri tənzimləmək rolunu daşıyırdı.
Qutlu-Məhəmməd Təvəkkülov
Qutlu-Məhəmməd Mameşoviç Təvəkkülov (Rusca: Алексей Иванович Тевкелев / Aleksey İvanoviç Tevkelev, tat. Qotlımөxəmmət Mameş uğlı Təfkilev, Котлымөхәммәт Мамеш улы Тәфкилев, قوتلومحمد‎‎; 1674—1766) - tatar murzası Təvəkkülovların soyundan, rus diplomatı, Çelyabinskin qurucusu, general-mayor (1755). == Həyatı == Vəzifəsinə I Pyotr zamanında başladı. Onun yanında Prut(1711) və İran səfərləri (1722—1723) sırasında tərcüməçi vəzifəsində xidmət etmişdi.
Qutlu Musa türbəsi
Qutlu Musa türbəsi, Sarı Musa türbəsi və ya Xaçındərbətli türbəsi — Azərbaycanda tarixi abidə. == Haqqında == Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. == Memarlıq xüsusiyyətləri == Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəni quruluşun özünəməxsus bir şəkildə həll edilməsidir. Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir. Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xarcindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir.Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Mumlu yapon yalançı yastıcası
Mumlu yapon yalançı yastıcası (lat. : Ceroplastes japonicus Green.)-Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). == Yayılması == Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Rusiyada, Abxaziyada qeydə alınmışdır. Zərərverici iqlim dəyişikliyinə qarşı olduqca dözümlüdür. Elə bu xüsusiyyətinə görə də asanlıqla yayılmasına və öz arealını yaratmasına imkan yaranır. Yastıca Abşeron yarımadasında da geniş yayılmışdır. Aparılan müşahidələrə əsasən (Novxanı, Binəqədi, Buzovna, Mərdəkan və Şüvəlan kəndləri) Abşeronun quru subtropik iqliminə çox yaxşı dözür. Bu da yastıcanın bitkilər üçün daha da qorxulu zərərverici olmasına gətirib çıxarır. == Qidalandığı bitkilər == Mumlu yapon yalançı yastıcası qorxulu karantin zərərvericidir.
Matsu
Matszu (çin. 妈祖, azərb. Ana əcdad, ana, nənə‎) — Daoizm inancında dəniz ilahəsi, dənizçilərin və balıqçıların himayədarı və qoruyucusudur. Matsuya ibadət sonq sülaləsinin dövründə başlanıb. Matsuya Şərqi və Cənub-Şərqi Asiyada daosizmin yayıldığı yerlərdə daha çox sahil ətrafı bölgələrdə ibadət edilir. == İstinadlar == == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mazutlu
Mazutlu — Azərbaycan Respublikasının Laçın rayonu Malxələf kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Mığıdərə kənd Sovetindən Mazutlu kəndi Malxələf kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yerli tələffüzü Məzitti formasındadır. XIX əsrin ortalarında xocamusaxlı (əslində, xocaəbuisahaqlı) tayfasına mənsub ailələrin Mazutlu adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Güman etmək olar ki, qışlağın adı Məzit (şəxs adı) və -li (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, şəxsi mülkiyyətlə bağlı yaranmışdır. I Şah Abbasın vəzirlərindən birinin adı da Mazutbəy olmuşdur. Başqırdıstan Respublikasında isə Məzit adlı kənd mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Mollu
Aşağı Mollu
Mulux
Mulux — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 30 nəfərdir ki onunda 14 nəfəri kişi, 16 nəfəri qadındır.
