Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti Talışlardan ibarətdir və Talış dilində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Kələkin (Piranşəhr)
Kələkin (fars. كله كين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (140 ailə).
Təmkin (şair)
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Təmkin Xəlilzadə
Təmin Xəlilzadə (6 avqust 1993[…], Bakı) — Azərbaycan futbolçusu. Təmkin Xəlilzadə kiçik yaşlardan futbolla məşğul olmuşdur.İlk məşqlərə Binəqədi qəsəbəsində Elbrus müəllimin rəhbərliyi altında çıxmışdır.Rəsmi matçına 2012-ci ildə Qarabağ-Xəzər L oyunu ilə başlanğlc verib daha sonra Azal və Qəbələ kimi klublarda çıxış edən futbolçu sonra Sabah FK-da çıxış edib. Milli komandanın üzvü olub. Seçmə mərhələdə Xorvatoyanın qapısına qol vurmaqla komandaya qələbə qazandırıb. Ümumilikdə millidə 17 matça çıxıb və 3 qol vurub. 2022-ci ildə Sabah ilə müqaviləsi başa çatan T.Xəlilzadə 1 il klubsuz qaldıqdan sonra 2023-cü ildə II Liqa təmsilçisi "Füzuli" klubu ilə anlaşıb. Müqaviləyə görə Xəlilzadə yalnız oyundan-oyuna yeni kollektivinin düşərgəsinə qoşulacaq və forma geyinəcəyi hər qarşılaşmaya görə 200 manat maaş alacaq.
Əməyin iqtisadiyyatı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əməyin təhlükəsizliyi
Əməyin təhlükəsizliyi — hüquqi, sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyenik, müalicə və profilaktik, reabilitasiya və digər tədbirlər daxil olmaqla iş prosesində işçilərin həyatını, sağlamlığını və səmərəliliyini qorumaq üçün bir sistemdir. Əməyin mühafizəsi təhlükəsizlik tədbirləri, sənaye sanitariyası və ya əmək gigiyenası ilə eyni deyil, çünki onlar əməyin mühafizəsi elementləri, onun tərkib hissələridir. Beləliklə, əməyin mühafizəsi sisteminə aşağıdakı elementlər daxil edilmişdir: Sənaye sanitariyası — zərərli istehsal faktorlarının işçilərə təsirinin qarşısını alan və ya azaltan təşkilati tədbirlər sistemi və texniki vasitələr sistemi olaraq təyin edilir. İş gigiyenası — iş şəraitini və xarakterini, onların insan sağlamlığına və funksional vəziyyətinə təsirlərini öyrənən və zərərli və təhlükəli təsirlərin qarşısını almağa yönəlmiş elmi əsasları və praktik tədbirləri inkişaf etdirən profilaktik tibb kimi xarakterizə olunur. iş mühitinin amillərinin və işçilərdəki əmək prosesinin. Elektrik təhlükəsizliyi — işçinin elektrik cərəyanının, elektrik qövsünün, elektromaqnit sahəsinin və statik elektrik enerjisinin zərərli və təhlükəli təsirlərindən qorunma vəziyyəti. Yanğın təhlükəsizliyi — fərdin, cəmiyyətin əmlakının və dövlətin yanğından qorunma vəziyyəti. Sənaye təhlükəsizliyi — şəxsin və cəmiyyətin həyati mənafelərinin təhlükəli istehsal müəssisələri qəzalarından və bu qəzaların nəticələrindən qorunması vəziyyəti. Öz növbəsində əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, sənaye təhlükəsizliyi, yanğın təhlükəsizliyi ayrılmaz hissələrdir Həyat təhlükəsizliyi — bir insanın texnosfer ilə rahat və təhlükəsiz qarşılıqlı əlaqəsi haqqında elm. Əməyin mühafizəsi idarəsi — təhlükəsizliyi və zərərsiz iş şəraitini yaratmaq üçün bir sıra tapşırıqlar əsasında təhlükəsizliyi təmin etmək, xəsarət və qəzaları, peşə xəstəliklərini azaltmaq, iş şəraitini yaxşılaşdırmaq üçün işlərin təşkili.
