Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nosema
Platostoma (lat. Platostoma) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Luz Noseda
Luz Noseda (ing. Luz Noceda) — Dana Terrasın yaratdığı "Bayquş evi" cizgi serialının baş qəhrəmanı. Sarah-Nicole Robies tərəfindən səsləndirilmişdir. == Yaranması == Serialın yaradıcısı Dana Terrasın dediyinə görə, Luz personajı onun otaq yoldaşı, dominikan əsilli hekayə rəssamı və serialın hazırlamasında iştirak edən Luz Batistanın adını daşıyır. == Xarakteri == Luz Noseda Konnektikutdakı uydurma qəsəbə olan Qreyvsfilddə (ing. Gravesfield) yaşayan Afro-Dominikan əsilli amerikalı 14 yaşlı qızdır. Terras Luzun Disney cizgi serialındakı ilk biseksual baş qəhrəman olduğunu bildirib. Serialın yaradıcısı həmçinin, 2021-ci ilin aprelində Luzun neurodivergent olduğunu da açıqlamışdır. Serialın ilk epizodunda anası Luzu yay düşərgəsinə göndərməyə qərar verir. Luz yola düşməyə hazırlaşarkən evlərin birindəki portal vasitəsilə Qaynamış adalara gedib çıxır.
Asseqay çayı
Asseqay çayı, Vakkerstrom, Mpumalanqadan, Cənubi Afrikanın şimalından öz başlanğıcını götürür və Mhkondvo çayına tökülən Piet Retiefin cənub şərqindəki Heyshope su anbarına tökülür. Asseqay çayının qolları arasında Ngulane Çayı, Anispruit, Boesmanspruit ve Kleyin Asseqay çayı var.
Hacime Hosoqay
Hacime Hosoqay (d. 10 iyun 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.
Naoko Nişiqay
Naoko Nişiqay (d. 22 yanvar 1969) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Coşəqan və Kamu
Kamu və Covgan (2013-cü ilə qədər Çövşiqan və Kamu) – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,477 nəfər və 1,730 ailədən ibarət idi.
Noqay Orda
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu — XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda — Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə — Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə — Qərbi Sibir düzənliyində yerləşirdi. Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Noqay Ordası

Noqay dili
Noqay dili və ya noğay dili — Türk dilləri ailəsinin qıpçaq-noqay yarımqrupuna aiddir. Bu qrupa noqay, qaraqalpaq, qazax vəs. daxildir. Bu dildə 54 min əhali danışır. Yazısı kiril əlifbası əsasında tərtib olunmuşdur. Dilin və millətin adı Noğay xan ilə əlaqəlidir.
Noqay rayonu
Noqay rayonu (Dağıstan)
Noqay çölü
Noqay çölü — Terek və Kuma çayları arasında, Şimali Qafqaz ərazisində meşə örtüyünə sahib olmayan quru və düzən əraziyə sahib çöl. Ərazi Dağıstan, Çeçenistan, Stavropol diyarı ərazisində yerləşir. Çölün adı noqayların adı ilə bağlıdır. Bitki örtüyü kserofit və qalofitlərdən ibarət olsa da, ərazisinin böyük hissəsini qumlu sahələr təşkil edir. Noqay çölünün iqlimi quru kontinentaldır. İllik yağıntının miqdarı 300 mm keçmir. İsti dövrün orta temperaturu (aprel — oktyabr) +22-25 °C , soyuq fövrün isə (noyabr — mart) 0 - 2 °C arasında dəyişir. Minimum temperatur −33 °C (yanvar, fevral), maksimum isə +45 °C (avqust) olmuşdur. Qışı az yağıntılı olması ilə seçilir. Ortalama 30 mm təşkil edir.
Noğay dili
Noqay dili və ya noğay dili — Türk dilləri ailəsinin qıpçaq-noqay yarımqrupuna aiddir. Bu qrupa noqay, qaraqalpaq, qazax vəs. daxildir. Bu dildə 54 min əhali danışır. Yazısı kiril əlifbası əsasında tərtib olunmuşdur. Dilin və millətin adı Noğay xan ilə əlaqəlidir.
