Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
House Of Mystic Lights
House Of Mystic Lights (azərb. Mistik işıqlar evi‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilən mahnısıdır.
Balaena mysticetus
Qrenlandiya balinası (lat. Balaena mysticetus) — balaena cinsinə aid məməli heyvan növü.
Mysticeti
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina. Bütün okeanlarda geniş yayılmışdır.
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Mosaic
Mosaic veb-brauzeri - Microsoft Windows əməliyyat sistemi üçün ilk veb-brauzer. Urbana-Şampeyndəki İllinoys Universitetinin Superkompüter Tətbiqi Proqramlarının Milli Mərkəzində (National Center for Supercomputing Applications at the University of Illinois Urbana-Champaign) işlənib hazırlanıb. İlk versiyası 1993-cü ildə buraxılıb və inkişafı 1997-ci ildə dayandırılıb. Netscape Navigator və Internet Explorer brauzerlərinin əsasında Mosaic’in ilkin kodu dayanır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Myotis
Şəbpərə (lat. Myotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi. Ölçüləri xırdadan iriyə qədərdir. Qanadları enli və kütdür. Mahmızın əsasında epiblema adətən olmur və ya zəif inkişaf etmişdir. Quyruğun ucu omaarası pərdədən 1–3 mm kənara çıxır. Qulaqları zərif dərili, zirvəyə doğru daralmış, hündürlüyü enindən xeyli çoxdur. Düz və ensiz traqus aşağı 1/3 hissəsində daha enlidir. Sıx və hündür xəzin rəngi çox vaxt tutqun olub qonur, qəhvəyi və boz çalarlar üstünlük təşkil edir. Dişlərinin sayı dəstədə maksimal olub 38 –dir.
Mistik
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Bulbophyllum mystax
Bulbophyllum mystax (lat. Bulbophyllum mystax) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur. Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Mosaic (İnformatika)
Myotis aurascens
Çöl şəbpərəsi (lat. Myotis aurascens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa SSRİ naturalisti tərəfindən aşkar edilmişdir. Kiçik yarasanın qolunun uzunluğu 32 və 37 mm arasında olur. Quyruğun uzunluğu 12.3 ilə 14.3 mm, ayağın uzunluğu isə 6.8 və 8.7 mm arasındadır.
Myotis brandti
Myotis brandti – yarasa növü. Görünüş 1845-ci ildə Alman zooloqu Eduard Fridrix Eversman tərəfindən təsvir edilmişdir və onu Vespertilio cinsinə aid etmişdir. Bir müddət Brandt yarasa, laylı yarasa, Myotis mystacinus, bir yarımnövü hesab edilmişdir. Onların bədən çəkisi adətən 5,5–10 q, bədən uzunluğu 38–55 mm, quyruğunun uzunluğu 31–45 mm, qolun uzunluğu 33–39 mm, qanadları 19–24 sm-dir.Alman zooloqunun Brandt, Fedor Fedoroviç İohann adını daşıyır. Ümumilikdə 130-a yaxın fərdin tapıntıları məlumdur. Növ antropogen ekoloji dəyişikliklərə və yerüstü və yeraltı anbarların sayının azalmasına həssasdır..
Yonas Aystis
Yonas Aystis (lit. Jonas Aistis, əsl soyadı Aleksandraviçyus, Alexandravičius; 7 iyul 1904[…] və ya 7 noyabr 1904, Kaunas rayonu[d] – 13 iyun 1973[…], Vaşinqton) — Litva şairi. 1930-cu illərdən Qərbi Avropada, 1946-cı ildən ABŞ-da yaşayıb. Elegik əhvali-ruhiyyə toplularının poeziyasına "Ximeranın solğun gözləri" (1937), "Büllur tabutda" (1957), "Katarsis" (Vilnüs, 1988) əsərləri aiddir. Esse kitabları yazmışdır. История литовской литературы. Вильнюс: Vaga, 1977. С. 313—314. Lietuvių rašytojai. Bibliografinis žodynas: A—J. Vilnius: Vaga, 1979.
Dorde Krstic
Dorde Krstic (serb. Ђорђе Крстић; 19 aprel 1851[…] – 30 oktyabr 1907, Belqrad) — Serb realist rəssamı, müəllimi və akademiki. == Bioqrafiya == Dorde Krstic Münhen Rəssamlıq Akademiyasını bitirib (1873-1883). 1883-cü ilə qədər ilk əsərlərini alman realizminin təsiri altında yaratmışdır. Serbiyaya qayıdan Krstic realist rəsm janrını daha dolğun janrla dəyişir. Dorde Krstic Serbiyanın ətrafında gəzərək memarlıq abidələrinin, xalq həyatının səhnələrinin, serb təbiətinin tipik guşələrinin eskizlərini çəkir. Dorde Krsticin əsərləri təbiətin diqqətlə öyrənilməsi (“Anatomist”, 1880, “Balıqçı daxmasının qapıları” – hər ikisi Milli Muzeydə, Belqrad), romantik həyəcan xüsusiyyətləri ilə səciyyələnir. Rəssamın sonrakı əsərlərində (“Baba-Kai qəsəbəsi”, 1907, Milli Muzey, Belqrad) canlı dinamika və miqyas təzəliyi onun plener rəssamlığı prinsiplərinə yanaşmasından xəbər verir. O, tarixi janrda portretlər, rəsmlər çəkib. Portret və janr kompozisiyalarında romantizm və realizm xüsusiyyətlərini birləşdirib.
