Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pedru Ameriku
Pedru Ameriku (port. Pedro Américo de Figueiredo e Melo; 29 aprel 1843 – 7 oktyabr 1905, Florensiya, İtaliya) — görkəmli Braziliya akademik rəssamlarından biri. Müəllim və yazıçı kimi də fəaliyyət göstərmişdir. 1857-ci ildə İmperiya Təsviri İncəsənət Akademiyasında təhsil almaq üçün təqaüd alaraq Rio-de-Janeyro şəhərinə köçmüşdür. Daha sonra təhsilini Avropada davam etdirmişdir. Parisdə Təsviri İncəsənət Məktəbində təhsil almış, Jan Ogüst Dominik Enqrin, İppolit Frandrenin və Kral Vernenin tələbəsi olmuş, əsərləri şöhrət qazanmış və 1868-ci ildə Brüssel Universitetində doktorluq dərəcəsi əldə etmişdir. Braziliyaya qayıtdıqdan sonra ən məşhur əsərlərindən biri olan "Ya müstəqillik, ya ölüm" rəsm əsərini çəkmişdir. Rəsm əsərində Şahzadə Pedrunun Braziliyanın Portuqaliyadan müstəqilliyini elan etdiyi an təsvir olunur. Rəsm on illərlə Braziliyada ibtidai məktəblər üçün nəzərdə tutulmuş tarix kitablarında istifadə olunmuşdur. Həyatının çox hissəsini İtaliyanın Florensiya şəhərində keçirsə də, tez-tez Rio-de-Janeyroya gedib-gələn Pedru Ameriku lektor və incəsənət tarixçisi kimi də xidmət vermişdir.
Pedru Nuniş
Pedru Nuniş (port. Pedru Nunes, lat. Petrus Noniusı 1502[…] – 11 avqust 1578[…], Koimbra, Portuqaliya krallığı) — Portuqal riyaziyyaçı. Pedro Nuniş öz dövrünün ən məşhur riyaziyyatçısıdır. Onun əsas nailiyyəti naviqasiya üzrədir. O həmçinin bir neçə alət, vernier hansı ki, onun şərəfinə adlanmışdır. Onun ailəsi yəhudidir. Nuniş Salamanki Universitetini 1521–1522-ci illərdə oxuyub və sonra Lissabonda universitete daxil olub, 1525-ci ildə tibb üzrə dərəcə alıb. Həmçinin astronomiya, astrologiya və riyaziyyat üzrə mütəxəssisdir. Tibb təhsili aldığı zaman universitetdə filosofiya, məntiq və metafizika üzrə dərs deyib.
Badrud
Badrud — İranın İsfahan ostanının Nətənz şəhristanının İmamzadə bəxşində şəhər və həmin bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən əhalisi 14,391 nəfər və 3,709 ailədən ibarət idi.
Dərrud
Dərrud — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,979 nəfər və 1,431 ailədən ibarət idi.
Nəmrud
Nəmrud (q.yəh. נִמְרוֹד‎; e.ə. 1751 – e.ə. 1638) —Tövratda və Quranda xatırlanan şah, ovçu. (Bəqərə surəsi 158-ci ayə və sonrakı ayələr) Nəmrudun adı İbrahim peyğəmbərlə bərabər çəkilir. Millətinə bütlərin heç bir fayda verə bilməyəcəyini, dəfələrcə deyən və ancaq Uca Allahın üstün vəsflərə sahib olduğunu bildirən İbrahim (ə.s.) millətinin özünə inanmadığını gördükdə dərhal Nəmrudun yanına getdi. Qurani-Kərimdə adı keçməyən və o dövrdə millətin idarəçisi olan Nəmrud, sahib olduğu sərvət və səltənəti ilə özünü tanrı hesab edirdi. İbrahim (ə.s.) Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o, rədd etdi və İbrahim (ə.s.) ilə Rəbbi haqqında mübahisə etdi. İbrahim (ə.s.) Allah təalanın həm dirildən həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi.
Sərdrud
Sərdrud və ya Sərdəri — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 24,858nəfər və 6,903 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Çətrud
Çətrud — İranın Kirman ostanının Kirman şəhristanının Çətrud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,660 nəfər və 1,378 ailədən ibarət idi.
