Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parabola
Parabola (yun. παραβολή, tətbiq) — kvadratik funksiyanın (y = x²) qrafikinə verilən addır. Parabola Hiperbolanın tərsidir. Parabola dedikdə müstəvinin elə nöqtələrinin həndəsi yeri başa düşülür ki, bu nöqtələrin müstəvinin verilmiş düz xəttindən və verilmiş nöqtəsində olan məsafələri bir-birinə bərabər olsun. Müstəvinin verilmiş bu düz xəttinə parabolanın direktirisi, verilmiş nöqtəsinə isə parabolanın fokusu deyilir. Parabolanın fokusunu adətən F {\displaystyle F} ilə işarə edirlər. Düzxətli koordinat sistemi üzərində Parabolanın kanonik şəkli aşağıdakı kimidir: y 2 = 2 p x , p > 0 {\displaystyle ~\textstyle y^{2}=2px,p>0} (ya da x 2 = 2 p y {\displaystyle ~\textstyle x^{2}=2py} , əgər uc nöqtələrinin yernini dəyişdirsək). Kvadrat tənlik: y = a x 2 + b x + c {\displaystyle ~y=ax^{2}+bx+c} при a ≠ 0 {\displaystyle ~a\neq 0} həmçinin, parabolanın и qrafikini əks etdirir, bu düstur kimi: y = a x 2 {\displaystyle ~y=ax^{2}} , ancaq birinci bərabərlik ikinci bərabərlikdən ona görə fərqlənir ki, birinci bərabərliyin başlanğıcı koordinat başlanğıcı üzərində deyildir. A {\displaystyle ~A} -nın müxtəlif nöqtələri üçün koordinat aşağıdakı düsturla hesablanır: x A = − b 2 a , y A = − D 4 a , {\displaystyle ~x_{A}=-{\frac {b}{2a}},\;y_{A}=-{\frac {D}{4a}},} haradakı: D = b 2 − 4 a c {\displaystyle D=b^{2}-4ac} — Diskriminant. Həmçinin: y = a x 2 + b x + c {\displaystyle ~y=ax^{2}+bx+c} kvadratik tənliyi y = a ( x − x A ) 2 + y A {\displaystyle ~y=a(x-x_{A})^{2}+y_{A}} bu şəkildə də göstərilə bilər.
Paraelm
Paraelm (q.yun. παρα – «yaxınlığında») — elmi metodologiyanın qeyri-elmi xarakter daşıyan mövzulara tətbiqinə meylli ideoloji-hipotetik, nəzəri və psevdonəzəri anlayış və təlimlər qrupu. Bunun ən gözəçarpan nümunəsi parapsixologiyadır. Bu, psixoloji metodologiyanı özünəməxsus mövzuda – qeyri-adi, bəzən təkrarlana bilməyən psixi hadisələrlə bağlı tədqiqatlarda yaymağa çalışır. Paraelmi biliklər mövcud elmi bilik növlərinə alternativ kimi yaranır, elmi nəzəriyyələrin qurulması və əsaslandırılması meyarlarına cavab vermir və tədqiq olunan faktların rasional şərhini verə bilmir. Aksioloji və ideoloji cəhətdən paraelmi konsepsiyalar çox vaxt antisientist cərəyanları ilə əlaqələndirilir. Алябьева, Зоя Сергеевна. Глава 15. Вненаучное познание. Паранаука // Философия и методология познания: Учебник для магистров и аспирантов (PDF).
Paralel
Pаralel — elmdə və ədəbiyyatda işlədilən uyğunluq və oxşarlıq termini. Paralel (coğrafiya) — Yer kürəsində simvolik olaraq ekvatora paralel keçən müstəvilər sistemi.
Anthurium parambae
Anthurium parambae (lat. Anthurium parambae) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Paralel (həndəsə)
Həndəsədə paralel xəttlər — bir-biri ilə heç vaxt kəsişməyən düz xəttlərə deyilir.