Myotis bechsteinii
Bexşteyn şəbpərəsi (lat. Myotis bechsteinii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa alman naturalisti Yohan Bexşteynin şərəfinə adlandırılıb. Avropanın şərqində, Kiçik Asiya, Şimali İran və Qafqazda yayılmışdır. Qafqazın Qaradəniz sahillərində üstünlük təşkil edir. Azərbaycanda ilk dəfə olaraq 1986-cı ildə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında tapılmışdır. 30–40 şəbpərədən ibarət balalama koloniyası Qəbələ rayonunun Xəzra kəndində orta əsrlərə aid qəbiristanlığın dörd sərdabəsinin birində aşkar edilmişdir. Bu koloniya 2010-cu ilədək müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, gecə şəbpərələrinə Rusiya ilə həmsərhəd ərazilərdə də təsadüf edilmişdir. Gecə şəbpərəsi meşə növü olub, Qafqaşda ancaq enliyarpaqlı meşələrdə rast gəlinir.
Myotis blythii
İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur. Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır. İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur.
Myotis mystacinus
Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.
Myotis nattereri
Natterer şəbpərəsi (lat. Myotis nattereri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Orta ölçülüdür (kütləsi 6,5 -8,1 q, bədəninin uzunluğu 42, 8 – 48,1, bazusu 39,0-42,5 mm). Başqa şəbpərələrdən omaarası pərdənin diş-diş, sərt açıq rəngli kənarı ilə fərqlənir. Bədən və kəllənin ölçülərinə görə Azərbaycanda yaşayan heyvanlar M.n.tschuliensis Kuzyakin yarımnövünə uyğun gəlir. Avropada, Şimali Afrikada və Asiyada yaşayır. Azərbaycanda yalnız Böyük Qafqazın cənub yamaclarında (Qəbələ rayonunun Xəzrə kəndi) və Dağlıq Qarabağda (keçmiş Hadrut rayonu) aşkar edilmişdir. Tapıntıları meşələrə, dağətəklərinə və dağ çöllərinə uyğun gəlir. Sığınacaqları rəngarəng olub tikililərdən qaya yarıqlarına və ağac koğuşlarına qədər dəyişir. Nadir, azsaylı və az öyrənilmiş növdür.
Myotis nipalensis
Nepal şəbpərəsi (lat. Myotis nipalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Onlar ümumi uzunluğu 10 sm, qanadları 4 santimetrdən azdır. Kiçik bir qulaq və uzun dar qulaq seyvanına malikdir. İl ərzindı bire dəəfə bala verirlər. Yalnız bir bala doğurlar. Asiyanın endemik canlısıdır. İrandan Sibirə qədər yayılmışdır. Həm yüksək dağlıq həm də düzənliklərdə yayılmışlar. Əsasən quraq, dağlıq rayonlarda və meşələrdə yaılırlar.
Mistie Bass
Mistie McCray Bass (2 dekabr 1983) — hazırda azad agent olan Amerikalı peşəkar qadın basketbolçudur. Bass 2002-ci ildə Janesvilledəki Corc S. Parker Liseyini bitirərək məktəbin iki il dalbadal ştat çempionluğunu qazanmasına müstəsna rolu oldu. O, ştatda üç dəfə ilin oyunçusu seçilən yeganə oyunçudur. O, həmçinin USA Today All-America birinci komandası, ikinci komanda Parade All-America, ikinci komanda School Sports All-America, üçüncü komanda Student Sports All-America, iki dəfə Wisconsin Gatorade Play of the Year və birinci komanda All-State-in oyunçusu olaraq komandalar tərəfindən transfer olunub. Mistie altı xal və doqquz ribaund vuraraq Phoenix/WBCA High School All-America oyununda oynamaq üçün seçildi. Bass ilk McDonald's All-America oyununda oynadı. O, 2006-cı ildə Duke Universitetini bitirib. 2003 və 2006 (Milli Çempionat oyununda mübarizə aparıb). O, karyerasını xalla səkkizinci (1,409), vurulan sahədə qollarda səkkizinci (557), sahədə qol faizində beşinci (.567), ribaundlarda (800), bloklarda beşinci (131), sərbəst atışlarda səkkizinci (295), sərbəst atış cəhdlərində yeddinci (459), ikiqat qol vurma oyunlarında səkkizinci (78), qalibiyyətdə birinci (127) və ACC müntəzəm mövsüm qələbələrində dördüncü oldu (55). O, həmçinin Zeta Phi Beta sorority üzvü idi.
