Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neptun
Neptun (planet) — Günəş sistemində 8-ci planet. Neptun (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 93-cü element. Neptun (mifologiya) — Roma mifologiyasında dəniz allahı.
Neptun (element)
Neptunium (Np) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Neptun (mifologiya)
Neptun (lat. Neptunus) — Qədim Roma mifologiyasında dəniz və sel tanrısı. Ən qədim Roma tanrılarından biri sayılır. Sonralar yunan tanrısı Poseydon ilə eyniləşdirilmişdir. Saturnun və Opanın oğlu, Yupiterin, Plutonun, Sereranın, Yunonanın və Vestanın qardaşıdır. Tanrıça Salasiya (Fetida, Amfitrita) Neptunun arvadı idi. 23 iyulda qeyd olunan Neptunalilər bayramı Neptunun adı ilə bağlı idi. Bayram quraqlığın qarşısının alınması məqsədi ilə təşkil olunurdu. Bu bayram zamanı yarpaqlardan komalar tikilirdi. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Neptun (planet)
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır. Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı.
Neptun fəvvarəsi
Neptun fəvvarəsi (rus. Фонтан Нептун) «Peterhof» saray-park kompleksində yerləşən fəvvarələrdən biridir. == Tarixi == 1736-cı ildə Yuxarı parkın mərkəzi basseynində "Neptun arabası" adlı heykəl-fəvvarə kompozisiyası quraşdırılmışdır. Heykəllər qurğuşundan hazırlanmış və qızıl suyuna çəkilmişdir. Kompozisiyanın mərkəzində Neptun öz arabası ilə, həmçinin delfin və atlılar göstərilmişdir. Fəvvarənin mərkəzi hissəsindən püskürən su təzyiqlə qızılı-mis topu yuxarı qaldırdı. Çoxsaylı bərpa işlərindən sonra, "Neptun arabası" 1797-ci ildə öz yerindən çıxarılmışdır. Onun əvəzində yeni, bu günə kimi qorunub saxlanılan "Neptun" fəvvarə-qrupu yaradılmışdır. Orijinal fəvvarə fiqurları Nürnberqdə (Almaniya) yaradılmışdır. 1660-cı ildə Georq Xristof Şvayger və zərgər Ritter əsas fəvvarə modelinin tərkib hissələrini cəmiyyətə təqdim etmişdilər.
Neptun planeti
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır. Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı.
Neptun əməliyyatı
Neptun əməliyyatı (ingl. Operation Neptune) - 6 iyun 1944-cü ildə İkinci Dünya müharibəsi ərəfələrində Böyük Britaniya, ABŞ, Kanada və onların müttəfiqləri tərəfindən Almaniyaya qarşı keçirilən dəniz desant əməliyyatıdır. Şimal-qərb Fransasını ələ keçirmək üçün keçirilən <<Overlord>> əməliyyatının bir hissəsi idi. Müttəfiqçilərin Avropaya soxulması 6 iyun 1944 ildə (D günü) 156 000 əsgərin Normandiya sahillərinə buraxılması ilə başladı və 2 əsas hissəyə bölündü. Birinci hissə hava-desant quvvələrinin: 24 000 britan, amerikan, kanada və fransız paraşutistlərinin gecəyarısından sonra keçirəcəkləri əməliyyatdan ibarət idi. İkinci hissə isə dəniz-desant əməliyyatindan ibarət idi, səhər 6:30-da başlayan əməliyyat <<Qimler>> və <<Taksbal>> kod altında həmdə desinfarmasiya əməliyyatı idi, bu əməliyyatın məqsədi almanları hazırkı soxulma istiqamətindən yayındırmaq idi.Dəniz pexotasının buraxılması sahilin 80 km sahəsində aparılırdı, həmin sahə 5 əsas soxulma hissəsinə bölünmüşdü: <<Yuta>>,<<Omaxa>>,<<Qold>>,<<Djuno>> və <<Qılınc>>.Hərbi hissələrin fransız sahillərinə soxulmaları fərqli dərəcəli nailiyyətlərlə baş verirdi. Əksər səngərlərdə müttəfiqlərin nailiyyətləri kifayət qədər olsada, desantın isə düşman sahillərinə soxulması anından ilk dəqiqələrdən üstünlüyü ələ alıb və səngərlər qurub yerləşsədə, <<Omaxa> > hissəsində vəziyyət kontroldan çıxdı. Almanların nizamlı müqavimətinnən qarşılaşan amerikalılar ilk dəqiqələrdən ciddi itki verməyə başladılar və demək olar ki vəziyyəti öz xeyirlərinə çevirmək bacarığını tam itirdilər. Birinci amerikan ordusunun komandanı general Omar Bredli elə bir dərəcəyə çatmışdı ki, ordunun daha irəli gedişini ləğv etsin və geri çağırsın. Elə başlanğıcdan <Neptun> əməliyyatının nailiyyəti təhlükə altında qalmışdı.
