Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neyl Adams
Neil Adams (d. 27 sentyabr, 1958) — İngilis cüdoçu. Cüdo üzrə çoxsaylı Olimpiya və Dünya Çempionatı medallarını qazanmışdır.
Neyl Armstronq
Nil Armstronq (5 avqust 1930[…] – 25 avqust 2012[…], Sinsinnati, Ohayo) – ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti. == Məlumat == Nil Armstronq 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunmuşdur. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur. Uçuş 10 saat 40 dəqiqə davam etmişdir. Armstronq 16–24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdur. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə enmişlər Armstronq Ay səthinə iyulun 21-də Qrinviç vaxtı ilə saat 2,56 dəq. 20 san. ayaq basmış, 2 saat 31 dəq. 40 san. orada olmuşdur.
Neyl Sloan
16 oktyabr 1939-cu ildə amerika əsilli ingilis riyaziyyatçı Neyl Ceyms Aleksandr Sloan (Neil James Alexander Sloane) anadan olmuşdur. Onlayn tamqiymətli ardıcıllıqlar ensiklopediyasının müəllifi kimi tanınan Sloan alpinizmlə məşğul olur. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Neyləyim? (mahnı)
"Neyləyim?" və ya bir çox mənbələrdə yanlışlıqla "Ala gözlüm" kimi məşhur olan mahnı. Mahnının yaranış tarixi ilə bağlı müxtəlif versiayalar olsa da bəzi tarixi faktlar da var. Mahnı ilk baxışdan bir kişinin dilindən bir xanıma ithaf olunması təəsüratı yaratsa da, Nigar Rəfibəyli bu mahnının mətnini həyat yoldaşı Rəsul Rzaya həsr edib. Mahnıda xitab olunan "ala gözlüm" də məhz Rəsul Rzadır. == Yaranma tarixi == Mahnının mətni məşhur Azərbaycan şairi Nigar Rəfibəylinin, həyat yoldaşı məşhur Azərbaycan şairi Rəsul Rzaya həsr etdiyi şeirdir. 1941-ci ilin axırlarında Rəsul Rza bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir və Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır. Cəbhə qəzeti olan "Döyüşən Krım"da işləməyə başlayır. Nigar Rəfibəyli isə Rəsul Rzanın yolunu gözlədiyi vaxtda bu şeiri qələmə alır. Şeir ilk dəfə 1950-ci ildə "Azərbaycan jurnalı"nda çap edilir. Kitabxanalarda kitab oxuyarkən marağına səbəb olan şeirləri öz dəftərçəsinə qeyd edən gənc bəstəkar Emin Sabitoğlu "Neyləyim?" şeirini də öz siyahısına əlavə edir.
Meyl
Meyl (astronomiya)
Ney
Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti. == Söz açımı == == Tarixçə == Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir: == Növləri == XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng . Ağ ney Qara ney (mizmar) Hind neyi keçmişdə Azərbaycana Hindistandan gətirilmişdir.
Casper Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Corc Seyl
Corc Seyl(ing. George Sale; 1697, Kenterberi, Kent — 13 noyabr 1736, Böyük Britaniya) — ingilis şərşünası, tərcüməçisi. == Həyatı == Corc Seyl 1697-ci ildə Kentdə doğulmuşdu. Atası London tacirlərindən Samuel Seyldir. Kenterberidəki Kings Schoolda təhsil gördü. Hüquq təhsilinin ardından qısa bir müddət vəkillik etdi. 1720-ci ildə Society for the Promoting Christian Knowlədgea (SPCK) bağlı Inner Templə adlı instituta daxil oldu. İlk Ərəbcə təhsilini, Zəburun və İncilin Ərəb dilinə tərcüməsinin hazırlanması üçün Antakya patriki tərəfindən Londona göndərilən keşiş Süleyman əs-Sadidən (Salamo Negri) aldı. İngiltərə kralının mütərcimi Suriyalı xristian Dadichi ilə Ərəbcənin ləhcələri üzərinə incələmələr apardı. Volter, Fəlsəfə lüğətindədə Seylin Ərəblər arasında iyirmi il qaldığını söyləməkdəysə də bunun doğru olmadığı bildirmişdir.
Deyl Karnegi
Deyl Brekendric Karnegi (ing. Dale Breckenridge Carnegey, 1922-ci ildən sonra — Carnegie; 24 noyabr 1888, Merivill[d], Missuri – 1 noyabr 1955, Nyu-York, Nyu-York ştatı) — amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Onun kitabları indi də bütün dünyada çox populyardır. Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb.