Betela mastica
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Music & Me
Music & Me – Maykl Cekson üçüncü solo albomudur. Dünyada albomun 2 milyondan çox nüsxəsi satılıb.
Roxy Music
Roxy Music— 1971-ci ildə Brayan Ferri (vokal, pianino, klavişalı) və Qrem Simpson (bas-gitara) tərəfindən yaradılan britanialı rok-qrupdur. Sonralar bura Fil Manzanera, Endi Makkey və Brayan İno qatılıb. Faktiki lider Brayan Ferri idi. "Virginia Plain" mahnısı qrupun birinci hiti imiş.
Slovart Music
Slovart Music, Slovakiyada klassik musiqi yayımı edən müstəqil bir naşirdir. Şirkətin veb saytına görə, ölkəsindəki ən köhnə və ən böyük müstəqil musiqi naşir-dir.
Sony Music
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Misti Bass
Mistie McCray Bass (2 dekabr 1983) — hazırda azad agent olan Amerikalı peşəkar qadın basketbolçudur. Bass 2002-ci ildə Janesvilledəki Corc S. Parker Liseyini bitirərək məktəbin iki il dalbadal ştat çempionluğunu qazanmasına müstəsna rolu oldu. O, ştatda üç dəfə ilin oyunçusu seçilən yeganə oyunçudur. O, həmçinin USA Today All-America birinci komandası, ikinci komanda Parade All-America, ikinci komanda School Sports All-America, üçüncü komanda Student Sports All-America, iki dəfə Wisconsin Gatorade Play of the Year və birinci komanda All-State-in oyunçusu olaraq komandalar tərəfindən transfer olunub. Mistie altı xal və doqquz ribaund vuraraq Phoenix/WBCA High School All-America oyununda oynamaq üçün seçildi. Bass ilk McDonald's All-America oyununda oynadı. O, 2006-cı ildə Duke Universitetini bitirib. 2003 və 2006 (Milli Çempionat oyununda mübarizə aparıb). O, karyerasını xalla səkkizinci (1,409), vurulan sahədə qollarda səkkizinci (557), sahədə qol faizində beşinci (.567), ribaundlarda (800), bloklarda beşinci (131), sərbəst atışlarda səkkizinci (295), sərbəst atış cəhdlərində yeddinci (459), ikiqat qol vurma oyunlarında səkkizinci (78), qalibiyyətdə birinci (127) və ACC müntəzəm mövsüm qələbələrində dördüncü oldu (55). O, həmçinin Zeta Phi Beta sorority üzvü idi.
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.
Mkrtiç Açemyan
Mkrtiç Açemyan (erm. Մկրտիչ Աճէմեան; 10 noyabr 1838, Konstantinopol – 28 avqust 1917, Konstantinopol) — erməni şairi, tərcüməçi, dramaturq və teatr xadimi. İstanbulun Ortköy rayonunda anadan olmuşdur və ibtidai təhsilini erli erməni məktəbində almışdır. Daha sonra Venesiyada, Murad Rafaelyanın erməni məktəbində oxudu və Gevond Alişanın rəhbərliyi altında öz ədəbi istedadını inkişaf etdirdi. 1858-ci ildə İstanbula qayıtdı və orada 1860-cı illərin sonundan mədəni, xüsusilə teatr sahəsində aktiv iştirak edirdi, pyesa və şeirlər yazırdı. Onun "Təbəssüm və göz yaşları" (erm. Ժպիտք և արտասունք) adlı poeziyasının birinci toplusu 1871-ci ildə dərc edilmişdi. Açemyanın yaradıcılığının əsas mahiyyəti sosial haqsızlığa qarşı etirazdan ibarətdir. Onun böyük şəhərdə çalışan ermənilərin ağır həyatını təsvir edən şeirləri məşhurluq qazanmışdılar. Açemyanın şeirləri dövri nəşrlərdə dərc edilirdilər və debütdən savayı daha sonra "İşıq və kölgələr" (erm.
Mkrtıç Markosyan
Mkrtıç Markosyan (23 dekabr 1938, Diyarbəkir – 2 aprel 2022, Türkiyə) — erməni əsilli Türkiyə yazıçısı. Mkrtıç Marqosyan Diyarbakırın Hançepek məhəlləsində anadan olub, əsərləri kürd dilində yayımlanıb. Bələdiyyə Məclisi Sur rayonunun Hasırlı məhəlləsində Dirəkçi küçəsinə erməni yazıçı Mkrtıç Marqosyanın adının verilməsi ilə bağlı qərar qəbul edib.
Mkrtiç Beşiktaşlyan
Mkrtiç Beşiktaşliyan (erm. Մկրտիչ Պէշիկթաշլեան; 18 avqust 1828 – 29 noyabr 1868, Konstantinopol, Osmanlı imperiyası) — Konstantinopoldan olan Osmanlı erməni şairi, dramaturqu və pedaqoqu. Erməni ədəbiyyatında romantizm cərəyanının əsas nümayəndələrindən biri hesab edilir. Onun yaradıcılığı sonrakı erməni müəllifləri üzərində böyük təsir göstərmişdir.