NEY

сущ.
1. свирель (духовой народный музыкальный инструмент в виде дудки из тростника). Ney çalmaq играть на свирели
2. тростник, камыш
3. мундштук (узкая полая часть табачной трубки, которую берут в рот при курении)
NEVROZ
NEYBƏT
OBASTAN VİKİ
Ney
Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti. Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir: XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng . Ağ ney Qara ney (mizmar) Hind neyi keçmişdə Azərbaycana Hindistandan gətirilmişdir.
Mişel Ney
Mişel Ney (d. 10 yanvar 1769, Saarlui – ö. 7 dekabr 1815, Paris) — Fransa marşalı (1804). 1788-ci ildən kavaleriyada qulluq edir, 1794-1795-ci illər inqilabi müharibələr dövründə önə çıxır. Döyüş nailiyətlərinə görə 1796-cı ildə briqada, 1799-cu ildə diviziya generalı rütbələrini alır. Bütün Napoleon müharibələrində iştirak edir. 1800-cü ildən diviziyaya, 1802-ci ildən İsveçrədəki qoşunlara, 1803-1814-cü illərdə korpusa başçılıq edir. Onun başçılığı ilə korpus Ulm yanında Elhinqendə (1805), Yen (1806) və Fridland (1807) döyüşlərində uğurla hərəkət edir. 1808-1811-ci illərdə İspaniyada bir sıra məğlubiyətlərə uğrayır. Borodino döyüşü vaxtı Neyin korpusu fransızların döyüş qaydalarının mərkəzində yerləşir, Semyönov fleşlərinə hucum edirdi.
Ney Mişel
Mişel Ney (d. 10 yanvar 1769, Saarlui – ö. 7 dekabr 1815, Paris) — Fransa marşalı (1804). 1788-ci ildən kavaleriyada qulluq edir, 1794-1795-ci illər inqilabi müharibələr dövründə önə çıxır. Döyüş nailiyətlərinə görə 1796-cı ildə briqada, 1799-cu ildə diviziya generalı rütbələrini alır. Bütün Napoleon müharibələrində iştirak edir. 1800-cü ildən diviziyaya, 1802-ci ildən İsveçrədəki qoşunlara, 1803-1814-cü illərdə korpusa başçılıq edir. Onun başçılığı ilə korpus Ulm yanında Elhinqendə (1805), Yen (1806) və Fridland (1807) döyüşlərində uğurla hərəkət edir. 1808-1811-ci illərdə İspaniyada bir sıra məğlubiyətlərə uğrayır. Borodino döyüşü vaxtı Neyin korpusu fransızların döyüş qaydalarının mərkəzində yerləşir, Semyönov fleşlərinə hucum edirdi.
Elektrik neytrallıq tənlik
Elektrik neytrallıq tənliyi
Xarici təsir olmadıqda yarımkeçiricilərdə əsas yük daşıyıcıların generasiyası valent zonasından keçirici və ya akseptor səviyyələrinə və yaxud donor səviyyəsindən keçirici zonaya keçidlərlə elektronların istilik həyəcanlanması hesabına baş verir. Bu zaman keçirici zonasında sərbəst elektronlar, valent zonasında isə sərbəst deşiklər əmələ qəlir. İki tərs proses - yük daşıyıcıların generasiyası və rekombinasiyası nəticəsində, yarımkeçirici kristalın tərkibində elektronların - n0 və deşiklərin -р0 konsentrasiyası tarazlıq halına gələrək istilik tarazlıq halını yaratmış olurlar. Sərbəst yük daşıyıcıların generasiyası hesabına yarımkeçiricilərdə hər zaman əks qiymətə malik yük daşıyıcılar əmələ gəlir. Beləliklə yarımkeçiri kristallarda yüklənmiş hissəciklərin cəm yükü sıfıra bərabər olur, bu isə yarımkeçiricinin elektrik olaraq tam neytrallığı deməkdir. Elektrik neytrallıq şərti bu cür ifadə olunur: n 0 + N A − = p 0 + N D + {\displaystyle n_{0}+N_{A}^{-}=p_{0}+N_{D}^{+}} burda n0 və р0 – elektronların keçirici zonasında və deşiklərin valent zonasında tarazlıq konsentrasiyasıdır; N A − {\displaystyle N_{A}^{-}} və N D + {\displaystyle N_{D}^{+}} - akseptor və donorların bir qat ionlaşmış atomların konsentrasiyasını ifade edir.
