Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aerotermik pillə
AEROTERMİK PİLLƏ -(yun.thermos- isti) - havanın temperaturunun 10° düşməsini müşahidə etmək üçün qalxmaq lazım olduğunu metrlə göstə ən hündürlükdür.
Barik pillə
== Atmosferdə barik pillə == Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. == Okean səthi üzərində barik pillə == Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Geometrik pillə
== Geometrik pillə == Geometrik pillə- yerin müəyyən dərinliyində yerləşən sabit illik temperatur təbəqəsindən ( izotermik təbəəqə) dərinliyə doğru getdikcə temperaturun 1 dərəcə artması üçün müşahidə edilən məsafəyə( metrlə) deyilir. Geotermik pillə relyefdən, süxurların istilik keçirmə qabiliyyətindən, vulkan ocaqlarına yaxınlığından, yeraltı suların sirkulyasiyasından və s-dən asılı olaraq dəyişir. Geotermik pillənin maksimal göstəricisi 137,8m olub ABŞ-nin Alabama ştatında, minimal kəmiyyəti isə 6,7m olmaqla Oreqon ştatında (ABŞ) qeydə alınmışdır, orta kəmiyyəti 33m-ə bərabərdir.
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Yarıq boyu pillə
Yarıq boyu pillə – (rus. уступ приразломный, ing. fault line scarp) bir-birindən qırılmalarla ayrılan müxtəlif süxur laylarında selektiv eroziya nəticəsində yaran­mış pillə. Ekzogen qüvvələr nəti­cəsində relyefdə əksini tapmış, tek­tonik qırılma. Denudasiya proses­ləri nəticəsində kəskin dəyişilmiş olur.
Pallet
Pallet (Euro-pallet or EPAL - pallet) — ölçüləri 1200×800×144 mm
Baill.
Ernest-Anri Bayon (fr. Henri Ernest Baillon; 30 noyabr 1827[…], Kale – 19 iyul 1895[…], Paris) — Fransa botaniki. == Elmi fəaliyyəti == 4000-dən yuxarı takson təsnif edən Ernest-Anri Bayon toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Henri Ernest Baillon: Adansonia, recueil périodique d’observations botaniques. Paris, 1866–1870 (10 томов) (fr.) Henri Ernest Baillon: Dictionnaire de botanique. Paris, 1876–1892 (4 тома) (fr.) Henri Ernest Baillon: Étude générale du groupe des Euphorbiacées. 1858 (fr.) Henri Ernest Baillon: Histoire des plantes. 1866–1895 (13 томов) (fr.) Henri Ernest Baillon: Histoire naturelle des plantes de Madagascar. (3 тома) (fr.) Henri Ernest Baillon: Iconographie de la flore française. 1885–1894 (fr.) Henri Ernest Baillon: Recherches organogéniques sur la fleur femelle des Conifères.
Halle
Halle (alm. Halle‎) — Almaniyada şəhər. Maqdeburq ilə yanaşı, Saksoniya-Anhalt əyalətində əhali sayına görə ən böyük şəhərdir: 2016-cı ilin məlumatına görə bölgədə təxminən 240 min insan yaşayır.
Lalle
Lalle (fr. Lalley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38204. Kommunanın 2005-ci il üçün əhalisi 195 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 673 ilə 2045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Paide
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. == Qardaşlaşmış şəhərlər == Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) == Etimologiya == Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. == Görməli yerlər == Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Şalle
Şalle (fr. Challex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01078. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 100 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1225 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə 798 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 618 nəfər iqtisadi fəal, 180 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 71.7%). Fəaliyyət göstərən 618 sakindən 575 nəfər (309 kişi və 266 qadın) işləyir, 43 nəfər işsizdir (23 kişi və 20 qadın).