Əməyin istismarı
Əməyin istismarı — başqa şəxsin əməyinin nəticələrinin dəyişdirilmədən və ya dəyəri bu şəxsin iş vaxtı ərzində əməyinin yaratdığı dəyərdən az olan əmtəə (xidmət, pul) müqabilində verilməklə mənimsənilməsi. Karl Marks əməyin dəyər nəzəriyyəsinə əsaslanaraq belə qənaətə gəlirdi ki, istismar təkcə işçilərin açıq-aşkar asılılığı (quldarlıq, təhkimçilik, feodala tabelik) şəraitində mövcud deyil. İstehsalın və marketinqin bütün mərhələlərində (aldatma, zorakılıq və ya digər məcburiyyət olmadan) bütün malların tam dəyərinin ödənilməsi ilə bütün tərəflərin tamamilə könüllü hərəkətləri ilə belə muzdlu işçilərin əməyinin iqtisadi istismar mexanizmini göstərdi. Əksər qeyri-marksist iqtisadi nəzəriyyələr istismarın mövcud olmadığına və ya onun müstəsna olaraq qeyri-iqtisadi xarakter daşıdığına (zorakılıq, aldatma, asılılıq, məcburiyyət və s. əsasında) inanır. Marksizmə görə, hər hansı bir istismar forması üçün maddi ilkin şərt məhsuldar qüvvələrin inkişaf səviyyəsidir ki, bu zaman insan təkcə minimum ehtiyaclarını (zəruri məhsulu) ödəmək üçün deyil, həm də müəyyən izafi (artıq məhsul) istehsal edə bilər. muzdlu və ya məcburi işə götürülən şəxsin əməyini təşkil edən istehsal vasitələrinin sahibləri tərəfindən mənimsənilən.
Min nəfərin ekspedisiyası
Min nəfərin ekspedisiyası (it. Spedizione dei Mille) — inqilabi general Cüzeppe Qaribaldinin 1860-1861 il kampaniyası. Min nəfərlik dəstə ilə İtaliyanın cənubuna enən Haribaldi, “Hər iki Siciliya krallığını” məğlubiyətə uğradır, nəticədə onun ərazisi Sardiniya krallığı tərəfindən zəbt olunur və birləşmiş İtaliya krallığına daxil olur. Ekspedisiya, “Sardiniya krallığının” baş naziri Kamillo Kavurun ilhamverdiyi, İtaliyanın birləşdirilməsi kampaniyasının bir hissəsi idi. 1860-cı ilin martında krallığ öz ərazisinə “Mərkəzi İtaliyanın birləşmiş vilayətlərini” birləşdirdi. Birləşmə kampaniyasının növbəti mərhələsi, Appenin yarımadasının güney hissəsini və Siciliyanı əhatə edən Hər iki Siciliya krallığının ərazisinin zəbt edilməsi idi. Ekspedisiya çox təhlükəli və riskli idi. Çünki ekspedisiya iştirakçılarını sayı cəmi min nəfər ikən qarşı tərəf olan İki Siciliya krallığı daha böyük nizami orduya və daha güclü donanmaya sahib idi. Lakin ekspedisiya uğurlu oldu və sonda keçirilən referendumla Siciliya, Cənubi İtaliya Sardiniya krallığına birləşdirildi, İtaliya krallığının yaradıldığı elan edildi. Ekspedisiya təşəbbüsü italyan millətinin "dörd qurucu ata"sı hesab edilən Haribaldi, Mazzini, II Viktor Emanuel və Kamillo Kavur tərəfindən ortaq olaraq hazırlanmışdı.
Yəmənin dövlət quruluşu
Yəmənin dövlət quruluşu — 1991-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. Yəmən məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan birlik günü (1990) 22 mayda qeyd olunur. Ölkə Konstitusiyası 16 may 1991-ci ildən (1994 və 2001-ci illərdə əlavələr edilməklə) qüvvədədir. Şimali (14 muhafaz) və Cənubi Yəmən (6 muhafaz) üzrə 333 rayonu, 2210 qəsəbəni və 38284 kəndi birləşdirən 20 vilayətdən (Amran, Əl-Beyda, Əl-Dali, Damar, Əl-Cauf, İbb, Marib, Mahvit, Rayma, Saada, Taiz, Xaca, Xodeyda, Abyan, Aden, Lahc, Əl-Mahra, Xadramaut və Şabva) və Sana paytaxt dairəsindən ibarətdir. Mövcud Konstitusiyaya görə ölkədə milli birliyin rəmzi, vətəndaşların hüquq və azadlıqlarının, dinimənəvi dəyərlərinin təminatçısı, dövlətin daxildə və xarici ölkələrdə ali təmsilçisi, dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı — Prezident ümumxalq səsverməsi yolu ilə, iki dəfədən çox olmamaq şərti ilə 7 il müddətinə seçilir. Geniş səlahiyyətlərə malik olan dövlət başçısı, dövlətin idarə edilməsində ona bilavasitə yardımçı olan vitse-prezidenti, Hökumətə