Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nyakisi Adero
Nyakisi Adero (2 iyul 1986) — Uqandalı marafonçu. Nyakisi Adero Uqandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nyakisi Adero birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 42 dəqiqə 39 saniyəyə qət edərək 157 marafonçu sırasında 68-ci yeri tutdu.
Artemisia nakaii
Artemisia nakaii (lat. Artemisia nakaii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Ağakişi Haşımov
Ağakişi Məmmədqasım oğlu Haşımov - (d.1 may 1890, Bakı - ö. aprel 1920) - Praporşik, 1920-ci il Aprel işğalının qurbanı. == Həyatı == 1890- cı il mayın 1-də Bakının Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub. Gəncədəki praporşiklər məktəbini 1919-cu ildə bitirib. 1920-ci il Aprel işğalının qurbanı olmuşdur.
Ağakişi Kazımov
Ağakişi Şəmməd oğlu Kazımov — Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti (2000), professor. == Həyatı == Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub.1952–1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir. 1960-cı ildə A.Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilmişdir. == Fəaliyyəti == 1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlamışdır. 1969–1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. A.Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar.
Ağakişi bəy
Ağakişi bəy — II Şəki xanı. I Şəki xanı Hacı Çələbi xanın oğlu, III Şəki xanı Məhəmmədhüseyn xanın əmisi.
Eisuke Nakanişi
Eisuke Nakanişi (d. 23 iyun 1973) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib.
Euphorbia nakaii
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Futbol hakimi
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. == Haqqında == Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir.Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. == Həmçinin bax == Yamaqata-Lobanov sazişi == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka).
Bir May Bakısı (film, 1941)
Bir May Bakısı qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Bakıda 1 may — zəhmətkeşlərin həmrəyliyi gününün və əmək bayramının qeyd olunmasından danışılır. == Məzmun == Filmdə Bakıda 1 may — zəhmətkeşlərin həmrəyliyi gününün və əmək bayramının qeyd olunmasından danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Takaşi
Takaşi — ad.
Takeşi
Takeşi — ad.
Adişi
Adişi Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. == Toponimkası == Adişi- Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. Əsli Edişə. Azərbaycanda Hadrut və Cəlilabad rayonlarında Edişə, Qars əyalətində Edişa kənd adları ilə mənşəcə eynidir. XIX əsrdə Şimali Qafqazda noqaylar içərisində Edişə tayfası vardı.
Akaşi
Akaşi və ya Akasi (yap. 明石市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Nairi
Nairi — Van Gölünün cənubi hisəsində tarixsəl bir ölkə adı (e.ə. 1114- 860), Assuriyalılar onlara (KUR.KUR Na-i-ri, və ya Na-i-ru) adı verirdi, müasir Türkiyənin və Cənubi Azərbaycanın (İranın Qərbi Azərbaycan vilayətinin) Van və Hakkari vilayətlərinə təxminən uyğun gəlir. Nairi bəzən Mesopotamiya, Xet və Urartu mənbələrindən bilinən Nihriya ilə bərabərləşmişdir.Ancaq bir mətn içərisində belə gəlir ki Nihriya ilə birgə olmaması təxmin edilir.Tunc dövrünün qutulmasından əvvəl Nairi qəbilələri həm Assuriya, həm də Xetlər ilə mübarizə aparacaq qədər güclü bir qüvvə hesab olunurdu. Mitanni Krallığının yıxılışından sonra torpaqlarına nəzarət etmək üçün Xetlər və Assuriyalılar arasındakı döyüşlərin son nöqtəsi olan Nihriya Döyüşü; orada baş verdi, e.ə. 1230. Urartu'nun ilk padşahları özülərini yerli Bianili yerinə Nairi adlandırdılar.Ancaq Urartu ilə Nairi arasındakı münasibət dəqiq bəlli deyil. Bəzi alimlər Urartu və Nairinin ayrı-ayrı nöqtələr olduğunu irəli sürdülər. Assuriyalıların sənədlərinə baxaraq belə görünür ki, e.ə. 8-ci əsrdə Nairi torpaqları Assuriya və Urartu tərəfindən tamamilə ələ keçmədən öncə və Urartunun qurulmasından öəcə onlarca il müstəqil olaraq həyatlarını sürdürmüşlər.
