Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Origin
Origin — istifadəçilərə internet üzərindən videooyunlar almaq və yükləmək imkanı verən, Electronic Arts şirkətinin bir qolu olan rəqəmsal satış platforması. 3 iyun 2011-ci il tarixində EA Mağazası Origin olaraq dəyişdirilmişdir. Origin, profil idarəetmə, oyun proqramı istifadə edərək dostlarla söhbət etmək, Facebook, Xbox Live və PlayStation Network ilə inteqrasiyalı sosial xidmətlərdən istifadə edir. Steam ilə rəqabət vəziyyətinə gətirmək güman edilir. Hal-hazırda oyunların avtomatik güncəllənməsi, buludda oyun gedişatının sinxronizasiyası, quraşdırılmış canlı dəstək funksiyaları var. == Komponentlər == === Origin Store === Mağaza istifadəçilərə Electronic Arts oyun kataloqundan oyunlara baxmaq, almaq və yükləmək imkanı verir. === Origin Mobile === Electronic Arts, proqramın mobil qurğular üçün nəzərdə tutulmuş platformanı da işə salmağı planlaşdırır və nailiyyətlər hər iki platformada sinxronizasiya ediləcək. Bir çox xidmətlər pulsuz olacaq. == Tarixçə == 2011-ci ilin əvvəlində, rəqəmsal satış xidmətlərinin dəyəri ilə bağlı fikir ayrılıqlarından sonra, Electronic Arts gözlənilən Battlefield 3 videooyununu Steam platformasına buraxmamaq qərarına gəldi. Bundan əlavə, EA Dragon Age 2 və Crysis 2 oyunlarını da Steam mağazadan çıxartmağı lazımi hesab etdi.
Blue Origin
Blue Origin - kosmik araşdırma şirkəti. Amazon.com-un yaradıcısı Ceff Bezos tərəfindən yaradılıb və mərkəzi Vaşinqtonda yerləşir. Şirkətin qarşısına qoyduğu məqsəd kosmosa az xərclə və tam təhlükəsizlik şəxsi səyahət edə bilmək üçün mümkün texnologiyalar yaratmaqdır. Blue Origin şirkəti suborbital və orbital kosmosa çıxış üçün raketlə işləyən şaquli qalxma və şaquli eniş (VTVL) vasitələrinə diqqət yetirməklə müxtəlif texnologiyalar inkişaf etdirir. Şirkətin adı başlanğıc nöqtəsi kimi mavi Yer planetinə istinad edir.[3] Əvvəlcə suborbital kosmos uçuşuna diqqət yetirən şirkət, Texas ştatının Culberson şəhərindəki obyektlərində New Shepard avtomobilinin bir çox prototiplərini dizayn etdi, tikdi və uçurdu. Alan Şepardın adını daşıyan New Shepardın inkişaf test uçuşları 2015-ci ilin aprel ayında başladı və uçuş sınaqları davam edir. Şirkət hələ kommersiya sərnişin uçuşlarına başlamayıb və onların nə vaxt başlayacağı ilə bağlı dəqiq tarix açıqlamayıb.
Dracula: Origin
Dracula: Origin - "Frogwares" oyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan, macəra oyunudur. Videooyunun distribüteri "ASCARON Entertainment" oyun şirkətidir.
Assassin's Creed Origins
Assassin's Creed Origins (azərb. Qatilin İnancı Başlanğıc‎) — "Ubisoft Montreal" tərəfindən hazırlanan, "Ubisoft" şirkəti tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan videooyun. "Assassin's Creed" oyun seriyasındakı 10-cu əsas epizoddur (ümumilikdə 17) və 2015-ci ildə satışa çıxarılan "Assassin's Creed Syndicate" videooyununun davamıdır. Oyun 27 oktyabr 2017-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır. Oyun Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur. Oyunun hekayəsi azadlığı dəstəkləməklə sülh üçün vuruşan "Gizli Olanlar" (ing. The Hidden Ones) – "Assasin Qardaşlığı"nın (ing. Assasin Brotherhood) sələfi və məcburi şəkildə qayda-qanunun təmin olunmasıyla sülh arzulayan "Qədimlər Ordeni" (ing. Order of Ancients) – "Tampliyer Ordeni"nin (ing. Templar Order) sələfi arasında olan və əsrlərdir davam edən münaqişənin mənşəyini öyrənir.
