Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Panama (dəqiqləşdirmə)
Panama — Mərkəzi Amerikada dövlət. Panama — Panamanın paytaxtı, ölkənin siyasi, inzibati və mədəni mərkəzi.
Panama (şəhər)
Panama (isp. Panamá) — Panamanın paytaxtı, əhalisi 1 063 000 nəfərdir (2000). Panama kanalının, Sakit okeana kəsişən yerində yerləşir. Panama ölkənin siyasi, inzibati və mədəni mərkəzidir. Şəhər 15 avqust 1519-cu ildə salınıb. Bütün tarixi boyu iki okean arasındaa ticarət körpüsü rolunu oynayıb. Hal-hazırda ölkənin bank mərkəzi rolunu oynayır. Panama şəhərinin şərqində, mərkəzdən 45 dəqiqəlik yolda beynəlxalq aeroport yerləşir. Şəhərdə daxili reyslər üçün ikinci aeroport da vardır. Şəhərdə avtobus və taksilər fəaliyyət göstərir.
Panama Respublikası
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Panama bayrağı
Panama bayrağı — Panamanın Dövlət bayrağı
Panama bərzəxi
Panama bərzəxi — Şimali Amerika materikini Cənubi Amerika materiki ilə birləşdirir. Şimaldan Karib dənizi və cənubdan Sakit okean suları ilə əhatələnir. Yəni bu iki coğrafi su obyektlərini ayırır. Bərzəxin formalaşması iki tavanın bir-biri ilə toqquşması nəticəsində 12–15 milyon il bundan öncə meydana gəlmişdir. Bu birləşmə nəticəsində canlılar sərbəst şəkildə şimala və cənuba doğru hərəkət etmişdir. O da bəllidir ki, Cənubi Amerikaya insanlar şimaldan məhz bu bərzəx vasitəsilə gəlmişlər. Bərzəx Panamanın ərazisində yerləşir. Mövcud əlverişli coğrafi mövqe ilə əlaqədar onun üzərində Panama kanalı çəkilmişdir. Kanalın uzunluğu 81,6 km təşkil edir. Bu kanal vasitəsilə 1000 kilometrlərlə məsafə qısalmışdır.
Panama kanalı
Panama kanalı — Panamada, Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanalİnşaatı ABŞ tərəfindən tamamlanmış və kanal 15 avqust 1914-cü il açılmışdır. Sarı qızdırma, malyariya, torpaq sürüşməsi və s. səbəblərdən 27500-ə yaxın işçi inşaatda həyatını itirmişdir. Bu gün Nyu-Yorkdan San Fransiskoya gedən bir gəmi Horn Burnunu dolaşdığı təqdirdə isə 22500 km yol qət etməli olurdu. Lakin Panama kanalı vasitəsilə 9500 km üzür. Açıldığı tarixdən 2002-ci ilədək Panama kanalından 800000 (səkkiz yüz min) gəminin keçdiyi düşünülür. Panama kanalından hər il 14000-dən çox gəmi keçir və təqribən 203 milyon ton yük daşınır. Panama kanalı boyu səyahət təqribən 9 saat çəkir. Həmçinin kanalda quraşdırılmış xüsusi qaldırıcı qurğular vasitəsilə gəmilər keçilməsi çətin olan yerlərdən asanlıqla keçə bilir.Panama kanalı dünyanın ən bahalı kanalıdır. Kanal bölgəsinin sosial vəziyyəti inkişaf etmişdir.
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.
Panama plitəsi
Panama plitəsi — mikro litosfer plitəsi olaraq 0,00674 steradion sahəyə malikdir. Rəsmi olaraq Karib plitəsinin tərkib hissəsi hesab edilir. Panama və Kosta-Rika ərazilərində yerləşir. Naska, Şimali And və Kokos plitələri arasında yerləşir.
Panama sənədləri
Panama sənədləri (ing. Panama Papers) — Panamanın Mossack Fonseca hüquq firmasının 214.488 ofşor hesabından sızmış 11.5 milyon gizli sənəd. Sənədlər Mossack Fonseca müştərilərinin çirkli pulları yumağa, sanksiyalardan yan ötməyə, vergilərdən yayınmağa necə nail olduqlarını göstərir. Məlumatlar hazırkı və sabiq 12 dövlət və hökumət başçısı ilə əlaqalədir. Bunların arasında öz ölkələrini talan etməkdə ittiham olunan diktatorlar da var. Burada həmçinin dövlət başçılarının və başqa siyasətçilərin 60-dan çox qohumu və yaxın adamının da adları keçir. Sızmadan aşkara çıxıb ki, 500-dək bank, onların filial və şöbələri təxminən 15 min 600 “balıqqulağı” (shell) tipli şirkəti Mossack Fonseca-da qeydiyyatdan keçirib.
