CAMAL
CAMALƏDDİN
OBASTAN VİKİ
Camaləddin Məhəmmədov
Camaləddin Məhəmmədov (14 mart 1989, Çaroda rayonu, Dağıstan MSSR) — 2007-2008-ci illərdə Rusiyanı, 2009-2021-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçisi. == Karyerası == Camaləddin Məhəmmədov 2007-ci ildə Serbiyanın Belqrad şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. 2008-ci ildə isə Camaləddin Məhəmmədov Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu. Bu turnir zamanı Azərbaycan Güləş Federasiyası Camaləddin Məhəmmədovu Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin dönəmdə Rusiya yığmasının bir nömrəsi son Dünya Çempionatının qalibi Bilyal Maxov olduğuna görə Camaləddin Məhəmmədov yığmada əsas heyət üzvü olmayacağını başa düşdü və Azərbaycan Güləş Federasiyasının dəvətini qəbul elədi.Camaləddin Məhəmmədov Azərbaycan bayrağı altında 2009-cu ildə Tbilisidə gənclər arasında Avropa Çempionatının qalibi oldu, İstanbulda isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. 2010-cu il ərzində Qızıl Qran-Pri beynəlxalq turnirinin finalçısı olan Camaləddin Məhəmmədov 2011-ci ildə Dortmund şəhərində Avropa Çempionatının və İstanbul şəhərində Dünya Çempionatının bürünc medallarına sahib oldu. Camaləddin Məhəmmədov həm də olimpiya lisenziyasını əldə elədi.2012-ci ildə Camaləddin Məhəmmədov Serbiyanın Belqrad şəhərində Avropa Çempionatında uğursuz çıxış elədi və turniri 11-ci pillədə başa vurdu. Avqustda isə Camaləddin Məhəmmədov Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Camaləddin Məhəmmədov olimpiadanın təsnifat mərhələsində üç dəfə Dünya Çempionatının qalibi olan Rusiya nümayəndəsi Bilal Maxov ilə üz-üzə gəldi. Həmin görüşdə Camaləddin Məhəmmədov rəqibinə 0:2 (1:0, 0:4) hesabı ilə məğlub oldu.
Camaləddin Əliyev
Camaləddin Əliyev (29 yanvar 1960) - qapıçı. == Karyera == Böyük futbolla qapıçı kimi gəlmiş və aşağıdakı komandalarda çıxış etmişdir: 1979/81 "Avtomobilçi" (Bakı,SSRİ çempionatı, 2-ci dəstə) 1981/82 "OİK" (Bakı) 1982/83 "Avtomobilçi"(Mingeçevir) 1983/84 "Neftçi" (Bakı, SSRİ çempionatı) 1985 "Kolxozçu" (Aşqabad, SSRİ çempionatı, 2-ci dəstə) 1986 "Gənclik" (Bakı, SSRİ çempionatı, 2-ci dəstə, 9-cu zona) 1987 "Bakılı" (Azərbaycan çempionatı) 1988 "Kəpəz" (Gəncə, SSRİ çempionatı, 2-ci dəstə, 9-cu zona) 1989/90 "Neftçi" (Bakı, SSRİ çempionatı, 1-ci dəctə) 1991 "Qarabağ" (Ağdam, SSRİ çempionatı, 2-ci dəstə, Azərbaycan zonası) 1992 "Tərəqqı"(Bakı, Azərbaycan çempionatı, yüksək liqa) 1993/99 "Qarabağ"(Ağdam, Azərbaycan çempionatı, yüksək liqa)Müstəqil Azərbaycan çempionatının güclülər dəstəsində 164 oyun keçirmiş və qapısından 131 qol buraxmışdır. 1 oyunda Azərbaycanın milli yığma komandasının qapısını qorumuşdur. Avrokuboklar uğrunda 6 dəfə, "Birlik" Kuboku yarışlarında isə 3 dəfə meydana çıxmışdır.
Seyid Camaləddin piri
Seyid Camaləddin piri — Astara rayonunun Pensər kəndi qəbristanlığında abidə. Tarixi sənədlərdən məlum olduğuna görə o, Eynəzzaman Camaləddin Gilanlıdır. Şeyx Səfi Ərdəbilinin ustadı Tacəddin İbrahimin mürşidi ömrünün çox hissəsini indiki Astara ərazisində yaşayıb. Sufiliyi təbliğ etmiş və öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və müridi Seyid Sədullanı Bakıya göndərmişdir.
İntiqam Camaləddinov
İntiqam Həsən oğlu Camaləddinov (5 sentyabr 1971, Muxas, Vartaşen rayonu – 30 aprel 1994, Qapanlı, Tərtər rayonu) — Leytenant, Azərbaycan Milli Ordusunun zabiti, "Azərbaycan Bayrağı" ordeni laureatı (ölümündən sonra) == Həyatı == İntiqam Camaləddinov 5 sentyabr 1971-ci ildə Oğuz rayonunun (Vartaşen rayonu) Muxas kəndində anadan olub. 1978-ci ildə Muxas kənd orta məktəbinin I sinfinə getmiş, səkkizinci sinfə qədər burada oxumuş, 1985-ci ildə Bakı C.Naxçıvanski adına internat məktəbinə (Cəmşid Naxçıvanski adına hərbi lisey) daxil olmuşdur. 1988-ci ildə bu təhsil ocağını bitirərək Çelyabinsk Ali Hərbi Avtomobil Mühəndisləri Məktəbinə (rus. ЧВВАИУ) qəbul olunmuş, burada təhsilini bitirməyə bir necə ay qalmış Azərbaycan Respublikasında müharibə şəraiti ilə bağlı-xaricdə təhsil alan hərbçilərin vətənə çağırılması ilə əlaqədar Azərbaycana çağırılmış, hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirmişdir. İlk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə Avtomobil xidmət rəisi vəzifəsinə təyin olunmuşdur. Az bir müddət burada çalışdıqdan sonra Müdafiə Nazirliyinin xətti ilə könüllü surətdə cəbhə bölgəsinə yollanmış, Qarabağ uğrunda gedən döyüşlərdə – 1992-ci ildən 1994-cü ilə qədər demək olar ki, bütün cəbhə boyu ərazilərdə gedən hərbi əməliyyatlarda (xüsusilə Ağdam, Füzuli, Əsgəran, Xocalı, Şuşa, Ağcabədi, Beyləqan bölgələrində) yaxından iştirak etmişdir. Ardıcıl üç hərbi hissədə – hər birində texnika üzrə Avtomobil xidmət rəisi vəzifəsində çalışmaqla (30 iyul 1992-ci ildən – 29 mart 1993-cü ilədək 708 saylı H/h, 1993 cü il 29 mart – 19 iyuladək 002 saylı H/h-KORPUSda və 19 iyul-30 aprel tarixinə kimi 777 saylı Hərbi hissədə qulluq etmişdir. Ailəli idi. Bir övladı var. == Vəfatı == 1994-cü il aprel ayının 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanaraq 30 apreldə Şəhid olmuşdur.
ба́нковский ворси́льщик дебето́вый до́чиста изъя́н катра́ны огу́зочный повстреча́ть поднале́чь ужа́сный холоднока́таный бурело́м делать, строить глазки серебри́ть смета́нница су́щностный сцентри́роваться юдофи́л bioengineering cabin fever get ahead loudly Normanism singles bar цинковать