Şahmar Qinyaz oğlu Soltanlı (20 fevral 1996, Şəki – 17 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Şahmar Soltanlı | |
---|---|
Şahmar Qinyaz oğlu Soltanlı | |
Şəxsi məlumatlar | |
Doğum adı | Şahmar Qinyaz oğlu Soltanlı |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri |
|
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Qinyaz Bədirov |
Anası | Gülxar Bədirova |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Suqovuşan döyüşü • Ağdərə döyüşləri |
Təltifləri | 2020 2020 |
Şahmar Soltanlı 20 fevral 1996-cı ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini Şəki şəhəri 5 saylı tam orta məktəbdə almışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Bakı humanitar kollecinə qəbul olmuşdur. Atasının vaxtsız vəfatı və anasının sağlamlıq vəziyyəti ilə əlaqədar təhsilini tamamlamadan iş həyatına başlamışdır. Subay idi.
2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışdır. 2020-ci ilin may ayında hərbi xidmətdən tərxis olmuşdur.
İkinci Qarabağ müharibəsində Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstəmişdir. 27 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Şəki Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]