Elman neyron şəbəkəsi
Elman şəbəkəsi — rekurrent şəbəkələrin bir növüdür. Çoxlaylı perseptronlardan təşkil olunmuşdur. Əksəlaqələrin təmin olunması ilə işləyir. Əlaqələr şəbəkənin çıxışından deyil, daxili neyronların çıxışından yaranır. Bu da müşahidə olunan proseslər haqqında tam məlumat almağa və düzgün idarəetmə strategiyası yaratmaq üçün informasiya toplamağa imkan verir. Bu şəbəkələr hərəkət edən obyektlərin idarəetmə sistemlərində istifadə oluna bilər. Belə ki, onların əsas xüsusiyyəti ardıcıllığın yadda saxlanmasıdır.
Filipp Lüdviq (Pfals-Neyburq hersoqu)
Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547, Çvaybrükgen – 22 avqust 1614, Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi. == Həyatı == Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı. Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü. == Ailəsi == 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi.
Fon Neyman arxitekturası
Fon Neyman arxitekturası (Von Neumann architecture) – mikrokompüterlər də daxil olmaqla adi kompüterlərin konstruksiyasının xarakteristikası. 1945-ci ildə əslən macar olan Amerika alimi Con fon Neyman (John von Neumann) tərəfindən "First Draft of a Report on the EDVAC" hesabatında təklif olunmuşdur. Ancaq Fon Neyman arxitekturasının müəlliflik hüququ ona deyil, həmin dövrdə son dərəcə məxfi olan ENIAC kompüterinin gəlişdiriciləri Con Mauçli (J. Mauchly) və Con Ekkertə (J. Eckert) məxsusdur. Ona görə də çox zaman bu arxitekturanı Mauçli və Ekkertin işlədikləri universitetin adına görə Priston arxitekturası (PRINCETON ARCHITECTURE) adlandırırlar. Fon Neyman arxitekturası kompüterin yaddaşında komandaların və verilənlərin birgə saxlanması prinsipinə əsaslanır. Eyni zamanda, bu yanaşma prosessor modulunun proqram və verilənlərin saxlanması qurğularından fiziki ayrılmasını nəzərdə tutur. Komandaların və verilənlərin bir yaddaşda saxlanmasının bir sıra çatışmazlıqları olduğundan Harvard arxitekturası (HARVARD ARCHITECTURE) meydana çıxmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Keyto-Neymodiya
Keyto-Neymodiya (ing. Cato Neimoidia) — "Ulduz müharibələri" kainatında uydurma planet. Keyto-Neymodiya qalaktikanın kolonial bölgəsində yerləşir. Dumanlı planetin fırtınalı, qeyzer püskürən turşulu okeanları, həmçinin nəhəng qaya tağları, qayalıqları və kanyonları var. Planetdə neymodianlar yaşayır. Keyto-Neymodiya ilk dəfə "Sithin qisası" (2005) filmində nümayiş olunmuşdur. == Yaradılması == Keyto-Neymodiyanın ilkin mərhələdə planetar montajlardan biri olması, "Sithin qisası" (2005) filminin ilk hissəsində qalaktikada bir sıra döyüşlərin təsvir edilməsində istifadə olunması nəzərdə tutulurdu. Planet bu mərhələdə süni halqalı kosmik stansiya ilə əhatə olunmuş qaz nəhəngi idi, lakin bu ideya daha sonradan Rinqo Vinda planeti üçün istifadə edilmişdir. Keyto-Neymodiya ifrat zəngin bir planet kimi təsvir edilmişdir. Hər iki dizayn sonradan filmin çəkilişi zamanı ləğv edilmişdir.