Seylor Neptun
Seylor Neptun (セーラーネプチューン, Sērā Nepuchūn) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Miçiru Kayo (海王 みちる, Kaiō Michiru, ingilis versiyasında Mişel Kayo) olan Seylor Neptun adi yapon yeniyetmə tələbədir. Seylor Neptun Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Hekayənin 3-cü hissəsində peyda olan Seylor Neptun daim partneri və sevgilisi Seylor Uran ilə gəzir. Seylor Uran qadın olsa da, aralarında lezbiyan münasibətlər var. Hekayənin hər iki versiyasında ilk öncə antiqəhrəman kimi göstərilir. Miçiru gözəl, istedadlı, arada qaşqabaqlı olur, bütün vaxtını Seylor döyüşçüsü kimi keçirir. Onun gücləri okean, prekoqnisiya və güzgüsünün verdiyi güclərdən ibarətdir. == Profil == Seylor Neptun ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Uranla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür.
Neptunun peykləri
Neptunun peykləri — Neptun planetinin 14 təbii peyki. Neptunun peyklərinin diametri Ayın diametri qədərdir. Ancaq həcmi Ayın 6 qatıdır. Atmosferində metan, ammonyak, karbondioksit, ozon və ağır miqdarda karbonmonoksit var.
Despina (Neptunun peyki)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Larissa (Neptunun peyki)
Larissa (yun. Λάρισσα) və ya Neptun VII — Neptunun beşinci ən yaxın daxili peyki. Bu peykə Yunan mifalogiyasında Poseydonun sevgilisinin və Yunanıstanda Fessaliyada eyniadlı nimfa şəhərinin adı verilib. == Kəşf == Peyk ilk dəfə təsadüfən yerüstü ulduz tutulması müşahidələri əsasında Harold C. Reitsema, Vilyam B. Habbard və Larri A. Lebofskay tərəfindən 24 May 1981-ci ildə kəşf edilmiş və müvəqqəti olaraq S/1981 N 1 adlandırılmışdır.Kəşf 29 May 1981-ci ildə açıqlanmışdır. == Xarakteristika == Neptunun dördüncü ən böyük peyki olan Larissa düzənsiz formadadır və heç bir geoloji dəyişmə əlaməti görünmür.
Nayada (Neptunun peyki)
Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib. == Tarix == Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir. == Fiziki xarakteristikaları == Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. == Orbital xarakteristikaları == Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin == Araşdırma == Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsi ilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsi ilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.
Neptunium
Neptunium (Np) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Neptunizm
Neptunizm (rus. нептунизм, ing. neptunism) (lat. Neptunus – Neptun, Roma mifologiyasında dəniz və su tanrısı) — XVIII əsrin sonu və XIX əsrin əvvəl­lərində, bütün süxurların, yer sət­hini örtmüş ilkin Dünya okeanının sularından yaranmasına və onların dəniz şəraitində toplanması prose­sində formalaşmasına və dəyişil­məsinə əsaslanan geoloji konsep­siya. Neptunizmin yaradıcısı alman alimi A.Q.Verner olmuşdur. IX əsrin 20-ci illərində püskürmə və çökmə süxurlar barədə elmi fikir forma­laşandan sonra neptunizm öz əhəmiyyətini itirmişdir.
