Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hevron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Nevroz
Nevroz — sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir. == Tarixi == “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir.
Neyron
Neyron — sinir sisteminin struktur-funksional vahidi. == Neyronun quruluşu == Dendrit, Akson, Ranvier buğumcuğu, telodendrit şaxələri, Şvann qişası, Hüceyrə cismi, Nüvə == Çoxçıxıntılı ya çoxqütblü – multipolyar sinir hüceyrəsi == Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Şevron
Şevron (chevron) — V və ya digər şəkildə fərqlənmə nişanı:
Neron
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Nervon (Sevilya)
Nervon (isp. Nervión) — Sevilya şəhər bələdiyyəsinin inzibati on bir rayonundan biri.
Nevton Qriqoryan
Nevton Avanesoviç Qriqoryan (6 dekabr 1920, Bakı – fevral 1979) — Azərbaycan-sovet kamançaçalanı, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Nevton Qriqoryan 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildən Bakıda A. İoannesyanın rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində işləmişdir. Peşəkar musiqiçi kimi öz yaradıcılıq fəaliyyətinə 1936-cı ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında başlamış və 40 ildən artıq burada işləmişdir. Azərbaycan klassik musiqisi, muğamlar, rənglər, təsniflər Nevton Qriqoryanın yaradıcılığında mühüm yer tutmuşdur. Müslüm Maqomayevin, Asəf Zeynallının və başqa Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirən N. Qriqoryan Moskvada birinci Azərbaycan incəsənəti ongünlüyünün, xalq musiqi alətləri ifaçılarının ümumittifaq müsabiqəsinin iştirakçısı olmuşdur. O, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, bir sıra medallarla təltif edilmişdir. Nevton Qriqoryan Xan Şuşinski, Zülfü Adıgözəlov və başqa xanəndələri müşayiət etmiş, SSRİ-nin bir sıra şəhərlərində, eləcə də İran, İraq, Suriya və Livanda çıxış etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978 "İgidliyə görə" medalı — 6 noyabr 1947 == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров.
Neyron şəbəkə
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Neyron şəbəkələr
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Neyron şəbəkələri
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Süni neyron
Süni neyron — bioloji neyronun modeli kimi irəli sürülən riyazi funksiyadır. Süni neyronlar süni neyron şəbəkədə təsisedici bölmədir. Onlar istifadə olunmuş xarakterik modeldən asılı olaraq yarımxətti hissəli, Nv neyron, ikilik neyron, xətti hüdud funksiyası və Makkallok-Pitts neyronu kimi adlandırıla bilər. Süni neyron bir və ya daha çox girişdən (dendriti təsvir edir) qəbul edir və çıxışı (neyronun aksonunu təsvir edir) hasil etmək üçün onları cəmləyir. Adətən hər bir qovşağın cəmi onların çəkisi olur və cəm aktivləşdirmə funksiyası və ya ötürmə funksiyası kimi məlum olan qeyri-xətti funksiya kimi verilir. Ötürmə funksiyası adətən siqmoid formasında olur , ancaq onlar həmçinin hissə-hissə müəyyən olunmuş xətti funksiyalar , keçid funksiyaları və ya digər xətti funksiyalar formasında verilə bilər. Onlar həmiçinin monoton artan, fasiləsiz, differensial və məhdud funksiyalarla verilə bilər. Süni neyronların ötürmə funksiyaları xətti sistemlərin ötürmə funksiyaları ilə qarışdırılmamalıdır. == Tarixi == Süni neyronların riyazi modeli ilk dəfə 1943-cü ildə Uorren Makkallok və Volter Pitts tərəfindən təklif edilib. Bu model xüsusi olaraq, beyində "sinir şəbəkələrinin" hesablama modeli kimi düşünülmüşdü.
Şevron Korporasiyası
Chevron Corporation — dünyanın ən iri beynəlxalq enerji və kimya şirkətlərindən biri. Baş ofisi Kaliforniyanın San Ramon şəhərində yerləşir. Neft və kimya sənayesinin bütün sahələrində iş görən «Şevron»un dünyanın 100-ə qədər ölkəsində 450 filialı və birgə müəssisəsi fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində 62000 işçisi var. 1879-cu ildə Pasifik Kost Oyl Kompani adı ilə fəaliyyətə başlamışdır.