Paralel hesablama
Paralel hesablama — bir neçə hesablamanın eyni zamanda edilməsidir. Elə böyük məsələlər olur ki, onlar kiçik hissələrə bölünə bilirlər və bu kiçik hissələr paralel olaraq hesablana bilir.
Paralel köçürmə
Paralel köçürmə Müstəvinin (eləcə də fəzanın) bütün nöqtələrini eyni istiqamətdə və məsafədə saxlamaqla özü-özünə inikas etdirən çevirmədir.
Paralel port
LPT — sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Pararge adrastoides
Talış məxməri kəpənəyi (lat. Pararge adrastoides) — pararge cinsinə aid heyvan növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur. Talışın ovalıq, dağətəyi və dağları (meşənin yuxarı hissəsinə qədər). Kölgəli sıx otluqlu meşə kənarları talaları və meşə zolaqları. Azsaylıdır. Ovalıqda yazda və yayın ortalarında uçuşur, ildə iki nəsil verir, dağlarda (Lerik, Yardımlı rayonları) bir nəsil verir, kəpənəklər iyun – iyulda uçuşur. Tırtıllar yayın əvvəlində, payızda (ovalıqda) və avqustda (dağlarda) müxtəlif yabanı dənli bitkilər üzərində yaşayırlar. Pup mərhələsində qışlayır. Təbii düşməni və xəstəlikləri məlum deyildir.
Qarabel qaratoyuq
Qarabel qaratoyuq (lat. Zoothera schistacea) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Rza Darablı
Rza Darablı (orijinal adı: Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883 – 23 mart 1942) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan SSR-in əməkdar artisti (1933). Rza Darablı 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. Savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb, lakin buna nail ola bilməyib. Mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən arasıra "Nicat" mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb, üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır. Rza Darablı "Nicat", "Səfa", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasındakı Məstavər obrazının ifaçısı olub. 1919-cü ildən bugünkü Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib.
Paralel xətlər
Paralel xətlər (q.yun. παράλληλος hərfi mənada "yan-yana dayanan, digəri boyunca qaçan") — planimetriyada kəsişməyən düz xətlər. Stereometriyada iki xətt eyni müstəvidə yerləşirsə və kəsişmirsə, paralel adlanır. Evklid həndəsəsində paralel xətlər eyni müstəvidə yerləşən və kəsişməyən xətlərdir. Tərifin başqa variantında üst-üstə düşən xətlər də paralel hesab olunur . Sonuncu tərifin üstünlüyü ondan ibarətdir ki, paralellik ekvivalentlik münasibətinə çevrilir . Xətlərin paralelliyi m {\displaystyle m} və n {\displaystyle n} adətən aşağıdakı kimi qeyd olunur: m ∥ n . {\displaystyle m\parallel n.} Xəttdə olmayan hər hansı bir nöqtə vasitəsilə verilənə paralel bir xətt çəkə bilərsiniz və üstəlik, yalnız bir xətt. Bu ifadənin sonuncu hissəsi Evklidin məşhur beşinci postulatıdır. Beşinci postulatın rədd edilməsi Lobaçevski həndəsəsinə gətirib çıxarır.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Portable Document Format
PDF,(Portable Document Format; Daşına bilər Sənəd Formatı), "Adobe" şirkəti tərəfindən 1992-ci ildə yayımlanan platformalar arasında daşına bilən və yazdırıla bilən sənədlər yaratmaq məqsədiylə çıxarılmış ədədi bir fayl formasıdır. Bir çox platforma üçün pulsuz görüntüləyicilər olması səbəbindən PDF yazdırılabilir və təşkil edilməsi gözlənilməyən sənədlərin paylanması üçün istifadə olunur. Adobe PDF 101: Quick overview of PDF Arxivləşdirilib 2010-10-07 at the Wayback Machine Adobe: PostScript vs. PDF – Official introductory comparison of PS, EPS vs. PDF. PDF Standards....transitioning the PDF specification from a de facto standard to a de jure standard Arxivləşdirilib 2011-04-24 at the Wayback Machine – Information about PDF/E and PDF/UA specification for accessible documents file format ISO 19005-1:2005 Document of the PDF/A-1 Standard at the International Organization for Standardization (chargeable) PDF Reference Latest PDF version specification (including free version of the ISO standard) Books: PDF 1.6 (ISBN 0-321-30474-8), PDF 1.4 (ISBN 0-201-75839-3), PDF 1.3 (ISBN 0-201-61588-6) Portable Document Format: An Introduction for Programmers – Quick one-page intro to PDF vs.
