Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paper
Paper (azərb. Kağız‎) — İslandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnını ifa edən müğənni Svala eyni zamanda mahnının island dilində olan versiyasını da ("Ég veit það") təqdim etmişdir. Mahnı Svala, Svalanın həyat yoldaşı Einar Eqilsson və eyni zamanda Lester Mendes, Lili Elise tərəfindən bəstələnmişdir.
Rock, Paper, Shotgun
"Rock Paper Shotgun" — ABŞ videooyun veb saytı. Saytın məzmunu videooyunlar və geyminq sənayesinə əsaslanmışdır. Strukturuna görə "Rock, Paper, Shotgun" bloqdur və diqqəti kompüter oyunlarına və çox platformalı oyunların PC versiyalarına yönəldir. Sayt 2007-ci ilin iyulunda təsis edilmişdir və 2010-cu ildə "Eurogamer" saytının tərəfdaşı olmuşdur. "Rock, Paper, Shotgun" saytının məzmunu xəbərlər, resenziyalar, önizləmələr, müsahibələr və analitik məqalələrdən ibarətdir. "Rock, Paper, Shotgun" videooyun jurnalistikasında kifayət qədər nüfuzlu resursdur və ona tez-tez istinad edilir.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Piper
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Deni Papen
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. 1681-ci ildə fitli çayniki icad etmişdir.
Erigeron pauper
Erigeron pauper (lat. Erigeron pauper) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eugenia pauper
Eugenia pauper (lat. Eugenia pauper) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Nikolya Apper
Nikolya Apper (17 noyabr 1749, Şalon-an-Şampan – 1 iyun 1841, Massi[d]) — fransız ixtiraçı. Təzə yeməklərin bağlı qablarda uzun müddət sağlam bir şəkildə qoruna biləcəyi fikrini ilk inkişaf etdirən adam, parisli Nikolya Apperdir. 1795-ci ildə Fransa hökuməti, qidaların konserv olaraq saxlana biləcəyi bir üsulu bulana 12 min frank mükafat veriləcəyini eşitdirdi. Bu mükafatın cazibəsinə qapılan Nikolya Apper ticari baxımdan da praktik bir tətbiq etdi. Mədən qablar yerinə şüşə qabları seçdi. Yenə də bu günün tənəkə konserv sənayesi, quruluş fikirini Apperin cəhdlərinə borcludur. Nikolya Apperin işlərinin nəticəsi ilk dəfə 1804-cü ildə sınandı. Dənizçilik Naziri, Apperin konservlərindən bir qisiminin Bresdəki dəniz əsasına göndərilməsini əmr etdi. Burada, qablar üç ay açılmadan saxlandı. İlk nümunələrin araşdırılmasından sonra, Paris Sağlamlıq Müdirliyinə bu hesabat göndərildi: "Qabdakı ət suyu çox ləzzətli.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Pauer metal
Power metal — Almaniya və Skandinaviya ölkələrində yaranıb. Məlum olan ən köhnə Power metal mahnısı, Rainbow qrupunun “Stargazer” mahnısıdır. Power metal 1980-ci illərin əvvəllərində Alman qrup Helloween ilə məşhurlaşdı. Bu tərz, 70-ci illərdəki rock qruplardan gələn bir tərzdir. Power metal`da vokallar adətən normal olur. Yəni death, black və ya digər vokallar kimi ağır deyil. Amma çox güclü səs tələb edən bir tərzdir. Bu tərz qruplarda adətən alətlərin paylanması bu cürdür: 2 gitara, 1 bass gitara, bateri və vokal.. Bəzi qruplar keyboard`da işlədir. İtalyan olan Rhapsody qrupu isə hətta sinfonik alətlərdən də istifadə etmişdi.
Payer adası
Payer adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ziçi adaları qruupuna daxildir. Cekson adasından 6 km şimalda yerləşir və ondan İtalyan boğazı ilə ayrılır. Amerikan boğazı ilə ilə isə Qrili adasından ayrılır. Qrili adası ondan 5.5 km cənubdadır. Uzunsov formaya malikdir. Uzunluğu 20 km, eni 12.5 km-dir. Sahil xəttinin uzunluğu 26 km-dir.