Motor neyron
Motor neyron (və ya motoneyron və ya hərəkət neyronu) — hüceyrə gövdəsi motor korteksində, beyin sapında və ya onurğa beynində yerləşən və aksonu (lifi) onurğa beyninə və ya onurğa beyni xaricinə çıxan neyron. Motor neyron bilavasitə və ya dolayı yolla təsiredici orqanlara, əsasən əzələ vəzilərinə nəzarət edir. İki növ motor neyronu var - yuxarı motor neyronu və aşağı motor neyronu. Üst motor neyronlarından olan aksonlar onurğa beynindəki interneyronlara və bəzən birbaşa aşağı motor neyronlarına sinaps edir. Aşağı motor neyronlarından olan aksonlar onurğa beynindən effektorlara siqnal daşıyan efferent sinir lifləridir. Aşağı motor neyronlarının növləri: alfa motor neyronları beta motor neyronları qamma motor neyronları Tək bir motor neyron bir çox əzələ lifini innervasiya edə bilər və bir əzələ lifi bir əzələ daralması üçün tələb olunan müddətdə bir çox fəaliyyət potensialına məruz qala bilər. İnnervasiya sinir-əzələ qovşağında baş verir və seğirmələr toplama və ya tetanik daralma ilə üst-üstə düşə bilər. Ayrı-ayrı seğirmələr bir-birindən fərqlənə bilər və gərginlik tədricən artır və nəticədə bir yaylaya çatır. == İnkişafı == Motor neyronları embrion inkişafın erkən dövründə inkişaf etməyə başlayır və motor funksiyası uşaqlıqda yaxşı inkişaf etməyə davam edir. Sinir borusunda hüceyrələr ya rostral-kaudal oxda, ya da ventral-dorsal oxda yerləşir.
Neron (ad)
Neron — ad. Neron — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru. Neron Babaxanov — coğrafiya elmləri doktoru, professor. Yaşayış məntəqələri Neron (kommuna) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir.
Neron (kommuna)
Neron (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Neron Babaxanov
Neron Aslan oğlu Babaxanov (1939, Ağstafa – 4 yanvar 2023) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Xalq Təhsili Nazirinin müavini, Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor (1991–1992). 1986-cı ildə Leninqrad Dövlət Universitetində (Sankt-Peterburq şəhərində) İqtisadi coğrafiya sahəsində SSRİ-də ilk dəfə "Təbii fəlakətlərin iqtisadi coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları" (Azərbaycan timsalında) mövzusunda sosial və iqtisadi coğrafiya, ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edib. Dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1986-cı ilin görkəmli işi kimi qeydiyyata alınmışdır. == Həyatı == Neron Babaxanov 1939-cu ildə Azərbaycan Respublikasının Qazax rayonu Yenigün kəndində anadan olub. 1956-cı ildə Yenigün kənd orta məktəbini bitirib. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hal-hazırda Bakı Dövlət Universiteti) Coğrafiya fakültəsində təhsil almışdır. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin SSRİ-nin iqtisadi coğrafiyası kafedrasının aspiranturasına (əyani), daha sonra Moskva Dövlət Universitetinin aspiranturasına (əyani, məqsədli) daxil olub . 1970-ci ildə Sovet coğrafiyaçısı N.Y.Kovalskayanın rəhbərliyi ilə "Mil-Muğan düzlərinin mənimsənilməsinin coğrafi problemləri" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. 1973-cü ildən dosentdir. 1983–1986-cı illərdə Moskva Dövlət Universitetinin əyani doktoru olub.