Neptunxarici cisim
Transneptun obyektlər — Transneptun obyektlər (TNO) - Günəş sistemində Neptunun orbitinin xaricində yerləşən hər hansı bir kiçik göy cismidir. Bura OORT buludundakı cisimlər, eləcə də Pluton və digər cisimlər daxildir. OORT buludu Günəşdən 50-100 min a.v. uzaqlığında yerləşən kürə şəklində komet bulududur. Elmə məlum ilk Transneptun obyekt olan Pluton 1930-cu ildə aşkar edilib. Kəşf edildiyi gündən 2006-cı ilədək Günəş sisteminin doqquzuncu planeti hesab edilmişdir. Pluton Günəşdən ən uzaqda olan (orbitin böyük yarım oxu 39.5 a.v. –dir) böyük planet hesab edilirdi. Orbiti olduqca sıxılmış olduğuna görə bəzən o Günəşə Neptundan yaxın yerləşir. Ekliptika ilə əmələ gətirdiyi meyl bucağına və kütləsinin kiçikliyinə görə Planet statusu "əlindən alınmışdır".
Qalateya (Neptunun peyki)
Qalateya (yun. Γαλάτεια) və ya Neptun VI — Neptunun dördüncü ən yaxın daxili peykidir. Bu peykə yunan mifoloji personajları olan nereidalardan birinin - siklop Polifemə vurulmuş nereida Qaleteyanın adı verilmişdir. Qalateya 1989-cu il İyul ayının sonlarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkillər əsasında kəşf edilmişdir.O müvəqqəti olaraq S/1989 N 4 adlandırılmışdır.Kəşf 1989-cu il Avqustun 2-də açıqlanmışdır.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir. Qalateya düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Onun radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin. Qalateya öz orbitindən 1000 km kənarda olan Adams halqası üçün çoban ay olaraq görünür.42:43 nisbətində olan rezonans hadisələri Qalateyada mövcud olan halqanın unikal halqa əyriləri ilə məhdudlaşdırılması üçün ən çox ehtimal olunan mexanizm hesab olunur.Qaleteyanın kütləsi onu halqada qalmağa məcbur edən radial təlatümlər əsasında qiymətləndirilib.
Talassa (Neptunun peyki)
Talassa (yun. Θάλασσα) və ya Neptun IV — Neptunun daxili peyklərindən biri. Bu peykə Yunan mifalogiyasıda dəniz allahı olan Talassanın adı verilib. Talassa eyni zamanda yunanca dəniz deməkdir. Talassa 1989-cu il sentyabrın ortalarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkilərdən əvvəl kəşf edilmişdir və müvəqqəti olaraq S/1989 5 adlandırılmışdır.Kəşf 1989-cu il sentyabrın 29-da elan edilmişdir.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir.Talassa düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır.Qeyri-adi nizamsız hissələri təxminən disk formasında görünür. Talassanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.Nisbətən daha tez bir vaxta ola bilsin ki,qırıntılar yayaraq Despiranın orbiti ilə toqquşsun.
Triton (Neptunun peyki)
Triton və ya Neptun I — Günəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki. == Kəşfi == 1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir. == Adı == Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir. == Xarakteristikası == Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir.Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir. Ancaq xarici peyklər çox kiçikdir.
Neptunun üzükləri
Neptunun üzükləri beş əsas halqadan ibarət bir sistemə malikdir. Əvvəlcə "qövslər" adlandırılan üzüklər 22 iyul 1984-cü ildə Çilidəki La Silla Rəsədxanasında Patris Buşet, Reinhold Häfner və Jan Manfroid komandası və F. Vilas və L. R. Eliser tərəfindən Cerro Tololoda kəşf edilmişdir. Uilyam Habbardın rəhbərlik etdiyi proqram. O, Amerika Rəsədxanasında aşkar edilmişdir. Üzüklər 1989-cu ildə Voyager 2 kosmik gəmisi tərəfindən çəkilib. Üzüklərin ən sıx hissələrini Saturnun əsas halqalarının nisbətən daha az sıx hissələri ilə müqayisə etmək olar (məsələn, C halqası və Cassini seqmenti); lakin Neptunun halqa sisteminin əksəriyyəti nisbətən zəif, solğun və tozludur və daha çox Yupiterin halqalarına bənzəyir. Neptunun üzükləri planetin mühüm tədqiqatlarına töhfə vermiş astronomların adını daşıyır: Galle, Le Verrier, Lassel, Araqo və Adams. Neptunun peyklərindən biri olan Qalateya orbiti ilə üst-üstə düşən başqa bir adı açıqlanmayan zəif halqa var. Onun digər üç peyki Naiad, Thalassa və Despina halqalar arasında dövr edir. Neptunun üzükləri çox qaranlıq materiallardan ibarətdir, ola bilsin ki, tərkibində üzvi birləşmələr var və radiasiyaya məruz qalır.
