QAŞ

1. QAŞ (gözün üstündə olan qövsvari tük xətti) [Leylanın] hilali qaşları və iri, mavi gözləri, sol qaşının ucundan azca yuxan gözmuncuğu kimi qapqara xalı var (B.Bayramov); ƏBRU (kl.əd.) Ey Xətayi, ahuyi-könlün şikar etməkliyə; Dəsti-qüdrət kim, səni əbru kaman etmiş durur (Xətayi).

2. QAŞ, ÜZÜK QAŞI Qaşını göstərəndə; İtir, yox olur gözdən; Ovcunda gizlədəndə; Çıxır gizli pərdədən; Bildi üzük qaşıdır; Onun gözdən itirən; Parıldayan daşıdır; Bu istəyə yetirən (A.Şaiq).

QASNAQ
QAŞINMAQ
OBASTAN VİKİ
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaş piri
Qaş piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndindən qərbdə təbii, uzunsov mağaradan ibarət ziyarətgah. Təbii mağara insanlar tərəfindən sitayiş obyektinə çevrilərək ziyarət edilir. Mağaranın uzunluğu 34 metr, eni 1–2 m arasındadır. Onun hündürlüyü 1-1,2 metrdir. Mağaranın girəcəyində və onun mərkəzi hissəsində olan daşın üzərində dilək tutularaq şam yandırılır. Vaxtilə mağaranın yaxınlığında daşdan və bişmiş kərpicdən inşa edilmiş bina olmuşdur. Araşdırmalar zamanı antik və orta əsrlərə aid şirsiz və şirli keramika məmulatı aşkar olunmuşdur. Azərbaycan türklərinin islama qədərki inancları ilə bağlı olan mağara-piri e.ə. I minilliyə aid etmək olar. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər mövcuddur.
Qafqaz qaş səhləbi
Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. İsimdir,fars dilindəki xar-tikan və bülbül sözlərinin birləşməsindən yaranıb. Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir.
Arı qaş səhləbi
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Atmilçək qaş səhləb
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Atmilçək qaş səhləbi
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Qöy Qaş (Bicar)
Göy Qaş (fars. گوگقاش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (19 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Gənc Qaşqar Partiyası
Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası. == Haqqında == Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi. Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Heltay Qaşpar
Heltay Qaşpar (əsl adı:Kaspar Helth; mac. Gáspár Heltai; 1510[…] – 1574[…], Kluj-Napoka) — Yazıçı və rəssam. Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir. == Fəaliyyəti == Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır. Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir. Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir. Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.
Mahmud Qaşqarlı
Mahmud ibn Hüseyn ibn Məhəmməd əl-Kaşğari (ərəb. محمود بن الحسين بن محمد الكاشغري‎), Mahmud Kaşğari (uyğ. Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (türk. Kâşgarlı Mahmud; 1029, Qaşqar, Qaraxanilər dövləti – 1101, Upal[d], Qaraxanilər dövləti) — Qaraxanlılar dövlətində yaşamış filoloq və leksioqraf. Türk dünyasının ilk ensiklopedik lüğəti "Divani lüğət-it-türk" əsərinin müəllifidir. == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır. O, Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur.
Mirzə Cahangir xan Qaşqay
Mirzə Cahangir xan Qaşqay (1822-1906) — İslam alimi, müctəhid. Böyük fəqih, tanınmış filosof Ayətullah Cahangir xan Qaşqayi hicri-qəməri təqvimi ilə 1243 (1822)-cü ildə İsfahanın yaylaq şəhəri Səmirəmdə dünyaya göz açıb. Cahangir xan cavanlıq çağlarında Səmirəmdə bir neçə il təhsil alıb. Daha sonralar isə köçəri tayfalara qoşulub. O, adətən tar çalıb, şahnamə oxuyurmuş. Lakin elmə sonsuz marağı onu təhsil almağa sövq edib. Köçərilərlə birgə təhsil almaq mümkün olamdığından onlardan ayrılıb və həmişəlik İsfahanda qalaraq təhsilini davam etdirib. Ayətullah Qaşqayinin dini təhsilə başlamasının ibrətamiz hekayəti var: Yay fəslində Qaşqay köçəriləri yaylağa köçmüşdülər. Cahangir xan digər köçərilərlə birgə özünə lazım olan əşyaları almaq üçün İsfahan şəhərinə gedir. Bu zaman o, sınmış tarını da tarsaza göstərmək qərarına gəlir.
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Qarabağlar qaşı
Qarabağlar qaşı düzənliyi — Naxçıvan MR-da şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanan düzənlik. Şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanır. Buranın relyefi 900 metrlə 1400 metr yüksəklik arasında tərəddüd edir. Qarabağlar qaşı şimaldan cənuba doğru genişlənir və nəticədə eni 7 kilometrə qədər çatır. Sarmat dövrü gillərindən təşkil olunmuş maili düzənliyin şərq yamacı dik olub, bəzi yerlərdə uçurumlar şəklində Süst düzünə enir. Bu yamacda bedlend relyefi inkişaf etmişdir. Kiçik, dar və dərin dərələr başlıca olaraq cənub-şərq istiqamətində uzanır. Qarabağlar qaşının səthi maili düzənlik təşkil etməklə, qərb və cənub-qərb istiqamətində şiddətli surətdə parçalanaraq alçalır. Buranın səthi cənub-qərb istiqamətində uzanan bir neçə çay dərəsi vasitəsilə təpəliklərə ayrılmışdır. Həmin dərələrdən bəzən sellər keçir.