Elman neyron şəbəkəsi
Elman şəbəkəsi — rekurrent şəbəkələrin bir növüdür. Çoxlaylı perseptronlardan təşkil olunmuşdur. Əksəlaqələrin təmin olunması ilə işləyir. Əlaqələr şəbəkənin çıxışından deyil, daxili neyronların çıxışından yaranır. Bu da müşahidə olunan proseslər haqqında tam məlumat almağa və düzgün idarəetmə strategiyası yaratmaq üçün informasiya toplamağa imkan verir. Bu şəbəkələr hərəkət edən obyektlərin idarəetmə sistemlərində istifadə oluna bilər. Belə ki, onların əsas xüsusiyyəti ardıcıllığın yadda saxlanmasıdır.
Süni neyron şəbəkələr
Süni neyron şəbəkələr — bioloji neyron şəbəkələrin təsirindən yaranan riyazi model. Süni neyron şəbəkələr çox vaxt sadəcə neyron şəbəkələr adlandırılır. Neyron şəbəkəsi – insan beynindəki bir-biri ilə birləşmiş sinir hüceyrələrini (neyronları) modelləşdirən kompüter proqramı. Neyron şəbəkələri kompüterə, insanda olduğu kimi, özünü təlim etməklə şablonları tanımağa imkan verir. İnsan beyni kimi, neyron şəbəkələri də yalnız təxmini nəticələr verir, ancaq onların edə bildiyi işləri başqa növ kompüter proqramlarının heç biri effektiv yerinə yetirə bilmir. Şəkildə neyron şəbəkələrinin quruluşu göstərilib. Hər bir neyronun bir neçə girişi və yalnız bir çıxışı olur. Girişlərin bəzisi neyronu həyacanlandırır (aktivləşdirir), başqaları isə buna mane olur (hər biri müəyyən qüvvə ilə). İdeya ondan ibarətdir ki, girişdə konkret bir növ şablon mövcud olduqda, çıxış neyronu aktivləşəcək. Kompüterdə neyronlar və onlar arasındakı birləşmələr ədədlər massivi şəklində təsvir olunur.
Nevroz Uysal Aslan
Nevroz Uysal Aslan (1991, Kəmərli[d]) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Nevroz Uysal Aslan 1991-ci ildə Şırnak ilində anadan olub. 2014-cü ildə İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq Diyarbəkir Vəkillər Kollegiyasında çalışıb. Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İstanbul şöbəsinin İdarə Heyətinin üzvü olub. Beynəlxalq platformalarda həbsxanalarda təcrid, qadın hüquqları, insan hüquqları və qarşıdurma mövzusunda məruzələrlə çıxış edib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının Katibi vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.
Desim Klavdi Neron
Neron Klavdi Druz Germanik (lat. Nero Claudius Drusus Germanicus), Desim Klavdi Druz (lat. Decimus Claudius Drusus; 14 yanvar e.ə. 38, Roma – 14 sentyabr e.ə. 9) — adı altında doğulmuş, həmçinin Desim Klavdi Neron, Neron Klavdi Druz, I Druz və Druz Klavdi Neron (e.ə. 14 yanvar 38-ci il - e.ə. 9-cu il) kimi tanınan Roma sərkərdəsi və hərb komandanı, imperator Tiberi Klavdi Neronun qardaşı, Liviya Druzillanın kiçik oğlu.
Tiberi Klavdi Neron
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[…], Roma – 16 mart 37, Mizeno[d], Kampaniya) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir.
Chevron
Chevron Corporation — dünyanın ən iri beynəlxalq enerji və kimya şirkətlərindən biri. Baş ofisi Kaliforniyanın San Ramon şəhərində yerləşir. Neft və kimya sənayesinin bütün sahələrində iş görən «Şevron»un dünyanın 100-ə qədər ölkəsində 450 filialı və birgə müəssisəsi fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində 62000 işçisi var. 1879-cu ildə Pasifik Kost Oyl Kompani adı ilə fəaliyyətə başlamışdır.
