Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rotadan çıxma
Rotadan çıxma ümumiyyətlə istiqamət dəyişdirmə deməkdir. Hər hansı bir istinad nöqtəsinə nisbətdə bir bucaqda hərəkət edən bir obyektin hərəkət bucağı dəyişdikdə o obyekt rotadan çıxmış sayılır. Aviasiya sahəsindəki “yaw” ifadəsinin Azərbaycanca ekvivalenti ilə uyğun gələn hərəkət adıdır, ancaq yalnız təyyarələrdə deyil, bütün nəqliyyat vasitələrində sağa və ya sola dönməyə aiddir. Təyyarələr quyruqlarındakı sükanları ilə və gəmilər isə gövdələrinin aşağı hissəsində olan sükanla dönürlər. Elmi dünyada qəbul edilən hər hansı bir nəzəriyyə və ya qanunu pozmaq və ya səhvini sübut etmək üçün də bu addan istifadə olunur. Məsələn, zamanda səyahət fizikanın iki əsas qanunu olan Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsinə ziddir. Həmçinin səbəb prinsipi ilə də ziddiyyət təşkil edir. Günlərin bir günündə kimsə zamanda səyahət etmiş olarsa, bu bütün məlum fizika qanunlarının əsasını təşkil edən kvant mexanikası və ümumi nisbilik nəzəriyyəsini məhv edəcək, beləliklə də bütün məlum fizika qanunları da etibarsız olacaqdır. Bunun sonunda Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsi rotadan çıxacaq, başqa sözlə etibarını itirəcəkdir.
Ortada adam hücumu
Ortada adam hücumu (ing. Man-in-the-middle Attack) – autentifikasiya protokolunun əsasında yerinə yetirilən hücum. Hücum edən autentifikasiya olunan və autentifikasiya edən tərəflər arasında yerləşərək onlar arasında ötürülən verilənləri ələ keçirə və dəyişə bilər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Qışlaq-i Ortadağ-i Hacıabad (Biləsuvar)
Qışlaq-i Ortadağ-i Hacıabad (fars. قشلاق اورتاداغ حاجي عباد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (5 ailə).
Qışlaq-i Ortadağ-i Tapdıq (Biləsuvar)
Qışlaq-i Ortadağ-i Tapdıq (fars. شلاق اورتاداغ تاپدوق‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (8 ailə).
Qışlaq-i Ortadağ-i İsmayıl (Biləsuvar)
Qışlaq-i Ortadağ-i İsmayıl (fars. قشلاق اورتاداغ اسماعيل‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (17 ailə).
Qışlaq-i Qövmirçinli-i Ortadağ (Biləsuvar)
Qışlaq-i Qövmirçinli-i Ortadağ (fars. قشلاق گورچينلواورتاداغ‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (26 ailə).
Artavan
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Xortdan
Xortdan ya da xortlaq — gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud, folklor və xalq əfsanələrinə görə qaniçən məxluq. Xortdanlar əsasən Şərqi Avropa mifologiyasında var. Ən tanınmış ənənəyə görə onları günəş işığı, ürəyə vurulmuş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə şey öldürür. == Xortdanların xüsusiyyətləri == Ümumilikdə xortdanların əlamətləri aşağıdakı kimidir: Gün işığından qorxurlar; Gecələr məzarlardan çıxır (xırtlar / xortlar); Qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və xüsusiyyətləri; Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur. Ağızları daima qanlı olur, qanları laxtalanmır.Bu məxluqlar qadın və ya kişi ola bilərlər, lakin çox vaxt çirkin qadınlar olurlar. Onların məkanı kimsəsiz və tənha yerlər, eləcə də qəbiristanlıqlardır. İnanca görə xortdan hücumundan qorunmaq üçün qəbiristanlığın yanından keçər­kən dua oxumaq lazımdır. == Türk mədəniyyətində xortdan == Xortlayan insanın axirətdən qovulduğuna inanılar. Guya ki, gecələr məzarından çıxan, kəfənlə ortalıqda gəzən bu varlıq sürətlə qaça bilər, ata minər, silahdan istifadə edə bilər, istədiyi insanı döyər, sevdiyi insanı qaçırar, evlərə hücum edər, yol kəsər. Macar dilinin köklərini araşdırmaq məqsədi ilə Orta Asiyaya qədər dərviş qılığında səfər edən Professor Arminius Vambery'e görə: "Osmanlı dövründə məşhur bir inanca görə vampirlər ağac kovuklarında gizlənirlər və oralarda avlanırlarmış.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Oraban
Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. == Toponimikası == Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur. Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır. == Tarixi == Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır.
Ortalar (Qars)
Ortalar — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiya == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhali == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 297 nəfər daimi əhali yaşayır.
Portadaun FK
"Portadaun" — Şimali İrlandiyanın futbol klubu.Klub Mid-Ulster iştirak etmək istəyən gənclərdən ibarət komanda kimi 1887-ci ildə yaradılıb və 1924-cü ildə digər yerli klubların dəstəyi ilə İrlandiya Liqasına qoşulub.