Cennifer Parilla
Cennifer Parilla (d. 9 yanvar 1981; Nyuport-Biç, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən batut gimnastı. Cennifer Parilla, 2000 və 2004-cü illərdə Birləşmiş Ştatları Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Cennifer Parilla, 2000-ci ildə Birləşmiş Ştatların bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Parilla, 60.70 xal topladı və 12 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Cennifer Parilla növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Parilla, 52.70 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Kamille süsəni
Kamille süsəni - (lat. Iris camillae Grossh.). Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın dar arellı, nadir endemik növüdür.Regional IUCN Status: VU D2 == Qısa morfoloji təsviri == Çoxillik bitkisidir, kökümsovu qısa, sürünəndir, gövdə 10—25 (35) sm hündürlükdə, bir ədəd təpə çiçəyi var; yarpaqlar boz-göyümtül, dar – xətvaridir, 3-4 (5) mm enində, bəzən oraqvari əyilmiş, təpə yarpaqları otvari, pərdəli,lansetvari, itidir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan bir az uzundur, xaricdən 4—6 sm uzunluğunda, yuxarıya dartılmış, yumurtavari və ya enli – ellipsvaridir, ağımtıl-sarı, mavitəhər bənövşəyidir, sütuncuğun kənarı dartılmış, çiçəkyanlığının xarici tərəfindən qısadır, kürək hissəsi küt, xaricdən dişciklidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir. Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Tatyana Paller
Tatyana Paller (7 sentyabr 1995) — Almaniyalı peşəkar qadın trek velosipedçisi. Paller Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. Paller 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında da iştirak etmişdir.
Typhlodromalus lailae
Pall.
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Aniko Pelle
Aniko Pelle (28 sentyabr 1978, Budapeşt) — Macarıstanı və İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Aniko Pelle, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aniko Pelle, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Aniko Pelle, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Olaf Palme
Sven Olaf Yoakim Palme (isv. Sven Olof Joachim Palme; 30 yanvar1927-ci il, Stokholm — 28 fevral 1986-cı il, Stokholm) — isveçli siyasətçi, İsveç Sosial-Demokrat Fəhlə partiyasının (İSDFP) lideri, 1969-cu ildən 1986-cı ilə qədər iki dəfə İsveçin baş naziri (1969-cu il 14 oktyabırdan 1976-cı il 8 oktyabrına qədər və 1982-ci il 8 oktyabrdan 1986-ci il 28 fevrala qədər). == Sosial və Siyasi Bioqrafiya == Olof Palme, yuxarı təbəqəyə məxsus mühafizəkar lüteran ailəsində anadan olub. O, 1945–1947-ci illərdə İsveç ordusunda xidmət edib. İsveç və ABŞ-da hüquqşünaslıq və iqtisadçı ixtisası üzrə təhsil almışdır. 1949-cu ildən SDLPS üzvüdür. İsveç gənclər hərəkatının fəal üzvlərindən olmuşdur. 1953-cü ildə Baş nazir Tage Erlanderin katibi işləmişdir. 1958-ci ildə Riksdağa seçilmişdir. 1960-cı illərdə bir sıra dövlət vəzifələrini tutmuşdur: Portfelsiz nazir (1963-1965), Nəqliyyat naziri (1965–1967), Təhsil və mədəniyyət naziri (1967–1969).
Pavle Vaqiç
Pavle Vaqiç (24 yanvar 2000-ci ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. == Klub karyerası == === Malmö === Vaqiç Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Vaqiç öz peşəkar karyerasında debütünü 29 oktyabr 2017-ci ildə Sirius klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Karlos Strandberqi əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Vaqiç İsveçdə anadan olmuşdur. Valideynləri isə Serbiya vətəndaşlarıdır. O, İsveçin gənclər millilərində çıxış edir.. == Karyera statistikası == === Klub === 23 iyul 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Pavle İnqorokva
Pavle İeseviç İnqorokva (gürc. პავლე იესეს ძე ინგოროყვა;1 noyabr 1893, Poti, Kutaisi quberniyası – 20 noyabr 1983, Tbilisi) — Gürcü tarixçisi, filoloqu və xeyriyyəçisi. == Həyatı == Pavle İnqorokva ibtidai təhsilini evdə Novorossiysk Universitetinin tələbəsi E.Q. Bokeriyanın rəhbərliyi altında tarix, ədəbiyyat, cəbr və digər fənləri oxuyaraq (gələcək akademik Georgi Çitaya ilə birlikdə) almışdır. O, təhsilini Vladiqafqaz klassik kişi gimnaziyasında davam etdirib. İnqorovka 1912-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsinə daxil olur, lakin 1915-ci ildə vərəm xəstəliyinə görə təhsilini yarımçıq qoyub Gürcüstana qayıdır. Gürcü Pravoslav Kilsəsinin avtokefaliyasını (1917) elan edən şuranın üzvü olmuşdur. Ardınca Patriarxal Şuraya daxil oldu. 1917-ci ilin oktyabrında Gürcüstan Yazıçılar İttifaqının yaradılmasının təşəbbüskarlarından biri idi. Pavle İnqorokva 1918-ci il mayın 26-da Gürcüstanın İstiqlal Bəyannaməsini imzalayanlar arasında o da olmuşdur.Gürcüstanın Sovet Rusiyasına birləşdirilməsinin əleyhdarı, 1921-ci ilin fevralında ilhaqına etiraz olaraq yazıçı Konstantin Qamsaxurdiya, sənətşünas V.Kotetişvili və şair Aleksandr Abaşeli ilə birlikdə bir neçə ay matəm geyimini (matəm çuxası) geyinmişdi."Kavkasioni" (Qafqaz) və "Axali Kavkasioni" (Yeni Qafqaz) jurnallarının (1924-1925), "Sakartvelos tsigni" nəşriyyatının (gürcücə kitab) təsisçisi və redaktoru olub. 1929-1939-cu illərdə Gürcüstan Dövlət Muzeyində əlyazmalar şöbəsinə rəhbərlik etmişdir.