Deyl Kuk
Deyl "Apollo" Kuk (ing. Dale "Apollo" Cook) — ABŞ aktyoru və idmançısıdır. Taekvondo üzrə 7-ci dərəcəli qara kəmərə sahibdir. == Həyatı == Deyl Kuk 1958-ci ildə Talsa şəhərində doğulmuşdur. Əvvəllər Taekvondo, sonralar isə Karate idman növü ilə məşğul olmuşdur. Onun bu idman növlərinin hər birindən qara kəməri vardır. 1977-1996-cı illər boyu bir çox yarışmalar keçirmişdir. Yarışmaları tərk etdikdən sonra karate üzrə müəllim fəaliyyətinə başlamışdır. Həmçinin, Deyl Kukun qardaşı Con Kuk da idmanla məşğuldur.
Deyl Martinsen
Deyl Martinsen (ing. Dale Thomas Mortensen; 2 fevral 1939[…] – 9 yanvar 2014[…]) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Xristofor Pisserideslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Deyl Martinsen iqtisadiyyat üzrə bakalavr təhsilini Uillametti Universitetində tamamlamışdır. Doktorluq dərəcəsinə isə Karnegi-Mellon Universitetində yüksəlmişdir. "Beta Teta Pi" qardaşlıq dərnəyinin üzvüdür. 1965-ci ildən bəri Şimal-Qərb Universitetində işləyən Martinsen, 1980-ci ildən bəri professor olaraq çalışmaqdadır. Eyni zamanda 2006–2010-cu illərdə Orhus Universitetində qonaq professor olaraq çalışmışdır. Deyl Martinsenin tədqiqatları əməyin iqtisadiyyatı, makroiqtisadiyyat və iqtisadi nəzəriyyə haqqında olmuşdur. Xüsusilə müvəqqəti işsizliyin uyğunlaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır.
Dik Deyl
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir.Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
German Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Herman Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Kristian Beyl
Kristian Şarl Filip Beyl (ing.Christian Charles Philip Bale; 30 yanvar 1974[…]) — ingiltərəli aktyor. == Həyatı == Kristian Beyl 30 yanvar 1974-cü ildə Uelsin Heyverfordvest şəhərciyində, sənətçi ailəsində anadan olub. Anası balerina, hər iki babası isə aktyor olub. == Karyerası == 10 yaşında birinci dəfə səhnəyə çıxan Kris ilk olaraq məşhur ingilis komiki Rouen Sebastyan Etkinsonun diqqətini çəkib və onu "Ağıldan kəm" pyesinə götürüb. Tezliklə balaca Krisi yerli televiziyaya çağıraraq "Anastasiya: Annanın sirri" filminə çəkirlər. Onun böyük kinematoqrafdakı debütü 1987-ci ildə baş tutub. Kris Astrid Lindqrenin "Mio, mənim Miom" uşaq nağılının ekranlaşdırılmış versiyasına dəvət alıb. Bu filmdə o, baş qəhrəman Mionun dostu Yum-Yum obrazını canlandırıb. Amma 13 yaşlı Kris Beyli dünya miqyasına çıxaran kino, elə həmin il çəkilmiş Stiven Spilberqin "Günəş imperiyası" filmi oldu. Bu filmdəki roluna görə Kristian Beyl ABŞ Kinotənqidçiləri Milli Şurasının təqdim etdiyi "Görkəmli gənc aktyor" mükafatına layiq görülüb.
Leyl Surəsi
92-ci surə
Lui Neel
Lui Neel (fr. Louis Eugène Félix Néel; 22 noyabr 1904[…] – 17 noyabr 2000[…], Briv-la-Qayard[d]) – "Qatı hal fizikasında əhəmiyyətli tətbiqlərə yol açan antiferromagnetizmə və ferrimagnetizmə dair fundamental kəşflərinə və tədqiqatlarına görə" 1970-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış fransız fizik. == Həyatı == Lui Neel 1904-cü ilin 22 noyabr tarixində Fransanın Lion şəhərində anadan olub. Orta təhsilini Lion şəjərində başa vurduqdan sonra Parisdəki Paris Ali Normal Məktəbinə qəbul olunub. Strasburq Universitetində elmlər doktoru dərəcəsini qazanıb. 1970-ci ildə bərk cismlərin maqnit xüsusiyyətləri ilə əlaqəli qabaqcıl araşdırmalarına görə (Hannes Alfven ilə birlikdə) Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Bərk cisimlər fizikasına verdiyi töhfələri, xüsusən təkmilləşdirilmiş kompüter yaddaş vahidlərinin inkişafı da daxil olmaqla çoxsaylı faydalı tətbiqlərini tapdı. 1930-cu ildə Neel ferromaqnetizmin əksi olan (antiferromaqnetizm) yeni maqnetik xüsusiyyətin mövcud ola biləcəyini irəli sürdü. Müəyyən bir temperaturdan (Neel temperaturu) yuxarıda bu mexanizm dayanır. Neel 1948-ci ildə ferrimaqnetizm xüsusiyyətini sərgiləyən materialların mövcud ola biləcəyinə irəli sürdü.