Noğay marşı
Noğay marşı və ya Çingiz xan marşı — Göytürk xaqanlığının döyüş marşı olaraq istifadə etdikləri düşünülən və Noğay ləhcəsində oxunmuş Orta Asiya mövzulu marş. Marş 1992-ci ildə Sankt-Peterburqda Qazaxıstan Respublikasının orkestra sənətçisi Aslanbek Sultanbekov tərəfindən bəstələnmiş və səsləndirilmişdir. Marş bir çox türk xalqının milli musiqi aləti olan dombra üzərinə bəstələnmiş və səsləndirilmişdir. Marş dünyadakı türkçülər tərəfindən xüsusilə sevilən marşlar siyahısındadır. Bu marş "Noğay marşı" və ya "Çingiz xan marşı" kimi adlarla yanaşı, bəzən marşın ifa edildiyi qədim türk musiqi aləti olan dombranın adı ilə "Dombra marşı" da adlandırılır. Marşın hissələrindən bəstəkardan icazə alınması ilə 2014-cü il Türkiyə seçkilərində AK partiya tərəfindən seçkilərdə istifadə edilərək Uğur Işılakın səsləndirdiyi "Rəcəb Tayyib Ərdoğan-Dombra" adı ilə yenidən qeydə alınmış, marşın seçki mahnısı olaraq istifadə olunmasına MHP üzvü millətvəkili Sinan Oğan etiraz etmişdir. MHP üzvlərinin bildirdiklərinə görə, bu türk millətçiliyinə dırnaqarası yanaşan Ədalət və İnkişaf Partiyasının seçkilərdən öncəki dövrdə seçicilərin millətçilik hissini istismar etmə cəhdidir. Lakin etirazlar nəticəsiz qaldı və mahnıdan seçkilərdə istifadə edildi. Noğay marşı 2015-ci ildə Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı prezident qəbulundakı rəsmi mərasimdə ilk dəfə Türkiyə Respublikası Dövlət Orkestrası tərəfindən ifa edilmişdir. Eyni il Mehmed Akif Ərsoy Universiteti tərəfindən Aslanbek Sultanbekova Türk dili və mədəniyyətinə qatdığı qatqılardan dolayı fəxri doktor ünvanı verilmişdir.
Noğay xan
Noğay xan (tatar. Nuğay, Нугай, qaz. Ноғай; 1235/1240 — 1299) — Qızıl Orda bəylərbəyi. Bərkə xanın sərkərdəsi olan Noğay, Qızıl Ordanın Don ilə Dnepr arasındaki bölgələri idarə edən tümən bəyi idi. İlk dəfa Bərkə xan (1255–1266) dövründə qarsılaşdığımız Noğay, Məngü Teymur xan (1266–1280) zamanında siyasət səhnəsinə çıxdı. 1259-cu ildən 1296-cı ilə qədər Qalitsiya, 1261-ci ildən 1263-cü ilədək də Qafqaz səfərlərində qazandığı üstün zəfərlə çıxmışdır. Qaradənizin şərq və şimalında yaşayan boyları Qızıl Orda mərkəzindən ayıracaq şəkildə öz hakimiyəti altında birləşdirmiştir. Bərkə xanın və sərkərdəsi olan Noğayın müsəlman olmaları, Şaman olan Hülaku ilə olan savaşları qazanmaları, xilafət üçün alınan bir intiqam və İslamiyətin zəfəri olaraq bilindi. Bu münasibətlə qonşu müsəlman ölkələrdən, Xorasandan və Anadoludan İslamiyəti yaymaq üçün qazilər gətirildi. Azərbaycandan Ərdəbil şeyxi Səfiyədddin Ərdəbili, öz müridləri ilə birlikdə Dəşt-i Qıpçaqda və Krımda (Noğay ölkəsində) İslami fəaliyətlərdə oldu.