Taişi
Taişi (çin. 太师) ― Böyük Ustad və ya Böyük Təlimçi kimi tərcümə edilən çin titulu. Bu titul Çinin Çjou sülaləsidə ən yüksək üç mülki vəzifələrdən biri idi. Digər ikisi müvafiq olaraq Böyük Tərbiyəçi (Taifu - 太傅) və Böyük Qoruyucu (Taibao - 太保) idi. Bu üç titul birlikdə Sanqonq kimi tanınırdı. Bu üç titulun adları və vəzifələri sonrakı sülalələrdə dəyişdi. Böyük Təlimçi adı Han sülaləsinin sonrakı dövrlərində, xüsusən də o zamankı çenhsian Dun Çjo tərəfindən istifadə olunmağa davam etmişdidi. O, həmçinin Şimali Yuan sülaləsində Börçigin nəslinin bir hissəsi olmayan güclü zadəganlar üçün bir titul kimi istifadə edilmişdir. Məsələn, Esen Taişi. Rütbə Dayviet dövlətində təqlid edilmişdi.
Makisu
Makisu (yap. 巻き簾) və ya suşi həsiri Yaponiya mətbəxində Bambuk və Pambıq ipindən toxunmuş bir növ həsirdir ki qida hazırlanmasında istifadə olunur. Makisu ən çox makizuşi (巻き寿司) adlı bir növ yumarlanmış suşini hazırlamaq üçün istifadə olunur amma həm də, omlet kimi digər yumşaq qidaları şəkilləndirmək üçün və qidaların artıq suyunu sıxıb çıxarmaq üçündə istifadə olunur.
Nasist
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. == Tarix == Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Amsterdam sazişi
Amsterdam müqaviləsi 1997-ci il 2 oktyabr tarixində Avropa Parlamentinin sədri Xose Mariya Gil-Roblesin iştirakı ilə Niderland Krallığının Amsterdam şəhərində imzalanıb. Müqavilə 1999-cu ildə bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib. 1999-cu ilin may ayında qüvvəyə minməsi ilə Avropa İttifaqının qərar qəbulu proseduru sadələşdirilmiş və əhatə dairəsi genişləndirilmişdir. Amsterdam müqaviləsi Maastrix müqaviləsinin maddələrini şərh etməklə yanaşı, müqavilədəki əsaslı dəyişikliklər həm də Aİ-ni gələcək genişlənmə prosesinə hazırlamaq məqsədi daşıyırdı. Müqavilədən qazanclı çıxan əsas Avropa İttifaqı orqanı Parlament oldu. Belə ki, artıq Avropa Parlamenti Avropa Komissiyasının prezidentinin təyin etmək hüququ var idi. Maastrix müqaviləsi ilə yaradılmış "3 sütün sistemi"nin (eng: three pillars system) 3-cü sütunundakı bir çox məsələlərə düzəlişlər edilmişdi. Həmçinin Avropa İttifaqı vətəndaşlığı da əsas müzakirə mövzularından biri idi. Amsterdam müqaviləsinin gətirdiyi əsas yenilik isə Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə (eng: High Representative for CFSP) vəzifəsinin yaradılması oldu. İlk Ali Nümayəndə Xovier Solama idi.
Balkan sazişi
Balkan sazişi 1934-cü ilin 9 fevralında Afinada Türkiyə, Yunanıstan, Rumıniya, Yuqoslaviya arasında imzalanıb. 1933`dən sonra Almaniya da Nasist partiyası nın hakimiyyətə gəlməsi, İtaliya nın Ağ dəniz də və Balkanlar da ərazilərini genişləndirmək istəməsi və Avropa dövlətlərinin silahlanma yarışına girməsi sülh üçün təhlükə yaradırdı. Türkiyə təhlükəsizliyini qorumaq məqsədilə 1933-cü ildə bu 3 ölkə ilə ayrı ayrılıqda saziş bağlamışdı. Lakin 1934-cü ilin 9 fevralı İtaliya və Almaniya təhlükəsi qarşında qalan bu 4 Balkan dövləti Afina da saziş bağlayır. Bu sazişə görə Balkan ölkələri bir-birilərinin ərazi bütövlüyünə hörmət edəcəkdilər. İkinci dünya müharibəsi ndən sonra şərtlərin dəyişməsindən sonra bu saziş əhəmiyyətini itirir. == Mənbə == İsmail Soysal, Tarihçeleri ve Açıklamaları ile Birlikte Türkiye'nin Siyasal Andlaşmaları, I. Cilt (1920-1945), Basımevi, Ankara, 1989, s. 447-463.