Qaraçaylı (Qaşqaylar)
Qaraçaylı (fars. قراچه‌ای Qəraçee‎; ing. Karachai, Qarachai; qaşqayca: Qərəçaye) — Qaşqay elini təşkil edən tayfalardan biri. Piralu, Kələli, Kürdlü, Kərəm Əbdali, Qaraqirli, Cəli, Qurd, Xan Əhmədi, Rekke, Tus, Maləhmədi, Çardange, Gərmesiri və Bahadonlu adlı tirələrə bölünür. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib.
Qaşaltı Qaraqoyunlu
Qaşaltı Qaraqoyunlu — Azərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndi Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdır. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. Kəndin adı qaş (dağın təpəsinin bir qədər irəliyə çıxmış üstü, dağın döşü) və alt sözlərindən, həmçinin Qaraqoyunlu etnotoponimindən ibarətdir. Kəndin adı "dağ qaşının alt tərəfindəki Qaraqoyunlu kəndi" mənasındadır. Kəndin yaranması haqqında bir neçə fərziyyə var. Bunlardan biri XIX əsrin ortalarında Qərbi Azərbaycanda Qaraqoyunlu adlı yerdə yaşayan bir qrup insanın bu əraziyə gələrək bir kənd qurmasından ibarətdir. Kənd Naftalan şəhərindən 2.3 km məsafədə, Naftalan düzü ərazisində yerləşir. İqlimi yayda isti, qışda mülayimdir.
Qaşaltı Qaraqoyunlu bələdiyyəsi
Naftalan bələdiyyələri — Naftalan şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaşdar Əliyev
Qaşdar Əliyev (17 oktyabr 1941, Keçili, Şahbuz rayonu – 21 mart 2016) — Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi (1992), SSRİ XTNS laueratı, akademik Həsən Əliyev mukafatcısı; Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının üzvü; Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Müharibə, Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi, Jurnalistlər Birliyinin üzvü. 17 okyabr 1941-ci ildə Naxcıvan MSSR-in Şahbuz rayonunun Kecili kəndində anadan olmuşdur. 1960-cı ildə Naxcıvan Kənd Təssərüfatı Texnikumunu, 1968-ci ildə AKTİ-un aqranomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1969–1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır. Əmək failiyyəti Şahbuz rayonu ilə bağlıdır. 2 il kolxoz aqranomu, 9 il rayon kənd təsərrüfatı idarəsində baş aqranom, 5 il həmin idarənin rəisi, Aqrar sənaye birliyinin sədri, rayon icraiyyə komitəsinin sədr müavini, 12 il kənd təssərrüfatı işciləri həmkarlar ittifaqı rayon təşkilatının katibi və sədri işləmişdir. Dövri mətbuat və radio-televiziya üçün zəngin yaradıcılıq yolu keçmişdir. 21 mart 2016-cı ildə vəfat etmisdir. Azərbaycan və Ümumittifaq Həmkarlar Təşkilatının Bakı və Moskva, ATMC V və VI, Azərbaycan Veteranlarının III qurultayların numayəndəsi olub. Cənnət Əliyevin böyük qardaşıdır.
Qaşiyə surəsi
88-ci surə
Qaşlar
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaşlıq
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Qaşqa
Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir.
Qaşqa Bulaq (Xoy)
Qaşqa Bulaq (fars. قشقابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (67 ailə).
Qaşqa qaz
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Qaşqaca (Xudabəndə)
Qaşqaca (fars. قشقجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,146, with nəfər yaşayır (244 ailə).
Qaşqadərya vilayəti
Qaşqadərya vilayəti — Özbəkistanda vilayət. Qaşqadərya vilayəti Özbəkistanın cənubunda yerləşir. Əhalisi 2.290.000 nəfərdir. Vilayətin 3/5-ü səhradır. Avtomabil kodu UZ-Qa, ərazisi 28.400 kv km, mərkəzi qərşi şəhəridir. Eramızdan əvvəl 329-cu ildə Makedoniyalı İsgəndəri və Temurilər imperiyasını quran Əmir Temuru öz qəhrəmanlığı ilə təəccübləndirən Spitamen bu torpaqlarda böyüyüb. İrandan Kopetdağ silsilələri ilə ayrılan bu torpaqların geniş əraziləri çox müxtəlif təbii şərait yaradır. Kopetdağın şimal ətəkləri, İran silsilələrinin ətəkləri kimi, dağ çaylarının sularından kiçik miqyasda istifadə etmək üçün əlverişlidir; daha şimalda və şimal-şərqdə geniş səhralar var. Səhralar cənub-şərqdən şimal-qərbə Tecen (Herirud), Murqab, Amudərya, Qaşqadərya, Zərəfşan və kifayət qədər böyük məsafədə Sırdərya çaylarının vadiləri ilə kəsilir. Tecen və Murqab çayları Qaraqum səhrasının qumlarında yoxolur; Qaşqadərya və Zərəfşan qədimdə Amudəryaya tökülürdü; Amudərya və Sırdərya öz suları Aral dənizinə tökülür.
Qaşqaldaq
Qaşqaldaq (lat. Fulica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Qaşqaqışlaq-i Hacıəkbər (Biləsuvar)
Qaşqaqışlaq-i Hacıəkbər (fars. قاشقاقشلاق حاج اكبر‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (5 ailə).
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.

Digər lüğətlərdə