Hadrud
Hadrut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 2 oktyabr 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hadrut 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. == Tarixi == Qəsəbənin dəqiq salınma vaxtı məlum deyil. Burada həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidilərə rast gəlinir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kimi çəkilir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki Hadrut sakini — Moses Dülgəryants və Əhməd Daşdəmiroğlu — təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülmüşlər.
I Pedru (Braziliya imperatoru)
I Pedru (port. Pedro I; 12 oktyabr 1798 – 24 sentyabr 1834) — Cənubi Amerikada "Liberator" ləqəbi ilə tanınmış, Braziliya imperiyasının qurucusu və ilk hökmdarı. 1822-ci ildə Portuqaliya parlamenti ilk koloniya statusuna geri dönmək istəyəndə, Braziliyalılar, Don Pedro Jose Boni Faciə deAndrada Silvanın liderliyində müstəqillik hərəkətlərini başlatdılar və 7 sentyabr 1822-ci ildə müstəqilliklərini elan edib, 1824-cü ildə liberal bir konstitusiya qəbul etdilər. Nizamsız döyüşlərdən sonra Portuqaliyalılar Braziliyanın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldılar. Braziliya 1889-cu ilə qədər krallıqla idarə edildi. Latın Amerikasında ən uzun müddət krallıqla idarə edilən tək ölkə Braziliya idi. 1831-ci ildə Don Pedro, oğlu İkinci Don Pedroya taxtı tərk etməyi tələb etdiı. İkinci Don Pedro zamanında müasir Braziliyanın təməlləri atıldı. 1888-ci ildə 800.000 kəndliyə azadlıq verildi. 1889-cu ildə qansız bir zərbə ilə krallıq idarəsi yıxılaraq respublika idarəsi quruldu.
III Pedru (Portuqaliya kralı)
III Pyotr (port. Pedro III) və ya Qurucu Pyotr (port. Pedro o Edificador; 5 iyul 1717[…], Lissabon – 25 may 1786, Sintra[d], Lissabon dairəsi[d]) — Braqanza sülaləsinə mənsub altıncı Portuqaliya kralı. Qardaşı qızı olan I Mariya Fransiska ilə birlikdə ortaq monarx kimi ölümünədək Portuqaliyanı idarə etdi. Vəfatından sonra xanımı təkbaşına krallığı idarə etdi. == Mənbə == David Birmingham A Concise History of Portugal 2003 Page 205 "Pedro III 1777–86" Sousa 1741, Vol VIII, p.
II Pedru (Portuqaliya kralı)
II Pyotr (port. Pedro II) və ya Pasifik Pyotr (port. Pedro o Pacífico; 26 aprel 1648[…], Ribeyra sarayı, Lissabon, Portuqaliya – 9 dekabr 1706[…], Alkantara[d], Lissabon, Portuqaliya) — Braqanza sülaləsinə mənsub üçüncü Portuqaliya kralı. == Mənbə == Marsha, Linda Frey (1995), The Treaties of the War of the Spanish Succession, p. 335 Sousa, António Caetano de. História genealógica da Casa Real portuguesa (in Portuguese). Vol.
İnfant Pedru (Koimbra hersoqu)
İnfant Pyotr (port. Infante Don Pedro) (9 dekabr 1392, Lissabon – 20 may 1449) — ilk Koimbra hersoqu və Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. Yaşadığı dövrdə ən çox səyahət edən şahzadə olan Don Pyotr 1439–1448-ci illərdə taxt naibi olaraq xidmət etmişdir. Don Pyotr 1392-ci ildə Lissabonda dünyaya gəldi. Digər qardaş və bacılarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 1415-ci ildə atası, qardaşları Eduard və Henriylə birlikdə Seutanın fəthində iştirak etdi. Fəthin ardından qardaşlarıyla birlikdə müxtəlif ünvanlar aldı: Qardaşı Henri Vizey hersoqu, özü isə Koimbra hersoqu elan edildi. Bu ünvanlar Portuqaliya tarixində ilk dəfə yaradılmışdır. 1418-ci ildə ölkəni tərk etdi və gələcək 10 il boyunca Avropa miqyasında səyahətlərə qatıldı.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Nəmrud dağı
Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.