Aradan şəhristanı
Aradan şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aradan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 15,418 nəfər və 4,437 ailədən ibarət idi.
Makbule Atadan
Makbulə Atadan (1885, Saloniki – 18 yanvar 1956, Ankara), Türk yazıçı və siyasətçidir. Mustafa Kamal Atatürkün bacısıdır. == Həyatı == 1885-ci ildə Salonikidə dünyaya gəlib. Balkan müharibələrindənndan sonra anası Zibeydə xanım ilə birlikdə İstanbula köçüb. Cümhuriyyətin elanından sonra Ankaraya getdi. Bir müddət qardaşı Mustafa Kamal ilə qaldıqdan sonra Çankaya Köşkü ərazisi içində onun üçün inşa edilən Camlı Köşkə yerləşdi. 1930-cu ildə Atatürkün istəyi ilə Fəthi Okyarın qurduğu Sərbəst Cümhuriyyət Firqəsinə girən Makbulə Xanım bir neçə ay sonra partiya bağlandıqdan sonra siyasətdən çəkildi. Atadan əslən Gümülcinəli bir fabrik sahibi olan Ədirnə millətvəkili Məcdi Boysan ilə evləndi və daha sonra boşandı. Qardaşı haqqında xatirələri Böyük Qardaşım Atatürk (1952) ve Qardaşım Mustafa Kamal (1952) adları elə yayımlandı. 18 yanvar 1956-cı il tarixində saat 12:55 də 71 yaşında Camlı Köşk, Ankarada vəfat etdi.
Oraban bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xortdan (Türk mifologiyası)
Atadan oğula (film, 2017)
Atadan oğula qısametrajlı sənədli televiziya filmi rejissor Bəylər Bəylərov tərəfindən 2017-ci ildə çəkilmişdir. ARB-də istehsal edilmişdir. Film ata-oğul əməkdar artistlər, mahir kamança ifaçıları Mirnazim Əsədullayev və Toğrul Əsədullayevin sənət yoluna həsr olunub. == Məzmun == Film ata-oğul əməkdar artistlər, mahir kamança ifaçıları Mirnazim Əsədullayev və Toğrul Əsədullayevin sənət yoluna həsr olunub.
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. == Məzmun == Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur.Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. == Film haqqında == Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb. Film Elçinin "Ox kimi bıçaq" povesti əsasında çəkilib.
Ordan-burdan (film, 1987)
== Məzmun ==
Qorxu və tənbeh olmadan (film, 1962)
Qorxu və tənbeh olmadan (rus. Без страха и упрёка) — uşaqlar üçün kino. == Sujet xətti == Moskvalı məktəbliləri — oğlanlar Vadik (Viktor Qlazkov), Yura (Nikolay Burlyayev) və qız Toşa (Alla Vitruk) küçədə böyük məbləğdə pul tapırlar. Bu pul ekspedisiya üçün lazımi texnika almaq məqsədi ilə paytaxta birgünlük ezamiyyətə gəlmiş, lakin böyük şəhərdəki qələbəlikdə çaşlb-qalmış bir nəfər tərəfindən itirilib. Məktəbli üşaqlar qərara gəlirlər ki, həmin naməlum şəxsi tapıb, pulu ona qaytarsınlar. Beləliklə, uşaqların sərgüzəştləri başlayır. Nəcib niyyətə qulluq etmək istəyən uşaqlar, nəyə görəsə, bunun əvəzinə pulun çox hissəsini xərcləyirlər. Onlar valideynlərə, müəllimlərə qarşı kobudluq edir, evdə yalan danışırlar, şampan şərabı içirlər.
Qızım olmadan heç vaxt (film, 1991)
Qızım olmadan heç vaxt (İngiliscə:Not Without My Daughter), 1991 istehsalıdır ki bir Amerika vətəndaşı Betti Mahmudi və qızının ərindən və İrandan qaçışlarını mövzu alan filmdir. Film ABŞ və İsraildə çəkildi və baş rollarda Salli Fild və Alfred Molina oynamışdır. == Xarici keçidlər == Not Without My Daughter — Internet Movie Database saytında.
Milyon il bizim eradan əvvəl (film, 1966)
Milyon il b. e. ə. (ing. One Million Years B.C.) (tam adı: Milyon il bizim eradan əvvəl) — rejisor Don Çeffinin çəkdiyi kommersiya filmi. Film çox qədim zamanlarda, mağara adamlarının həyatı haqqındadır. Film müxtəlif qəbilələrdən olan Tumak və Loana adlı iki gəncin məhəbbətindən bəhs edir. Müxtəlif qorxulu və həyacanlandırıcı hadisələrlə davam edən film qədim insanların həyat tərzini göstərməyə çalışır. == Mənbələr == Л. Ильина, "На экранах мира", Издательство "Искусство", М., 1972. == Xarici keçidlər == "Миллион лет до нашей эры" — Internet Movie Database saytında.
Yaz harada, biz orada (film, 1984)
== Məzmun == Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.
Nüvə Silahlarının Tamamilə Aradan Qaldırılması üçün Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.