Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xətayi
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü.Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev —Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan)Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert. Xətai bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xətai rayonunda bələdiyyə.
Riştə Xətayi
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Saleh Ətayi
Saleh Ətayi - Güney Azərbaycanlı yazıçı və şair. 1967-ci ildə Ərdəbildə anadan olub. 1998-ci ildə "Bəlkə daha deyənmədim" adli şeir toplusu işıq üzü görüb.
Ədalət Ətayi
Ədalət Ətayi — Fizika Riyaziyyat elmləri namizədi, Planetlər atmosferi və komet fizikası sahəsində mütəxəssis AMEA ŞAR Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri == Həyatı == Ətayi Ədalət Əbülfət oğlu 1951 –ci ilin 15 avqust tarixində Goranboy (Qasım İsmayılov) rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Naftalan orta məktəbini bitirmiş və elə həmin ildə də BDU-nun fizika fakultəsinə daxil olmuşdur. 1973-cu ildə Bakı Dövlət Universitetini bitirmiş və Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika rəsədxanasına təyinatla göndərilmiş, Planetlər fizikası laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1975-ci ildə AMEA-nın aspiranturasına qəbul olunmuş və adı Mars planetinin xəritəsindəki kraterlərdən birində əbədiləşdirilmiş Nadir İbrahimovun rəhbərliyi altında Günəş sistemi planetlərinin atmosferlərinin tədqiqi ilə məşğul olmağa başlamışdır. N.İbrahimovun vəfatından sonra elmi tədqiqatlarımı davam etdirmək üçün Alma-Ata Astrofizika İnstitutunda görkəmli astrofizik prof. V.Q. Teyfelin rəhbərliyi altında işləmiş və 1981-ci ilin fevralında Kiyev şəhərindəki Baş Astronomiya Rəsədxanasının İxtisaslaşmış Elmi Şurasında “Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası” mövzüsunda dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 60-dan çox elmi məqalənin və 100-ə yaxın elmi kütləvi məqalələrin müəllifidir. Orta məktəb dərsliyi olan “Astronomiya” kitabının müəlliflərindən biridir. Avropa astronomiya cəmiyyətinin üzvüdür. Bir müddət respublika ali məktəblərində - APU və BDU-da ixtisas kursu aparmış və bu gün Şamaxı Astrofizika Rəsədxanasında aparıcı elmi işçi vəzifəsində çalışır.
Şah İsmayıl Xətayi
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], Ərdəbil – 23 may 1524[…], Ərdəbil) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı;şair. O, 1501-ci ilin iyulunda Təbrizdə Azərbaycanda şah taxtına oturdu.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır. == Soykökü == I Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü. Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk etnoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən), Kürdüstandan və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi barədə iddialar ortaya atılmışdır.
Stefan Nemaniç
II Stefan Nemaniç (serb. Стефан Немањић; 1166, bilinmir – 24 sentyabr 1228, bilinmir), Stefan Prvovençani (serb. Стефан Првовенчани) kimi də tanınır — Raşka dövlətinin böyük jupanı və Nemaniçlər sülaləsindən olan ilk Serbiya kralı (1217—1228). O, Stefan Nemanyanın ikinci oğlu idi. Hökmdarlığının ilk illərində böyük qardaşı Vukan ilə taxt uğrunda mübarizə aparmalı və Macarıstan və Bizans İmperiyası ilə münasibətlərdə balans saxlayaraq fəal xarici siyasət yürütməli idi. 1217-ci ildə, ölkədə pravoslavlığın dominant rolunu saxlayaraq, Roma papasından tac aldı, iki il sonra isə avtokefal Serb Pravoslav Kilsəsinin yaradılmasına nail oldu. Hakimiyyəti dövründə ölkənin xarici siyasət mövqelərini möhkəmləndirdi, həmçinin daxili inkişafına da töhfə verdi. Stefan müqəddəslərin həyatından bəhs edən ilk jitiye müəlliflərindən biri idi, onun tərzi daha sonra digər müəlliflər tərəfindən nümunə kimi götürülmüşdür. Onun şərəfinə Serbiya krallarının daşıdığı tac adlandırılmışdır. Serb Pravoslav Kilsəsi tərəfindən övliyalar sırasına keçirilmişdir.
