Ümumdünya cazibə qanunu
Ümumdünya cazibə qanunu — məşhur ingilis fiziki İsaak Nyutonun təklif etdiyi qanuna görə aralarındakı məsafə
R
{\displaystyle R}
, kütlələri
m
1
{\displaystyle m_{1}}
və
m
2
{\displaystyle m_{2}}
olan iki maddi nöqtə bir- birini kütlələrinin hasili ilə düz,aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edir:
F
=
G
⋅
m
1
⋅
m
2
R
2
{\displaystyle F=G\cdot {m_{1}\cdot m_{2} \over R^{2}}}
Qravitasiya sabiti – kütlələri 1 kq, aralarındakı məsafə 1 metr olan iki bircins kürə arasındakı cazibə qüvvəsinə bərabər olan sabitdir, G=
6,673
⋅
10
−
11
{\displaystyle 6{,}673\cdot 10^{-11}}
м³/(кq·san²).
Qravitasiya sahəsinin əsas xassəsi budur:
-Qravitasiya sahəsini mənbəyi kütlədir:böyük kütləli cisimlərin qravitasiya sahəsi kiçik kütləli cisimlərin qravitasiya sahəsinden daha böyükdür.Bilirik ki bütün cisimlər yer tərəfindən cazibə olunur.Həm də Günəş bütün planetləri həmçinin də Yeri cəzb edir.Buna səbəb Günəşin kütləsinin planetlərin kütləsinin hamısından böyük olmasıdır.Ümumdünya cazibə qanunu belə ifadə olunur:
Cazibə qüvvəsi cisimlərin kütlələri ilə düz,arasındakı məsafənin kvadratı ilə tərs asılıdır.
Nyuton nəzəriyyəsinə görə hər konkret kütlə özünə cəzbetmə sahəsi yaradır, bu sahə qravitasiya sahəsi adlanır. Bu sahənin potensialı var və
M
{\displaystyle M}
kütləli maddi nöqtə üçün qravitasiya potensialının funksiyası belə hesablanır:
φ
(
r
)
=
−
G
M
r
{\displaystyle \varphi (r)=-G{\frac {M}{r}}}
Ümumi halda ρ maddəsinin sıxlığı qaydasız yarananda, φ Puasson tənliуinə uyğun gəlir :
Δ
φ
=
−
4
π
G
ρ
,
{\displaystyle \Delta \varphi =-4\pi G\rho ,}
Tənliyin həlli belə götürülür:
φ
=
−
G
∫
ρ
d
V
r
+
C
,
{\displaystyle \varphi =-G\int {\frac {\rho dV}{r}}+C,}
r — dV həcminin elementi ilə φ potensialı hesablanan nöqtə arasındakıməsafədir. С — təxmini görtürülən məlum rəqəmdir.
m
{\displaystyle m}
kütləli maddi nöqtənin qravirasiya sahəsinə təsir edən cəzbetmə qüvvəsinin hesablama tənliyi:
F
(
r
)
=
−
m
∇
φ
(
r
)
{\displaystyle F(r)=-m\nabla \varphi (r)}
Kürəvi simmetrik həcm həcmin mərkəzində yerləşən maddi nöqtə qədər cəzbetmə yaradır.
Böyük kütləli həcm tərəfindən yaradılan qravitasiya sahəsindəki maddi nöqtənin trayektoriyası Kepler qanunu ilə hesablanır.
Ümüdünya cazibə qanunu ideyası Nyutona qədər də bir sıra görkəmli alimlər tərəfindən irəli sürülmüşdü. Bu barədə Epikür, Pyer Qassendi, İohan Kepler, Borelli, Rene Dekart, Roberval, Xristian Hüygens və başqaları öz fikirlərini bildirmişdilər. Kepler hesab edirdi ki, cazibə Günəşə qədər olan məsafəyə əks proporseonaldır; Dekart bildirirdi ki, cazibə fəzada olan küləklərin nəticəsidir.