Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nahamar deysiya
Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və ya Çində yabanı halda bitir. Nahamar, xırda, ulduzlu tükcüklərlə örtülmüş yarpaqlarına görə belə adlandırılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2,5 m olan koldur. Zoğlarının qabığı qırmızı və ya boz-qonur rəngli, sonradan tökülür. Yarpaqları sadə, yumurtavari, neştər formasında və ya uzunsov-yumurtavari, kənarları xırda dişli, tüklü, nadir hallarda çılpaq olub, qarşılıqlı düzülmüşdür. Natamam lələkvari damarlıdır. Yarpaqaltıqları yoxdur. Saplaqları 1 sm uzunluqdadır.
Nahamar qarağac
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir. == Botaniki təsviri == Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.
Hadamar
Hadamar, Almaniyada Hessen əyalətində yerləşən şəhərdir. Əhalisi 31 dekabr 2010-cu ilin statistikasına görə 12,246 nəfərdir.
Naxalar
Naxalar (lat. Siluridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Şahmar
Şahmar (Culfa)
Nahar
Nahar — günorta yeməyi. Nahar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Nahar (Mazandaran) — Mazandaranda kənd.
Bahavar (Əbhər)
Biyavar (fars. بهاور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (10 ailə).
Kudur-Laqamar
Kedorlaomer (q.yəh. כדרלעמר‎ , Kedor-Laomer; q.yun. Хοδολλογομόρ, Xodolloqomor) və ya Kudur-Laqamar (q.yəh. נדדלעמד‎, Kudur-Laomar) — Əhdi-ətiqdə personaj, Elam hökmdarı, patriarx İbrahimin müasiri. Yaradılış kitabının məzmununda təcəssüm edir. O, indiki Ölü dənizin yerində olan beş şəhərin (Sodom, Qomorra, Adma, Sevoim və Bela ) üsyankar padşahlarını cəzalandırmaq üçün Orta Şərqin digər üç padşahı ilə ittifaqda Fələstinə qarşı yürüşə başlamışdır.Kedorlaomerin adı sırf elamcadır və tanrı Laqamarın adı ilə əlaqələndirilir.
Mahamat Debi
Mahamat ibn İdris Debi İtno (ərəb. محمود بن إدريس ديبي إتنو‎; fr. Mahamat ibn Idriss Déby Itno; 1 yanvar 1984) — Çad Keçid Hərbi Şurasının sədri. == Hərbi fəaliyyəti == Mahamat Debi ilk olaraq Çadda hərbi məktəblərin birgə birliyinə yazıldı. Daha sonra Fransada Eks-an-Provans Hərbi Məktəbində təhsil aldı. Geri qayıtdıqdan sonra zabit məktəbi yarı rəhbərliyin ikinci səviyyəsinə yüksəldildi və daha sonra infantlar qrupu komandirinin müavini olaraq Dövlət Qurumlarının Təhlükəsizliyi xidmət şöbəsinə təyin edildi. İlk döyüş təcrübəsini 2006-cı ilin aprelində üsyançıların paytaxta hücum etməsi və daha sonra Çadın şərqindəki döyüşlərə qatılaraq qazandı. Ordusunun üsyançıları məğlub etdiyi Ən Dəm döyüşündə Çad qüvvələrinin komandanlığında iştirak edərkən qüvvələrə rəhbərlik etdi.Qələbədən sonra DQT-in zirehli eskadrilyaları və mühafizəçilərinin komandanlığına təyinat aldı. 2013-cü ilin yanvarında general Umar Bikimo başçılığında Malidə Çad xüsusi qüvvələrinin komandanlığına təyin edildi. 22 fevralda ordusu ilə İfoğas döyüşündə iştirak etdi.
Natamam limodorum
Natamam limodorum (lat. Limodorum abortivum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin limodorum cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökümsovu qısa, üfüqi, çoxlu qalın köklüdür. Gövdəsi qalın, 30–60 (80) sm hündürlükdə, yaşılı-bənövşəyi, boz, iti qınlıdır. Çiçəkqrupu iri, 6–20 çiçəkdən ibarət boş salxım şəklindədir. Çiçəkləri iri, bənövşəyi rəngli, 20–25 mm uzunluqdadır. Çiçəkyanlığının yarpaqları lansetvari, çəhrayı, 20 mm uzunluqdadır. Dodaqcığı açıq-bənövşəyi rənglidir. Mahmızı nazik, 15 mm uzunluqda, yumurtalığa bərabər və ya uzundur.
Böyük Bahama
Böyük Bahama (ing. Grand Bahama) — Baham adalarının ən şimal adalarından biri. Florida sahillərindən cəmi 90 kilometr (56 mil) məsafədə yerləşən Böyük Bahama ABŞ-yə yaxın ən böyük adadır. Sahəsi 1373 km2, əhalisi — 51,756 nəfərdir. == Tarixi == Adanın bilinən ən qədim sakinləri daş dövrünə aid ovçu-yığıcı siboneylərdir. Onlardan dekorativ qabıqlar və ya zərgərlik kimi artefaktlardan başqa çox az şey qalmışdır. Bu ibtidai xalq öz yerini Cənubi Amerikadan olan aravaklara vermişdir. Onlar Karib dənizinin çox hissəsində məskunlaşmışdılar. Güman edilir ki, Böyük Bahama adasındakı aravak icmaları lukayanlar adı ilə tanınmağa başlamışdır. Hesablamalara görə, 1492-ci ildə İspaniya konkistadorlarının Böyük Bahamaya gəlişi zamanı burada təqribən 4 min nəfər var idi.