Leyla Neyzi
Leyla Neyzi (29 iyul 1961) - tarixçi, sosioloq == Həyatı == Leyla Neyzi 1961-ci il 29 iyulda İstanbulda doğulmuşdur.Türk akademiki,antropoloq,sosioloq,tarixçi olmaqla yanaşı, Sabancı Universitetinin müəllimidir.İş adamı və yazıçı Əli Neyzinin və məşhur pediatr Olcay Neyzinin qızıdır. Robert Kollecini bitirdikdən sonra ABŞ-da Stanford Universitetində Antropologiya, Cornell Universitetində Sosiologiya təhsili almışdır.Boğaziçi Universitetində köməkçi dosentlik dövründən sonra tədqiqatlarını tarix üzrə dərinləşdirmişdir.İndiyədək Sabancı Universitetində Sosiologiya üzrə təhsil almaqdadır.Bundan əlavə,Oksford Universiteti St.Antoni Kollecində Müasir Türkiyə proqramında qonaq tədris üzvüdür. == Yaradıcılığı == Çox dəyərli iki tədqiqatından birincisini İstanbul Təşviqiyə məhəlləsinin sakinlərinin söylədiklərinə əsasən,ikincisini isə 20-ci əsrin əvvəli Ankarasının kiçik Musəvi əhalisi arasında doğulmuş və bütün əsrə şahidlik etmiş Yaşar Pakerin gündəliyinə əsaslanaraq gerçəkləşmişdir.Xüsusilə,ikincisi Yaşar Pakerin həyatı boyunca iki dəfə (öncə Qurtuluş savaşında 2 mart 1921 tarixli Məclis qərarı ilə,daha sonra II dünya müharibəsi ərəfəsində) qeyri-müsəlmanların yerinə yetirdiyi amalə taburları haqqında verdikləri məlumatlar xeyli maraqlıdır.Amələ taburlarına qarşı bir çox keyfiyyətsiz iddia və nəşrlərə qarşı elmi fakt gətirməklə,həmçinin Türkiyə yəhudilərinin tarixini işıqlandırmaqla mühüm əhəmiyyət kəsb edir. == Mükafatları == Malkolm Kerr Dissertasiya mükafatı,Middle East Studies Association of North America, 1992. Population Council Middle East Awards Tədqiqat proqramı mükafatı,1998-1999.
Müqəddəs Neymətov
Nadejda Neynski
Nadejda Neynski (bolq. Надежда Михайлова, tam adı Надежда Николова Михайлова, ikinci evlilikdən sonrakı soyadı Neynski, 9 avqust 1962, Sofiya[…]) — Bolqar siyasətçi və dövlət xadimi. 9 avqust 1962-ci ildə Sofiyada dünyaya gəldi. Sofiya şəhərində 127 nömrəli İvan Denkoğlu adına orta məktəbdə oxudu. Sonra 9-cu Fransız dili məktəbində Alphonse de Lamartineʼdə ispan dilinin tədrisinə başladı. 1985-ci ildə Sofiya Universitetinin filologiya fakültəsini bitirmişdir. Bolqarıstanda demokratik dəyişikliklər başlamazdan əvvəl İspan şeiri, İngilis ədəbiyyatı tərcüməçisi və müstəqil jurnalist kimi fəaliyyət göstərmişdir. Həyat yoldaşı ilə evləndikdən sonra, Misirdə həyat yoldaşı Kamen Mixaylov xarici ticarət şirkətinin "Texnoexport" şirkətinin rəhbər köməkçisi vəzifəsində çalışdı. 1989-cu ildə Demokratik Qüvvələr Birliyinin (DQS) koalisiyasının üzvü olan yenidən qurulan Radikal Demokrat Partiyasında siyasi fəaliyyətinə başladı. 1991 seçki kampaniyasında DQS mətbuat mərkəzinə başçılıq etdi və seçkidən sonra Filipp Dimitrov hökumətini təmsil edən mətbuat mərkəzinin rəhbəri oldu.