Pelle Klement
Pelle Klement (19 may 1996, Amsterdam) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Həyatı == 19 may 1996-cı ildə anadan olub. == Klub karyerası == Klement Ayaks akademiyası proqramı vasitəsilə inkişaf etmişdir. O, Eerste Diviziyada debütünü Yonq Ayaks klubu ilə 8 may 2015-ci ildə Venlo klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Klement əsas komanda ilə Erediviziyada debütünü 2016-cı ilin noyabr ayında N.E.C klubuna qarşı oyunda etmişdir.28 iyun 2017-ci ildə Klement Ayaks klubundan ayrılaraq, Çempionşip təmsilçilərindən olan Ridinq klubu ilə üç illik müqavilə imzalamışdır.3 yanvar 2019-cu ildə Klement 2018-19 mövsümünün sonuna kimi Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə müqavilə imzalamışdır.
Ranik Halle
Ranik Halle (və ya Andronik Saradşef, norv. Ranik Halle, 24 avqust 1905, Bakı – 20 may 1987, Oslo)—rus əsilli norveçli jurnalist və bric oyunçusu. Ranik Halle 20 ildən çox Norveçin sağ mətbuat orqanının rəhbəri idi. Həmçinin, ölkənin ən məşhur bric oyunçularından olan Ranik, bric üzrə 12 qat Norveç çempionu və bir çox kitabların müəllifi olmuşdur. == Həyatı == Əsl adı Andronik Saradşef olan Ranik 1905-ci ildə avqust ayının 24-də Bakıda gürcü neftçi Sergey Saradşefin ailəsində dünyaya gəlmişdir. 11 il Bakıda yaşayan Ranikin anası həyat yoldaşının neft qəzasında ölməsindən sonra onun dostu norveçli Halfdan Halle ilə ailə həyatı qurmuşdur. Ranik Halfdan Halle tərəfindən övladlığa götürüldükdən sonra 1916-cı ildə ailəsi ilə birlikdə Norveçə köçmüş və Ranik Halle adını almışdır. Ranik Halle Osloda orta məktəbə başladı. 1923-cü ildə məzun olduqdan sonra Oslo Universitetində hüquq və sosial iqtisad ixtisası üzrə 3 il təhsil almışdır. Sonralar jurnalistikaya və siyasətə olan marağına görə universitetin tələbə birliyinə qoşulmuş və 1924-1927-ci ildə birliyin sədri olmuşdur .
Ulaf Palme
Sven Olaf Yoakim Palme (isv. Sven Olof Joachim Palme; 30 yanvar1927-ci il, Stokholm — 28 fevral 1986-cı il, Stokholm) — isveçli siyasətçi, İsveç Sosial-Demokrat Fəhlə partiyasının (İSDFP) lideri, 1969-cu ildən 1986-cı ilə qədər iki dəfə İsveçin baş naziri (1969-cu il 14 oktyabırdan 1976-cı il 8 oktyabrına qədər və 1982-ci il 8 oktyabrdan 1986-ci il 28 fevrala qədər). == Sosial və Siyasi Bioqrafiya == Olof Palme, yuxarı təbəqəyə məxsus mühafizəkar lüteran ailəsində anadan olub. O, 1945–1947-ci illərdə İsveç ordusunda xidmət edib. İsveç və ABŞ-da hüquqşünaslıq və iqtisadçı ixtisası üzrə təhsil almışdır. 1949-cu ildən SDLPS üzvüdür. İsveç gənclər hərəkatının fəal üzvlərindən olmuşdur. 1953-cü ildə Baş nazir Tage Erlanderin katibi işləmişdir. 1958-ci ildə Riksdağa seçilmişdir. 1960-cı illərdə bir sıra dövlət vəzifələrini tutmuşdur: Portfelsiz nazir (1963-1965), Nəqliyyat naziri (1965–1967), Təhsil və mədəniyyət naziri (1967–1969).