Meyl (1988)
== Məzmun == Mənasız müharibə illərində Livanda yeni həyat tərzi yaranmışdır: nə kapitalist, nə sosialist sisteminə oxşamır. Bu, hərbi həyat tərzidir. Belə bir vaxtda ölümə, qarmaqarışıqlığa meyl nəticəsində livanlıların bütöv bir nəsli müharibə ab-havasında doğulmuş və böyümüşdür. Bu nəsil başqa həyatı təsəvvür etmir. Hər bir bayramda və ya ailə şənliyində xalq çalğı alətlərinin səslərinə avtomat atəşinin səsləri də adi bir şey kimi qarışır. Filmdə hərbi həyat tərzində yaşamağa məhkum olmuş livanlılardan bəhs edilir. == Festivallar və mükafatlar == 1) 1988-ci ildə Moskvada keçirilən "Proloq-88" tələbə kinofestivalı Film Baş Mükafata və tamaşaçı rəğbəti Prizinə layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Samir Xabşı Ssenari müəllifi: Samir Xabşı Quruluşçu operator: Qriqori Bulkot Quruluşçu rəssam: Rafiq Nəsirov === Rollarda === Fəxrəddin Manafov Liya Seyidova Sabir Sultanov Nuriyyə Əhmədova Larisa Xələfova == Mənbə == Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002.
Meyl (astronomiya)
Meyl (δ) — astronomiyada ekvatorial koordinat sisteminin iki koordinatından biri.
Nayl Horan
Nayl Horan (əsl adı Niall James Horan; 13 sentyabr 1993) — İrlandiya müğənnisi və söz yazarı, One Direction qrupunun üzvü. == Həyatı == Niall James Horan 13 sentyabr 1993-cü ildə İrlandiyada anadan olmuşdur. Bobby və Maura Gallagherin oğlu olan Niallın Greg adlı böyük qardaşı var. 5 yaşında ikən anası ilə atası ayrılmış, bu səbəbdən qardaşı ilə Mullingarda ataları ilə yaşamışlar. 18 yaşında olarkən X factor adlanan yarışmaya gedir və səsi ilə hər kəsi valeh edir. Daha sonra 5 nəfər ilə birləşib One Direction adlanan musiqi qrupu yaratdı. Hal-hazırda dünyada tanınırlar və milyonlarla pərəstişkarları var. Hal-hazırda o solo müğənnidir və 2 solo albomu (Flicker, Heartbreak Weather)var.
Neil Adams
Neil Adams (d. 27 sentyabr, 1958) — İngilis cüdoçu. Cüdo üzrə çoxsaylı Olimpiya və Dünya Çempionatı medallarını qazanmışdır.
Neyt Dias
Neyt Dias — 1985-ci ildə Amerikanın Koliforniya ştatında dünyaya gələn Neyt ilk təhsilini Tokay Orta Məktəbində alır.Sonralar qardaşı Nik Dias ilə birlikdə Sezar Qarsiyanın rəhbərliyi altında Braziliya ciu-citsusu ilə məşğul olmuş və qara kəmərə sahib olmuşdur. 2004-cü ildə MMA üzrə peşəkar döyüşlərə qoşulan Nate elədə güclü nəticə əldə etməmişdir, beləki o 27 döyüşün 10-nu rinqi məğlub tərk etməklə barışmışdır.
Reyl adacığı
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Pyer Beyl
Pyer Beyl (fr. Pierre Bayle; 18 noyabr 1647[…] – 28 dekabr 1706[…], Rotterdam, Cənubi Hollandiya[…]) — fransız mütəfikkiri, yazıçısı. == Həyatı == XVII əsrin sonlarında maarifçiliyin hazırlanması baxımından ən maraqlı şəxsiyyətlərdən biri Sedan akademiyasının professoru Pyer Beyldir /1647–1706/. Nant ediktinin ləğvindən sonra Hollandiyaya köçən Beyl burada Rotterdam ali məktəbində müəllim işləyir. O, dövrünün ən bilikli və müdrik simalarından idi. Özü protestant idi. Katolikliyə, sonralar isə bütün dinlərə tənqidi münasibət bəsləmişdir. "Böyük Lüdovikin dövründə Fransada katoliklik nədən ibarətdir?" adlı əsərində qəddar kilsə irticasına qarşı çıxaraq yazırdı: "Bu zorakılıqların müqabilində xristianlıq haqqında nə düşünmək olar? belə nəticə çıxarmaq lazım gəlmirmi ki, bu, ən qana həris bir dindir, vicdan azadlığını büsbütün sıxışdırmaq üçün hətta yalan və aldatmadan, dönüklükdən, cəlladlardan və inkvizisiyadan, draqonadlardan qorxmur." Volterin, Didronun ayrı-ayrı fikir və mülahizələrini xatırladan bu sözlər Beylin başqa əsərlərində də vardır. Məhz buna görə də onu təqib edirlər, vəzifəsi əlindən çıxır.