Panama şəhəri
Panama (isp. Panamá) — Panamanın paytaxtı, əhalisi 1 063 000 nəfərdir (2000). Panama kanalının, Sakit okeana kəsişən yerində yerləşir. Panama ölkənin siyasi, inzibati və mədəni mərkəzidir. Şəhər 15 avqust 1519-cu ildə salınıb. Bütün tarixi boyu iki okean arasındaa ticarət körpüsü rolunu oynayıb. Hal-hazırda ölkənin bank mərkəzi rolunu oynayır. Panama şəhərinin şərqində, mərkəzdən 45 dəqiqəlik yolda beynəlxalq aeroport yerləşir. Şəhərdə daxili reyslər üçün ikinci aeroport da vardır. Şəhərdə avtobus və taksilər fəaliyyət göstərir.
Panama əyaləti
Panama əyaləti — Panamanın əyalətlərindən biri. Ayrıca, əyalət paytaxtı olaraq xidmət verən milli paytaxtı, Panama şəhərini də ehtiva edir. Əyalətin qubernatoru prezident Xuan Karlos Varela tərəfindən təyin olunmuş və 4 iyul 2014-cü ildə and içən Rafael Pino Pinto'dur. Panama əyalətinin altı rayonu var. Panama kanalının qərbindəki beş köhnə rayon 1 yanvar 2014-cü ildə Panama Oeste əyalətini qurmaq üçün ayrıldı. Balboa rayonu. Korregimientolar San Miquel (paytaxt), La Ensenada, La Esmeralda, La Qvineya, Pedro Qonzales və Saboqa'dır Çepo rayonu. Korregimientolar Çepo (paytaxt), Kanita, Çepillo, El Lano, Las Marqaritas, Santa Kruz de Çinina, Madunqandi and və Torti'dir Çiman rayonu. Korregimientolar Çiman (paytaxt), Bruxas, Qonzalo Vasquez, Pasiqa və Yunyon Santena'dır. Panama rayonu.
Kolon (Panama)
Kolon Panamada , Karib Dənizinin yanında, Panama Kanalının Atlantik girişinin yaxınında yer alan bir şəhər və limandır . Panamanın Kolon Əyalətinin paytaxtıdır və ənənəvi olaraq Panamanın ikinci şəhəri olaraq bilinir. Başlanğıcda tamamilə Limon Körfəzi , Manzanillo Körfəzi və Folks çayı ilə çevrəli Manzanillo Adasında yerləşirdi ;Ancaq Panama Kanalı Bölgəsinin ləğv edilməsindən bu yana, şəhərin sərhədləri , köhnə bir ABŞ Ordusu hərbi bazası olan Fort Qulickindən başqa Kristobal , Marqarita və Koko Solonun köhnə Panama Kanal Bölgəsi qəsəbələri ərazisinə əhatə edəcək şəkildə yenidən tanımlandı. == Tarix == Şəhər, Amerika Birləşmiş Ştatları tərəfindənn 1850-də Panama Dəmiryolunun Atlantik terminalı olaraq quruldu , daha sonra Kaliforniya Altına Hücum sırasında Kaliforniyaya gedən sürətli bir maşrut tələbini qarşılamaq üçün inşa mərhələsindəydi . Tarixinin başlarında bir neçə il boyunca, Amerika Birləşmiş Ştatları köçmən birliyi, Panama Dəmiryolu idarəçisi Villiam Henri Aspinvalldan sonra qəsəbəyə Aspinvall adını verərkən , şəhərin İspaniyalı birliyi buraya Xristofer Kolombun adına Kolon adını verdi. Şəhər, Manzanillo Adası olaraq bilinən xaincə bataqlıq bir adanın qərb ucunda quruldu. Panama Dəmiryolu inşaatının bir parçası olaraq ada, Panamanın Materik hissəsinə bir keçitlə bağlandı və adanın bir qismi, qalıcı binaları inşa edə bilmək üçün quruduldu. 1885 Kolumbiya Vətəndaş müharibəsi sırasında və yenə 1915-də böyük bir yanğın sırasında Kolonun yandırılması sırasında şəhərin çoxu yıxıldı. 13–14 aprel 1940-dakı Böyük Kolon Yanğını şəhərin üçdə birini yox etdi. 1914 sərhəd anlaşması, Kolonun tamamən Panama Kanalı Bölgəsi ilə çevrəli Panama Respublikasının bir xarici bölgəsi halına gətirdi .1936 Hull-Alfaro Anlaşması gərəyi Amerika Birləşmiş Ştatları, Kanal Bölgəsindən "Kolon Koridoru"-nu buraxdı;Bu şəhəri respublikanın əsas şərq qisminə bağlayan 4 mil (6,4 km) uzunluğunda bir yol inşa edəcək qədər geniş, Panama ərazisi altındakı bir xətdi.