American Beauty: Original Motion Picture Score
“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir. Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür. Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüsser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar. Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar. == Treklərin siyahısı == "Dead Already" 3:17 "Arose" 1:05 "Power of Denial" 1:43 "Lunch with the King" 2:26 "Mental Boy" 1:43 "Mr.
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
Cucumis melo var. vaughans-original-osage
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Origen
Origе́n — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Bioqrafiyası == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
Misirli Origen
Origе́n — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Bioqrafiyası == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
Müqəddəs Origen
Origе́n — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Bioqrafiyası == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
İsgəndəriyyəli Origen
Origе́n — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Bioqrafiyası == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
İskəndəriyyəli Origen
Origе́n — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Bioqrafiyası == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
Divok Oriqi
Divok Okot Oriqi (18 aprel 1995[…], Ostende[d], Flamand regionu[d]) — Belçikalı peşəkar futbolçu, İtaliyanın "Milan" klubunda və Belçika milli komandasında hücumçu kimi çıxış edir. == Klub karyerası == Oriqi futbolçu karyerasına "Lill"də başlayıb və 2013-cü ildə peşəkar karyerasında ilk qolunu vurub. Bir il yarım sonra futbolçunu, İngiltərə Premyer Liqa klubu "Liverpul" 10 milyon funt-sterlinq qarşılığında transfer edib və onu 2014–15 mövsümu üçün yenidən "Lill"ə icarəyə verir. Zədələrə görə "Liverpul"da möhkəmlənə bilmir və bir müddət və Almaniyanın "Volfsburg" klubunda da bir il icarədə olur. Oriqi 2018–19 mövsümündə kluba müxtəlif mühüm töhfələr verir və 2019 Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı geri dönüşdə iki qol vurur. O, həmçinin növbəti mövsümdə 2019–20 Premyer Liqasını qazanan "Liverpul"un son 30 il ərzində ilk liqa titulunu qazanan heyətində olur. "Liverpul"da 8 il keçirdikdən sonra, 2022-ci ilin yay transfer pəncərəsində daimi müqavilə ilə İtaliyanın "Milan" klubuna qoşulur.
Krigia
Krigia (lat. Krigia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Olivin
Olivin - mineral, forsterit-fayalit fasiləsiz izomorf seriyanın üzvü, ümumi formulu - (Mg, Fe)2[SiO4]. Rombik Habitus izometrik, qısa prizmatik, yastılaşmış. İkiləşmə {100}, {011}, {012} üzrə. Ayrrılma {010}, {100} üzrə qeyri-mükəmməl. Aqreqat dənəvər. Müxtəlif çalarlı yaşıl. Sərtliyi 6,5. Xüsusi çəki ~4. Olivin tərkibində az miqdarda Mn, Ni və daha az - Co, Ca, Zn, Ti olur. Hidrotermal və aşınma proseslərində asanlıqla dəyişilir, serpentinə, xloridə və b.
Trigun
Trigun (yap. トライガン) — Satoşi Nişimura tərəfindən yaradılmış yapon anime serialı. == Məzmun == Trigun "Vaş Qasırğa" adlanan qəhrəmanın və "Bernardelli Sığorta Cəmiyyəti"-nin iki işçiləri olan Meril Strayf və Milli Tompsonun macəralarının üstündə əsaslanıb. == Əsas personajlar == Vaş Qasırğa (ヴァッシュ・ザ・スタンピード, Vasshu za Sutanpīdo, ingilis versiyasında Vash the Stampede) seriyanın baş qəhrəmanı və "Humanoid Qasırğa" adlanan enerji mənbəyi. Meril Strayf (メリル・ストライフ, Meriru Sutoraifu, ingilis versiyasında Meryl Stryfe) və ya "Darrincer Meril", Bernardelli Sığorta Cəmiyyətinin işçisidir. Milli Tompson (ミリィ・トンプソン, Mirī Tonpuson, ingilis versiyasında Milly Thompson) və ya "Bayıltıcı silah Milli", Bernardelli Sığorta Cəmiyyətinin işçisi və Merilin köməkçisidir. Nikolas D. Vulfvud (ニコラス・D・ウルフウッド, Nikorasu Dī Urufūddo, ingilis versiyasında Nicholas D. Wolfwood), bəzən "Cəzalandırıcı Nikolas" kimi tanınır, Mayklın Gözü təşkilatının üzvüdür. == Həmçinin bax == 5 Centimeters Per Second Ninja Scroll Cowboy Bebop == İstinadlar == == Xarici keçidlər == Trigun — Internet Movie Database saytında.
