KƏLƏ-KÖTÜR

sif.
1. Üstü hamar olmayan, nahamar; girintili-çıxıntılı (səth haqqında). Kələ-kötür divar. Kələ-kötür daş.
– İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasında yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq.
…Qayıq fənər işığında aydın görünən boz, kələ-kötür qayaların üç-dörd addımlığında idi. M.Hüseyn.

2. Qaba, kobud, yöndəmsiz, yaraşıqsız, biçimsiz. Kələ-kötür əl.
– Dəmirçioğlu baxdı ki, [Koroğlu] bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. Koroğlu”.
O barmaqların hamısı, bir-birinə oxşayan kələkötür barmaqlardır. M.S.Ordubadi.

// Düzgün olmayan, əyri-üyrü, biçimsiz.
Kələ-kötür hərflər və əyri xətlərlə adi şagird dəftərinin dörd vərəqini tutan bu kağız imzasız idi. M.İbrahimov.
Bir də ki, kələ-kötür xətlə yazılmış sözləri oxuyub, xeyir xəbər olduğunu gördüm. H.Seyidbəyli.

3. məc. İncəlikdən məhrum; qaba, kobud.
[Kərəmov:] Axır zamanlar bir az sən də kələkötür (z.) danışmağa başlamısan. S.Rəhman.

4. məc. Əzablı, əziyyətlə dolu, ağır, əziyyətli.
[Firidun] ömrünün kələ-kötür və tikanlı keçmişini deyil, min bir xəyal və ümidlə dolu gələcəyini düşünürdü. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏLƏ-KÖTÜR kələ-kötür bax 1. nahamar; 2. kobud 1
KƏLƏ
KƏLƏ-KÖTÜRLƏŞDİRMƏ

Digər lüğətlərdə

запе́чье котлови́на осмо́льщик рунду́к с ра́вным счётом авеню́ выдаю́щийся выдворя́ть вы́золотить косморо́бот слу́жащий сметливо эвтанази́йный камень рас- Americanization andiron bred digression incompetency object language quarter bill reroute stipulatory ужасаться