Seqay (Vərzəqan)
Seqay (fars. سقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 869 nəfər yaşayır (187 ailə).
Kubanda Noğay üsyanı
Kubanda Noğay üsyanı — bozqırlarda köçəri həya sürən noğayların Rusiyanın işğalçılıq siyasətinə qarşı son əhəmiyyətli müqavimətləridir. 1783-cü ildə baş vermişdir. Üsyanın məğlubiyyətlə nəticələnməsi Qafqazın şimal hissəsinin slavyanlaşdırılma yol açmış və Qafqazın Rusiya tərəfindən ələ keçirilməsinin əsasını qoymuşdur. Üsyanın səbəbi Krımın Rusiya imperiyasına ilhaq edilməsi və bu ətraflarda yaşayan noğayların buradan Ural ətrafına köçürülməsi planları olmuşdur. Üsyan bir neçə ay ərzində Aleksandr Suvorovun komandanlığı altındakı ordu tərəfindən qəddarlıqla yatırılmışdır. == Arxa plan == Qara dənizin şimalındakı noğaylar demək olar ki, 300 il idi ki, Krım xanlığından asılı idilər. Krım xanlığı da öz növbəsində Osmanlı imperiyasından vassal asılılığında idi. Kuban noğayları şərqə uzaq olduqları üçün digər yaxın qruplara nisbətən daha müstəqil idilər. Rusiya tədricən noğayları cənuba doğru sıxışdırmağa başladılar. 1768-1774-cü illər Rus-Türk müharibəsinin nəticəsində Krım xanlığı Osmanlı asılılığından çıxdı, lakin əslində Rusiyanın vassallığına keçdi.
Noqay rayonu (Dağıstan)
Noqay rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . Rayonun sahəsi 8.838 km² , inzibati mərkəzi Terekli-Məktəb kəndidir . 2002-ci ildə aparılmış siyahıya almaya əsasən raonun 21.685 nəfər əhalisi var . Bu siyahıya almaya əsasən rayonun əhalisinin sayına görə ən böyük yaşayış mərkəzləri Cənubi Suxokumsk şəhəri (9.777 nəfər) və Terekli-Məktəb kəndidir (7.285 nəfər) . 1989 - cu ildə aparılmış siyahıya almaya əsasən rayonun əhalisinin 85,7%-ni noqaylar , 8.2%-ni darginlər , 1.5%-ni çeçenlər , 1.2%-ni ruslar , 1.1%-ni isə qumuqlar təşkil edir . Rayonun 20 yaşayış məntəqəsi var . Onlardan 1-i şəhər , 19-u isə kənd tipli yaşayış məntəqəsidir .
Qıpçaq-noqay dilləri
Qıpçaq-noqay dilləri — türk dillərinin qıpçaq qrupuna daxil olan ən çoxlu dil klasteri. Linqvistik baxış bucağından bütün qıpçaq-noqay dilləri bir dilin dialekti sayılacaq qədər bir-birinə yaxındır. Aşağıdakı dillər və dialektlər fərqlənir: Krım-tatar dilinin çöl dialekti; Noqay dili; Qaraqaş dili; Yurd-noqay dili; Alabuğa-noqay dili; Qazax dili; Qaraqalpaq dili; Özbək dilinin qıpçaq dialektləri; qismən Fərqanə-qıpçaq dili və cənubi qırğız dialektləri. Tatarların və başqırdların bəzi qrupları da noqay mənşəlidir, məsələn, naqaybəklər. Э. Р. Тенишев (ред.). Сравнительно-историческая грамматика тюркских языков. Региональные реконструкции. М., 2002.
