Azərbaycan 2012-ci il Yay Paralimpiya Oyunlarında
Azərbaycan — 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 28 avqust-8 sentyabr tarixlərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında 21 idmançı ilə 6 idman növündə təmsil olundu.
Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimov (qızıl), Afaq Sultanova (qızıl) və İlham Zəkiyev (bürünc), üzgüçü Natali Pronina (bir qızıl və dörd gümüş), yüngül atletlər Oleq Panyutin (qızıl), Vladimir Zayets (gümüş) və Hüseyn Həsənov (bürünc), həmçinin Elçin Muradov, Rza Osmanov, Oleq Panyutin və Vladimir Zayetsdən ibarət qrup (bürünc) medala sahib oldu.
XIV Yay Paralimpiya Oyunlarında 4 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 27-ci pillədə, medalların sayına görə isə 30-cu pillədə qərarlaşdı.
== Medalçıların siyahısı ==
Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimov və Afaq Sultanova, yüngül atlet Oleq Panyutin və üzgüçü Natali Pronina Paralimpiadanın qalib oldu.
Cüdo üzrə Azərbaycan yığması 2 qızıl və 1 bürünc medala sahibi oldu. Üzgüçülərdən ibarət yığma 1 qızıl və 4 gümüş medalla, yüngül atletlərdən ibarət yığma isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla turniri başa vurdu.
Beş medala sahib olan üzgüçü Natali Pronina, bir Paralimpiada birdən çox medala sahib olan birinci Azərbaycan idmançısı oldu.