Azərbaycan–Panama münasibətləri
Azərbaycan–Panama münasibətləri — Azərbaycan Respublikası ilə Panama Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Panama Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 3-də tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin aprel ayının 6-da qurulmuşdur. Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Panama Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Panama Respublikasına da akkreditə olunmuşdur.
Panamadakı vulkanların siyahısı
Panama ərazisində fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
ABŞ-nin Panamaya müdaxiləsi
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb. == Əmaliyyatın gedişi == 15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələ də müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Sanama (oyun)
Sanama - Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir. Dəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər. Püşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər.
Hanami
Hanami (花見, hərfi "hana" - gül və "mi" - baxmaq) - yaponların gül ləçəylərinə seyr etmə ənənəsi, xüsusən albalı ləçəylərinə (桜, sakura).. 1000 ildən çox tarixi olan ənənə indidə çox populyardır. Ləçəylər yalnız yazda iki həftəlik, martdan aprelə kimi olur. Qısa bir zamandan sonra ləçəylər yerə düşür və bu da, öz sirasında, daha bir gözəl mənzərə yaradır. == Tarixi == Ənənə Nara dövründə Çinin Tan sülaləsinin Yaponiyaya təsiri zamanı yaranıb və Heian dövründə məşhurlaşıb. Heian dövründə sakura daha çox diqqət çəkməyə başladı. Sakura ağacı müqəddəs sayılırdı və bu günə kimi Yaponiyanın mədəni rəmzi sayılır. İnsanlar ağaclarda Tanrıların yaşadığına inanırdılar və hanami bayramını ilin başlanğıcını və düyünün əkin vaxtını müəyyən edirdi. İlk dəfə Hanamı anlayışı Gencinin hekayəsi əsərində istifadə olundu. Ondan sonra tanka və hayku poeziyasında "gül" "sakura" demək idi və "hanami" və "gül bayramı" anlayışları yalnız sakura güllərini seyr etmək" mənasını daşıyırdı.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Kanada
Kanada (ing. Canada [ˈkænədə] dinlə; fr. Canada [kanadɑ] dinlə) — Şimali Amerikada yerləşən ölkə. == Etimologiya == Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb, amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki bir söz olan "kanata" sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya koloniyası halına gəldi və "kanadalılar" adlandırıldı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi ünvanı "Kanada hökmranlığı" (ing. Dominion of Canada) olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın qarşısından yığışdırıldı və sadəcə "Kanada" olaraq qaldı. == Tarixi == Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı.
Kayama
Kayama adası (yap. 嘉弥真島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. 500 ilə 1000 arasında olan dovşan populyasiyası ilə tanınır. Turizm agentlikləri adaya turlar təklif edirlər. == Coğrafiyası == Adanın maksimal hündürlüyü 31 m. İriomote adasından qərbdə, Kohamadan şimal-şərqdə yerləşir.
Makama
Mazama
Mazama (lat. Mazama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Paanqa
Paanqa — Tonqanın pul vahidi. Krause, Chester L.; Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed.). Krause Publications. ISBN 0873411501. Pick, Albert (1994). Standard Catalog of World Paper Money: General Issues. Colin R. Bruce II and Neil Shafer (editors) (7th ed.). Krause Publications. ISBN 0-87341-207-9.
Panorama