Trizin
Trizin (yun. Τροιζήν ή Τροιζήνα) — Yunanıstanda kənd. Dəniz səviyyəsindən 64 metr yüksəklikdə, Peloponnes yarımadasının Arqolida bölgəsinin cənub-şərq hissəsində, Qalatasdan 8 kilometr qərbdə, Metanadan 10 kilometr cənubda, Korinfdən 62 kilometr cənub-şərqdə və Afinanın cənub-qərbindən 63 kilometr məsafədə yerləşir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 673 nəfərdir. Attika periferiyasının Adalar periferiya vahidinin Triziniya-Metana icmasına daxildir. 1929-cu ilə qədər Damalas (Δαμαλάς) adlanırdı. Adı qədim Trezen (q.yun. Τροιζήν, lat. Troezen) şəhərinin şərəfinə dəyişdirildi. Qədim İoniya şəhəri Trezen Saronikos körfəzinin sahilindən təxminən üç kilometr məsafədə, müasir Trizin kəndi yaxınlığında yerləşirdi.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Origo
Origo (azərb. Mənşə‎) — Macarıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Yoçi Papai "Origo" mahnısı ilə Macarıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Qaraçı musiqisinin zəngin şəkildə təbliğ edildiyi mahnı ifaçı tərəfindən bəstələnmişdir.
Tigin
Tigin (çincə: 特勤) — Türk dövlətlərində xaqanın vəliəhdlərinin daşıdığı titul. Bunlardan ən məşhuru Kül Tegindir. Günümüzdə "Təkin", "Tegin" olmaqla şəxsi ad kimi istifadə olunur.
Acacia origena
Acacia origena (lat. Acacia origena) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Alfredo Oriani
Alfredo Oriani (it. Alfredo Oriani), (d. 22 avqust 1852, Faentsa -v. 18 oktyabr 1909, Kasola Velsenio)- italiya yazıçısı == Həyatı == Alfredo Oriani Ravenna əyalərinin Faentsa şəhərində, xırda imtiyazlı zadəgan ailəsində anadan olmuşdur. Hələ gənc ikən qələmə aldığı “Hüddudan kənarda” (1877) və “Yox” (1881) romanlərı, həmçinin “Yabanı ot” (1879) və “Kvartet” (1883) hekayələr toplusu yerli ədəbi tənqid tərəfindən “mənəviyyatdan kənar” əsərlər kimi xarakterizə edilmişdir. olunmuşdur. Bundan sonra işıq üzü gprən “Düşmən” romanlarında Rusiya cəmiyyətindəki nihilistlər mühitində cərəyan edən hadisələr canlandırılırdı. “Qısqannclıq” (1894), “Məğlubiyyət” (1896) və “Burulğan” (1899) romanı məişət psixologiyasından bəhs edir. 1908- ci ildə yazdığı “İdeal çevriliş” risaləsində İtalyanın yüksəlişini hakimiyyətə gələcək güclü şəxsiyyət baglayırdı. 1923- 1933- cü illərdə yazıçının külliyatı biləvasitə B. Mussolininin redaktorluğu altında çap olunmuşdur.Alfredo Oriani XIX əsr İtaliya tarixinin yanınmış siyasi xadimlərinsdə biri idi.
Allophylus roigii
Forchhammeria trifoliata (lat. Forchhammeria trifoliata) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinin forchhammeria cinsinə aid bitki növü.