Belovejsk sazişi
Belovej razılığı (rus. Беловежские соглашения) — 8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.
Deyton sazişi
Deyton sazişi (Güc diplomatiyası) — keçmiş Yuqoslaviya ərazisində 1991–1995-ci illər arası Bosniyada vətəndaş müharibəsi, həmçinin Xorvatiya müharibəsinə son qoyan sazişdir. ABŞ-nin Deyton şəhərində 1995-ci ilin noyabrında razılaşdırıldıqdan sonra 14 dekabr 1995-ci ildə Parisdə bosniyalıların lideri Aliya İzzetbeqoviç, Serbiyanın prezidenti Slobodan Miloşeviç və Xorvatiyanın rəhbəri Franyo Tudcman tərəfindən imzalanmışdır. == ABŞ-nin təsiri == Sülh danışıqları ABŞ-nin aktiv iştirakı ilə keçirdi. Bəzi mənbələrin iddiasına görə ABŞ keçmiş Yuqoslaviya ərazisində olan münaqişələrdə adətən anti-serb mövqeyindən çıxış edirdi. ABŞ bosniya-xorvat federasiyasının yaradılmasını təklif edirdi. Elə ABŞ-nin təqidi ildə 1994-cü ilin martında, Vaşinqton və Vyanada Bosniya və Herseqovina Respublikasının baş naziri Haris Silaydic, Xorvatiyanın xarici işlər naziri Mate Qraniç və Herseq-Bosnanın prezidenti Kreşir Zubak tərəfindən xorvat-boşnak münaqişəsini sona bitməsi haqda saziş imzalamaşdılar. Bosniya serbləri bu razılaşmaya qoşulmaqdan imtina etmişdirlər. Deyton sazişinin imzalanması ərəfəsində avqust-sentyabr aylarında NATO aviasiyası bosniya serblərinə qarşı "Düşünülmüş güc" əməliyyatı keçirir. Bu əməliyyat haradasa serb hücumunun qarşısını alır və üstünlüyü boşnak-xorvat qoşunlarına verir. Deyton danışıqları bir sıra ölkələrin bir-başa iştirakı ilə keçirdi.
Kakiçi Mitsukuri
Kakiçi Mitsukuri (箕作 佳吉, Mitsukuri Kakiçi, 15 yanvar 1857, Edo – 16 sentyabr 1909) – Yaponiya zooloqu. == Həyatı == Kakiçi Mitsukuri 1857-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. O, Tsuyama klanının xidmətçisi olan Şuheyin üçüncü oğlu idi. Keyo və Tokio universitetlərinin sələfləri olan təhsil müəssisələrində oxumuşdur. 1873-cü ildə ABŞ-yə gedərək Yel Universitetinə daxil olmuş və 1879-cu ildə universitetin fəlsəfə doktoru dərəcəsini almışdır. Daha sonra İngiltərənin Kembric Universitetində təhsil almışdır.Yaponiyaya qayıtdıqdan sonra 1881-ci ildə Tokio Universitetinin zoologiya üzrə ilk yapon professoru olmuşdur. 1883-cü ildə Con Hopkins Universitetinin fəlsəfə doktoru dərəcəsini almışdır. 1901–07-ci illərdə universitetin fizika fakültəsinin dekanı vəzifəsini tutmuşdur. O, Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Dəniz Məhsulları Bürosu və Dəniz Tədqiqatı İnstitutu təşkilatlarını qurmuşdur. == Elmi töhfələri == Mitsukuri taksonomiya və embriologiya sahələrində araşdırmalar aparmış, Yaponiyada bu sahələrin qabaqcılı olmuşdur.