Piper betle
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper nigrum
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Qlen Pauer
Qlen Yozef Pauer (ing. Glen Joseph Power; 5 iyul 1974 və ya iyul 1974, Dublin)- İrland bəstəkar. Pauer 1978-ci il İyulun 5-də İrlandiyanın paytaxtı Dublində anadan olub. Özünün də dediyinə görə uşaq vaxtlarında The Beatles , The Who , U2 kimi rok qruplarının mahnılarını dinləyər və oradakı zərb ritmlərinə böyük diqqət yetirərmiş və bu böyük sevgisi onu 2001-də The Script rok qrupunun zərbçisi edir. Danny O'Donoghue və Mark Sheehan ilə tanış olan Glen qrupun əsasını qoyur. Bu qrupla onlar 3 studiya albomuna müvəffəq olurlar. 2012-ci ildə Avropanın ən yaxşı rok qrupu adını da alırlar. Facebookda 6 milyondan çox fanatı olan The Script bu gün ən sayılıb seçilən rok qruplarındandır..
Romina Pauer
Romina Pauer (2 oktyabr 1951[…], Los-Anceles, Kaliforniya) — dünyaca məşhur ABŞ-italyan müğənni, aktrisa və rəssamı,aparıcı. Romina Pauer 2 oktyabr 1951-ci ildə Hollivudda zəngin ailədə doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə aktrisa Linda Kristian idi. Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan çox gözəl bir qız idi.[kimə görə?] Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun özünə müyəssər olmayan bir karyera quracaq. 1956-cı ildə valideynləri boşandıqdan sonra, o və kiçik bacısı Taryn anası ilə müxtəlif yerlərdə, əsasən Meksikada və İtaliyada yaşayırdı, Romina Pauer ilk təhsilini İngiltərədəki kollecini bitirir. Musiqiyə marağı 1950-ci illərdən etibarən Amerikalı musiqiçilərə, 1960-cı illərdən Meksikanın Mariachi qruplarına və İtalyan musiqilərini daha çox sevən Romina Paueri Pauer Beatles və Bob Dylan'ı kəşf etdi və Doğum günü hədiyyəsi olaraq bir gitara hədiyyə etdilər, Romina həmin gitaranı öyrədikdən sonra məhz ilk mahnılarınıda həmin gitarada yazdı.O, 14 yaşından etibarən əsasən italyan dilində bir neçə filmdə, o cümlədən 1968-ci ildə Marquis de Sade'nin eyniadlı romanı əsasında çəkilən rejissor İsa Frankonun "Justine" filimdə Justine obrazı ona daha çox uğur gətirdi.1960-cı illərdəki filmlərdə çıxış edən müğənni və aktrisa Romina Pauer Al Bano Karrizi ilə tanış oldu.1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır,Amerika stereotiplərindən də imtina etməyi və qadının tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər.Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi.1975-ci ildə onlar İtaliya, Almaniya, Avstriya, İspaniya, Fransa, Yunanıstan, Latın Amerikası, Şərqi Avropa və SSRİ-də tanındılar və sevildilər , müxtəlif dillərdə bir çox albomları çıxdı.Onların ən böyük hitləri "Felicità", "Sharazan", "Tu soltanto tu", "Ci sarà", "Sempre sempre" və "Libertà" mahıları oldu.Romina Puaer və həyat yoldaşının musiqilərinin motivləri əsasında 7 film çəkilib.Filmlərin əksəriyyərində o, və əri baş rollarda çəkilib.1970-ci ildə onların ilk övladları – qızları İleniya, üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri Romina dünyaya gəlir.
Çarlz Piper
Çarlz Vankover Piper (ing. Charles Vancouver Piper; 16 iyun 1867, Viktoriya və ya ABŞ – 11 fevral 1926, Vaşinqton) — ABŞ botaniki.
Şəbnəm Paker
Şəbnəm Paker (türk. Şebnem Paker; 4 sentyabr 1977, İstanbul) — türk müğənni, gitaraçı və musiqi müəllimi. 1992–1996-cı illərdə İstanbul Universiteti Konservatoriyasının klassik gitara bölməsində təhsil alıb. Daha sonra Mərmərə Universitetinin musiqi fakültəsində vokal təhsili alıb. Paker 1996 və 1997-ci illərdə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və müvafiq olaraq 12-ci və 3-cü yerləri tutmuşdur. 1997-ci ilin avqust ayında "Dinle" adlı ilk və yeganə albomunu buraxıb. Hazırda Türkiyənin İstanbul şəhərində orta məktəb müəllimidir. O, həmçinin hazırda Türkiyənin incəsənət universitetlərində istifadə olunan dərsliyin həmmüəllifidir.
