Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurlat
Nurlat (tatar. Нурлат; rus. Нурлат) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Fırlatma zolağı
Fırlatma zolağı (scroll bar,полоса прокрутки,kaydırma çubuğu)-qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı qırağında yerləşən və pəncərəyə yerləşməyən sənədi fırlatmaq üçün nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq. Fırlatma zolağının üç aktiv zonası olur; məsələn, mətn redaktorlarında şaquli fırlatma zolağının üzərində ox olan iki fırlatma düyməsi var ki, onların köməyilə sənədi bir sətir aşağıya, yaxud yuxarıya hərəkət etdirmək olur və sənədin lazım olan yerinə keçmək üçün fırlatma boksu var; siçanın göstəricisini fırlatma boksunun yuxarısında, yaxud aşağısında çıqqıldatmaq sənədi bir ekran yuxarıya, yaxud aşağıya hərəkət etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nurlana Cəfərova
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. 2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır. Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub.
Nurlana Əliyeva
Nurlana Əliyeva (filoloq, 1946) — filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin rektoru. Nurlana Əliyeva (filoloq, 1977) — filologiya elmləri doktoru, "Naxçıvan" Universitetinin rektoru.
Nurlat rayonu
Nurlat rayonu (tatar. Nurlat rayonı, Нурлат районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənubunda yerləşir. kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Nurlat kəndidir. Rayon respublikanın cənubunda yerləşir. Respublikanın Əlki, Alekseyevsk, Aksubay, Çirmeşən rayonları, Samara vilayəti (Koşkinski və Çelno-Verşinski rayonları) və Ulyanovsk vilayəti (Novomaluklinski rayonu) ilə həmsərhəddir. Ən böyük çayları: Bolşaya Çirmeşən, Kondurca, Bolşaya Sulça. Rayon ərazisindən keçir Moskva - Ulyanovsk - Ufa dəmir yolu keçir. 1920-ci ilə qədər rayonun ərazisi Kazan vilayətinin Çistopol qəzasına və Samara vilayəytinin Melekess qəzasına daxil idi.
Nurlana Cəfərova (aparıcı)
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. 2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır. Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub.
Nurlana Cəfərova (atıcı)
Nurlana Cəfərova (idmançı)
Nurlana Əliyeva (filoloq, 1946)
Nurlana Əliyeva (Nurlana Müzəffər qızı Əliyeva; 28 avqust 1946, Kirovabad) — Bakı Slavyan Universitetinin sabiq rektoru (2016–2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri (2009–2021), Filologiya elmləri doktoru, professor. Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra — 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib. Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60–80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür. 12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009–2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olmuşdur.
Nurlana Əliyeva (filoloq, 1977)
Nurlana Sabir qızı Əliyeva (1 iyun 1977, Naxçıvan) — "Naxçıvan" Universitetinin rektoru (2019). Nurlana Əliyeva 1 iyun 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ailəlidir, iki övladı var. 1983-cü ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbin I sinfinə daxil olmuş, 1993–cü ildə oranı bitirmişdir. 1993-1997–ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix – filologiya ixtisası üzrə bakalavr təhsili almışdır. 1997-1999–cu illərdə Naxçıvan Dövlət Universitetində həmin istiqamət üzrə magistr təhsili almışdır. 1999-2001-ci illərdə Naxçıvan Dövlət Universiteti, “Qeyrət ” nəşriyyatında redaktor vəzifəsində işləmişdir. 2001-ci ildən “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədədbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimi dərəcəsi almışdır. 2017-ci ildə isə “Naxçıvan” Universitetinin Elmi şurasının qərarı ilə universitetin dosenti seçilmişdir.