Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Camala
Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983, Oş) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatar və erməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. == Həyatı == Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının Oş şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman, anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər.
Tamala
Avokado (lat. Persea) – dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var.
Cinnamomum tamala
Cinnamomum tamala (lat. Cinnamomum tamala) — dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü.
Kamala Harris
Kamala Harris (ing. Kamala Harris; 20 oktyabr 1964[…]) — Amerikalı Demokrat partiyasından siyasətçi, Kaliforniya ştatının senatoru və Amerika Birləşmiş Ştatlarının ilk qadın və ilk asiya-amerikalı 49-ci vitse-prezidenti. == Həyatı == Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-nin Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olmuşdur. === Şəxsi həyatı === 2014-cü ildə vəkil Douglas Emhoff-la ailə həyatı qurmuşdur.
Özgü Namal
Məlahət Özgü Namal (28 dekabr 1978, Üsküdar, İstanbul ili) — Türkiyənin kino, serial və teatr aktrisası. == Həyatı == 28 dekabr 1978-ci ildə Üsküdarda anadan olub. Salonikidən olan anası Akile Namal təqaüdçü dövlət qulluqçusu, Makedoniyadan olan atası Kubilay Namal isə təqaüddə olan tacirdir. 1997-ci ildə Masal Real Teatrında uşaq tamaşaları ilə peşəkarcasına fəaliyyətə başlayıb. Namal Üsküdar Cümhuriyyət Liseyini və İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Fakültəsini bitirib, daha əvvəl Kadıköy Xalq Təhsili Mərkəzində və Müjdat Gezen Teatrında aktyorluq təhsili alıb. Kino və teatr onun ən böyük həvəsi olsa da, fotoqrafiya da hobbiləri arasındadır. O , Qurdlar Vadisi serialındakı Elif Eylül obrazı ilə məşhurdur. 2005-ci ildə Afife Teatr Mükafatlarında "Kiralık Oyun" adlı tamaşada oynadığı ikinci plan rolu ilə ilin ən uğurlu musiqili-komediya aktrisası mükafatını qazandı. 2009-cu ildə yayıma başlayan və 2011-ci ildə finala çıxan Hanımın Çiftliği serialında baş rolu Mehmet Aslantuğla paylaşıb. Bundan əlavə, 2006–2010-cu illər arasında 4 il Axess reklamlarında çəkilib.2015-ci ildən ekranlardan uzaq düşən Özgü Namal son olaraq 2014–2015-ci il mövsümündə "Yetenek Sizsiniz Türkiye" proqramının münsiflər heyətinin üzvü olub.
Herero və Namaka qətliamı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. == Mənbə == Tarixin qəssabları kimlərdir?
Herero və Namaka soyqırımı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. == Mənbə == Tarixin qəssabları kimlərdir?
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Kampala
Kampala (ing. və suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür. Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir. Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.
Lamalar
Lamalar (lat. Lama glama) – dəvə və vikunya ilə birlikdə dəvəkimilər fəsiləsinə cins. Yalnız Cənubi Amerikada yayılmışdır. Lamalar və vikunyalar bəzən köhnə dünyadakı qohumlarından hürgücünün olmaması və daha qısa boyu ilə fərqlənən Yeni Dünya dəvələri qrupunda birləşdirilir. Lamalar cinsinin nümayəndələri uzunluqları 120 ilə 220 sm, çəkisi 55 ilə 150 kq arasında dəyişir. == Növləri == Cinsə iki növ daxildir: Quanako (Lama guanacoe) Lama (Lama glama) == Tarix == Onların ilk təsviri 1553-cü ildə Sesa de Leonun "Peru Salnamesi" kitabında verilmişdir. Onlara bir vəhşi növ olan quanako (Lama guanicoe) və ayrıca əhlilləşdirilmiş bir növ lama (Lama glama) daxildir. Əhlilləşdirilmə prosesi təxminən 5000 il əvvəl başlamışdır. Vikunyalar da daxil olmaqla qarışıq xüsusiyyətlərə sahib heyvanlara tez-tez rast gəlinir. Çoxdan yük və minik heyvanı kimi istifadə olunu.
Mamalan
Mamalan (az.-əbcəd مامالان‎, fars. مامالان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 359 nəfər yaşayır (126 ailə).
Masala
Masala (Tamilcə: மசாலா hind मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
Namazu
Namazu (yap. 大鯰) — Yaponiya mifologiyasında Namazu (鯰) və ya Ōnamazu (大鯰) zəlzələlərə səbəb olan nəhəng pişik balığıdır. O, Yaponiya adaları altında palçıqda yaşayır və bir daş ilə yayın balığı məhdudlaşdıran tanrı Kaşima tərəfindən mühafizə olunur. Kaşima onun qarovulunun düşməsinə icazə verən zaman, Namazu mübarizə edir və şiddətli zəlzələyə səbəb olur. Namazu-e (pişik balığı çapları) ukiyo-enin bir kiçik janrıdırlar. == İstinadlar == == Xarici keçidlər == İlan hücumları: tanrıların lənəti, yoxsa təbiət hadisəsi?
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
Naxalar
Naxalar (lat. Siluridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. == Tarixçə == Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. == Söz açımı == "Nağara" ərəbcə "vurmaq" deməkdir " == Quruluşu == Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Natalya
Natalya — ad.
Lantana camara f. camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Lantana camara var. camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Aechmea anomala
Aechmea anomala (lat. Aechmea anomala) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Amanoa anomala
Amanoa anomala (lat. Amanoa anomala) — fillantkimilər fəsiləsinin amanoa cinsinə aid bitki növü.
Artemisia anomala
Artemisia anomala (lat. Artemisia anomala) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. == Qılınma qaydası == 2 rəkətdir və sübh namazı kimi qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin. Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".
Babbo Natale
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Baccharis anomala
Baccharis anomala (lat. Baccharis anomala) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bayram namazı
Bayram namazı Ramazan (Fitr) və Qurban bayramlarının namazı camaatla birlikdə qılınır. Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir. Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbbdir. Fitr bayramı və Qurban bayramı namazları iki rəkətdir. Belə ki, hər rəkətdə Fatihə surəsini oxuduqdan sonra, 3 dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Fitr bayramı və Qurban bayramı namazlarının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun: Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km. şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir.Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.