Üç paralel çay
"Üç paralel çay" (çin. 三江并流, Pinyin: Sānjiāngbìngliú) — Çində milli park. Park Sino-Tibet dağlarında, Yunnan əyalətinin şimal-qərbində yerləşir. Əraziyə əsasən Asiyanın ən böyük çayları olan Yanszı, Mekonq və Saluinin yuxarı axarları daxildir. Məhz bu ərazidə bu çaylar demək olar ki, biri-birinə paralel olaraq axır. Üç paralel çay UNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına daxildir. Paralel şəkildə axan bu üç çay dərin dərələrə malikdir (3000 m). Yüksək dağlıq və çətin keçilən ərazilərin çoxluğu ilə xarakterizə olan bu bölgə həm də, yüksək endemikliyi ilədə fərqlənir. Ərazidə ən yüksə zirvə Kavaqebodur(6740 m). Geoloji baxımdan zəngin olan bu ərazidə daha çox maqmatik süxurlar üstünlük təşkil edir.
Fransua Rable
Fransua Rable (ən tezi 1483 və ən geci 1494 – ən tezi yanvar 1553 və ən geci 14 mart 1553, Paris, Fransa krallığı) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi. == Həyatı == Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub. O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir. Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir. 17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir.
The Blue Marble
The Blue Marble — Yer planetinin 7 dekabr 1972-ci ildə "Apollon-17" kosmik gəmisinin ekipajı tərəfindən təxminən 29 min km məsafədən çəkilmiş şəkli. NASA-nın işi olaraq ictimai irs hesab olunur və hər kəsə açıqdır. Şəkil Yer planetini tam işıqlanmış şəkildə təsvir edir (Belə ki Günəş astronavtların arxasında yerləşirdi). Bir sıra filmlərdə Yerin kosmosdan təsviri üçün istifadə olunmuşdur. Astronavtlar üçün kosmosdan Yer mavi oyuncaq şüşə şar (marble) kimi göründüyündən məhz bu adı almışdır. Fotoşəkil Apollon-17 gəmisinin startından 5 saat 6 dəqiqə, kosmik apparatın Yerin orbitini tərk etməsindən isə 1 saat 54 dəqiqə sonra çəkilmişdir. Şəklin sağ yuxarı hissəsində Hind okeanı üzərində siklon görünür. Şəklin çəkilməsindən 2 gün əvvəl 5 dekabrda fırtına Hindistanın Tamilnad ştatında su basmasına və güclü küləklərə səbəb olmuşdu. Fotoşəklin NASA-da rəsmi seriyası — AS17–148–22727-dir. İlk əvvəl şəkil çevrilmiş halda idi, belə ki Cənub qütbü yuxarıda, Afrika isə şəklin sağ tərəfində yerləşirdi.
Sərablə
Sərablə — İranın İlam ostanının şəhərlərindən və Çardavul şəhristanının mərkəzidir. 2011-ci ilin siyahıya alınması əsasında bu şəhər 9,703 nəfərdən və 2,079 ailədən ibarət idi.
Pirbalə (Soyuqbulaq)
Pirbalə (fars. پيربله‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qızılca-i Xarabə (Heris)
Qızılca-i Xarabə (fars. قزلجه خرابه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (24 ailə).