Nəmrud gölü
Nəmrud gölü (türk. Nemrut Gölü) — Türkiyənin şərqində, Ermənistan yaylasında, Nəmrud vulkanının kalderinin cənub-qərbində yerləşən şirin sulu krater gölü. Göl dəniz səviyyəsindən 2247 metr yüksəklikdə yerləşir. Ümumi sahəsi 12 km², ən dərin yeri 176 metrdir. Göl suyunun həcmi — 1,26 km³-dir. Təxminən 270 min il əvvəl Nəmrud-Dağ stratovulkananın növbəti püskürməsi nəticəsində onun konusunun tədricən çökməsinə və kalderin meydana gəlməsinə səbəb oldu. Kalderin cənub-qərb hissəsi digərlərindən daha erkən dağıldı və buna görə cənub-qərb hissəsindəki kalderanın dərinliyi ən böyükdür. Məhs bu ərazidə Nəmrud gölü formalaşmışdır. Göl əsasən qar suyu ilə (Nəmrud-Dağ vulkanı ilin 4 ayı qarla örtülür), həmçinin kalderanın dibində yerləşən bir neçə isti bulaqla qidalanır. Sonradan Nəmrudda baş vermiş kiçik püskürmələr nəticəsində lava axını Nəmrud gölünün şimal hissəsinə özündə ayırmış və Ilı gölü formalaşmışdır.
Ağcaxərabə (Sərdrud)
Ağcaxərabə — İranın Həmədan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Sərdrud kəndistanında, Rəzən qəsəbəsindən 10 km şimalda, Rəzən-Həmədan avtomobil yolunun 4 kilometrliyində yerləşir.
Sərdrud (Urmiya)
Sərdrud (fars. ‎سردرود‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 305 nəfər yaşayır (63 ailə).
Sərdrud döyüşü
Sərdrud döyüşü — 21 aprel 1408-ci ildə Qara Yusif rəhbərliyi altındaki Qaraqoyunlu ordusu ilə Sultan Miranşah rəhbərliyi altındaki Teymuri ordusu arasında baş verən qanlı vuruşma.Qaraqoyunlular qələbə qazanaraq Teymuriləri Şərqi Anadolu, Azərbaycan və Qərbi İrandan qovdu. Bu qələbə ilə Teymurilər dövləti qərbə heç bir təsir edə bilmədi və Fətrət dövrünə girən Osmanlılar və Məmlük dövləti yenidən güclənməyə başladı. 1406-cı ildə Naxçıvan döyüşündəki məğlubiyyətinin intiqamını almaq üçün hazırlanan Əbu Bəkirin ordusuna Cevani Qurbani, Əmir Tahir, Əmir Novruz, Əbdurrəhman kimi əmirlərin 5 minlik ordusunun qatılması ilə dahada gəcləndi. Əbu bəkir Qara Yusiflə vuruşmaq üçün möhkəm hazırlıqlar görürdü. Bu səfər üçün Azərbaycan və ətrafındaki əmirlərin ona kömək etməsini istəyirdi. Yeni qatılan ordu və əmirlər ilə Mirzə Əbu bəkir iştifarə qurultay qurdu. Beləliklə qurultay əsasında Çağataylar Qara Yusif və Türkmənləri üzərinə yürüməyə qərar verildi. Qısa müddət sonra bu planı yerinə yetirmək üçün Təbrizdən yola çıxdı Qara Yusif Mirzə Əbu bəkirin bu planından xəbərdar oldu və mövcud mövqeyini qoruyaraq Mirzə Əbu bəkiri dəf etmək üçün hazırlıqlara başladı.807/13 aprel 1408-ci ildə Sərdrud'a gəldi. Əsgərlərinə burda xəndəklər qazmağı əmr etdi.İki gün sonra 15 apreldə Əmir Bistam, Ahi Fərəc, Əmir Məsum, Pir Hüseyin və qardaşı Pir Mehmed Qara Yusifə qatıldı.Qara Yusif məşvərət toplayaraq döyüşüb döyüşməmək haqqında İraq və Türkmən əmirləri ilə danışdı.Qara Yusif İraq əmirlərinə : Mən Türkmən qəbiləsindənəm, yaylağım aladağ, qışlağım diyarbəkir və fərat sahilləridir. Səltənət işləri oqədərdə məni maraqlandırmır.
