Nəinki türk dillərində, hətta latın dilində, hetlərdə, elamlarda və s. işlədilmişdir. Amma türk dillərində daha geniş yayılmış və dədə, ata babası, əmi, böyük qardaş, erkək adam anlamlarını əks etdirmişdir. Noqay, tatar, başqırd dillərində indi də “kişi” (yəni erkək adam) mənasını bildirir. Çox maraqlıdır ki, bir çox dillərdə dədə “ata babasına”, baba isə “ana babasına” deyirlər. Ehtimal ki, aba (böyük bacı, ana və s.) və baba sözləri eyni kökdən törəyib, süd tərəflə bağlı işlədilib. Ata, dədə isə kök tərəflə bağlı olub və daha çox “erkək”mənasına uyğun gəlib. Dədə və ata eyni kökdəndir, bütün başqa dillərə türk dillərindən keçib. Qədim mənası kişi(erkək) demədir. Sözün başqa yozumu da mümkündür: ruslarda отец sözü o səsi ilə başlayır. Bizdə od, ocaq sözü də “ailə, ev” mənalarında işlədilir. Oтец və od sözləri arasındakı fonetik yaxınlığa əsasən deyə bilərik ki, ata- “od başçısı” (ailə başçısı, ocaq rəhbəri, ocaq yandıran) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)