Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəzər sarıbaşı
Xəzər sarıbaşı (lat. Kalidium caspicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. İranda, Qafqazda, Avropada və Orta Asiyada yayılmışdır. Xəzər dənizin Qafqaz sahillərində təsvir edilmişdir. 15-75 sm hündürlüyündə kolcuqdur. Çılpaq, əksər hallarda birillik, ağımtıl zoğlu, çox asan qırılan, oduncaqlaşmış gövdə və budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, çılpaq, zəif inkişaf etmiş, ətli, şirəli və ya kiçik yarpaqaltlığa malikdir. Pulcuqşəkilli çiçəkaltlıqlarının qoltuğunda üç-üç yerləşən çiçəkləri vardır. Meyvələrdə çiçəkyanlığı 4-5 künclüdür. Aprel ayında çiçəkləyir.
Qabtali upazilası
Qabtali upazilası (benq. গাবতলী উপজেলা) — Banqladeşin Rayşahi regionunun Boqra əyalətində yerləşən upaziladır. Qabtali upazilası 1914-cü ildə təsis olunmuşdur və 1983-cü ildə upazilaya çevrilmişdir. Upazila onun inzibati mərkəzi olan Upazila şəhərinin adını daşıyır. Qabtali upazilasının ümumi sahəsi 239,61 kvadrat kilometrə bərabərdir. Upazila Şibqany upazilasından şimalda, Sonatala upazilasından şimalda və şərqdə, Sariakandi upazilasından şərqdə, Dunat upazilasından cənubda, Şayahanpur və Boqra Sadar upazilalalarından qərbdə yerləşmişdir. 2011-ci ildə Banqladeşdə əhalinin siyahıya alınmasına görə Qabtali upazilasının əhalisini 319588 nəfər təşkil edir. Əhalinin 83411 nəfəri kənd təsərrüfatı ilə məşğul olur. Urbanizasiya səviyyəsi 6.7%-ə bərabərdir. Əhalinin 9.8% -ini 5 yaşından aşağı şəxslər təşkil edir.
Əmir Pazivari
Əmir Pazivari — Mazandaranlı şairdir ki ehtimal olunur XVII əsridə yaşayıb və Mazandaran dilində şer yazıbdır. Onun çoxlu şerləri İmam Əli mədhi və həmdi dir.Bu gün, Pazivarinin şerləri bir növ oxuma formasında ki Əmiri mahnısi adlanır Mazandaran xalqı arasında yayılmışdır.Onun şerlərinin çoxu kuplet(dörd misrali) şəklindədir və "Əmir gote(Əmir deyib)" ibarəsi ilə başlanır və çox hallarda şerlər sual-cavab şəklində dir.
Yerin cazibəsi (film)
Yerin cazibəsi (ing. Gravity) — 2013-cü ilin, kameralı texnotriller janrında, rejissor Alfonso Kuaronun filmi; 70-ci Venesiya Kino Festivalının açılışında nümayiş olunmuşdur. Film geniş prokata 2013-cü ilin oktyabr ayında buraxılıb. Rayan Stoun tibbi avadanlıqlar üzrə parlaq mühəndis, Təkrar daşınan kosmik gəmidə onun ilk missiyasını astronavt-veteran Mett Kovalski ilə birgə yerinə yetirməlidir. Mütəmadi açıq kosmosa çıxış bir fəlakətə çevrilir. Kosmik gəminin qıç nahiyyəsində yaranan dağılma nəticəsində Stoun və Kovalski tamamilə yalqız olaraq açıq kosmosun qaranlığında tək qalırlar. Onları birləşdirən yalnız bir trosdur. Qulaqbatıran sükut onu göstərir ki, onlar Yer ilə bütün əlaqələrini itiriblər və onların xilası üçün bütün ümidlər artıq yox dərəcədədir. Panikaya keçən qorxu, oksigenin yaxın zamanda bitəcəyini anlayaraq hava udumu. Xilas edilməyin yeganə çıxış yolu — kosmosun dəhşətli dərinliklərinə üz vurmaqdır.
1907-ci il panikası
1907-ci il həyəcanı — ABŞ-nin bank sektorunda 1907-ci ilin oktyabr ayının ortalarında baş verən maliyyə böhranı. Baş vermiş maliyyə böhranı nəticəsində ABŞ-nin Nyu York birjasında səhmlər ötən ilin zirvə dövrü ilə müqayisədə 50% azalma nümayiş etdirdi. 1907-ci ilin sonunda böhran nəticəsində bir çox bank, maliyyə qurumu və siğorta şirkəti iflas etdi. Maliyyə bazarında iqtisadi durğunluq nəticəsində inamın azalması, tələb və təklifdəki balansın pozulması nəticəsində bazarda dalğalanma yaşandı. Bu dövrdə yaşanan maliyyə böhranının nəticəsində pul və maliyyə axışının daha sistemli şəkildə tənzimlənməsi zərurəti meydana çıxdı. Bununla yanaşı dövrün ABŞ prezidenti Teodor Ruzvelt böhranın yaranmasının səbəblərindən biri olan inhisarçılığa qarşı da mübarizənin aparılması üçün təkliflərin hazırlanmasını təsdiqlədi. Proseslər ABŞ Federal Ehtiyat Sisteminin yaranması ilə başa çatdı.
Yerin cazibəsi (film, 2013)