Dorstenia roigii
Dorstenia roigii (lat. Dorstenia roigii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Odinin axtarışında
Odinin axtarışında (norv. Jakten på Odin) — Norveç səyyahı Tur Heyerdalın Rusiyanın Azov qəsəbəsində həyata keçirilən arxeoloji qazıntı işləri barədə 2001-ci ildə yazdığı kitab. == Nəzəri arxaplan == Tur Heyerdalın bu səyahətindəki əsas məqsədi İslandiya tarixçisi Snorri Sturlusonun XIII əsrdə Skandinaviyanın qədim hakim sülalələri və xristianlıqdan əvvəl yerlilərin pərəstiş etdiyi tanrıların mənşəyi barədə yazdığı İnqlinqa saqasının həqiqət olduğunu isbat etmək idi. Snorri kitabında evheremist məlumat verir. O, burada Odin və digər Asar tanrılarının romalı işğalçılardan qaçmaq üçün Don çayı ərazisindən Skandinaviyaya köçdüyünü iddia edir. Snorrinin irəli sürdüyü fikrə görə, onlar yerli əhalini elə valeh etmişdilər ki, artıq ilahiləşdirilmişdilər.Heyerdal Qara dənizdən Don çayına üzərək Asar tanrılarının mənşəyini axtarmağa çalışırdı. Heyerdahl 2002-ci ildə həlak olan zaman qazıntı işlərinin ikinci mövsümü hələ yeni sona çatmışdı. == Tənqidi == Tur Heyerdalın Odinin axtarışında layihəsi Norveç akademiklərdən sərt tənqidlər almışdır. Odin layihəsi barədə olan birinci kitab – Sərhədsiz (1999) və ikinci kitab – Odinin axtarışında (2001) nəşr olunduğu gündən tanınmış akademiklərin sərt və ətraflı tənqidlərinə məruz qalmışdır. İkinci kitabından nəşrindən sonra Heyerdala qarşı edilən hücumlar çoxu tərəfindən bihörmət hesab edilirdi.
Onegin Hacıqasımov
Onegin Yusif oğlu Hacıqasımov (monax adı Siluan, sxima adı Simon; 4 iyun 1937, Bakı – 30 iyun 2002) — Azərbaycan-sovet şairi, Sovet ittifaqında məşhur olan bir çox mahnı sözlərinin müəllifi. == Həyatı == Atası Yusif Hacıqasımov (1892-1960) Moskva Universitetində hüquq fakültəsini bitirmiş, 1940-cı illərədək NKVD-də işləmişdi. Anası Mehtəban Hacıqasımova (1905-1980) isə rus dili və ədəbiyyatını çox sevdiyi üçün 1937-ci ildə, böyük rus şairi Aleksandr Puşkinin vəfatının 100-cü ildönümündə dünyaya gələn oğlunu Puşkinin ən məşhur əsərlərindən birinin baş qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə adlandırır. Onun 1942-ci ildə dünyaya gələn kiçik qardaşını isə Nizami Gəncəvinin 800 illiyinin şərəfinə Nizami adlandırmışdılar.1954-cü ildə Onegin Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olur. Növbəti il hərbi xidmətə yollanır və 3 il hərbi dəniz qüvvələrində xidmət keçdikdən sonra yenidən təhsilini davam etdirərək institutu bitirir. Yazdığı mahnılar sayəsində 1960-1980-ci illərdə SSRİ-də ən populyar nəğməkar-şairlərdən birinə çevrilir. Onun sözlərinə məşhur bəstəkarlar mahnı bəstələyir və populyar müğənnilər tərəfindən ifa olunurdu. Onegin Hacıqasımov həm də bir sıra xarici mahnılara rus dilində mətnlər yazması ilə məşhurdur. Onun söz müəllifi olduğu mahnıları ifa edənlər arasında Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, "Qaya" Vokal Kvarteti, Valeri Obodzinski, Yuri Antonov, Aida Vedişşeva, "Vesyolıye rebyata" qrupu və bir çox başqaları olmuşlar. 1985-ci ildə o, pravoslavlığı qəbul edir və 1988-ci ildə Moskva vilayətindəki Optina pustın monastırında ierosximonax Simon adını qəbul edir.30 iyun 2002-ci ildə onkoloji xəstəlikdən vəfat edir.
