Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Texniki vasitələr kompleksində (film, 1970)
Film Bakıdakı 29 saylı peşə-texniki məktəbində əməyin elmi təşkili haqqında söhbət açır. Filmdə göstərilir ki, bu məktəbdə kabinetlərin çoxu texniki vasitələrlə təchiz olunmuş, şagirdlər isə bu vasitələrdən bacarıqla istifadə edirlər. 1) 1973-cü ildə Kalinində (Rusiya) Ümumittifaq həvəskar filmləri kinofestivalı Film III dərəcəli Diploma və "Billur Vaza" Prizinə layiq görülmüşdür. 2) 1974-cü ildə Bakıda "Vətən, zərbəçi əməyimizi sənə həsr edirik!" devizi altında keçirilən Respublika həvəskar filmləri müsabiqəsi Film Azərbaycan Kinematoqrafçılar İttifaqının, AHİŞ və Azərbaycan LKGİ MK-nın III dərəcəli Diplomuna layiq görülmüşdür.
Dərman vasitələri
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə. Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır.
Nəqliyyat vasitələri
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
İstehsal vasitələri
İstehsal vasitələri — əmək vasitələrinin məcmusudur. İstehsal vasitələri insanlar arasında olan xüsusi ictimai münasibətləri - istehsalat münasibətlərini - yaradır. İstehsal vasitələri və insan əməyi qırılmaz olaraq bağlı və qarşılıqlı şərtlənəndir.
Fasiləsiz nəqliyyat vasitələri
Fasiləsiz nəqliyyat vasitələri — dayanacaq yeri və zamanı göstərilməyəm nəqliyyat vasitələridir. Fasiləsiz sərnişin nəqliyyatı vasitələrinə misal olaraq eskalatorları və hərəkət edən səkiləri göstərmək olar.
Kütləvi informasiya vasitələri
Kütləvi informasiya vasitələri və ya qısaca KİV — texniki vasitələrdən istifadə etməklə informasiyanın ictimai formada ötürülməsi orqanlarının məcmusu. Yayım mediası informasiyanı filmlər, radio, yazılmış musiqi və ya televiziya kimi media vasitələri ilə elektron şəkildə ötürür. Rəqəmsal media həm internetdən, həm də mobil kütləvi kommunikasiyadan ibarətdir. İnternet mediası e-poçt, sosial media platformaları, internet saytları və internet əsaslı radio və televiziya kimi xidmətlərdən ibarətdir. Bir çox digər kütləvi informasiya vasitələrinin internetdə əlavə iştirakı var. Bunlara televiziya reklamlarına onlayn qoşulmaq və ya yayımlamaq, ya da açıq və ya çap mediasında QR kodları yaymaq, mobil istifadəçiləri veb-sayta yönləndirmək daxildir. Bu yolla, onlar internetin verdiyi asan əlçatanlıq və yardım imkanlarından istifadə edə bilərlər. Beləliklə, onlar eyni vaxtda və sərfəli şəkildə dünyanın bir çox müxtəlif bölgələrində asanlıqla məlumat yayımlaya bilərlər. Xarici media məlumatı bilbordlar, blimplər, uçan reklam lövhələri, avtobusların, ticarət binalarının, dükanların, idman stadionlarının, metro vaqonlarının və ya qatarların, köşklərin daxilində yerləşdirilən yazılar, lövhələr, plakatlar kimi media vasitələri ilə ötürür. Çap mediası kitablar, komikslər, jurnallar, qəzetlər və ya broşürlər kimi fiziki obyektlər vasitəsilə məlumat ötürür.
Bakıda kütləvi informasiya vasitələri
== Media == Azərbaycanda olan kütləvi informasiya vasitələrinin böyük qismi Bakı şəhərində cəmlənmişdir. == Telekanallar == Bakıda demək olar kı ölkənin ən iri milli telekanalları yayım aparır: AzTV (dövlət), Azad Azərbaycan (özəl), Ictimai TV (dövlət), Lider TV (özəl), Space TV (özəl), Xəzər TV (özəl), Mədəniyyət TV, İdman Azərbaycan TV. == Radio == İri şəhər radiostansiyalarından İctimai Radio, Radio Antenn, Burc FM, Lider FM Jazz və s göstərmək olar. Radiolar:ANS ÇM, Araz FM, ASAN Radio, Avto Radio (Azərbaycan), Azad Azərbaycan radiosu, Azərbaycan Dövlət Radiosu, Baku.fm, Buta FM, Bürc FM, Lider Jazz FM, Media FM. ANS ÇM Qafqaz və Mərkəzi Asiya regionunda ilk FM-diapozonunda ilk müstəqil radio olmuşdur. == Mətbu orqanlar == Bakıda Azərbaycan (dövlət), "Zaman", "Exo" (gündəlik), "Baku Today", Yeni Müsavat, İki sahil və s. böyük tirajlı qəzetlər buraxılır.