Vukan Nemaniç
Vukan Nemaniç (serb. Вукан Немањић; təq. 1165, Raşka dövləti – təq. 1207) — 1196-cı ildən Duklya və Dalmatsiya kralı; 1202-2104-cü illərdə Raşkanın (Serbiyanın) böyük jupanı; 1204-1208-ci illərdə Zeta knyazı. Nemaniçlər sülaləsinə mənsub idi. == Həyat == Vukan Raşkanın böyük jupanı (hökmdarının) Stefan Nemanyanın oğlu idi, 1195-ci ildə ata Vukanı Duklyanın jupanı təyin etdi. Vukanın sahib olduğu ərazilərə Zeta, Travuniya, Toplitsa və Hvsno daxil idi. 1199-cu ildən sonra Vukan Roma papası və Macarıstan krallığı ilə siyasi əlaqələr qurmağa başladı. Vukan danışıqlarını Antivariya arxiyepiskopu I İvanın vasitəsilə həyata keçirirdi. Onun məqsədi Papadan Serbiya üzərində hüququ əldə etmək idi.
Komnina Nemaniç
Komnina Nemanyiç (serb. Комнена Немањић; 1195) — Kruyanın alban meqa arxonu Dimiter Proqoni və daha sonra Elbasan arxonu Qriqor Kamonun hersoginyası. Serb Kralı II Stefan Nemaniçin (1196–1228-ci illər) qızı idi. == Həyatı == Komnina Kral II Stefan və onun həyat yoldaşı Evkodiya Angelinanın qızı olaraq anadan olub və bu səbəbdən İmperator III Aleksey Angelin nəvəsi olub. Onun üç qardaşı var idi: Stefan Radoslav (1228–1233), I Stefan Vladislav (1233–1243) və Predislav (Savvadan sonra Müqəddəs II Savva kimi üçüncü serb arxiyepiskopu). 1208-ci ildə Dimiter ilə evləndi və Venesiya Respublikası ilə qarşıdurmalar zamanı Serbiya ilə Arbanon arasında qısa ittifaq yarandı. 1215-ci ildə Dimiter öldükdən sonra hakimiyyət Komninaya qaldı, o, qısa müddət sonra yunan-alban lordu Qriqor Kamona ilə evləndi. Serblərin Şkoderə hücumundan sonra zəifləmiş Serbiya ilə əlaqələri gücləndirərək Kruya üzərində nəzarəti öz üzərinə götürdü. Onun Kruyalı Qolem ilə evlənən Qreqoridən bir qızı var idi.
Stefan Nemaniç tacı
Stefan Nemaniç tacı (serb. Круна Стефана Првовенчаног) — əfsanəyə görə, Serbiya kralı Stefan Nemaniçə tacqoyma mərasimində təqdim olunan tac. Rəvayətə görə, 1201-ci ildə Stefan Nemaniç Roma Papası III İnnokentiyə onu kral olaraq tanımaq və tac göndərmək istəyi ilə müraciət etdi, lakin onun bu istəyini 1207-ci ildə papa III Honorius yerinə yetirdi və Stefanın taclandığı tacı ona göndərdi. Rəvayətə görə, Stefandan sonra gələn bütün serb kralların taclandırılması üçün ondan istifadə edilmişdir, lakin çarlardan başqa (IV Stefan Uroş Duşan və V Stefan Uroş fərqli taclardan istifadə etmişdilər). Sikkələr və freskaların üstündə olan görüntülərə əsasən, tacın zanbaq çələngindən ibarət olduğu qənaətinə gəlmək olar. Lakin, 1217-ci ildə Stefan Nemaniçə Romadan belə bir tacın verilməsinə dair kifayət qədər dəlil tarixçilər tərəfindən təqdim edilmir, çünki Stefan rəsmi olaraq yalnız 1222-ci ildə Müqəddəs Sava tərəfindən pravoslav ayini ilə Jiça monastırında tac edilmişdir. Bəzi nəzəriyyələrə görə, Stefana kral tacı Bizansdan gəlib və Bizanslıların razılığı ilə Stefanın taclanması baş tutmuşdur, lakin tacın Stefana hər-hansısa yerdən göndərildiyi haqqında Serbiya salnamələrində heç bir məlumat tapılmamışdır. Serbiya Bizansla olduqca yaxın təmasda olduğundan Bizansın Serbiya mədəniyyətinə təsiri artdı, buna görə də tacın freskalarda təsvir olunması dayandırıldı. Tac Kotromaniçlərin gerbində də təsvir olunmuşdur, hansılar ki onu Bosniyanın krallıq elan olunması və I Tvrtkonun taxta çıxmasından sonra əlavə etmişdilər.