Muğla
Muğla — Türkiyədə Muğla ilinin ve mərkəz mahalının inzibati mərkəzi olan şəhər. Muğla; dənizdən 670 m yüksəklikdə, üstü düz bir qaya kütləsi kimi maraqlı bir görünüşə sahib olan Hisar dağının ətəklərində qurulmuş 118.443 əhalisi olan bir şəhər mərkəzidir. Daha yaxın keçmişə qədər sənayesi və ya başqa bir işlək sektoru olmayan son dərəcə sakit kiçik bir inzibati mərkəz mövqeyində ikən, son illərdə Muğla Sıtkı Koçman Universitetinin gətirdiyi canlılıqla şəhər alan Muğla Düzənliyinə, Çernoqoriya arxalarına, Gülağzı və Akçaova'ya sürətlə yayılır. Muğla düzənliyi, Menteşe kalker platosunda Neojen çağında yaranmış depressiya ların sonradan karstlaşmasıyla meydana gəlmiş çanaq şəklindəki çukurluklardan biridir. Bakı düzənliyinə bənzər geoloji quruluşa sahib qonşu düzənliklər Yeşilyurt, Ula, Gülağzı, Yerkesik, Akkaya, Çamköy, Yenice ovalarıdır. Muğla düzənliyi Çernoqoriya, Kızıldağ, Masadağı və Hamursuz Dağı (təpəsində Hamursuz Dədənin yatır var) ilə əhatə olub, şəhər kürəyini dayadığı Hisar dağından hərəkətlə, əvvəlcə ova istiqamətində, qismən də solunda İzmir yolu üzərində iştirak edən Akçaova kəndi və sağında Karabağlar Yaylası'na baxan Düğerek məhəlləsi xəttlərində inkişaf. Düğerek'in qurulduğu yamaclar gerisində rakım sürətlə artır və Menteşe dağları silsiləsi içində iştirak edən İlanlı dağı 2000 metrə çatır. Bakı elinə bağlı turistik mərkəzlərə və dəniz sahilinə çatmaq istəyən ziyarətçilərin bəzən kənarından keçməklə yetindiği, əslində maraqlı xüsusiyyətləri olan bir şəhərdir. Ənənəvi evlər toxuması, büryan Kebabı, ekşili döş dolması, çıtırmık halvası kimi xüsusi yeməkləri, bölgə qaynaqlı çox sayda arxeoloji əsərləri ilə yanaşı Özlüce Köyü Kaklıcatepe'de ortaya çıxarılan 9 milyon illik heyvan və bitki qalıqlarının sərgiləndiyi Bakı Muzeyi, Karabağlar Yaylasında əsrlərdir işıq dəyməmiş bir zəmini örtən nəhəng ağacların altındakı Keyfoturağı və Narlı qəhvəni, aydın və konuksever xalqı güclü turistik arqumentlər təşkil edir. == Tanınmış şəxsləri == İlyas Karaöz — Türkiyənin keçmiş kənd təsərrüfatı naziri.
Mətlə
Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti. Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Qumlu
Qumlu (Qürvə) Qumlu (Çaroymaq) Qumlu (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qumlu — Zaqatala rayonunda göl.
Mundu
Mundu (fr. Moundou) — Loqon çayının sahilində yerləşir, Çadın ikinci böyük şəhəridir. Bu şəhərdə gəzə biləcəyiniz "Premiyer Musee du Loqon Coğrafiya Muzeyi"dir. Muzeydə Çad əl sənətlərini və heyvan dərilərini sərgiləyirlər.
Murla
Murla (isp. Murla) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,81 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 629 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 23 km uzaqlıqda yerləşir.
Murtu
Murtu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi Ermənistanın İcevan rayonunda) kənd adı. == Tarixi == XIX əsrdə Yelizavetpol qəzasında Mürut, İndi Ağsu rayonunda Murtı kənd adları ilə mənşəcə eynidir. XIX əsrin II yarısında Mil- Qarabağ düzlərində yaşamış Təklə tayfasının Murtulu qolunun adı ilə eynidir. == Əhalisi == 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Cütcü
Cütcü (əvvəlki adı: Maçkalaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Keçmışdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırıldı. 1992-ci ildən kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir. Oykonim peşə adı ilə bağlı olub, "torpağı becərən, sürən" deməkdir. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütçü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cütçü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. === Tarixi abidələri === Cütcü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədriDigərGüllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Kütlə
Kütlə (fiziki kəmiyyət) - hər-hansı cismin fiziki çəkisi. Kütlə (sosiologiya) - insan çoxluğu.
Müluz
Müluz (fr. Mulhouse) – Fransanın şimal-şərqində yerləşən şəhər. Əhalinin sayına görə Yuxarı Reyn departamentinin ən böyük şəhəridir.
Quzlu
Quzlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. Quzlu (Kövsər) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Quzlu (Üngüt) Quzlu (Mahnişan) Aşağı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Quzlu-i Əfşar (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.