Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəqqaşlıq sənəti
Nəqqaşlıq — hansısa şəklin və ya yazının kəsici alətlə müxtəlif materialın üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ-tətbiqi sənət növü kimi qəbul edilir. Müasir dövrdə əsasən məişət əşyalarının bəzək işlərində tətbiq edilir. Texniki xüsusiyyətlərinin çətinliyi ucbatından uzun illər bu işlə yalnız mahir sənətkarlar məşğul olublar və bu sənət əsrlər boyu yüksək qiymətləndirilib. Nəqqaşlıqla məşğul olan kəslərə nəqqaşlar deyilir. Nəqqaşlar ya mexaniki üsulla, ya da əl ilə işləyirlər. Bu zaman onlar metal, daş, taxta, şüşə üzərinə müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürlər. Adətən nəqqaşlar həm də rəssam və xəttat olurlar. Hələ qədim dövrlərdən insanlar müxtəlif növ metallar üzərinə sözlər, təsvirlər həkk etməyi öyrəniblər. Keçmişdə materialı əsasən kəsmə və döymə üsulu ilə onların üzərinə təsvirləri həkk ediblər.