FƏSAHƏT

is. [ ər. ] Fikri səlis, aydın, düzgün və məntiqi ifadə etmək bacarığı, natiqlik məharəti; gözəl danışmaq, anlatmaq qabiliyyəti. Natiqin nitqindəki fəsahət.
[Əmiraslan ağa:] …Siz də o fəsahət, bəlağət qapısı olan ağzınızı açıb, camaatı bizim itaətimizə çağıracaqsınız. S.S.Axundov.
[Naşad] bütün fəsahət və bəlağətini topladı. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏSAHƏT bəlağət — ifadəlilik — mənalılıq
  • FƏSAHƏT fəsahət bax bəlağət
FƏSADÇILIQ
FƏSAHƏTLİ

Digər lüğətlərdə