Hebron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Nekroz
Nekroz (νέκρωσις "ölüm") — otoliz nəticəsində canlı toxumalarda hüceyrələrin erkən ölümünə səbəb olan hüceyrə ziyanının bir formasıdır. Nekroz hüceyrə və ya toxuma xaricində olan, infeksiya və ya travma kimi amillər, hüceyrə komponentlərinin nizamsız həzminə səbəb olur. Əksinə, apoptoz hüceyrə ölümünün təbii, proqramlaşdırılmış və hədəflənmiş bir səbəbidir. Apoptoz tez-tez bədənə faydalı təsir göstərsə də, nekroz demək olar ki, həmişə zərərlidir və ölümcül ola bilər . Nekroza görə hüceyrə ölümü apoptotik siqnalın ötürülmə yolunu izləmir, əksinə müxtəlif reseptorları aktivləşdirir, bu da hüceyrə membranının bütövlüyünün itirilməsinə gətirib çıxarır və hüceyrə ölümü məhsullarının hüceyrə xaricindəki boşluğa nəzarətsiz buraxılması . Bu, ətrafdakı toxumada leykositləri və fagositoz yoluyla ölü hüceyrələri məhv edən yaxınlıqdakı faqositləri cəlb edən iltihablı bir reaksiyaya başlayır. Bununla birlikdə, leykositlər tərəfindən sərbəst buraxılan mikroblara zərər verən maddələr ətrafdakı toxumalarda kollateral zədələnməyə səbəb ola bilər. Bu artıq təminat ziyanı şəfa prosesini maneə törədir. Beləliklə, müalicə olunmayan nekroz hüceyrə ölümü yerində və ya yaxınlığında çürüyən ölü toxuma və hüceyrə zibillərinin yığılması ilə nəticələnir. Klassik bir nümunə qanqrenadır.
Neqros
Neqros (taqal Negros) — Filippin arxipelaqına daxil olan orta ölçülü adadır. Arxipelaqın mərkəzində yerləşir. Adanın uzunluğu 180 km, sahəsi isə 13 074,5 km². Adanın əhalisi 4 194 525 nəfər (2010 il) təşkil edir. Neqros Visay adalarına daxildir. == Coğrafiyası == Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan Sulu dənizi ilə əhatələnir. Ən hündür nöqtəsi Kandaon vulkanıdır (2464 m). Qərbi alçaqdır və kiçik çaylar bura istiqamətlənir. Qonşu Panay və Tanon adalarından Himaras boğazı ilə ayrılır. Panay adasına nisbətən quraqdır, il ərzində 1600 – 2000 mm yağıntı düşür.
Neytron
Neytron yükə malik olmayan elementar hissədir. Neytronlar protonla birlikdə atom nüvəsini əmələ gətirir və bu iki hissə ümumi şəkildə nukleon adlandırılır. Neytron barionlar sinfinə aiddir. Neytronun kəşfi (1932) fizik C.Çedvikə mənsubdur. O bu kəşfi üçün 1935-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Sərbəst neytronun kütləsi 939,6 MeV-dır. Bu protonunkundan 1,3 MeV böyükdür. O, elektrik yükü daşımır, ancaq zəif maqnit momentinə malikdir. Birləşmiş hissəcik kimi neytron genişlənmiş formadadır və onun diametri 1,5 · 10−15 m-dir. Neytronun ömrü təxminən 886 saniyə (15 dəqiqə) çəkir.
Nyevro
Nyevro (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
Bevon
Bevon (fr. Bevons, oks. Bevonç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfərin (15-64 yaş arasında) 83 nəfəri iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.8%, 1999-cu ildə - 67.4%). Fəal olan 83 nəfərdən 76 nəfər (43 kişi və 33 qadın) işləyir, 7 nəfər işsizdir (4 kişi və 3 qadın).
Devon
Devon qədim adı Devonşir (Devnant Britaniyaca, Dyfnaint Vallca, Devnans Kornvallca, Devnant Bretonca) — İngiltərə qraflığı, şimalda Bristol kanalından cənubda olan İngilis kanalına çatır.Cənubqərb İngiltərənin bir hissəsidir və Cornvall ilə qərbdən, Somerset ilə şimalşərqdən və Dorset ilə şərqdən həmsərhəddir. Qraflığın mərkəzi Eqzeter şəhəridir.