Ulof Palme
Sven Olaf Yoakim Palme (isv. Sven Olof Joachim Palme; 30 yanvar1927-ci il, Stokholm — 28 fevral 1986-cı il, Stokholm) — isveçli siyasətçi, İsveç Sosial-Demokrat Fəhlə partiyasının (İSDFP) lideri, 1969-cu ildən 1986-cı ilə qədər iki dəfə İsveçin baş naziri (1969-cu il 14 oktyabırdan 1976-cı il 8 oktyabrına qədər və 1982-ci il 8 oktyabrdan 1986-ci il 28 fevrala qədər). == Sosial və Siyasi Bioqrafiya == Olof Palme, yuxarı təbəqəyə məxsus mühafizəkar lüteran ailəsində anadan olub. O, 1945–1947-ci illərdə İsveç ordusunda xidmət edib. İsveç və ABŞ-da hüquqşünaslıq və iqtisadçı ixtisası üzrə təhsil almışdır. 1949-cu ildən SDLPS üzvüdür. İsveç gənclər hərəkatının fəal üzvlərindən olmuşdur. 1953-cü ildə Baş nazir Tage Erlanderin katibi işləmişdir. 1958-ci ildə Riksdağa seçilmişdir. 1960-cı illərdə bir sıra dövlət vəzifələrini tutmuşdur: Portfelsiz nazir (1963-1965), Nəqliyyat naziri (1965–1967), Təhsil və mədəniyyət naziri (1967–1969).
Ville Valo
Ville Valo əsl adı Ville Hermani Valo 1976-cı il noyabrın 22-də Finlandiyada doğulub.HIM (His Infernal Majesty) qrupunun vokalistidir. O, gitara və zərb alətlərində ifa edə bilir. Ville musiqini uşaqlıqdan sevməyə başlamışdı. 9 yaşına gəldiyində Helsinkidə olan pop və jazz konservatuvarına qatıldı. Anası və atası onun musiqiyə olan maraq və qabiliyyətini hiss edərək onu Tapio Rautavaara və Raul Badding Somerjoki kimi məşhur Fin musiqiçilərlə tanışdırdılar. Qohumu Villeni daha ağır musiqi qrupları Kiss, Black Sabbath və Iron Maiden ilə tanış etdi. Artıq Ville peşəkar bir musiqiçi idi. 1991-ci ildə Ville, Mikko Lindström ve Mikko Paananen ilə HIM qrupunu yaratdılar.
Pavle Vuisiç
Pavle Vuisiç (serb. Павле «Пaja» Вуисић;10 iyul 1926[…], Belqrad – 1 oktyabr 1988[…], Belqrad) — keçmiş Yuqoslaviya kinosunun ən tanınan simalarından biri, teatr və kino aktyoru. == Bioqrafiya == Pavle Vuisiç 1926-cı il iyulun 10-da anadan olub. O, Monteneqro hüquqşünası və briqadiri olan babası Pavlenin şərəfinə adlandırılıb. Onun ulu babası Donja Moraçanın məşhur qəhrəmanı və Şahzadə Danilonun qvardiya komandiri Milosav Mişnin Vujisiç idi. 1950-ci illərə qədər Belqrad radiosunda işləyib. 1950-ci ildə Pançevoda teatrın səhnəsində yarımçıq bir mövsüm nümayiş etdirilən "Sehrli qılınc" filmində epizodik rol oynayır. Teatr akademiyasına daxil olmaq cəhdi uğursuz olur. 1953-cü ildə "Fırtına" filmində bir epizodda rol aldı. 1958-ci ildə "Tri koraka u prazno" ("Kosmosa üç addım") filmindəki baş rola görə Obrad Pula kinofestivalında "Qızıl arena" mükafatına layiq görülüb.
Hillə
Hillə (ərəb. الحلة‎) — İraqın mərkəzində, Fərat çayı üzərində şəhər. Hillə şəhəri Bağdadın 100 kilometr (62 mil) cənubunda yerləşir. 1998-ci ildə siyahı alınmaya görə əhalisi 564.700 nəfərdir. == Tarixi == Hillə şəhəri bir ara şiəliyin mərkəzinə çevrilmişdi. Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər. Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü.