Elbrus Şahmar
Elbrus Şahmar (11 aprel 1945, Qubadlı) — Azərbaycan Yazıçılar Birliyinin (1997) üzvü, yazıçı-publisist, təqaüddə olan polis polkovniki. == Həyatı == Elbrus Şahmar oğlu Məmmədov 11 aprel 1945-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində "Əmili" nəslində anadan olub. Atası Şahmar keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmişdir. 1961-ci ildə Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir. 1964–65-ci illərdə hərbi xidmətdə olub. Elbrus Bakı Mədəni-Maarif Texnikumununu (1963), Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq (1968) və hüquq (1981) fakultələrini bitirmişdir. Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişdir. İstər işlədiyi müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışdır. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin "sOVET KƏNDİ" VƏ ONUN DAVAMI OLAN "hƏYAT" QƏZETİNİN qARABAĞ BÖLGƏSİ ÜZRƏ XÜSUSİ MÜXBİRİ İŞLƏMİŞDİR. Elbrus Şahmar 1968-ci ilin fevralından Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamış və 2000-ci ilin mart ayına qədər orqanda işləmişdir. 32 ildən artıq ictimai asayişin keşiyində durub və təqaüdə çıxmışdır.
Jak Adamar
Jak Adamar (8 dekabr 1865[…], Versal – 17 oktyabr 1963[…], Paris) — fransız riyaziyyatçısı. == Həyatı == La Valle Pussenlə yanaşı sadə ədədlər nəzəriyyəsinin paylanma qanununu əsaslandırmışdır. Diferensial tənliklər, funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, mexanika üzrə əsərlərin müəllifi.
Şahmar (Culfa)
Şahmar (fars. شاهمار‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,161 nəfər yaşayır (303 ailə).
Şahmar Hüseynov
Şahmar Həsən oğlu Hüseynov (31 iyul 1939, Xanlar rayonu – 1 yanvar 1988, Bakı) — Azərbaycan yazıçısı, aktyor, rejissor köməkçisi və teatr xadimi. == Həyatı == Şahmar Hüseynov 1939-cu ilin 31 iyul tarixində Xanlar rayonunun Nərimanov kəndində anadan olmuşdur. Ailəsi Gəncə şəhərinə köçəndə Şahmar ilk təhsilini də burda alır. Məktəbi bitirdikdən sonra Bakıya gələn yazıçı hərbi xidmət keçir (3 il) və leytenant rütbəsi qazanır.Sənədlərini əvvəlcə Azərbaycan Tibb Universitetinə verən Şahmar Hüseynov I kursu başa vurmadan oranı tərk edir və dram və aktyorluq fakültəsinə qəbul Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olunur. Şahmar Hüseynovun kurs rəhbəri məşhur Azərbaycan rejissor və aktyoru Adil İsgəndərov olub, ona sənətin incəliklərini öyrədib. Təhsilini bitirdikdən sonra Şahmar Hüseynov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına təyinat alıb. 1966-ci ildən yazıçı Kukla teatrında aktyor, daha sonra rejissor köməkçisi kimi fəaliyyət göstərib.Şahmar Hüseynov əllidən çox tamaşada oynamış və hər tamaşada fərqli obrazlar yaratmışdır. O, Məşədi İbad tamaşasında Qoçu Əsgər, Zəncirlənmiş pəri əsərində Rəhman rolunun, Eldar Baxışın Məlikməmməd pyesində Aşıq və sairə obrazların ifaçısı olub. Şahmar Hüseynov 1970-ci ildə Kukla teatrında çalışan aktrisa Elmira Hüseynova ilə ailə həyatı qurub. Ayxan və Həsən adında iki oğlu var.
Şahmar Mahrızlı
Şahmar Mahrızlı (1 may 1954, Mahrızlı, Ağdam rayonu) – həkim, şair, "Qızıl qələm" media mükafatı laureatı. == Həyatı == Məmmədov Şahmar Hüseynalı oğlu 1 may 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində dünyaya gəlib. 1961-ci ildə Mahrızlı kənd orta məktəbinin I sinfinə qədəm qoymuş və 1971-ci ildə həmin orta məktəbi bitirmişdir. O, 1978-ci ildə indiki Azərbaycan Tibb Universitetini bitirib. 1978–1990-cı illərdə Rusiyanın Tver vilayətində həkim işləyib. 1990-cı ildən Bakı şəhərindəki 8 №-li poliklinikada iynərefleksterapevt işləyir. Şahmar Məmmədov eyni zamanda şairdir, "Qızıl qələm" media mükafatı laureatıdır.