Piper anisodorum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper aromaticum
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Piper baccatum
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Piper bathicarpum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Fetch the Bolt Cutters
Fetch the Bolt Cutters — ABŞ müğənnisi Fiona Epplın beşinci studiya albomu. 17 aprel 2020-ci ildə Epic Records tərəfindən buraxılıb.
Piper betel
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper bidentatum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper blancoi
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
JITTER
JITTER ~ дрожание ~ titreme ~ titrəmə-televiziya və kompüter disleylərində: siqnalın dayanıqsızlığı (dəyişkənıiyi)səbəbindən görüntünün azacıq titrəməsi və ya flüktüasiyası. Titrəyiş çox zaman displeyin açılma sətri ilə eyni qalınlığa malik olan üfüqi sətirlərdə yaranır. İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Flutter
Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer, Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur. İlk dəfə 2015-ci ildə bəhs edilən Flutter 2017-ci ilin mayında yayımlandı. Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi. O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi. 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı. 6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi. 3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi.
Rutger Hauer
Rutger Ulsen Hauer (Nid.: [ˈrɵtxər ˈulsə(n) ˈɦʌuər]; 23 yanvar 1944[…], Bryokelen[d], Utrext – 19 iyul 2019[…], Betsterzvaq[d], Frislandiya[d]) — hollandiyalı aktyor, yazıçı və ekoloq. Həm holland, həm də ingilisdilli seriallarda və filmlərdə rol alıb. Onun karyerası Hollandiya televiziyasında yayımlanan "Floris" serialındakı rolu ilə 1969-cu ildə başladı və 1973-cü ildə kütləvi uğur əldə edən "Türk şirniyyatı" filmi ilə daha da gücləndi. 1977-ci ildə o, "Narıncı əsgər" filmi ilə dünya miqyaslı ulduza çevrildi və Amerika filmlərində çəkilməyə başladı. "Gecə qırğıları" filmində beynəlxalq terrorçu, Blade Runner filmində öz mövcudluğunu dərk edən android Roy Battini canlandırır. Bu filmlərdə nümayiş etdirdiyi aktyor bacarığı onun "Ostermanın uikendi", "Ledi-şahin", "Bədən və qan", "Yol yoldaşı", "Sobibordan qaçış" (bu rola görə Ən yaxşı ikinci plan aktyoru nominasıyasında Qızıl Qlobus mükafatı), "Kor qəzəb", "Qəhrəmanların qanı" və "İzdivac" filmlərində aparıcı rollar almasına səbəb oldu. 1990-cı illərdə o "Baffi – vampirlərin qatili", "Təhlükəli adamın etirafları", Sin City, Batman başlayır, "Ayin" kimi filmlərdə məşhur köməkçi rollar, habelə "Tüfəngli evsiz" filmində baş rol oynadı. Hauer ekoloq idi. O, həmçinin Rutger Hauer Dəniz Ulduzları Dərnəyi adlı QİÇS haqda məlumatlılıq təşkilatı qurmuşdu. Hauer 23 yanvar 1944-cü ildə, Hollandiya İkinci Dünya Müharibəsi dövründə alman işğalı altında olarkən Bryokelendə anadan olmuşdur.
Çester
Çester (ing. Chester) — Böyük Britaniyanın qərbində şəhər. Çeşir qraflığının inzibati mərkəzi. Əhalisi 118,2 min nəfərdir (2011). Liverpuldan 25 km. cənubda, Di çayı sahilindədir. Çester romalıların dövründə Kastra Devana adlı Roma Britaniyasının mühüm mərkəzi idi. Erkən orta əsrlərdə tərk edilmişdir (ehtimal ki, dağıdılmışdır). Anqlsaks dövründə "Legaseaster" adlandırılmışdır (Çester adı da sonralar buradan alınmışdır). XIII əsrin ikinci yarısında İngiltərə krallarının Şimali Uelsi zəbt etmək uğrunda apardıqları mübarizənin mühüm dayaq məntəqəssi olmuşdur.
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.