Başqırdıstan kütləvi informasiya vasitələri
Başqırdıstan kütləvi informasiya vasitələri — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının kütləvi informasiya vasitələri. Başqırdıstan Respublikasında başqırd, rus, tatar, çuvaş və mari dillərində qəzet və jurnallar çıxır. 2007-ci ilin məlumatlarına əsasən “Respublika Başkortostan”, “Başkortostan”, “Kızıl tan”, “Molodyojnaya qazeta”, “Veçernyaya Ufa”, “Ural səsi”, “Çolman” (“Kama”) qəzetləri, “Vətəndaş”, “Ufa”, “Hənək” (satira və yumor), həmçinin uşaq və gənclər üçün “Amanat” və “Akbuzat” jurnalları respublikanın əsas mətbu orqanları idi. “Başkortostan” dövlət teleradio şirkətinin tərkibində “Radio Başkortostana” radiostansiyası və Başqırdıstan peyk telekanalı fəaliyyət göstərir. “Başinform” dövlət informasiya agentliyi 1994-cü ildə yaradılmışdır. == Həmçinin bax == "Başkortostan" qəzeti == Ədəbiyyat == Кузбеков Ф. Т. Башкирская журналистика: история и современность. — Уфа: БГУ, 1998.
Tayvan kütləvi informasiya vasitələri
Tayvan kütləvi informasiya vasitələri — Tayvanın kütləvi informasiya vasitələri. Tayvanda 600-dən çox qəzet və jurnal nəşr olunur. Dövri nəşrlərin çoxu ingilis dilindədir və onların hamısı Taybey şəhərində buraxılır. İngilis dilində olan əsas qəzetlər bunlardır: "İn dependent Evening Post" qəzeti 1947-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "İndependent Morning Post" qəzeti 1988-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "Commercial Times" qəzeti 1978-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 250 min nüsxədir. "China Post" qəzeti 1952-ci ildən etibarən gündəlik nəşr olunur.
Çin kütləvi informasiya vasitələri
Çin kütləvi informasiya vasitələri — Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri. Çin Xalq Respublikasında müasir tipli qəzetlərin nəşrinə XIX əsrin ortalarından başlanılmışdır. 2008-ci ildə ölkədə ümumi tirajı 35 milyard nüsxə olan dövri nəşrlərin sayı 2 mindən çox idi. Onların təqribən 20%-i Çin Kommunist Partiyasının orqanıdır. Aparıcı ümummilli qəzetlərin hamısı Pekində nəşr olunur ki, onlara misal olaraq, bunları göstərmək olar: "Jenmin jibao" (azərb. "Xalq qəzeti"‎) ÇXR MK-nın orqanıdır. 1948-ci ildən, gündəlik nəşr olunur. Tirajı təqribən 5 milyon nüsxədir. "Qunjen jibao" (azərb. "Fəhlə qəzeti"‎) Ümumçin həmkarlar ittifaqları federasiyasının orqanıdır.
Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələri
Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələri dəmir yolu üstündə hərəkət edən hər hansısa bir nəqliyyat vasitəsidir. Bura adətən lokomotivlər və vaqonlar kimi nəqliyyat vasitələri daxil olurlar. Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrini istehsal edən sənaye sahəsində hərəkət vaqonu termini həm mühərrikli, həm də elektrik enerjisi olmadan hərəkət edən nəqliyyat vasitələri daxil olmaqla dəmir yolunda istifadə edilən bütün növ nəqliyyat vasitələrinə aiddir: məsələn, lokomotivlər, yük və sərnişin vaqonları (və ya vaqonlar) və eyni zamanda da gəlir gətirməyən vaqonlar. Bu nəqliyyat vasitələri mühərriksiz hərəkət edən və ya özüyeriyən, təkvaqonlu və ya çoxvaqonlu halda ola bilir. Dəmir yolu nəqliyyat vasitələrinin bir-biri ilə əlaqələndirilmiş olan seriyası isə qatardır (lokomotivə tətbiq edilən bu termin ümumi yanlış addır).