rəhbərlik edən Baş naziri və onun müavinlərini, Milli Müdafiə Şurasının və Baş nazirin təqdimatına əsasən Nazirlər Şurasının üzvlərini təyin və vəzifələrindən azad edir, habelə ümumxalq referendumu və Nümayəndələr Palatasına seçkiləri təyin edir, qanunların icrası ilə bağlı fərmanlar imzalayır. Qüvvədə olan 1991-ci il Konstitusiyasına müvafiq olaraq ölkədə iki palatalı Parlament — nümayəndələri Yəmən Prezidenti tərəfindən təyin edilən 59 yerlik Yuxarı Palata (Məşvərət Şurası) və üzvləri ümumi, gizli və birbaşa seçkilər yolu ilə 6 illik müddətə seçilən, 301 yerlik Aşağı Palata (Nümayəndələr Palatası) fəaliyyət göstərir. Qanunvericilik sistemi islam, türk, ingilis hüquq sistemi ilə yanaşı, eyni zamanda qəbilə münasibətlərinə də əsaslanır və dünya parlamentarizminin fundamental prinsiplərini özündə ehtiva edir. Parlamentin Nümayəndələr Palatası qarşısında fərdi və kollektiv məsuliyyət daşıyan Hökumətin (Nazirlər Şurası) tərkibini Yəmən Prezidenti formalaşdırır.
Düvərcin (Nəmin)
Düvərcin (fars. دورجين‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 232 nəfər yaşayır (46 ailə).
Dəryaçeyi-nəmək
Dəryaçeyi -nəmək (fars: duzlu göl) — İranda duzlu göl. Təxminən Qum şəhərinin 100 km şərqində, Dəşti-Kəbir səhrasının şimal-qərb bucağında, dəniz səviyəsindən 790 m yüksəkdə yerləşir. Gölün 1800 km² hövzəsi var, lakin onun böyük hissəsi qurudur. Su ancaq 1000 km² sahədə olur. Gölün 45 sm- 1m arası dərinliyi var. Ən böyük su mənbəyi Qaraçaydır.
Dəyirmandərə (Nəmin)
Dəyirmandərə (fars. دگرماندرق‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 518 nəfər yaşayır (103 ailə).
Girdə (Nəmin)
Girdə (fars. گرده‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 379 nəfər yaşayır (103 ailə).
Gövdlər (Nəmin)
Gövdlər (fars. گودلر‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 27 nəfər yaşayır (7 ailə).
Gərmçeşmə (Nəmin)
Gərmçeşmə (fars. گرم چشمه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 966 nəfər yaşayır (214 ailə).
Hür (Nəmin)
Hür (fars. حور‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,141 nəfər yaşayır (644 ailə).
Hüşnə (Nəmin)
Hüşnə (fars. هشنه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (27 ailə).
Kinəzəq (Nəmin)
Kinəzəq (fars. كنازق‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (13 ailə).
Kolalı (Nəmin)
Kolalı (fars. گللو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 610 nəfər yaşayır (127 ailə).
Külləsər (Nəmin)
Külləsər (fars. كله سر‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,176 nəfər yaşayır (280 ailə).
Külüş (Nəmin)
Külüş (fars. كلش‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 744 nəfər yaşayır (224 ailə).
Lorun (Nəmin)
Lorun (fars. لرون‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (31 ailə).
Mahmudabad (Nəmin)
Mahmudabad (fars. محموداباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 903 nəfər yaşayır (161 ailə).
Marani (Nəmin)
Marani (fars. مرني‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (273 ailə).
Mehdiposti (Nəmin)
Mehdiposti (fars. مهدي پستي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (29 ailə).
Nefelin
Nefelin — mineral. Bu qrupa 2 əsas mineral daxildir: nefelin Na3K[AlSiO4]4 və kalsilit. Seriyanın natriumlu sonuncu üzvü olan aşağı temperaturlu nefelin davamlıdır. Sonuncu 900° C-də yüksək temperaturlu nefelin, 1254° C-də isə karnegiitə keçir. Dərinlik süxurlarında və qneyslərdəki nefelin tərkibi nəzəri formulaya yaxındır və kaliumla zəngindir. Nefelin bəzən Ca daşıyır. Nizamlı və qeyri-nizamlı nefelin məlumdur. Heksaqonal Habitus prizmatik, qısa dirəkvari, qalın lövhəli. İkiləşmə {1010}, {3365}, {1122} üzrə. Ayrılma {1010} və {0001} üzrə qeyri-mükəmməl.