Orimif adası
Orimif — Oxot dənizində yerləşən Amur çayının məsəbində yerləşən, materikdəki Orimif burnundan 2,3 km aralıda yerləşir. Ada 2,2 km uzunluğa malikdir. Üzərini qamış və kolluqlar örtmüşdür. İnzibati cəhətdən Xabarovsk diyarının Oremif kəndi inzibati ərazisinə daxildir.
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. == Geomorofloji termin == Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Peter Verigin
Peter Verigin (rus. Веригин, Пётр Васильевич; 11 iyul 1859, Slavyanka, Tiflis quberniyası – 29 oktyabr 1924) — Rus əsilli filosof, aktivist və Duxoborlar təriqətinin əsas dini liderlərindən biri. == Həyatı == === Zaqafqaziyada === Peter Verigin 1859-cu ilin 12 iyul tarixində Rusiya imperiyasının Tiflis quberniyasına daxil olan Yelizavetpol qəzasının Slavyanka kəndində anadan olmuşdur. Slavyanka kəndi 1840-cı illərdə Rusiya və Ukrayna ərazisindən buralara köçürülümüş etnik təriqətçilər tərəfindən salınmışdır. Həmin təriqətçilərin formalaşdırmış olduğu duxoborlar tərqitənin əsas mərkəzlərindən biri də, Slavyanka kəndi olmuşdur. Kənd sakinlərinin dediklərinə görə, Peter Veriginin atası olmuş, Vasili Verigin savadsız bir şəxs osla da, kənd bələdiyyəsinin başçısı seçildikdən sonra kənd ərazisində bir sıra talançılıq və despotik hərəkətlər törətmişdir.1882-ci ildə Lukerya duxoborların yaşadığı Slavyanka kəndini ziyarət edir və burada varlı ailədən olan gənc Pyotr Veriginlə tanış olur. O zaman Veriginin cəmi 25 yaşı var idi və o, evli idi. Lakin buna baxmayaraq, Lukerya ona öz katibi olmağı və Qorelovka kəndinin icma mərkəzinə köçməyi təklif edir. Pyotr razılaşır və qısa müddətdə Kalmıkovanın sağ əlinə çevrilir.
Qorinin işğalı
Qorinin işğalı — Qori və ətraf bölgələrinin Rusiya-Gürcüstan müharibəsi çərçivəsində Rusiya hərbi qüvvələri tərəfindən 13 avqust 2008-ci ildə başlayan və 22 avqust 2008-ci il tarixində rus birliklərinin şəhərdən çıxması ilə sona çatan hərbi işğalı idi. == Zəmin və ilk hava hücumları == Qori mərkəzi Gürcüstanda, Tsxinvali şəhərindən təxminən 25 km (16 mil) məsafədə yerləşən strateji bir şəhərdir. Şəhər həmçinin Gürcüstanın böyük bir hərbi quraşdırma və nəqliyyat mərkəzidir.7 avqustda Qori yaxınlığında 75 tank və zirehli nəqliyyat vasitələri (Gürcüstan hərbi arsenalının üçdə biri) yığılmışdı. 9 avqust 2008-ci il tarixində, səhər saat 6:27 radələrində Reuters, iki rus qırıcısının Gürcüstanın Qoridən 10 km şimalda yerləşən altilleriya mövqeyini bombaladığını bildirmişdir. Yaranan partlayış zamanı bazadan əlavə bir neçə yaşayış binası və bir məktəb də ziyan görmüşdü. Gürcüstan hökuməti yaşayış binalarına bomba düşməsi nəticəsində 60 nəfər mülki vətəndaşın öldüyünü bildirmişdir. Rusiya mətbuatının yazdığına görə, Rusiya təyyarələri silah anbarına üç bomba atmış və anbardalı sursatların partlaması nəticəsində əraziyə bitişik 5 mərtəbəli yaşayış binalarından birinin fasadı zərər görmüşdü. Rus təyyarələri 9 avqusta qədər Gürcüstanın ən az beş şəhərini bombalamışdır. == Gürcüstanın tərk edilməsi == Gürcüstan Ordusu Tsxinvali məğlubiyyətindən sonra yenidən Qoridə toplandı. Gürcüstan hərbçiləri 10 avqustda şəhərə daxil oldular.