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Böyük Çillə
Böyük Çillə (az.-əbcəd بویوک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın birinci ayı. Bu dövrdə Çillə gecəsi və Səməni bayramı keçirilir. == Müddəti == Böyük Çillə qışın əvvəlindən, dekabrın 22-dən fevralın əvvəlinə qədər olan aydır. 40 gün davam edir. == Təsviri == Böyük Çillənin qarlı-tufanlı, dondurucu, sümük üşüdən günlərinə "qaraqış" deyirlər. Qaraqış dövründə fəsil ağır, üzücü keçir, qarlı külək uğuldayır.Böyük Çillənin ilk günündə, Çillə gecəsində tonqallar yandırılır, şənliklər və tamaşalar keçirilir. Çillə gecəsi süfrəsinin ən vacib yeməyi yaydan bu gün üçün saxlanılmış Çillə qarpızıdır. Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılır.Böyük Çillədə bağları, bostanları, üzümlükləri suvarırlar. Bu suvarma "Çillə suyu" adlanır. Çillə suyu torpağın nəmliyinin qarşısını alır, ziyanvericiləri öldürür, ağacların tez çiçəkləməsinə qoymur.
Kiçik Çillə
Kiçik Çillə (az.-əbcəd کیچیک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın ikinci ayı. Bu dövrdə Səddə və Xızır Nəbi bayramları keçirilir. == Müddəti == Kiçik Çillə Böyük Çillədən sonrakı, Boz aydan əvvəlki qış ayıdır. 20 gün davam edir, fevralın 1-dən 20-nə qədərdir. == Təsviri == Kiçik Çillə qışın ən sərt keçdiyi dövrdür. Buna görə də bu dövr "qışın oğlan çağı", "qışın zəlo-zəlo vaxtı", "girəvəli qış" da adlandırılır. Kiçik Çillənin "yalquzaq zamanı" adlanan ilk 10 günü daha şiddətli keçir. Kiçik Çillə xalq inanclarında əsəbi oğlan kimi təsvir edilir, bu dövr dəqiq olmamasına görə xaos dövrüdür.Kiçik Çillənin ilk günündən Xıdır Nəbi bayramına hazırlıqlar gedir. Qovrulmuş buğdadan qovut hazırlanır, günəşi və yazı simvolizə etməsi üçün yumurtalar qırmızı və yaşıl rənglərə boyanır. Xıdır Nəbi bayramında qovut və yumurta görünməyən yerə qoyulur ki, Xıdır Nəbi gecə gəlib əlini qovuta bassın və beləliklə də evə bərəkət gəlsin.
Mailə Muradxanlı
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Mailə Muradxanova
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Nailə Allahverdiyeva
Nailə Allahverdiyeva (15 mart 1978, Sverdlovsk) — Rusiya art-meneceri, rəssam, Sergey Kuryöxin mükafatı laueratı == Həyatı == Nailə Allahverdiyeva 15 mart 1978-ci ildə anadan olmuş, 1999-cu ildə M. Qorki adına Ural Dövlət Universitetini bitirmişdir. 1998-ci ildə İ. Babaes, E. Krjibitski, İ. Lyapnev gənc sənətşünaslar Assosiasiyasının üzvləri ilə birlikdə Yekaterinburqda yerli bədii səhnə vasitəsilə antifeminist təbliğatı genişləndirmək məqsədilə "Setkin mühasirəsi" art-qrupunu yaratmışlar. Qrup az fəaliyyətində əsas diqqəti qadın problemləri ətrafında mərkəzləşdirməyə çalışırdı. 2003-cü ildə "Setkin mühasirəsi: qrupu ArtKlyazma festivalında iştirak etmişdir. Nailə Allahverdiyeva Perm Dizayn inkişaf Mərkəzində direktor müavini vəzifəsində çalışmış. və Perm "Teatr-Teatr" qrupunun fəaliyyətini əlaqələndirmişdir. 8 aprel 2013-cü ildə o, Sergey Kuryöxin adına mükafatla təltif edilmişdir. == Layihələri == 2005 — Klaviatur abidəsi (A. Sergeyevlə birlikdə) kurator layihəsi, Yekaterinburq 2011 — "Red People", Perm. 2012 — "Gəlinlərin siması. Qazaxıstanın müasir incəsənəti", Perm.