pelisse
pendant
OBASTAN VİKİ
Aniko Pelle
Aniko Pelle (28 sentyabr 1978, Budapeşt) — Macarıstanı və İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Aniko Pelle, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aniko Pelle, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Aniko Pelle, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Pelle Klement
Pelle Klement (19 may 1996, Amsterdam) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Həyatı == 19 may 1996-cı ildə anadan olub. == Klub karyerası == Klement Ayaks akademiyası proqramı vasitəsilə inkişaf etmişdir. O, Eerste Diviziyada debütünü Yonq Ayaks klubu ilə 8 may 2015-ci ildə Venlo klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Klement əsas komanda ilə Erediviziyada debütünü 2016-cı ilin noyabr ayında N.E.C klubuna qarşı oyunda etmişdir.28 iyun 2017-ci ildə Klement Ayaks klubundan ayrılaraq, Çempionşip təmsilçilərindən olan Ridinq klubu ilə üç illik müqavilə imzalamışdır.3 yanvar 2019-cu ildə Klement 2018-19 mövsümünün sonuna kimi Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə müqavilə imzalamışdır.
Echinops pellenzianus
Echinops pellenzianus (lat. Echinops pellenzianus) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Jak Pelleqrin
Jak Pelleqrin (fr. Jacques Pellegrin; 17 iyun 1944, Eks-an-Provans[d] – 7 aprel 2021, Eks-an-Provans[d]) — müasir fransız rəssamı.
Manuel Pelleqrini
Manuel Pelleqrini (16 sentyabr 1953, Santyaqo) — Çilili keçmiş futbolçu və baş məsqçi. Hal-hazırda Mançester Sitinin baş məşqçisidir. == Futbolçuluq karyerası == Futbolçu kimi karyerasının hamısını ölkəsinin Universidad de Çili komandasında keçirmiş öz klubuna 13 il ərzində xidmət etmişdir == Baş məşqçilik karyerası == Baş məşqçi kimi, əsasən, Argentina və Çili klublarında işləmişdir. San Lorenzo klubu, Pelleqrini dövründə Argentinada ilk çempionluğunu əldə etmişdir. === Çili komandaları === Çilidə "el ingeniero" (mühəndis) ləqəbi ilə tanınan Pelleqrini baş məşqçilik karyerasına 1987-1988-ci illərdə ölkənin ən məşhur komandalarından biri olmağına baxmayaraq həmin il yaxşı oynamayan Universidad de Çili'də başladı. Palestino və O Higgins klublarını idarə etdikdən sonra Çilinin ən güclü klublarından biri olan Universidad Katolika'nın sükanı arxasına keçdi. O, Alberto Akosta və Nestor Qorosito kimi yaxşı futbolçulardan ibarət klubu 1993-94 və 1994-95-ci illərdə yalnız ikinci liqaya apara bildi. === Vilyarreal === Pelleqrini 1 iyul 2004-cü ildə La Liqa klublarından biri olan Vilyarreal ilə razılaşdı. Klubu ilə ilk sezonunda liqada üçüncü olaraq Çempionlar Liqasında iştirak etmiş, UEFA Kubokunda dörddə bir final oynamışdır. 2005/06-cı illərdə isə Çempionlar Liqasında uğurla çıxış edərək yarı finala qədər yüksəlmişdir.
PelleK
PelleK və ya əsl adı ilə Per Fredrik Avesli (21 dekabr 1986, Sanneford) – norveçli rok və metal ifaçısı, aktyor. PelleK YouTube-da ən çox izlənən Norveç müğənnisidir. == Həyatı və karyerası == 21 dekabr 1986-cı ildə Norveçin sahil şəhəri olan Sannefordda anadan olmuş və burada böyümüşdür. Kiçik yaşlarda Norveç kanallarında uşaqlar üçün nəzərdə tutulmuş verilişlərə çəkilmişdir. Məktəbi bitirdikdən sonra intensiv şəkildə musiqi ilə məşğul olmağa başlamış, işlərini YouTube vasitəsilə paylaşmağa qərar vermişdir.2013-cü ilin sentyabrında ABŞ və Avropa turnesinə çıxmış, 11 ölkədə 16 konsert vermişdir. PelleK 4 orijinal albom və 16 kover albomu buraxmışdır. 2014-cü ilin noyabrında YouTube-da ən çox izlənən norveçli müğənni olmuşdur. 2014-cü ilin sentyabrında ən sürətlə böyüyən 500 kanaldan biri olmuşdur.4 aprel 2015-ci ildə PelleK Square Enix şirkətinin video oyunları üçün mahnılar ifa edəcəyini açıqlamışdır. Şirkət müğənninin vokallarından "Lord of Vermillion Arena" oyununda istifadə etmişdir. Həmin il Pellek Riot Games şirkətinin "League of Legends" oyunu üçün "Heartslayer" mahnısını ifa etmişdir.2016-cı ildə "Yaradıcılar: Keçmiş" filmində Aleks Uolker personajını canlandırmışdır.
Pietro Pelleqri
Pietro Pelleqri (17 mart 2001-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və İtaliya U-17 milli komandasında hücumçu kimi çıxış edən peşəkar İtaliya futbolçusudur. Genoa klubu ilə 15 yaşında debüt edən Pelleqri Seriya A-da debüt edən ən gənc (Amadeo Amadey ilə birlikdə) futbolçudur. == Klub karyerası == === Genoa === Pelleqri Genoa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 22 dekabr 2016-cı ildə Torino klubuna qarşı Seriya A görüşündə etmişdir. O, 88-ci dəqiqədə Tomas Rinkonu əvəz etmiş və həmin görüşdə komandası rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. Meydana 15 yaş və 280 günlüyündə daxil olan Pelleqri Amadeo Amadey ilə birlikdə ən gənc Seriya A debütantı rekordunu yeniləmişdir. O, karyerasında ilk qolunu 28 may 2017-ci ildə Roma klubuna qarşı oyunda vurmuş və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, 21-ci əsrdə anadan olanlar arasında Seriya A-da qol vuran ilk futbolçu kimi tarixə düşmüşdür.17 sentyabr 2017-ci ildə Pelleqri Latsio klubu ilə görüşdə dublla yadda qalmış və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, əsas Avropa liqalarında dublla yadda qalan ilk 16 yaşlı futbolçu kimi tarixə düşmüşdür. === Monako === 27 yanvar 2018-ci ildə Pelleqri €25 milyon qarşılığında Monako klubu ilə müqavilə imzalamışdır.
Pelleqrini-Ştid xəstəliyi
Pelleqrini-Ştid xəstəliyi (ing. Pellegrini-Stieda) – diz oynağının medial kollateral bağının xroniki qopmasından sonra bud sümüyünün iç kondulusunda yumşaq toxumalarda görünən kalsifikasiya və ossifikasiya.
гофре́ многошу́мный обка́пать офса́йд правосла́вие фейерве́ркер цы́цте амперме́тр кру́глый на бла́го намути́ть переболта́ться поме́сячный рыбообрабо́тка лягавый home-felt metaphysicize non-effectiveness Oread rushing topographize плетень укоренить хилеть ядрёный