Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nuşirəvan Kərimov
Kərimov Nuşirəvan Molla Kərim bəy oğlu (1898–1966) — Molla Nəsrəddin jurnalının Zəngilan və Qubadlı bölgələri üzrə təmsilçisi, şair, pedaqoq. == Həyatı == Nuşirəvan Kərimov 1898-ci ildə Zəngəzur mahalının Qarakilsə bölgəsinin (indiki Sisian) Sofulu kəndində məşhur bəy ailəsində anadan olmuşdur. Doğulduğu kənd onların ailəsinin yaylaq yeri, dağın o üzündəki Xocamsaxlı kəndi (Qubadlının kəndi) isə qışlaq idi. Nuşirəvanın babası Molla Səfi Zəngəzurda tanınmış adam olub. O, yalnız mollalıqla deyil, müəllimliklə də məşğul olubmuş. Dövrün özünəməxsusluğundan gələn ifadədir ki, savadlı insanları həm də "Molla" adlandırırmışlar. Nuşirəvan Kərimov da o dövrdə babası kimi "Molla" adlandırılıb. Nuşirəvan Kərimov 1931-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra Qubadlıya qayıdaraq Xocamsaxlıda ibtidai məktəbin açılmasına nail olub. O vaxta qədər bu kənddə məktəb olmayıb. Pedaqoji fəaliyyəti müxtəlif təltiflərə layiq görülüb.
Nuşirəvan Məhərrəmli
Nuşirəvan Umud oğlu Məhərrəmov (d. 11 sentyabr 1960, Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. == Həyatı == Məhərrəmov Nuşirəvan Umud oğlu 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir.
Nuşirəvan Məhərrəmov

Nuşirəvan Süleymanov
Nuşirəvan Süleymanov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Nuşirəvan Aydın oğlu Süleymanov 1972-ci ildə Laçın rayonunun Kaha kəndində anadan olub. 1992-ci ilin mart ayından könüllü olaraq Azərbaycan Milli ordusuna yazılmış, 816-cı Şuşa batalyonunun tərkibində qaynar nöqtələrdə, Ağdam ətrafında , Fərrux dağında, Paprəvənd və Boyəhmədli döyüşlərində iştirak etmişdir... Döyüşlərdə bir qayda olaraq qəhrəmanlıq göstərmiş, dəfələrlə düşmən mühasirəsinə düşmüş və həmişə ölümün gözünə dik baxaraq döyüşçü dostlarıyla birlikdə mühasirədən çıxmışdır. Şuşanın işğalından sonra Beyləqanda yerləşən 704 saylı hərbi hissəyə köçürülən Nuşirəvan burdada ağır döyüşlərin şahidi olur. 1994-cu il avqustun 5-də qəhrəmancasına şəhid olmuşdur. Hazırda Şəki şəhəri Yeni Hacı Çələbixan məcburi köçkünlər qəsəbəsində yerləşən Laçın rayon Kaha kənd tam orta məktəbi Nuşirəvan Süleymanovun adını daşıyır.
Nuşirəvan və bayquşların söhbəti
Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə böyük Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir . Hekayənin poetik tərcüməsi böyük Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. == Haqqında == "Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir. == Məzmunu == Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.
Xosrov Ənuşirəvan
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər İmperiyası – 579, Ktesifon, Sasanilər İmperiyası) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dovlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.
Ənuşirəvan İbrahimi
Ənuşirəvan İbrahimi — 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin rəhbəri, Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin qardaşı. == Haqqında == Ənuşirəvan Qəni oğlu İbrahimi 12 may 1926-cı ildə Astara da anadan olub. İbtidai təhsilini Astarada almağa başlasa da atası Nəhavəndə sürgün edildiyi üçün orada davam etdirib. Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən sonra burada Azərbaycan Milli Hökuməti qurulur. Ənuşirəvan İbrahimi də Təbrizə gələrək burada təsis edilmiş Polis akademiyasında təhsil almağa başlayır. Düşmən qüvvələri qarşısında dayanmaq onlarla mübarizə aparmaq üçün qardaşı Firudin İbrahimi ilə birgə gənc könüllülərdən ibarət "Babək" qrupunu təşkil edirlər. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah rejimi tərəfindən hərəkatçılar eləcə də onların tərəfdarları olan minlərlə insan həbs edilir, güllələnir və ya pis havalı cənub rayonlarına sürgün edilirdilər. Məhz bu təqiblərdən qurtulmaq üçün 16 min nəfərə yaxın firqəçi Sovet Azərbaycanına mühacirət edir. Ənuşirəvan İbrahimi də Bakıya mühacirət edir. Təhsilini öz siyasi fəaliyyəti ilə uyğunlaşdırmaq niyyəti ilə tarix ixtisası üzrə Bakı Dövlət Universitetində ali təhsil alır və eyni ixtisas üzrə də elmi-tədqiqat fəaliyyətini davam etdirir, Moskvada "İran Xalq Partiyasının (Tudə) 1944-1946-cı illərdə irticaya qarşı mübarizəsi (İXP-nin parlamentdə və hökumətin tərkibində fəaliyyəti timsalında)" adlı dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi də qazanır.
I Xosrov Ənuşirəvan
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər İmperiyası – 579, Ktesifon, Sasanilər İmperiyası) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dovlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.