Heptan
Heptan və ya normal heptan H3C(CH2)5CH3 və ya (C7H16) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Lepton
Lepton (yun. λεπτός — yüngül) — güclü təsiretmə qabiliyyəti olmayan elementar hissəcikdir. Bu hissəciyin adı 1948-ci ildə K. Möllerin göstərişi ilə L. Rozenfeld tərəfindən daxil edilmişdir. Çünki həmin dövrdə məlum olan bütün lepton hissəcikləri digər elementar hissəciklərdən yüngül idi.
Zeytun
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Armudu zeytun
Armudu zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 7,0 m-ə çatır. Çətirin diametri 7,5 m-dir. Dağınıq çətirə malikdir. Budaqları bir qədər yuxarı qalxmış vəziyyətdədir. Yarpaqları tünd yaşıl rəngdədir. Yaıpağm orta ölçüsü (sm); saplağm uzunluğu 0,6; eni 1,1. Meyvələri tünd bənövşəyi rənglidir. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir.
Baba zeytun
Baba zeytun - Nardaran kəndində Abşeron yarımadasında ən qoca zeytun ağacı. Bəzi ehtimallara görə bu ağacın 500 yaşı var.
Ceytun mədəniyyəti
Ceytun — Aşqabaddan (Türkmənistan) 25 km. şimal-qərbdə Neolit dövrünə aid məskən (e.ə. VI minilliyin əvvəlləri) və onun materialları əsasında Cənubi Türkmənistan və şimal-şərqi İranda müəyyənləşdirilmiş erkən əkinçilik mədəniyyəti (e.ə. VI minillik). Ceytun yaşayış məskəni 1940-cı illərdə A.A.Maruşşenko tərəfindən aşkar edilmiş, qazıntılar V.A.Kuftin (1952), V.M.Masson (1955–1959), (1962–1963), sovet-ingilis arxeoloji ekspedisiyası (V.M.Masson, D.Harris; 1989–1992) tərəfindən aparılmışdır. Ərazidə 150–200 nəfərin yaşaya biləcəyi 30 ev yeri aşkar edilmişdi. == Antropologiyası == Türkmənistanın cənubundakı Ceytun mədəniyyətinə aid ilk əkinçilər irqi nöqteyi-nəzərdən Ön Asiya və Şərqi Aralıq dənizi əhalisinə yaxındır. == Səciyyəvi xüsusiyyətləri və əsas mərhələləri == Ceytun arxeoloji abidəsi təqribən 1 hektar ərazini əhatə edir və 5 inşaat təbəqəsindən (3,5 metr) ibarətdir. Samanlı kərpicdən tikilmiş birotaqlı evlər səciyyəvidir; evlərin interyeri standartdır: təsərrüfat bölməsi evə girişin sağ tərəfində, böyük "buxarı" sağ divarın ortasında, çıxıntılı taxça isə qarşı tərəfdə yerləşir, döşəmə ağ gəclə suvanır və çox vaxt qırmızı boya ilə rənglənir, yaxud həsirlə örtülürdü. Evlərin ətrafında yardımçı binalar və bir neçə paralel divardan ibarət tikililərin (ehtimal ki, taxıl anbarları) olduğu həyətlər yerləşirdi.
Didus ineptus
Dodo (lat. Raphus cucullatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin raphus cinsinə aid heyvan növü.