Hadrud rayonu
Hadrut rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir. Hadrut farsca iki çay arası deməkdir. Dizaq rayonu. Bu rayonun tərkibində 5 nahiyə (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;1939-cu il avqustun 17-də Ceraberd rayonu Mardakert, Dizaq rayonu isə Hadrut rayonu adlandırılmışdır.
Pədri dağı
Pədri dağı və ya Pərdis dağı — İranın Buşehr ostanında olan Cəm şəhristanının şəhərətrafında, Cəm ilə Siraf yarı yolunda yerləşib. Bu dağın maqniti elə güclü ki, əgər avtomobilizi bu dağın 50 −100 metr məsafəsində durdurasanız və əl tormozunu yendirəsiniz avtomobil aşağı başa hərəkət etmək əvəzinə dağa tərəf çəkilər. Məntəqənin bitki örtüsüdə bənzərsizdir və çox dərman xassələri vardır.
Vədud Müəzzin
Vədud Müəzzin — azərbaycanlı heykəltaraş, rəssam və musiqiçi. Vədud Səlim oğlu Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olmuşdur. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanır. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb. 1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilir. 1990 və 2000-ci illərdə Los-Anceles şəhərində, 1992–ci ildə Fransada, 1995–ci ildə Kanadada, 1997 – 1999 - 2012-ci illərdə Tehranda, 1998-ci ildə Dubayda, 2000 - 2013 - 2018-ci illərdə Bakıda, 2004–cü ildə Təbrizdə, 2005 - 2007-ci illərdə Ərdəbildə fərdi sərgiləri keçirilmişdir. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb.
Əl-Vədud
Əl-Vədud (ər. الودود) — Allahın adlarından biri.
Behrud
Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır. == Tarixi == Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir..
Cedrus
Sidr (lat. Cedrus) – şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == The Plant List saytının məlumatına görə cinsə aid 4 növ məlumdur: Cedrus atlantica (Endl.) Manetti ex Carrière — Atlas sidri Cedrus brevifolia (Hook.f.) Elwes & A.Henry — Qısaiynəyarpaqlı sidr, bəzi mənbələrdə Livan sidri (Cedrus libani) növünün yarımnövü hesab edilir Cedrus deodara (Roxb. ex Lamb.) G.Don — Himalay sidri Cedrus libani A.Rich.
Hadrud, sən azadsan!
Edred
Edred (ing. Edred, Eadred; 923, Uesseks krallığı[d] – 23 noyabr 955) — 946-955-ci illərdə İngiltərənin kralı. Böyük Eduardın üçüncü arvadından olan kiçik oğlu. 26 may 946-cı ildə Eduardın böyük oğlu Edmundun ölümündən sonra kral elan olunmuşdur. Edred kral olduğu dövrdə ağır xəstəlikdən əziyyət çəkdiyi üçün dövlət işlərini anası Edqiva və özünün yaxın məsləhətçisi olan Abbat Dunstana həvalə etmişdi.
Pedri
Pedro Gonzalez Lopez (isp. Pedro González López; 25 noyabr 2002) — La Liqa təmsilçilərindən olan Barselona klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. Kanar adalarının, Teguestedə anadan olan Pedri, 2018-ci ildə Las Palmas'ın gənclər quruluşu olan Yuventud Laqunaya qatıldı. 15 iyul 2019-cu ilfə baş məşqçi Pepe Mel tərəfindən ilk komandaya yüksəldilən oyunçu, klubla dörd illik peşəkar müqavilə imzaladı. Pedri peşəkar debütünü 18 avqust 2019-cu ildə, yalnız 16 yaşında, Segunda çempionatında Hueskaya qarşı 0–1 ev məğlubiyyətində debüt etdi. İlk qolunu 19 sentyabrda Sportinq Xixonun qapısına yeganə qolunu vurdu. O Las Palmas tarixində qol vurmuş oyunçu kimi tarixə düşdü (16 yaş 9 ay 23 gün).
Peruj
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Perul
Perul (fr. Peyroules, oks. Peirolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04148. 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 136 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.9%, 1999-cu ildə 72.1%). Fəal olan 95 nəfərdən 76 nəfər (46 kişi və 30 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi.