Şahmar Mövsümov
Şahmar Arif oğlu Mövsümov (31 yanvar 1972, Naxçıvan) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri. == Həyatı == Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə Naxçıvanda anadan olmuşdur. 1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili almışdır.1995–2005-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb. 2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində, 2006−2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində işləyib.2006–2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri, 2006–2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub. 2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü, 2014–2019-cu illərdə Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvü, 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub. Şahmar Mövsümov 2018–2019-cu illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olub. 2017–2019-cu illərdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri olub. 2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir. 2019-cu 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2020-ci il 9 sentyabr tarixindən Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvüdür.
Şahmar Məmmədov
Şahmar Ağasəf oğlu Məmmədov (12 iyul 1977; Mingəçevir, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Məmmədov 1977 ci il iyul ayının 12-i Mingəçevir şəhərində anadan olmuşdur. 1983 ci ildə Mingəçevir şəhəri Dilqəm Nağıyev adına 9 nömrəli (saylı) orta məktəbə getməyə başlamış, 1991-ci ilədək həmin məktəbdə təhsil alıb. 1993–1995 ci illər 39 saylı Peşə Məktəbində təhsil almışdır. 1995 ci il iyul ayında həqiqi hərbi xidmətə getmişdir. == Hərbi xidmətləri == 2014 ci il iyul ayında N saylı hərbi hissədə MAHHXHQ kursuna daxil olmuş, 2014 ci ilin sentyabrında həmin kursu bitirib, N saylı hərbi hissədə tuşlayıcı operator vəzifəsində xidmət etməyə başlamışdır. 2016 ci il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şahmar Həsənov Suqovuşan döyüslərində savaşıb. 27 sentyabr 2020-ci il tarixindən başlayan döyüş əməliyyatlarında Gülüstan istiqamətində PDM-2 zirehli texnikası ilə düşmənin 1 minaatan heyətini və 3 atəş mövqeyini dəqiq atəşlə məhv edib və qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahmar Mənəfov
Şahmar Vidadi oğlu Mənəfov (20 mart 1990; Neftçala rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Mənəfov 1990-cı il martın 20-də Neftçala rayonunun Cəngan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Şahmar Mənəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahmar Mənəfov oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Neftçala rayonunun Cəngan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahmar Quliyev
Şahmar Kəmaləddin oğlu Quliyev (7 noyabr 1991; Naxçıvan, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Quliyev 1991-ci il noyabrın 7-də Naxçıvan şəhərində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Şahmar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahmar Quliyev sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Quliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şahmar Qəribli
Qəribli Şahmar Qərib oğlu — azərbaycanlı rejissor, aktyor. == Həyatı == Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərov­dan sə­nə­tin sir­lə­ri­nin öy­rən­ib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Mosk­va­da çox­se­ri­ya­lı "Jas­min" fil­mi­nə çə­ki­lib və Ka­mal ro­lu­nu oynayıb..
Şahmar Qəribov
Qəribli Şahmar Qərib oğlu — azərbaycanlı rejissor, aktyor. == Həyatı == Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərov­dan sə­nə­tin sir­lə­ri­nin öy­rən­ib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Mosk­va­da çox­se­ri­ya­lı "Jas­min" fil­mi­nə çə­ki­lib və Ka­mal ro­lu­nu oynayıb..
Şahmar Seyidov
Şahmar Fikrət oğlu Seyidov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Fikrət oğlu Seyidov 1997- ci il, fevral ayının 21-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == İkinci Qarabağ müharibəsi başlayana kimi, bir müddət orduda xidmət edib, MAXE olub və cəmi 5 ay xidmət etdikdən sonra şəhidlik zirvəsinə yüksəlib. Talış, Suqovuşandan başlayan döyüş yolu Daşaltıya qədər davam edib. Oktyabrın 12-də Daşaltı uğrunda ağır döyüşlərdə qəhrəmancasına Şəhid olub, Şəhidlik məqamına ucalıb. Mingəçevirdə-Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şahmar Soltanlı
Şahmar Qinyaz oğlu Soltanlı (20 fevral 1996, Şəki – 17 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Soltanlı 20 fevral 1996-cı ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini Şəki şəhəri 5 saylı tam orta məktəbdə almışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Bakı humanitar kollecinə qəbul olmuşdur. Atasının vaxtsız vəfatı və anasının sağlamlıq vəziyyəti ilə əlaqədar təhsilini tamamlamadan iş həyatına başlamışdır. Subay idi. == Hərbi xidməti == 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışdır. 2020-ci ilin may ayında hərbi xidmətdən tərxis olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === İkinci Qarabağ müharibəsində Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstəmişdir. 27 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.
Şahmar Səfərov
Şahmar Nazim oğlu Səfərov (1 sentyabr 1997; Şərur rayonu, Azərbaycan — 27 sentyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Səfərov 1997-ci il sentyabrın 1-də Şərur rayonu Siyaqut kəndi anadan olub. Onun əmisi oğlu — Cəsarət Səfərov da İkinci Qarabağ müharibəsi şəhididir. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Şahmar Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şahmar Səfərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.