Qıpçaq-noğay dilləri

Kubanda noqay üsyanı
Kubanda Noğay üsyanı — bozqırlarda köçəri həya sürən noğayların Rusiyanın işğalçılıq siyasətinə qarşı son əhəmiyyətli müqavimətləridir. 1783-cü ildə baş vermişdir. Üsyanın məğlubiyyətlə nəticələnməsi Qafqazın şimal hissəsinin slavyanlaşdırılma yol açmış və Qafqazın Rusiya tərəfindən ələ keçirilməsinin əsasını qoymuşdur. Üsyanın səbəbi Krımın Rusiya imperiyasına ilhaq edilməsi və bu ətraflarda yaşayan noğayların buradan Ural ətrafına köçürülməsi planları olmuşdur. Üsyan bir neçə ay ərzində Aleksandr Suvorovun komandanlığı altındakı ordu tərəfindən qəddarlıqla yatırılmışdır. == Arxa plan == Qara dənizin şimalındakı noğaylar demək olar ki, 300 il idi ki, Krım xanlığından asılı idilər. Krım xanlığı da öz növbəsində Osmanlı imperiyasından vassal asılılığında idi. Kuban noğayları şərqə uzaq olduqları üçün digər yaxın qruplara nisbətən daha müstəqil idilər. Rusiya tədricən noğayları cənuba doğru sıxışdırmağa başladılar. 1768-1774-cü illər Rus-Türk müharibəsinin nəticəsində Krım xanlığı Osmanlı asılılığından çıxdı, lakin əslində Rusiyanın vassallığına keçdi.
Noqay rayonu (Qaraçay-Çərkəz)
Noqay rayonu (abq. Нагӏвай район, kab.-çərk. Нэгъуей район / Нэгъуей куей, qaraç.-balk. Ногъай район, noq. Ногай район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Erken-Şaxar şəhəridir. Noqay rayonu Qaraçay-Çərkəz Respublikasının şimal hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə və qərbdə Adıqe-Xabl rayonu, cənubda Xabez rayonu, şimalda Stavropol diyarının Kaçube rayonu. Rayonun ərazisi 209,59 km²-dir (2013-cu ildən bəri). Bu isə Qaraçay-Çərkəz Respublikasının 1,47 % ərazisini əhatə edir.
Qazaxıstan–Noqay Ordası münasibətləri
Qazaxıstan–Noqay Ordası münasibətləri — XV-XVI əsrlərdə Qazax Xanlığı ilə Noqay Ordu arasındakı əlaqələr. Noqay Ordasının yaranması zamanı Noqay şahzadəsi Ediqe ilə qazax xanları sülaləsinin qurucusu Urus Xan və onların nəsilləri Mansur və Barak arasındakı münasibətlər ziddiyyətli idi. XV əsrin ikinci yarısında. Qazax-noqay münasibətləri Əbülxair xanın nəsillərinə qarşı hərbi-siyasi bir ittifaq halına gəlir. Qazax xanları Kerey və Janibek, Noqay bekləri Abbas, Musa və Yamqurçi ilə ittifaqda Əbülxair-xanın varisi Şeyx-Haydaya qarşı vuruşdular. Musa, Əbülxairin nəvəsi Məhəmməd Şeybanın tərəfinə keçərək ilk Qazax-Noqay qarşıdurmasına səbəb oldu. XV əsrin 70-ci illərin ortalarında Qazax xanı Burındık Noqaylıları məğlub etdi. Xamza-bekin rəhbərlik etdiyi Nogaislərin bir hissəsi, Qazaxlarla Məhəmməd Şeybaniyə qarşı birgə mübarizələrini davam etdirdilər. Qazaxlar və Noqaylar arasındakı ərazi ziddiyyətlər, qazaxlar və özbəklər arasında barışıq, XV-XVI əsrin əvvəllərində münasibətləri yenidən gərginləşdirdi, nəticədə Noqaylar Burundik və Kasımdan bir neçə dəfə məğlub oldular. XVI əsrin əvvəllərində Burındık qərargahını Saraiçikə, Noqay Ordusunun keçmiş paytaxtı Jaiykə köçürmüşdür.