I Nexton
Eripin oğlu I Nexton Morbet — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Eripin oğlu I Nexton Morbet Piktlər sülaləsinin kralı I Drestin qardaşı idi. "Piktlərin xronikası"nda onun iyirmi dörd illik hakimiyyəti haqqında məlumat verilmişdir. I Nexton "Morbet", "Celchamoth" və "Magnus" (Böyük) epitetləri ilə də tanınırdı. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Neftin pirolizi
Neftin pirolizi- neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu- piroliz hesab olunur. Hal hazırda neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu-piroliz hesab olunur.Bu proses 700-10000 C temperatur intervalında,neft məhsullarının ayrı-ayrı fraksiyalarda alınması ilə aparılır.Qeyd edək ki,proses kimya sənayesini müxtəlif karbohidrogen xammalı ilə təmin etməyə imkan verir. Termiki krekinqin ən sərt forması olan neft və neft məhsullarının piroliz prosesinin əsas təyinati qaz halında olan doymamış karbohidrogenlərin ,əsasən etilen və propilenin alınmasıdır. Bu səbəbdən də çox vaxt neft emalında piroliz qurğularını etilen qurğuları adlandırırlar. Piroliz prosesi həm də benzol və toluol kimi aromatik karbohidrogenlərin alınmasına yönəldilə bilər. Buna görə də neftin pirolizini bəzən neftin aromatlaşdırılması adlandırırlar. Piroliz prosesində neft xammalının çevrilmə sxemi kənardan sadə görünür. Xammal sabit yüksək temperaturlu sobaya daxil olur. Sobada o qaz formasına keçir. Sonra, sobadan çıxan qaz su vurulmasıyla möhkəmləndirilir.Bundan sonra qaz soyudulur.
Neftin sıxlığı
Neftin sıxlığı – neft və neft məhsullarının əhəmiyyətli və geniş istifadə olunan keyfiyyət göstəricilərindən biridir. Sıxlıq müəyyən temperaturda vahid həcmin kütləsi kimi müəyyən olunur və kq/m3, q/sm3 və ya q/ml ilə ifadə olunur.Praktikada çox vaxt ölçüsüz kəmiyyətdən – nisbi sıxlıqdan istifadə olunur. == Nisbi sıxlıq == Nisbi sıxlıq – neftin təyin olunma temperaturunda kütləsinin standart temperaturda (tst) eyni həcmdə götürülmüş suyun kütləsinə olan nisbətidir. Standart temperatur kimi su və neft məhsulları üçün ABŞ-da və İngiltərədə tst=15,60C, digər ölkələrdə, o cümlədən Azərbaycanda standart tst=+40C, təyin etmə temperaturu ttəy=200C qəbul olmuşdur. Nisbi sıxlıq ρ4 20 işarə olunur. Əksər neftlər və neft fraksiyaları üçün, xüsusən də böyük olmayan temperatur intervalında (0-500C-yə qədər) nisbətən az miqdarda bərk parafinlərə və aromatik karbohidrogenlərə malik neft fraksiyaları üçün sıxlığın temperaturdan asılılığı xətti xarakter daşıyır və aşağıdakı formul ilə ifadə olunur: ρ2= ρ1 – γ (t2 – t1) t1 – ölçmənin başlanğıc temperaturu, 0C; t2 - ölçmənin son temperaturu, 0C; γ - t2 – t1=1 olduqda, 10C -ə dəyişən sıxlığa düzəliş; ρ1 və ρ 2 uyğun olaraq t1 və t2 temperaturunda maddənin sıxlığıdır. Neft məhsulları üçün düzəliş qiymətləri γ = 0,00093 – 0,00132 (ρ4 20 – 0,7) formulu üzrə hesablanır. Karbohidrogenlərin nisbi sıxlığı aşağıdakı ardıcıllıq üzrə artır: Aromatik karbohidrogenlər > naftenlər> olefinlər>alkanlar. Əksər neftlərin sıxlıqları vahiddən kiçik olub. 0,80-0,9 q/sm3-a qədər olur.
