XORTDAN

is. Guya gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud.
Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar! C.Məmmədquluzadə.
[Əsəd:] Bir adama deməyiniz, qəbiristanda xortdan var… B.Talıblı.

// məc. Görünüşcə qorxunc, insanı dəhşətə salan adam haqqında.
Xortdandı, çoxandı, qoyma, gəldi! Kirdarı yamandı, qoyma, gəldi! M.Ə.Sabir.

XORT
XORTLAMA
OBASTAN VİKİ
Xortdan
Xortdan ya da xortlaq — gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud, folklor və xalq əfsanələrinə görə qaniçən məxluq. Xortdanlar əsasən Şərqi Avropa mifologiyasında var. Ən tanınmış ənənəyə görə onları günəş işığı, ürəyə vurulmuş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə şey öldürür. Ümumilikdə xortdanların əlamətləri aşağıdakı kimidir: Gün işığından qorxurlar; Gecələr məzarlardan çıxır (xırtlar / xortlar); Qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və xüsusiyyətləri; Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur. Ağızları daima qanlı olur, qanları laxtalanmır. Bu məxluqlar qadın və ya kişi ola bilərlər, lakin çox vaxt çirkin qadınlar olurlar. Onların məkanı kimsəsiz və tənha yerlər, eləcə də qəbiristanlıqlardır. İnanca görə xortdan hücumundan qorunmaq üçün qəbiristanlığın yanından keçər­kən dua oxumaq lazımdır. Xortlayan insanın axirətdən qovulduğuna inanılar. Guya ki, gecələr məzarından çıxan, kəfənlə ortalıqda gəzən bu varlıq sürətlə qaça bilər, ata minər, silahdan istifadə edə bilər, istədiyi insanı döyər, sevdiyi insanı qaçırar, evlərə hücum edər, yol kəsər.
Xortdan (Türk mifologiyası)
Xortdanın cəhənnəm məktubları
"Xortdanın cəhənnəm məktubları" povesti — Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəridir. Əsər 1906-cı ildə Molla Nəsrəddin jurnalında çap olunsa da, 1930-cu il- də "Odabaşının hekayəsi" ona əlavə olunaraq ayrıca kitab halında çap olunmuşdur. Bu povestdə əsas ideya xalqın tərəqqisinə mane olan ictimai təbəqələrin, habelə o dövrdə Azərbaycandakı mühafizəkar qüvvələri tənqid etməkdir. Lakin yazıçı yeri gəldikdə başqa ciddi siyasi-ictimai mətləblərə də toxunmuşdur. Yazıçı "Xortdanın cəhənnəm məktubları" povestində həyatda görüb müşahidə etdiyi mənfi tipləri "cəhənnəm" adlanan məkanda cəmləşdirərək ideya və mövzu baxımından zəngin bir əsər yaratmışdır. "Xortdanın cəhənnəm məktubları" povestinin mövzusu yazıçının özünün dediyi kimi, "mənfi tiplər cəmiyyəti" ilə əlaqədardır. Povestdə həm bu dünyanın, həm də cəhənnəmin təsvirində üç əsas mövzu diqqəti cəlb edir. Bunlardan birincisi, fırıldaqçı din xadimlərinin ifşasıdır. Bu mövzu müqəddimə hissəsindən başlayaraq bütün əsər boyu davam edir. İkinci mövzu burjua-mülkədar cəmiyyətinin ifşası məsələsidir.

Digər lüğətlərdə