Qaret Beyl
Qaret Beyl (16 iyul 1989[…], Kardiff) — sağ cinah mövqeyində oynamış keçmiş Uels milli futbolçusu. 9 yanvar 2023-cü ildə peşəkar futbol karyerasını başa vurub. == Həyatı == Kardiff şəhərində doğulub böyüməsinə baxmayaraq, Qaret Beyl'in peşəkar karyerası İngiltərə championatı komandalarından Sauthempton komandası ilə başlamışdır. Yalnız iki mövsüm Southampton'da oynadıqdan sonra 2007-ci ildə Premier Liqa komandalarından Tottenhem Hotspur'a transfer olmuşdur. Beyl sürətli, güclü və atletik futbolçu kimi tanınır.Bundan sonra isə o Real Madrid klubuna transfer olmuşdur.Transfer qiymətinə görə dünyanın ən bahalı futbolçusu ünvanını qazanmışdır.Beyl hal-hazırda bu klubda 11 nömrəli forma altında karyerasını davam etdirir.Bu klubda artıq o, 100-cü matçına çıxdı . == Karyerası == === Sauthempton === Beyl peşəkar futbol karyerasına Uelsli olsa da, karyerasına İngiltərədə başlayıb. Beyl 2006-cı ildə İngiltərənin Sauthempton klubunda karyyerasında başlayıb . Burada cəmi bir mövsüm ərzində oynayan beyil 40 oyunda meydana çıxdı və rəqib qapılarına 40 oyunda 5 qol vura bilib. === Tottenhem Hotspur === Beyl cəmi bir mövsüm sonra İngiltərənin digər klubu Tottenham Hotspur Beyli transfer edir . Bu klubda 6 il çıxış edir .
Qustav Veyl
Qustav Veyl (alm. Gustav Weil‎; 25 aprel 1808, Zaltsburq — 29 avqust 1889, Frayburq) — yəhudi əsilli alman şərqşünası. == Həyatı == Qustav Veyl 25 aprel 1808-ci ildə Almaniyanın Beden əyalətinə bağlı Zaltsburq şəhərində doğulmuşdu. Yəhudi əsilli bir ailənin övladıdər. Kiçik yaşlarında ailəsi tərəfindən din adamı olması üçün yönləndirildi; İbranicə, Fransızca və Latınca dərslər aldı. On iki yaşında ikən bu gün Fransa sərhəd-sınırları içərisində olan Metz şəhərinə gedərək xaxam olan babasından Talmud öyrəndi. 1828-ci ildə Heydelberq Universitetinə qeyd oldu. 1830-cu ildə təhsilinə davam etmək üçün Parisə getdi. Burada Silvestre de Sacy, E. Quatremère və A. Perron kimi müəllimlərdən Ərəbcə və Aysorca öyrəndi. Fransızların Əlcəzayiri işğal etməsinə görə təhsilinə ara verib, "Augsburger Allgemeine Zeitung" qəzetinin müxbiri sifətiylə Əlcəzayirə getdi.
Nəhl surəsi
16-cı surə ən-Nəhl (Bal arısı) surəsi (Məkkədə nazil olmuşdur, 128 ayədir). Surənin adı 68-ci ayədə işlənən və bal arısı mənasına gələn nəhl sözündən götürülmüşdür.
Nəml Surəsi
27-ci surə ən-Nəml (Qarışqalar) surəsi (Məkkədə nazil olmuşdur, 93 ayədir). Surə adını 18-ci ayədəki Süleyman peyğəmbər ilə danışan qarışqadan götürüb: Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!” (əl-Nəml, 18-ci ayə) == Mənbə == əzməsinlər yox sındırmasınlar kimi tərcümə olunmalıdır çünki təsdiq olunub ki, qarışqanın tərkibində 70% şüşə var.
Nəxl Tağı
Nəxl Tağı— İranın Buşehr ostanının Kəngan şəhristanının Əsəluyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7 818 nəfər və ya 1 574 ailədən ibarət idi.