Nessun dorma
Nessun dorma — Cakomo Puççininin "Turandot" operasının sonuncu aktında ifa edilən ariya. Həmçinin, operada ən məşhur tenor ariyalarından biridir. Bu ariya şahzadə Turandota aşiq olan naməlum şahzadə (it. il principe ignoto) Kalaf tərəfindən ifa edilir. "Nessun dorma" italyan dilindən tərcümədə "Heç kim yatmasın" mənasını verir. == Ariyanın təsviri == "Turandot" operasının mövzusuna əsasən qədimdə Çin imperatorunun Turandot adlı çox gözəl bir qızı varmış. Lakin bu qız kişilərə nifrət edir və ərə getməmək üçün onu almaq istəyən oğlanlara cavab tapılması çətin olan 3 sual verir. Bu suallara cavab verə bilən şəxs şahzadə ilə evlənmək haqqı qazanır, cavab verə bilməyənlər isə boynu vurularaq edam edilir. Həmin 3 sual aşağıdakı kimidir: Gecə düşəndə ortaya çıxan, qanadlı qarabasmaya bənzəyən, günəşin doğması ilə yox olan şey nədir? - Ümid.
Netten burnu
Netten burnu (çuk. Нэтъэн) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukotski rayonu ərazisində yerləşir. Sahillərini Çukot dənizinin suları yuyur. Eskimosca (esk. Натуӄ) «çiçəklənən» mənasını verir. Burunda qədim eskimos düşərgəsi və qütb stansiyası vardır.
Nevton Qriqoryan
Nevton Avanesoviç Qriqoryan (6 dekabr 1920, Bakı – fevral 1979) — Azərbaycan-sovet kamançaçalanı, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Nevton Qriqoryan 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildən Bakıda A. İoannesyanın rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində işləmişdir. Peşəkar musiqiçi kimi öz yaradıcılıq fəaliyyətinə 1936-cı ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında başlamış və 40 ildən artıq burada işləmişdir.Azərbaycan klassik musiqisi, muğamlar, rənglər, təsniflər Nevton Qriqoryanın yaradıcılığında mühüm yer tutmuşdur. Müslüm Maqomayevin, Asəf Zeynallının və başqa Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirən N. Qriqoryan Moskvada birinci Azərbaycan incəsənəti ongünlüyünün, xalq musiqi alətləri ifaçılarının ümumittifaq müsabiqəsinin iştirakçısı olmuşdur. O, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, bir sıra medallarla təltif edilmişdir.Nevton Qriqoryan Xan Şuşinski, Zülfü Adıgözəlov və başqa xanəndələri müşayiət etmiş, SSRİ-nin bir sıra şəhərlərində, eləcə də İran, İraq, Suriya və Livanda çıxış etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978 "İgidliyə görə" medalı — 6 noyabr 1947 == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Qara zeytun
Qara zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Şarşəkilli, bir qədər dağmıq çətirə malikdir. Meyvələri tam yetişdikdə qara rəngli olur. Oval formalıdır, qeyri-simmetrikdir. Budaqda tək-tək yerləşirlər. Meyvələr saplağa mölıkəm birləşmişdir. Meyvənin qabığı nazikdir, lakin bərkdir. Meyvənin ləti açıq mirvari rə- ngdədir. Lət meyvənin 86-87% -ni təşkil edir.
Xallı zeytun
== Təbii yayılması: == Bitki təbii halda əsasən Aralıq dənizi ölkələrində, Asiya, Hindistan, Avstraliya, Afrika, Pakistan, Hindistan, Himalay və s. ölkələrdə subtropik, enliyarpaqlı meşələrdə bitir. == Botaniki təsviri: == Hündürlüyü 15 m-ə çatan həmişəyaşıl koldur. Budaqları və onun üzərində olan tək-tək tikanları qara xallıdır. Ellips formalı, nisbətən kiçik və gümüşü rəngli yarpaqlara malikdir. Yarpaqları əks, düz bucaq altında kəsişən və bütöv, uzunluğu 3-dən 7 sm-dək və eni 0,8-dən 2,5 sm-dir; apeksi iti, kiçik nöqtəli, bünövrəsi klinşəkillidir. Yarpağın kənarı bütöv və əyilmiş, yuxarı tərəfi boz-yaşıl, aşağı tərəfi möhkəm üzlü, gümüşü, qızılı və ya qonur pulcuqludur. Saplağının uzunluğu 10 mm-dir. Kasacığı dörd pərli, uzunluğu təxminən 1 mm-dir. Çiçək tacı yaşılımtıl-ağ və ya açıq sarıdır; borucuğun uzunluğu 1-dən 2 mm-dək; qulaqcıqların uzunluğu təxminən 3 mm-dir.