Nemesis
Qədim Yunan inancında Nemesis (yun. Νέμεσις), tanrıların hüzurunda kibirlilik edən insanlara verilən ilahi cəzanın ruhudur. Nemesisin məbədi Marafonun şimalında yerləşən Rhamnous şəhərində olduğu üçün Rhamnousia/Rhamnusia ("Rhamnousun tanrıçası") olaraq da anılmaqda idi. Bir digər adı "qaçınılmaz" mənasına gələn Adrasteiadır. Nemesis adı Yunan dilində bir kəlmə olan νέμειν némein "layiq olduğunu vermək" və İbtidai Hind-Avropa dil qrupundan nem- "dağıtmaq" kəlməsindən gəlir.
Remeşin
Aşağı Remeşin
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. == Həyatı == Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Aşağı Remeşin
Qızıl Qışlaq (əvvəlki adı: Aşağı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Remeşin kəndi Kükü kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Remeşin kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Remeşin kənd inzibati ərazi dairəsinin mərkəzi Aşağı Remeşin kəndi Qızıl Qışlaq kəndi, Remeşin kənd inzibati ərazi dairəsi Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 778 nəfərdir.
Nemezis əməliyyatı
"Nemezis" əməliyyatı — Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyası. Aksiyanın məqsədi erməni soyqırımını və Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülmuşdür. Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdır. Soyqırıma guya aidiyyəti olan insanların 650 nəfərlik bir siyahı tutulur, onların içərisindən 41 nəfər, "əsas günahkarlar" elan edilir. Əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır, bütün əməliyyat üçün o orqan məsul idi (orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dəki elçisi Armen Qaro idi) bununla yanaşı xüsusi fond da yaradılır (fondun rəhbəri – Şaan Satçaklyan). Operativ rəhpərlik və əməliyyatın maddi dəstəyi ilə Şaan Natali və Qriqor Merdjanov məşğul idi. İnformasiyanın yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi, o mühacirətdə yaşayan "gənc türklərlə" yaxın əlaqələr qura bilmişdi. Qətlin törədilməsi üçün, 3–5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi.
Robert Zemekis
Robert Li Zemekis (ing. Robert Lee Zemeckis; 14 may 1952) — amerikalı kinorejissor, ssenarist və prodüseri. "Ən yaxşı rejissor" kateqoriyası üzrə Oskar mükafatı laureatı olan Zemekis Forrest Qamp, Didərgin, Beovulf, Gəzinti və s. filmlərin rejissorudur. Robert Zemekis 1952-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. Kristian Fenger Akademiyasında təhsil almışdır. 1972-ci ildən kino fəaliyyətinə ("Lift" filmi ilə) başlamışdır. Onlarla film çəkmişdir.
Semenkin (Auırqazı)
Semenkin (başq. Семёнкин, rus. Семёнкино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 28 km. Minibay Zeynetdinoviç Sattarov — Salavatnefteorgsintez İstehsalat Birliyinin (1979–1980) zavod direktor müavini, Sosialist Qəhrəmanı. Gülsüm Zeynullovna Askarova — kolxozçu, SSRİ X çağırışının Ali Sovetinin deputatı.
Semenkin (Avurğazı)
Semenkin (başq. Семёнкин, rus. Семёнкино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 28 km. Minibay Zeynetdinoviç Sattarov — Salavatnefteorgsintez İstehsalat Birliyinin (1979–1980) zavod direktor müavini, Sosialist Qəhrəmanı. Gülsüm Zeynullovna Askarova — kolxozçu, SSRİ X çağırışının Ali Sovetinin deputatı.
Yuxarı Remeşin
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Nerkin Oratağ
Aşağı Oratağ (bir müddət işlənilən adı: Ortakənd, daha əvvəl: Aşağı Oratağ, daha əvvəl: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır. "Aşağı Oratağ" toponiminin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur. XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləşmış və Sovet hakimiyyəti illərində Nerkin (ermənicə "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. Bir müddət kəndin adı Ortakənd kimi qeyd olunurdu. Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arqsında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.
Nerkin Qılıçbağ
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd 1826-1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir. 1588-ci ilə aid məlumata görə Qarabağın Ahiştabad qışlağında qışlayan bir el Qılıçlı adlanırdı. Bərdədə Qılıclı kəndi var.
Nerkin Sıznek
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Kənd dəğətəyi ərazidə yerləşir.