Neybağı (Miyanə)
Neybağı (fars. ني باغي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 496 nəfər yaşayır (98 ailə).
Neybənd (Qürvə)
Neybənd (fars. ني بند‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 298 nəfər yaşayır (70 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Neydson da Silva
Meydson da Silva (28 oktyabr 1996, Maseyo[d]) — Neydson kimi də tanınan, Molde klubundan icarə əsasında Eliteserien təmsilçilərindən olan Elverum klubunda qapıçı kimi çıxış edən peşəkar Norveçli futbolçudur. Neydson Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Neydson öz peşəkar karyerasında debütünü 8 noyabr 2015-ci ildə İK Start klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Etan Horvatı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 19 iyul 2017-ci ildə Neydson 2017-ci ilin sonuna qədər Elverum klubuna icarəyə verilmişdir. 29 dekabr 2017-ci ildə Neydson Molde klubundan ayrıldıqdan sonra Brattvaq klubu ilə müqavilə imzalamışdır.
Neyl Adams
Neil Adams (d. 27 sentyabr, 1958) — İngilis cüdoçu. Cüdo üzrə çoxsaylı Olimpiya və Dünya Çempionatı medallarını qazanmışdır.
Neyl Armstronq
Nil Armstronq (5 avqust 1930[…] – 25 avqust 2012[…], Sinsinnati, Ohayo) – ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti. Nil Armstronq 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunmuşdur. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur. Uçuş 10 saat 40 dəqiqə davam etmişdir. Armstronq 16–24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdur. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə enmişlər Armstronq Ay səthinə iyulun 21-də Qrinviç vaxtı ilə saat 2,56 dəq. 20 san. ayaq basmış, 2 saat 31 dəq. 40 san. orada olmuşdur.
Neyl Sloan
16 oktyabr 1939-cu ildə amerika əsilli ingilis riyaziyyatçı Neyl Ceyms Aleksandr Sloan (Neil James Alexander Sloane) anadan olmuşdur. Onlayn tamqiymətli ardıcıllıqlar ensiklopediyasının müəllifi kimi tanınan Sloan alpinizmlə məşğul olur. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Neyləyim? (mahnı)
"Neyləyim?" və ya bir çox mənbələrdə yanlışlıqla "Ala gözlüm" kimi məşhur olan mahnı. Mahnının yaranış tarixi ilə bağlı müxtəlif versiyalar olsa da, bəzi tarixi faktlar var. Mahnı ilk baxışdan bir kişinin dilindən bir xanıma ithaf olunması təəssüratı yaratsa da, Nigar Rəfibəyli bu mahnının mətnini həyat yoldaşı Rəsul Rzaya həsr edib. Mahnıda xitab olunan "ala gözlüm" də məhz Rəsul Rzadır. Mahnının mətni məşhur Azərbaycan şairi Nigar Rəfibəylinin, həyat yoldaşı məşhur Azərbaycan şairi Rəsul Rzaya həsr etdiyi şeirdir. 1941-ci ilin axırlarında Rəsul Rza bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir və Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır. Cəbhə qəzeti olan "Döyüşən Krım"da işləməyə başlayır. Nigar Rəfibəyli isə Rəsul Rzanın yolunu gözlədiyi vaxtda bu şeiri qələmə alır. Şeir ilk dəfə 1950-ci ildə "Azərbaycan jurnalı"nda çap edilir. Kitabxanalarda kitab oxuyarkən marağına səbəb olan şeirləri öz dəftərçəsinə qeyd edən gənc bəstəkar Emin Sabitoğlu "Neyləyim?" şeirini də öz siyahısına əlavə edir.
Neyman burnu
Neyman burnu — Berinq dənizinə daxil olan Anadır körfəzi ilə yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonu ərazisinə daxildir. Burun Q. L . Maydelinin 1868–70-ci illər eksedisiyasının üzvü olan Karl fon Neymanın şərəfinə adlandırılmışdır. Onemen körfəzinin Anadır çayına çıxan cənub hissəsini təşkil edir. Sahilində ensiz, qumlu-gilli çimərlik vardır. Burunda naviqasiya işarəsi vardır.