Kayum Nasiri
Qabdelkayum Qabdennasır oğlu Nasıri (Kayum Nasiri) (tat. Qayum Nasıri, Kayum Nasiri, d. 2 [14] fevral, 1825 — ö. 20 avqust, 1902) — tatar alim-etnoqraf, ədəbiyyatçı və XIX əsrin maarifçisi. == Həyatı == Tatar milli oyanışı və maarifçiliyinin simvolu olan Abd-ül-Kayum Nasiri, 14 (2) Fevral 1825-ci ildə Yaşıl Üzən bölgəsinin Yuxarı Şırdan kəndində 6 uşaqlı ailənin 2-ci övladı olaraq dünyaya gəlmişdir. İlk təhsilini atası Əbdünnəsirdən alan Kayum 1841-ci ildə təhsil almaq məqsədi ilə Qazana getmiş və Qazanın Beşinci Məhəllə Mədrəsəsinə yazılmışdır. Kayyum Nasiri 1855-ci ilə qədər bu məktəbdə təhsil almış, ərəb və fars dilləri ilə yanaşı gizlincə rus dilini də öyrənmişdir. O vaxt Rusca öyrənmək üləma (din alimi) tərəfindən qadağan edildiyinə görə Kayum Nasiri bu addımı ilə həm də bir ilk imza atmışdır. Rus dilini öyrənməsi ona asanlıqla iş tapmaq imkanı vermişdir. 1855-ci ildə Kayum Nasiri, oğlan və qız uşaqları üçün dini ibtidai məktəb olan Ruhani Seminariyada tatar dili müəllimi kimi fəaliyyətinə davam etmişdir.
Lozanna sazişi
Lozanna müqaviləsi — 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi.
Maastrix sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Maastrixt sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
May Nakaçi
May Nakaçi (d. 16 dekabr 1980) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 30 oyun keçirib.
Mehdi Bakiri
Mehdi Bakiri (fars. مهدی باکری‎; 1954, Qoşaçay – 16 mart 1985, Dəclə) — əslən azərbaycanlı İran-İraq müharibəsi qəhrəmanı. İran İslam İnqilabı zamanı inqilaba qoşulur və inqilabdan sonra Urmiya şəhərinin meri seçilir. == Həyatı == 1954-cü ildə Qoşaçayda doğulub. 16.3.1985-ci ildə İraq qoşunları tərəfindən İranın Xuzistan vilayətində öldürülmüşdür.
Afrika darısı
Afrika darısı — xüsusi qida məhsulu kimi yetişdirilən bitki növü == Tarix == 2000 ildən çox tarixə malik olan bu darı növü ilk dəfə Afrika qitəsində yetişdirilmişdir. == Xüsusiyyətləri == Digər dənli bitkilərdən fərqli olaraq bu növün özünün spesifik xüsusiyyətləri vardır. Əsas xüsusiyyətlərindən biri odur ki, məhsul götürüldükdən sonra əkinə hazırlanan yerdə hər hansı gübrəyə ehtiyac olmur. == Becərilməsi == === Dünyada === Afrika darısı bitki növü dünyanın bir çox yerində becərilir. Hindistan, Pakistan, Avstraliya və bəzi Avropa və Amerika ölkələrində 10 milyonlarla hektar ərazidə əkilir. === Azərbaycanda === Azərbaycan təbiəti üçün xarakterik hesab olunmayan bu bitki növü ilk dəfə 2011-ci ildə Bərdədə yetişdirilib. Afrika darısı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Azərbaycana gətirilmiş və sınaq əkini uğurlu nəticələnmişdir. Bu məqsədlə toxum dövlət hesabına Hindistandan alınmışdır.
Asiya camışı
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Atropatan dazısı
Atropatan dazısı (lat. Hypericum helianthemoides) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir. == Təbii yayılması == == Botaniki təsviri == Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir.
Azərbaycan camışı
Azərbaycan camışı və ya Qafqaz camışı — Cənubi Qafqazda olan camışların 70 faizi Azərbaycanda saxlanılır. Gürcüstanda və Ermənistanda ərazisində camışlar olduqca azlıq təşkil edir. Sovet dönəmində Cənubi Qafqaz camışları müstəqil cins kimi qəbul edilərək "Qafqaz camış cinsi" adlandırmışlar. Camışların çox hissəsinin Azərbaycan Respublikasında olduğunu nəzərə alaraq Azərbaycan alimləri Cənubi Qafqazda olan bütün camışları "Azərbaycan camış cinsi" adlandırmışlar. Bu 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təstiqlənmişdir.Azərbaycanda camışçılığın tarixi uzaq keçmişlərə gedib çıxır. Ölkənin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca əlverişlidir. Xüsusi ilə Kür, Araz qırağı, Qazax-Qarabağ düzlərində yetişdirilmişdir. Bu canlıların yemə az tələbkar olması və düzənin isti, subasar əraziləri camışların yetişdirilməsinə imkan verir. Xüsusi ilə qamışlarla qidalanırlar. Bu isə onun saxlanılmasını asanlaşdırır.