Nerkin Çaylı
Aşağı Çaylı — Ağdərə rayonunun Yuxarı Çaylı inzibati ərazi vahidində kənd. Tərtər çayının sol sahilində yerləşən və əvvəllər Çaylı adlanan kəndin Aşağı hissəsidir. 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır.
Rafael Lemkin
Rafael Lemkin (pol. Rafał Lemkin, ing. Raphael Lemkin; 24 iyun 1900 – 28 avqust 1959, Nyu-York, Nyu-York ştatı) — hüquqşünas, "soyqırım" termininin və BMT-nin Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya layihəsinin müəllifi. Rafael Lemkin, müasir Belorusiya ərazisində Rusiya İmperiyasının Polşalı bir Yəhudi ailəsində anadan olub. O, Cozef və Bella Lemkinin üç övladından biri idi. Anası rəssamlıq, dilçilik və fəlsəfə öyrənmişdir. Bialistokdakı ticarət məktəbini bitirdikdən sonra Rafael Lemkin Lvov Universitetində filologiya və hüquq (1928) oxudu, çoxbucaqlı idi və doqquzda səlis danışdı və on dörd dildə oxudu. 1929-cu ildən Varşava Prokurorluğunda çalışdı, sonra vəkilliklə məşğul olmuşdur. Çoxsaylı Yəhudi qarışıqlığının şahidi olan "soyqırım" termininin müəllifi Rafael Lemkin hələ universitetdə olarkən etnik qrupların məhvi üçün qanuni məsuliyyət məsələsi ilə məşğul olmağa başladı. Berlində qətliamlarda günahkar olan keçmiş bir türk nazirinin öldürülməsindən sonra əvvəlcə erməni soyqırımı problemi ilə mübarizə apardı.
Steysi Nelkin
Steysi Nelkin (ing. Stacey Nelkin; 10 sentyabr 1959, ABŞ) - ABŞ aktrisası. Steysi Nelkin 10 sentyabr 1959-cu ildə Nyu-Yorkda anadan olmuşdur. İlk film karyerasına 1978-ci ildə başlamışdır. 1987-1991-ci illər arası ABŞ müğənnisi və aktyoru Berri Bostvik ilə ailə həyatı qurmuşdur. 1982-ci ildə ilk məşhur filmi "Hellovin 3" filminə çəkilir. Sonralar yenidən televiziya seriallarına çəkilmişdir.
Lemkin İnstitutu
Lemkin Soyqırımın Qarşısının Alınması İnstitutu (ing. Lemkin Institute for Genocide Prevention) — ABŞ qeyri-hökumət təşkilatı. == Tarixi == Lemkin İnstitutu 2021-ci ildə ABŞ-nin Pensilvaniya ştatında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmişdir. Təşkilat öz internet səhifəsində bildirir ki, institutun yaradılması ideyası onun gələcək təsisçiləri Şimali İraqa səfər edərək İslam Dövləti tərəfindən həyata keçirilən dini və etnik azlıqların soyqırımının nəticələrini müşahidə edərkən yaranmışdır. Daha sonra onlar soyqırımının qarşısının alınması və hesabatlılıq üçün İraq layihəsini yaratmışdılar. İnstitutun həmtəsisçiləri Kin Ştat Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forci və beynəlxalq hüquq professoru və İndiana Universitetinin məzunu İrin Viktoriya Massiminodur. İnstitutun missiyası soyqırımıların qarşısının alınmasının zəruriliyi ilə bağlı qlobal konsensus yaratmaqdır. == Tənqidi == Azərbaycanın "Faktyoxla Lab" saytı 20 avqust 2022-ci il tarixli buraxılışda Lemkin İnstitutu tərəfindən dərc olunan "Azərbaycandan erməni soyqırımı təhlükəsi haqqında" adlı hesabatın etibarlılığını və açıq fikirliliyini şübhə altına almışdır. Sayt iddia etmişdir ki, institut ABŞ-də erməni diasporu ilə qarşılıqlı əlaqədədir və onun həm-direktoru Eliza fon Koden-Forci Ermənistana səfəri zamanı mühazirələrlə çıxış edərkən açıq şəkildə həmin ölkəyə rəğbətini ifadə etmişdir. Türkiyənin "Avrasiya Araşdırmaları Mərkəzi" 14 iyun 2023-cü il tarixli buraxılışda Lemkin İnstitutunun ABŞ Dövlət Departamentinə "Artsaxda yeni erməni soyqırımı təhlükəsi ilə bağlı" açıq məktubunu "qərəz və birtərəfliliyin ifadəsi" adlandırmışdır.