Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Carica papaya
Qovunağacı (lat. Carica papaya) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinin karika cinsinə aid bitki növü. Milyonlarla insanın qida rasionuna daxil olan və mamao, paupau, papayya, çörəkağacı adları ilə tanınan qovunağacı (yemişağacı) karika (lat. Carica) cinsindəndir. Sarımtıl-ağ rəngli çiçəkləri bir və ya iki cinsiyyətlidir. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Məşhur səyyah Vasko da Qama qovunağacının dadına baxaraq onu "Hindistan qızıl ağacı" adlandırmışdır. Qovunağacı həcmcə armuddan bir qədər böyükdür, sarı və narıncı rəngli qabığı olur. Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali qovunağacının yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdikləri üçün ştatda onu "zənci sabunu" adlandırırlar.
Euseius papayana
Papay
Papara SuperMassive
SuperMassive və ya sporsorluq razılaşmasına əsasən Papara SuperMassive – 2015-ci ildə yaradılmış Türkiyə kiberidman klubu. "League of Legends", "Valorant", "PUBG Mobile", "Arena of Valor", "Fortnite" kimi komandaları mövcuddur. Klub 2015-ci ilin avqust ayında Hakan Baş, Kaan Karamancı, Alper Özdemir, Onur Aksu və Fırat İleri tərəfindən qurulmuşdur. 2021-ci ildə "Blaze Esports" klubu ilə birləşərək "SuperMassive Blaze" adını almışdır. 2022-ci ildə sponsorluq razılaşmasına əsasən "Papara SuperMassive" adlanmağa başlamışdır. "SuperMassive" 2016 mövsümünün qış splitində Türkiyə Çempionluq Liqasında yarışmağa başlamış və finalda "Beşiktaş" klubuna 3–1 hesabı ilə qalib gələrək ilk mövsümündə Türkiyə çempionu olmuşdur. Yay splitində isə normal liqanı birinci yerdə tamamlamış, finala çıxaraq "Dark Passage" klubuna 0–3 hesabı ilə uduzmuşdur. 2017 mövsümündə də komanda uğurlu çıxışına davam etmişdir. Qış splitində normal liqanı birinci yerdə tamamlamış, finalda "Crew Esports" klubuna 3–1 hesabı ilə qalib gələrək növbəti Türkiyə çempionluğunu qazanmışdır. Yay splitində normal liqanı ikinci yerdə tamamlamış, finala çıxaraq "Fenerbahçe" klubuna 0–3 hesabı ilə məğlub olmuşdur.
Papay Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.
Danaya
Danaya bu mənaları ifadə edə bilər:
Paleya
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. İnzibati baxımından Hao kommunasına daxildir. Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Paviya
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Pitaya
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir. 100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir. Kaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır. Əsasən üç növ Əjdaha meyvəsi vardır: Qırmızı ətli qırmızı qabıqlı Ağ ətli qırmızı qabıqlı Ağ ətli sarı qabıqlı. Ədədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir.
Popayan
Popayan — Kolumbiya şəhəri, Kauka departamentinin inzibati mərkəzi. Popayan sözü yerli bir dildən gəlir. Bu sözün mənşəyi haqqında müxtəlif nəzəriyyələr vardır, lakin hərfi mənası: Po- "İki"; pa-"qamış"; yan- "kənd", yaxud "Qəbir çatıları olan iki kənd". Digər bir nəzəriyyə deyir ki, Popayan sözü, hazırda Las Tres Kruses təpəsi kimi tanınan Eme Hill ətrafında yaşayan Payan adlı yerli kasikin adından gəlir. Popayan, Lima, Kito və Kartexena arasında yerləşdiyi müstəmləkə dövrü ərzində çox əhəmiyyətli bir şəhər idi. Sakit okeanın aşkarlanmasından sonra belə, Popayan, İspaniyaya keçərkən Kartexenaya gedən qızıl və digər sərvətlər üçün transfer nöqtəsi olaraq qaldı. Popayan, həmçinin müstəmləkə mədəni kimi xidmət etmiş və 1760–1819-cu illərdə qızıl eskudo sikkələr və gümüş reallıqları ilə müxtəlif nominallı istehsal olunmuşdur. 1826-cı ildən sonra yeni Kolumbiya Respublikası sikkə istehsalını davam etdirməyə başladı. Popayan bir neçə zəlzələ nəticəsində məhv olmuşdur. 1983-cü il 31 martda ən son və dağıdıcı zəlzələ oldu və səkkiz saniyə davam etdi.
Poppya
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Papula
Papula – lat. pimple sözüdür. Dəri səviyyəsindən yuxarı qalxan, 1 sm-dən kiçik, epidermis və ya dermanın səthi qatını zədələyən boşluğu olmayan sıx konsistensiyalı düyüncükdür. İltihabi (çərhayı və ya qırmızı rəngli, təzyiq etdikdə bir müddət solğun olur) və qeyri-iltihabi olur.
Papeda
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. == Botaniki xarakteristikası == Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Apata
Apata (yun.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Felipe Tapiya
Felipe Tapiya (25 aprel 1995) — Çilili üzgüçü. Felipe Tapiya Çilini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Felipe Tapiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 16:02.44 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır. Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar. == Qədim dövrlərdə == === İlkin ellin dövlətlərində === Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi. Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.
Kataya adası
Kataya adası (isv. Kataja, fin Inakari) — Baltik dənizində, Botnik körfəzinin şimalında yerləşən ada. Adadan İsveç və Finlandiya arasında sərhəd keçir. Sahəsi 0,71 km² təşkil edir. İsveçin ən ucqar şərq nöqtəsini təşkil edir. Əvvəllər İnakari adasından boğazla ayrılırdı. 1809-cu ilə qədər bu boğaz sərhəd rolunu oynayırdı. Dənizin səviyyəsinin enməsi ilə adalar birləşmişdir. İsveçə aid olan böyük adanın adı ümumi adaya verilir. Adanın 2 km uzunluğa, 200–300 enə malikdir.
Mapay
Mapay (ivr. ‏מִפְלֶגֶת פּוֹעֲלֵי אֶרֶץ יִשְׂרָאֵל‏‎) bəzən İsrail ərazisinin işçi partiyası — İsrailin mərkəzdən sol bir siyasi partiyasıdır.1968-ci ildə müasir İsrail İşçi Partiyasına birləşənə qədər İsrail siyasətində dominant bir qüvvə idi. Mapayın vəzifədə olduğu müddətdə geniş mütərəqqi islahatlar həyata keçirilirdi. Minimum gəlir, təhlükəsizlik və mənzil subsidiyaları, səhiyyə və sosial xidmətlərə pulsuz (və ya demək olar ki, pulsuz) təminat verən bir rifah halının yaradılması ilə xarakterizə olunur.
Hiroşi Hamaya
Hiroşi Hamaya — Yaponiya fotoqrafı. == Həyatı == Hiroşi Hamaya 28 mart 1915-ci ildə Tokio şəhərində, Şitayada anadan olub. Hamaya 1960-cı ildə Maqnum Fotoya qoşulmuşdur. O, bu beynəlxalq foto agentliyə qoşulan ilk yapon fotoqrafıdır. 1986-cı ildə Beynəlxalq Fotoqrafiya Mərkəzinin (Nyu-York) Fotoqrafiya Mükafatına layiq görülmüşdür. Hamaya 6 mart 1999-cu ildə vəfat etmişdir.