Börçigin
Börçigin, türk-monqol soyu.(Monqolca: Боржигин, Borçigin; çinçə 博爾濟吉特, pinyin: Bó'ěrjìjítè), Çingiz xanın imperial sülaləsinin və onun varislərinin son sülalə adıdır. Börçigin sülaləsinin üzvləri XX əsrə qədər Monqolustanın hakimləri idilər. Sülalənin adı bundan başqa "Altan Uruq" (monqolca: Алтан ураг) yəni "qızıl soy" və Munkak olaraq da bilinir. Əsasən Bodonçarın sülaləsi üçün istifadə olunan Börçigin adı Monqol imperiyası qurulduqdan sonra Kiyat boyundan yalnız Çingiz xan, Cuci Kasar, Kaçiun və Temüge Ocçigin olmaqla 4 qardaşın soyundan gələnlərə Börüçigin deyilməyə başlandı. Sülalə üzvləri uzun bi dövr Asiya Şərqi Avropanın bir çox xalqları arasında hakim sülalə olmuşdur. Bu gün bu sülalənin üzvləri hələ də Daxili Monqolustanda,Monqolustanda, Sintszyanda qalmaqdadır. Monqolustanda soyad qəbulu prosesi keçirilən zaman bir çox nəsil Börçigin soyadını qəbul edərək özünün Çingiz soyundan gəldiyini iddia etməyə başladı. Ümumiyyətlə genetik araşdırmalar sübut edir ki, Çingizin soyu bütün Asiya və Şərqi Avropa boyunca yayılmışdır. == Sülalənin mənşəyi == Sülalənin başlanğıcı Boz Qurdla ( Börteçin) Ağ Maraldan ( Qua Maral) gəlir. "Monqolların gizli tarixi"nə görə, Dobu Mergenin dul arvadı Alan Qua nur vasitəsilə uşağa qalmışdır (orta əsrlərdə bir çox sülalə özünə belə bir sülalə tarixi yazaraq, öz mənşəyini Göylərə bağlamışdır).
Oreqon
Oreqon (ing. Oregon) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Seylem şəhəridir.
Sırqın
Sıqın (fars. سرقين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 825 nəfər yaşayır (185 ailə).
Orqan
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sığın
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Örvin
Örvin (ing. Irvine, şot.kelt Irbhinn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Aleksey Kosıgin
Aleksey Nikolayeviç Kosıgin (rus. Алексей Николаевич Косыгин; 8 (21) fevral 1904, Sankt-Peterburq – 18 dekabr 1980[…], Moskva) — sovet dövlət və partiya xadimi. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1964, 1974). 6 dəfə Lenin ordeni laureatı. 1927-ci ildən ÜİK(b)P üzvü, ÜİK(b) MK (1939–80-ci illər); ÜİK(b) MK Rəyasət Heyəti üzvlüyünə namizəd (1946–53 və 1957–60-cı illər), Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosu üzvü (1960–80-ci illər). SSRİ Ali Sovetinin deputatı (1946–80-ci illər). == İstinadlar == == Mənbə == М. Антонов. Цена реформаторства // Красная звезда, 25 Апреля 2007 года Arxivləşdirilib 2008-03-25 at the Wayback Machine Михаил АНТОНОВ. РЕФОРМА ЛИБЕРМАНА — КОСЫГИНА — "РЕВОЛЮЦИЯ ОБЫВАТЕЛЕЙ" Судьба наркома: Неизвестный премьер // КТО есть КТО, № 1 1998 Arxivləşdirilib 2005-01-19 at the Wayback Machine О драматических страницах жизни советского премьера рассказывает его внучка Т. Гвишиани-Косыгина // РГ Алексей Гвишиани: "Не надо жалеть Косыгина!" // Правда. Ру Тайны истории: Премьер СССР Алексей Косыгин О "Косыгинских реформах" (выдержки из книги Андриянова) Arxivləşdirilib 2007-05-27 at the Wayback Machine О Косыгинской автомобильной политике (выдержки из книги Андриянова) Arxivləşdirilib 2007-09-26 at the Wayback Machine Социальные аспекты "косыгинской" реформы середины 1960–70-х годов.