Çöküntütoplanmada fasilələr
Çöküntütoplanma Çöküntütoplanmanın dövrili­yi kəsilişlərdə eyniadlı və ya yaxın petroqrafik süxur tiplərinin dəfələrlə təkrarıdır. Dövriliyin tipləri və səbəbləri müxtəlifdir. Bunlardan biri sedimentasiyanın mövsümi dəyişkənliyidir, yəni ilin müxtəlif fəsillərində müxtəlif petroqrafik çöküntü tiplərinin çökməsidir. Belə döv­riliyin klassik nümunəsi buzlaqönü göllərin lentvari gilləridir; yay vaxtı buzlağın intensiv əriməsi fonunda daha qaba, payız-qış fəsillərində isə daha incə çöküntülər toplanır. Mövsümi təbəqəlilik humid zonaların şirinsulu göllərində çox tez-tez yaranır və kəsilişdə nazik (mm hissələri və ya bir neçə mm) gah gil və sapropel, yaxud gil və alevrit təbəqələri növbələşir. Mövsümi mikrotəbəqəlilik bəzən dəniz çöküntülərində də müşahidə edilir (müasir Qara dənizin dərinsu və qismən Xəzər dənizinin çöküntüləri). Lakin mövsümi təbəqəlilik, xüsusilə arid tipli, həm dəniz və həm də göl hövzələri (halogenez mərhələsi) üçün səciyyəvidir. Sulfat mərhələsində gilli-karbonatlı təbəqələr karbonatlı-gip­slilərlə növbələşir, belə ki, birincilərin qalınlığı mm hissələri qədər, ikincilərininki isə 1–2 mm olur (Krımda Sak və b. göllər). Halit pilləsində az qalınlıqlı karbonatlı-sulfat təbəqəcikləri (3-5 sm) halit təbəqəcikləri ilə növbələşir (Xəzəryanı çökəkliyin gölləri).
Valent rabitələr nəzəriyyəsi
Valent rabitələr nəzəriyyəsi (VRN) - kompleks birləşmələrin öyrənilməsinə tətbiq edilən ilk kvant mexaniki nəzəriyyədir. Valent rabitələr nəzəriyyəsinin əsası əsrimizin 30-cu illərində Amerika kimya alimi L.Polinq tərəfindən qoyulmuşdur. VRN bütün digər kvant mexaniki nəzəriyyələr kimi dəqiq olmayıb, məsələni müəyyən yaxınlaşmalarla həll edir. Bu nəzəriyyə kimyəvi rabitəni adi hallarda olduğu kimi iki elektronlu rabitə kimi qəbul edir və bunu kompleks birləşmələrə də aid edir. Kompkleks birləşmələrdə kimyəvi rabitə bir qayda olaraq, kompleksəmələgətiricinin müxtəlif yarımsəviyyələrinin (s-, p- və d-yarımsəviyyələrin) iştirakı ilə əmələ gəlir. Buna əsasən bir kompleks birləşmədə hətta eyni növ liqandlar olduğu halda belə kimyəvi rabitələr eyni təbiətə malik olmamalıdır. Məsələn, sferik simmetriyaya malik olan s- elektronun əmələ gətirdiyi rabitə, elektron buludunun sıxlığı tamamilə başqa cür paylanan p-elektronun əmələ gətirdiyi rabitə ilə eyni olmamalıdır. Lakin təcrübədə əldə edilən nəticələr bunun əksini göstərir. Müəyyən edilmişdir ki, liqandlar eyni olduğu halda onların kompleksəmələgətirici ilə əmələ gətirdiyi bütün rabitələr eyni təbiətə malik olur. Yəni rabitələr möhkəmlik dərəcəsinə, valentlik bucağı və uzunluğuna görə bir-birindən fərqlənmir.
Vəsiqələr (qiymətli kağız)
Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi
Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Vasitələrin Tətbiqi Dəstələri (XVTD) — Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qoşun Birləşməsi. 2011-ci ildə yaradılmış, xüsusi təlim keçmiş peşəkar elit dəstələr. Bu dəstələr əsasən ictimai əsayişin qorunması, cinayətkarların zərərsizləşdirilməsi və ölkə daxilində baş verəcək hər hansı bir təhlükənin qarşısını almaq üçün yaradılmışdır. XVTD-nin əməkdaşları əsasən konrakt əsasında xidmət edirlər. Xarici ölkələrdə məsələn: Rusiya Federasiyasında hamıya tanış olan "OMON" dəstələri, qardaş Türkiyə Respublikasında "Jandarma (Türkiyə)"-da öz ölkərində Daxili Qoşunlar kimi fəaliyyət göstərir və vəzifələrin yerinə yetirir. Bu qrumun qulluqçuları xarici ölkələrdə (Amerikada,Türkiyədə,Çində) xüsusi təyin olunmuş təlimlərdə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinə aid hərbi forma geyinirlər və baş geyimləri isə "mavi beret"dir. Bildiyimiz kimi Daxili Qoşunların şəxsi heyəti Qarabağ Müharibəsi zamanı böyük şücaət göstərmişlər, beləki qızğın döyüşlər zamanı Daxili Qoşunlar 1166 nəfər yaralı,268 nəfər itkin və 510 şəhid vermişdir. Daxili Qoşunların XVTD-nin vəzifə borclarından biridə: "Lazım gələrsə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaqdır". Hər bir Xüsusi Təyinatlılar aid şüar kimi onlarında andı vardır:"Üç rəngli bayrağıma,şəhid qanı ilə suvarılan torpağıma, ümumilider Heydər Əliyev Əlirza oğlunun ideya və prinsiplərinə sadiq qalacağıma… AND İÇİRƏM, AND İÇİRƏM, AND İÇİRƏM !!!" Devizləri — Komando ölməz, Vətən bölünməz.
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.