Ənuşirəvan mirzə Qovanlı-Qacar
Ənuşirəvan mirzə Qovanlı-Qacar (1833, Təbriz – Təbriz) — Qacar şahzadəsi, diviziya generalı. == Həyatı == Ənuşirəvаn mirzə Bəhmən mirzə oğlu (аnаsı Mələk Sultаn хаnım Məhəmmədtаğı mirzə qızı) 1833-cü ildə Təbriz şəhərində dоğulmuşdu. Sаrаy təlim-tərbiyəsi, təhsili аlmışdı. Ziyaəddövlə ləqəbinə yiyələnmişdi. 28 may 1848-ci ildə Təbrizdən Naxçıvana gəlmişdi. Ordan məmurlar tərəfindən İrəvan şəhərinə yola salınmışdı. İrəvanda atası Bəhmən mirzə Qovanlı-Qacarla görüşmüşdü. Bəhmən mirzə ağır külfəti ilə Tiflis şəhərinə yollanmışdı. 1848-ci ilin yayında Ənuşirəvan mirzə Ordubaddan Təbrizə qayıtmışdı. Ənuşirəvan mirzə 1850-ci ildə atası ilə görüşmək fikrinə düşmüşdü.
Nəzirəvan
Nəzirəvan, Nəzərəvan, Nəzirvan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzidən 7 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Nəzərocaq qışlağı kimi, Qafqazın 5 verstlik xirtəsində Nəzravan formasında qeyd edilmişdir.1728-ci ildən mə'lumdur == Toponimi == Toponim Nəzər şəxs adına urartu dilində "yer, ölkə" mənası bildirən ebani sözündən əmələ gələn van//avan topoformantının qoşulması yolu ilə formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 194 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 448 nəfər, 1897-ci ildə 467 nəfər, 1908-ci ildə 553 nəfər, 1914-cü ildə 613 nəfər, 1916-cı ildə 573 nəfər, 1918-ci il də 553 nəfər, 1919-cu ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə əhalisi qovulmuş və kənd dağılmışdır. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 152 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər kəndə 1923–1925-ci illərdə Türkiyədən köçürülmüşdür.
Novşirəvan (Culfa)
Novşirəvan (fars. نوشيروان‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (66 ailə).
Ənuşirvan xan
Ənuşirvan xan — 1344-cü ildən 1356-cı ilədək hakimiyyətdə olmuş xan. Heç bir sülalədən olmayıb Məlik Əşrəf öz Nuşirəvan adlı qabcaçısı idi. Xan elan edilmişdi.
Nəşirvan Mustafa
Nəşirvan Mustafa (kürd. نەوشیروان مستەفا/Newşîrwan Mistefa; 1943 və ya 22 dekabr 1944, Süleymaniyyə – 19 may 2017, Süleymaniyyə) — kürd əsilli İraq siyasətçisi və yazıçısı. == Erkən illəri == Nəvşirvan Mustafa 22 dekabr 1944-cü ildə İraqın Süleymaniyyə şəhərində anadan olmuşdur. O, Süleymaniyyədəki Kral Faysal Məktəbində təhsil almış və kiçik yaşlarında xüsusi müəllimlər tərəfindən xarici dillərdən dərs almışdır. Mustafa Bağdad Universitetində siyasi elmlər üzrə təhsil almışdır. == Siyasi fəaliyyəti == O, 1960-cı ildə Kürdüstan Demokrat Partiyasına (KDP) qoşulmuş, orada gənclər şöbəsində çox fəal olmuşdur. Mustafa siyasi büroda Bərzaninin əleyhdarları ilə müttəfiq olmuş və KDP parçalanmadan əvvəl partiyanı tərk etmişdir. 1970-ci ildə Bağdad İnqilab Məhkəməsi Mustafaya ölüm hökmü çıxarmışdır. Nəticədə, o, Avstriyaya sürgünə getmiş və burada Vyana Universitetində beynəlxalq hüquq təhsili almışdır.1975-ci ilin iyununda Cəlal Tələbaninin ümumi rəhbərliyi altında Mustafanın da tərkibində olduğu "Komala" Əli Əskərinin rəhbərlik etdiyi Kürdüstan Sosialist Hərəkatının birləşməsi nəticəsində yaradılmışdır. Mustafa 1970-ci illərin sonundan 1990-cı illərin əvvəllərinə qədər Peşmərgə qüvvələrinin komandanı olmuş, İraqın BƏƏS ordusuna qarşı gerilla müharibəsinə rəhbərlik etmişdir.
Ənuşirvan bin Ləşkəri
Ənuşirvan bin Ləşkəri — II Əli Ləşkərinin oğlu və varisidir. 1049-cu ildə Gəncədə şəddadilərin yeddinci əmiri olub. == Həyatı == Ənuşirvan üç qardaşı ilə birlikdə II Əli Ləşkərinin ilk arvadından idi. Ləşkəri Aranı 15 il idarə etmişdi, hansı ki, Osmanlı tarixçisi Münəccimbaşı tərəfindən əndişəli hakimiyyət dövrü olaraq təsvir edilirdi.Ləşkəri 1049-cu ildə öləndə Ənuşirvan taxta çıxdı. Ancaq onun yaşı az idi və buna görə də həqiqi hakimiyyət naib kimi xidmət edən hacib Əbu Mənsurda idi. Hal-hazırda itirilmiş olan yerli salnaməni cəmləyən Münəccimbaşı məlumat verir ki, Əbu Mənsur dərhal bir neçə sərhəd qalalarını kaxetiyalılara, gürcülərə və bizanslara verdi. Buna səbəb onların Arana tamah salmalarının qarşısını almaq idi. Bu qərar Şəmkirdə dabbağların başçısı əl-Həysəm ibn Maymun əl-Bəisin başçılığı altında bir üsyanın başlanmasına səbəb oldu. Vladimir Minorskiyə görə bu hərəkat şəhərin adlı-sanlı şəxslərinin aparıcı bürokratik təbəqəyə qarşı qiyamı idi. Şəmkirdə qalan Əbu Mənsur Əl-Həysəmi həbs etdirməyə çalışdı.