Ağoğlan qapısı
Ağoğlan qapısı, Muxtar qapısı və ya Şuşakənd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Qalanın digər iki qapısı isə Gəncə və İrəvan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir."Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir.Pənahəli xanın dövründə inşa edilmiş qala qapısından çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. XIX əsrin bütün rusdilli mənbələrində Şuşanın cənub qapısı Ağoğlan qapısı kimi qeyd edilmişdir. 1846-cı ilin "Qafqaz təqvimi"nə ( (rus.)) əlavə edilmiş yol xəritəsinə görə Şuşa qalasını Ağoğlan qəsri ilə məhz bu qapıdan çıxan kəndlərarası yol birləşdirirdi. Bu qapının mənbələrdə xatırlanan digər bir adı isə Topxana qapısıdır.
Bakılı PFK
"BAKILI" Futbol Klubu —1995-ci ildə Misir Səttar oğlu Əbilov tərəfindən yaradılmış və həvəskar futbolçulardan təşkil olunmuşdur. == Tarixi == Rəsmi olaraq klub ilk dəfə "АRAZ" adı altında 1997-ci il martın 27-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 1998-ci il fevralın 3-dən klub "BAKILI" adlanır. 1995–96-cı illər mövsümündə klub 6-cı milli çempionatın birinci qrupunda ilk oyununu keçirib. O mövsümdə klub müvəffəqiyyətlə çıxış edərək çempionatın lideri olmuş və yüksək liqaya vəsiqə qazanmışdır. Yüksək liqada klubu professional oyunçular və Ukraynadan dəvət olunmuş futbolcular təmsil edirdilər. Xüsusi qeyd edilməlidir ki, milli futbol klubları arasında ilk dəfə olaraq "BАKILI" Futbol klubu əcnəbi legionerlər dəvət etmişdir. "BАKILI" Futbol klubu başlıca olaraq klubun təsisatçısı və prezidenti Misir Səttar oğlu Əbilov tərəfindən maliyyələşdirilir. Hal-hazırkı dövrədək klub müxtəlif stadionları icarəyə götürərək öz oyunlarını keçirmişdir. Hal-hazırda klubun öz şəxsi stadionu və bazası yoxdur.
Bakılı oğlanlar
Parni iz Baku (1967–1971)
Bakılı İohann
İohann İliç Qançev, əsl adı Bakılı İohann (1878, Sima, Vladimir vilayətinin - 20 oktyabr ( 2 noyabr 1937, kənd Dolinka Karaqanda əyalətinin Dolinka qəsəbəsi) — Rus Pravoslav Kilsəsinin kahini ; Bakıdakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsinin baş keşişi == Tərcümeyi-hal == 1878-ci ildə Vladimir vilayətinin Yuryevski rayonunun Sima kəndində anadan olub. Petroqrad İlahiyyat seminariyasını bitirib. Seminariyada oxuyanda, rəssamlığı çox sevən gələcək müqəddəs ata sənət kurslarına qatıldı. Seminariyanı bitirdikdən sonra İohann Qançev 1910-cu ildə kahin təyin edildi və ruhanilərin xeyir-duası ilə Azərbaycanda keşiş olaraq xidmətə başladı. İohann ata Azərbaycanda olduğu ilk dövrlərdə Bakı quberniyasının Quba əyalətinin Aleksandrovka kəndində Müqəddəs ananın Boqolyub ikonasının şərəfinə kilsədə rahib olaraq xidmət etmişdir. 1911-ci ildə Bakılı Pimenin qərarı ilə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsinin baş keşişi təyin edlir. Kilsə təqiblərinin başlaması ilə Bakını tərk etmək məcburiyyətində qalır və ailəsi ilə birlikdə Lənkəranda notarius işləyən qardaşının evinə köçür. Lənkəran yaxınlığındakı Göytəpə kəndindəki Müqəddəs ananın ikonası məbədin keşişi Aleksi Ponomaryovun ölümündən sonra, İohann ata hatası Alexy Ponomaryov, ata əmin məbədin rahibi təyin edilir. 20 Mart 1933-cü ildə İohann ata saxta ittihamlarla həbs edildi. 10 sentyabr, "əks-inqilabçılıq və casusluq fəaliyyətinə görə" və "xaricdən qanunsuz olaraq Azərbaycan SSR-dən İrana getmək niyyəti" səbəbindən, NQÇİ İdarə heyəti tərəfindən məhkum edildi (Cinayət Məcəlləsinin 58-ci maddəsi, 6, 10, 12-ci maddələr) və beş il müddətə Qazaxıstana göndərilir.