Neymar
Neymar (Tam adı: Neymar Da Silva Santos Junior, (port. Neymar da Silva Santos Jnior; 5 fevral 1992[…], Moji-das-Kruzis, San-Paulu ştatı) — "Əl-Hilal" klubunun futbolçusu, hücumçusu, Braziliya yığmasının kapitanı. Santos İlk klubu Santos olub. O burada 224 oyuna çıxıb və 136 qol atıb. Onu Çelsi, Real Madrid və Inter heyətinə qatmaq istəyirdi. Braziliyalı oyunçu bunlardan heç birinə keçmək istəmirdi. Buna baxmayaraq Çelsi ona təkliflər irəli sürürdü. Santos onları FİFA-ya şikayət etməklə təhtit etdi. Barselona Braziliyalı oyunçu 2014-cü il May ayının 25-də Kataloniya klubu Barselona-ya keçdi. O burada Çempionlar liqasının qalibi oldu.
Neymeqen
Neymeqen (nid. Nijmegen, BFƏ: [ˈnɛi̯ˌmeːɣə(n)], əvvəl Nimveqen (alm. Nimwegen‎) — Niderlandın şərq hissəsində, Qelderland əyalətində yerləşən şəhər, Vaal çayının üzərində (Reyn deltasındakı qollardan biri). Əhalisi — 165,1 min nəfər (2012). Sahəsi — 57,53 km². Roma dövründə Batavodurum, daha sonra Noviomagus kimi tanınan Niderlandın ən qədim şəhəri. İlk qeyd, Milad I əsrin əvvəllərində Vaal və Reyn çayları vadisində Roma qoşunları tərəfindən hərbi bir qala inşa edilməsi ilə əlaqələndirilir. Roma hökmranlığına qarşı üsyan zamanı dağılan, lakin ticarət sayəsində dirçəldilən və genişlənən qala yaxınlığında Oppidum Batavorum (lat. «batavlar şəhəri») adlanan kiçik bir yaşayış yeri meydana gəldi. Neymeqenin "Qızıl Çağı" burada kral palatinasının (sarayının) yerləşdiyi karolinq dövrüdür.
Neymət Həsənov
Neynəvə mühafəzası
Ninəvə mühafəzəsi (ərəbcə: محافظة نينوى) – İraq Respublikasının 18 mühafəzəsindən biridir. Neynəvə mühafəzəsinin ərazisi 37,323 km²-dir. Neynəvə mühafəzəsinin inzibati mərkəzi Mosul şəhəridir. Mosul şəhərindən sonra mühafəzədə ikinci ən böyük şəhər Təlafər şəhəridir. Milli tərkibinə əsasən Neynəvə mühafəzasının əhalisi əsasən ərəblərdən, türkmanlardan, assuriyalılardan və kürdlərdən ibarətdir. Neynəvə mühafəzəsi inzibati cəhətdən 10 qəzaya və 31 nahiyyəyə bölünür.
Neynəvə mühafəzəsi
Ninəvə mühafəzəsi (ərəbcə: محافظة نينوى) – İraq Respublikasının 18 mühafəzəsindən biridir. Neynəvə mühafəzəsinin ərazisi 37,323 km²-dir. Neynəvə mühafəzəsinin inzibati mərkəzi Mosul şəhəridir. Mosul şəhərindən sonra mühafəzədə ikinci ən böyük şəhər Təlafər şəhəridir. Milli tərkibinə əsasən Neynəvə mühafəzasının əhalisi əsasən ərəblərdən, türkmanlardan, assuriyalılardan və kürdlərdən ibarətdir. Neynəvə mühafəzəsi inzibati cəhətdən 10 qəzaya və 31 nahiyyəyə bölünür.

Digər lüğətlərdə