Perun
Perun — Slavyanların Tanrılar Panteonu. Şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatırladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir. Başqa xalqlarda olduğu kimi slavyanlar öz tanrıları Perun haqqında olan mifləri nəsildən-nəsilə şifahi şəkildə ötürmüşlər. Ona görə də slavyan xalqları öz yaddaşına həmin tanrılar haqqında yaranmış mifoloji süjetləri birdəfəlik köçürtmüşdür. Tanrıların adı ilə bir çox mövhumat prinsipləri, mərasimlər, bayramlar və oyunlar əlaqədardır. Lakin tədricən onlardan bəziləri (o cümlədən, Perun, Volos, Svaroq, Mokoş) unudulmuş, digəri yeni adlarla adlanmış, bəzi allahlar haqqında (o cümlədən Kupala, Yarile. Kolyada və s.) xurfat rus kəndlərində XIX əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.
Perüi
Perüi (fr. Peyruis, oks. Peirueis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Perüi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04149. 2008-ci ildə əhalinin sayı 2542 nəfər təşkil edirdi. 2007-ci ildə 1521 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1080 nəfər iqtisadi fəal, 441 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.0%, 1999-cu ildə 67.0%). Aktiv fəaliyyət göstərən 938 nəfərdən (546 kişi və 392 qadın), 142 nəfər işsiz (50 kişi və 92 qadın) idi.
Elbrus Ərud
Elbrus Ərud (tam adı: Elbrus Ramiz oğlu Seyfullayev; 29 dekabr 1979, Nərimankənd, Puşkin rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist == Həyatı == 1979-cu il 29 dekabrda Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Ukraynada Kiev Milli Dövlət Universitetinin Jurnalistika institutunda magistr təhsili alıb. 2003-2004-cü illərdə Xalq Cəbhəsi qəzetində, 2004-2010-cu illərdə APA agentliyində çalışıb. 2010-cu ildə "Qafqazinfo" xəbər portalını yaradıb və onun rəhbəridir. == Kitabları == Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Jurnalistika xatirələrindən bəhs edən "Yaza bilmədiklərim" və publisist yazılarının toplusu olan "Anne annem" kitablarının müəllifidir. 2020-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.
Serebryannıy Prud
Serebryannıy Prud (rus. Серебряные Пруды) — Rusiya Federasiyasının Moskva vilayətində şəhər. Əsası 1571-ci ildə qoyulub. Əhalisi 9246 nəfərdir (2016).
Juniperus cedrus
Juniperus cedrus (lat. Juniperus cedrus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Müqəddəs Petrus
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Petrus Kristus
Petrus Kristus (hollandca Petrus Christus) (təxm. 1415, Barle, Antverpen yaxınlığında — 1472/1473 Brügge) — holland (flamand) rəssam, 1444-cü ildən Brüggedə fəaliyyət göstərməyə başlamışdır. Məşhur flamand rəssamı Yan van Eykin ən önəmli varislərindən biri hesab olunur və Brügge Məktəbinin əsas nümayəndələrindəndir. Kristus bir müddət Van Eykin köməkçisi kimi çalışmış, onun ölümündən sonra 1441-ci ildən emalatxanasını işlətməyə davam etmişdir. 1440-cı illərdə Kristus öz yaradıcılığında Rober Kampen və Rogir van der Veyden kimi rəssamlardan bəhrələnmişdir.
Pərdül (Şəbüstər)
Pərdül (fars. پردول‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (77 ailə).
Cedrus atlantica
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Cedrus deodara
Himalay sidri (lat. Cedrus deodara) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Cavan ağacların gövdəsinin qabığı hamar olur, yaşlaşdıqca çatlar əmələ gəlir və iri pulcuqlar şəklində oduncaqdan ayrılır. Çətiri piramidal formalı və budaqlarının ucları aşağı sallanan ağacdır. İynəyarpaqları düz, sivri, bozumtul-yaşıl və ya mavi-yaşıldır, 5 sm-ə qədər uzunluqdadır. Qozaları iri, yumurtavarı, yetişmiş qozaları qırmızı-qonur rənglidir, uzunluğu 10 sm-ə, eni 5-6 sm-ə çatır. Toxumları iri qatranlı, üçbucaq, nazik qabıqla örütülüdür, toxumu dairəvidir və kip oturur.