Bizon içkisi
Bizon içkisi — sərinləşdirici içki. Bizon markası 2015-ci ildə “Avrora” şirkəti tərəfindən yaradılmışdır. == Haqqında == Taurin zərərsizliyinə görə polietilen qabda belə 25 dərəcədə 36 ay rəfdə saxlanıla bilər. Bu EFSA tərəfindən sınaq labaratoriyalarında gəlinmiş nəticədir. Avropa Qida Təhlükəsizliyi agentliyi eyni zamanda sınaq labaratoriyalarında gün ərzində insanın 3000 mg taurin qəbul etməli olduğunu da vurğulamışdır. Çünki bu maddə ürək xəstəlikləri, parkinson, metobolizma və periodontal xəstəliklərin qarşısını alır, cinsi fəaliyyətə müsbət təsir göstərir. Enerji içkiləri texnoloqlarının uzunmüddətli araşdırmalarından sonra bu içkilərdəki karbohidrat və kofein balanslaşdırılıb. Belə olan halda yalnız içkidəki karbohidrat parçalanması insana enerji verir. Yəni kofeinin orqanizmdə hər hansı enerji mənbəsindən istifadə etmək kimi bir funksiyası yoxdur. Southampton Universitetinin 200-dən çox elmi araşdırmasının nəticələrinə görə kofein qəbulu ürək xəstəliklərinin qarşısını alır.
Brandenburq qapısı
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Cırtdanın nağılı
"Cırtdanın nağılı" — Azərbaycan xalq nağılı. Nağılın mövzusu uşaqları Azərbaycan mifologiyasından mifik bir məxluq olan Divdən qurtaran Cırtdan adlı ağıllı bir gənc oğlandan bəhs edir. == Məzmun == Cırtdan qonşunun uşaqları ilə birlikdə meşəyə odun yığmaq üçün gedir. Geri qayıdarkən qaranlıqda itirlər və gördükləri işığa tərəf irəliləyirlər. Onlar beləliklə, Divin yaşadığı evə çatırlar. Canavar uşaqları gecə yemək üçün özünə cəlb edir. Cırtdan öz ağlından istifadə edərək uşaqları xilas edir və onlar sağ-salamat evlərinə qayıdırlar.Cırtdan Azərbaycan nağıllarının ən populyar personajlarından biridir. Ənənəvi azərbaycanlı görünüşü, cəsarəti və zəkası ilə seçilir. Cırtdan bəzən kənd oğlanlarını meşədən odun toplamağa və sonra onu bellərində gəzdirməyə məcbur etdiyi üçün tənbəl bir şəxs kimi təsvir edilir. Buna baxmayaraq, Cırtdan Div ilə qarşılaşdıqda cəsarət göstərir.
Dağlıq dazısı
Dağlıq dazısı (lat. Hypericum montanum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Dəniz mavisi
Dəniz mavisi — rəng. Yaşıl-mavi rəngin variantlarından biridir. Veb rəngi olan dəniz mavisi, televizor və kompüterlərin ekranında istifadə edilən üç rəngdən biridir. HSV rəng açarında dəniz mavisi göy və yaşılın ortasında yerləşir.
Enerji içkisi
Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir == Variantları == ==== "Enerji atəşi" ==== "Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür.
Eritreya nakfası
Nakfa (ISO 4217 kodu: ERN) — Eritreyanın pul vahidi. 8 noyabr 1997-ci ildə Efiopiya birrini əvəz edərək istifadə olunmağa başlamışdır. Valyuta adını Nakfa şəhərindən almışdır. 1 nakfa 100 sentdə bərabərdir. == Sikkələr == Nakfa sikkələri nikel örtüklü poladdan hazırlanır. 1 nakfa 100 sentə bərabərdir. Aşağıdakı sikkələrdən istifadə olunur: 1 sent 5 sent 10 sent 25 sent 50 sent 1 nakfa (100 sent) == Əsginaslar == Nakfa əsginasları 1994-cü ildə ABŞ Qravür və Çap Bürosundan Klarans Holbert tərəfindən dizayn edilmişdir. Əsginaslara aiddir: 1 nakfa 5 nakfa 10 nakfa 20 nakfa 50 nakfa 100 nakfaƏsginaların 4 buraxılışı var. İlk buraxılış tarixi 24 may 1997-ci ildir. İkinci buraxılış tarixi (ancaq 50 və 100 nakfa əsginasları üçün) 24 may 2004-cü ildir.