MÜCİ

(Ordubad)
gənə. – Qoyunlara müci daraşmışdı
MÜCƏLMƏK
MÜCÜKMƏK
OBASTAN VİKİ
Cəfər Müciri
Cəfər Məmməd Hüseyn oğlu Müciri (1919-2001) — Azərbaycanın tanınmış xalça rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas alim, pedaqoq, çoxsaylı xalça kompozisiyalarının müəllifi. == Həyatı == 1919-cu ildə Təbriz şəhərində anadan olmuşdur. 1934-cü ildə "Sənaye-müntəzifə" adlı Təbriz İncəsənət məktəbinin ilk məzunu olmuş C.Müciri sonralar Tehran hərbi məktəbini bitirib. 1946-cı ildən Bakıda siyasi sığınacaq tapıb Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2001-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == İctimai və siyasi fəaliyyəti ilə yanaşı xalça sənətinə olan böyük maraq onu "İncəsənət" xalça artelinə gətirib çıxarır. 1965-ci ildə "XIX-XX əsrlərdə İran Azərbaycanının xalçaçılığında bədii xüsusiyyətlər" adlı namizədlik işini müdafiə edir. C.Mücirinin yaradıcılığında əsas yeri ornamental və qismən süjetli xalçalar tutur. "Saib Təbrizi", "Füzuli", "İki tale", "Güldanlı", "Sütunlu", "Heydər əmioğlu", "Buta", "Leyli və Məcnun", " Ulduzlara doğru", "Ləçək turunc" və s. xalçaların müəllifidir.
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Mücirabad (Çaroymaq)
Mücirabad (fars. مجيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 112 nəfər yaşayır (17 ailə).
Mücirəddin Beyləqani
Mücirəddin Beyləqani (1130, Beyləqan – 1194, Təbriz) — Azərbaycan şairi. == Həyatı == XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Mücir təxəllüsü ilə şeirlər yazan Əbülməkarim Mücirəddin Beyləqanidir. Mənbələrin verdiyi məlumatdan belə anlaşılır ki, anası həbəş mənşəli olmuşdur. Şairin həyatı haqqinda məlumat azdır. Məlumdur ki, Xaqaninin şagirdi olmuş, sənətdə ustadının izi ilə getməyə çalışmışdır. Mücirəddin şair kimi Eldəkizlər sarayında parlamış, Məhəmməd Cahan Pəhləvana, onun qardaşı Qızıl Arslana və başqalarına mədhiyyələr həsr etmişdir. Şair təxminən 1194-cü ildə Təbrizdə vəfat etmişdir. Qəbri indi də Məqbərətyşşüəra qəbiristanlığındadır. == Yaradıcılığı == Mücirin əsərlərin lirik şerlər divanında toplanmış qəsidə, qəzəl və rübailərdən ibarətdir. Şerləri indiyə qədər çap olunmamışdır.