Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
One Percent
One Percent — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı.
Tomas Sercent
Tomas Sercent (ing. Thomas John Sargent; 19 iyul 1943[…], Pasadena, Kaliforniya) — amerikalı iqtisadçı. 2011-ci ildə Xristofor Simslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Tomas Sercent 1943-cü ildə Kaliforniyada doğulmuşdur və təhsilini də bu ştatda, Kaliforniya Universitetində almışdır. 1964-cü ildə universitetdəki uğurlu nəticələrindən dolayı universitetin Şərəf medalına layiq görülmüşdür. Aspirantura təhsilini 1968-ci ildə Harvard Universitetində almışdır. 1967-ci ildə Karnegi Texnologiya İnstitutunda (ing. Carnegie Institute of Technology) araşdırmaçı olaraq çalışmağa başlamışdır. Daha sonra 1970–1971-ci illərdə Pensilvaniya Universitetində, 1971–1987-ci illərdə Minnesota Universitetində, 1991–1996-cı illərdə Çikaqo Universitetində, 1991–1998-ci illərdə Stanford Universitetində çalışmışdır. 2002-ci ildən bu yana Nyu York Universitetində professor olaraq çalışmağa davam edir.
Meri Perent
Meri Perent (1968, ABŞ) — Amerikalı prodüser.
Parsent
Parsent (isp. Parcent) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 11,8 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1085 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 85 km uzaqlıqda yerləşir.
Serpent
Serpent (fr. - ilan) qədim nəfəsli musiqi aləti , bir neçə müasir nəfəsli alətlərin əcdadı. XVI əsrdən məlumdur. Öz adını ilanvari qıvrılmış formasına görə alıb. Serpent müxtəlif materiallardan hazırlanırdı, məsələn : Ağac , mis, sink və ya Gümüş. Bəzən Fil sümüyündən və ya digər heyvanların sümüyündən hazırlanan dərin piyaləli Mundştuku var ki , müasir mis nəfəsli alətlərin mundştukuna çox bənzəyir. Alətin korpusunda əvvəllər 6 dəlik olurdu. Sonrakı modellərdə artıq bir neçə klapan da yerləşdirilirdi. Kilsə musiqisində , xüsusən də , kilsə xorunun "bas" səslərini müşayiət etmək üçün istifadə olunurdu.
Tencent
Tencent −1998-ci ildə Şençjen şəhərində qurulan bir Çin investisiya və texnologiya holdinqidir. Tencent dünyanın ən böyük investisiya və vençur şirkətlərindən biridir. Şirkət müxtəlif İnternet xidmətləri göstərmək üzrə ixtisaslaşıb. Şirkət Kayman Adalarında qeydiyyatdan keçib. "Tencent"in fəaıliyyət dairəsinə sosial media, musiqi və veb portalları, elektron ticarət, ödəmə sistemləri, mobil və onlayn oyunlar, bulud məlumat bazaları daxildir. Məsələn Çində ən çox istifadə olunan mesajlaşma xidməti olan "Tencent QQ" "və mətn və səsli mesajların göndərilməsi üçün mobil tətbiq olan WeChat "Tencent"ə məxsusdur. Həmçinin istifadəçi sayına görə dünyada Facebook və YouTubedən sonra üçüncü olan "Qzone"də "Tencent"ə məxsusdur. 2018-ci ildə şirkət 500 milyard dollarlıq kapitallaşmanı aşaraq bu göstəricini keçən ilk Asiya texnoloji şirkəti oldur. Şirkət 1998-ci ilin noyabrında Ma Huateng və ortaqları Zhang Zhidong, Xu Chengye, Chen Yidan və Zeng Liqing tərəfindən "Tencent Inc" adı altında yaradılır. Şirkətin ilk məhsulu, 1999-cu ilin fevralında təqdim etdiyi və Çin dilində olan OICQ (Open ICQ) mesajlaşma proqramı olur.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Perfect Life
Perfect Life (azərb. Əla həyat‎) — Almaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Levina "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Lindsi Rey, Lindi Robbins və Deyv Basselt tərəfindən bəstələnmişdir.
Tencent QQ
Tencent QQ (Qısaca QQ) (Çin: 腾讯QQ) — Çin texnologiya şirkəti Tencent tərəfindən hazırlanmış ani mesajlaşma proqramı xidməti, həmçinin veb portalıdır. QQ onlayn sosial oyunlar, musiqi, alış-veriş, mikrobloqlar, filmlər, qrup və səsli söhbət proqramlarını təmin edən xidmətlər təklif edir. 2023-cü ilin mart ayına 597 milyon aylıq aktiv QQ hesabı var idi.
Xərçəng
Xərçənglər (lat. Astacidea) — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
A Perfect Circle
A Perfect Circle (APC) gitarist Bili Hoverdel və Meynerd Ceyms Kinen tərəfindən qurulmuş alternativ rok qrupu. Bili Hoverdel Nine Inch Nails, The Smashing Pumpkins, Tool kimi musiqi qruplarında gitarist olmuşdur. Öz mahnılarını Tool qrupunun vokalisti Meynerd Ceyms Kinenə dinlədərkən Kinendən vokalisti olacağı bir qrup qurmaq təklifini almışdır. Hoverdel əvvəlcə qadın vokalist fikirləşdiyi üçün qərarsız qalmışdır, lakin sonralar təkliflə razılaşaraq 1999-cu ildə "A Perfect Circle" qrupunu qurmuşdur. Tooldakı xarakterindən ayrılmaq istəyən Kinen "APC"-nın bütün kliplərində foto çəkilişlərində canlı çıxışlarada əvvəllər keçəl olan başına parik taxmışdır.
Con Sinqer Sarcent
Con Singer Sarcent
Con Sinqer Sarcent (12 yanvar 1856, Florensiya - 14 aprel 1925, London) — VIII Edvard dövründə Böyük Britaniyanın varlılarını və ziyalarını təsvir etdiyi portretləri ilə tanınan amerikalı rəssam. İncəsənət həyatında 900-dan çox yağlıboya əsəri, 2000-dən çox sulu boya əsəri və minlərlərlə eskiz yaratmışdır. Əsərlərinin içində Venesiya, Tirol, Korfu, Mayns, Florida kimi səyahət etdiyi şəhərlərin peyzajları da var. Sarcentin ailəsi amerikalı idi. Buna baxmayaraq həyatının böyük bir hissəsini Avropada keçirmişdir. İncəsənət təhsilini tamamaladıqdan sonra Londonda yaşamışdır. Londonda portret çəkmək bacarığı ilə məşhurlaşmış və bu şöhrətini vəfat edənədək qorumuşdur. Rəssam həyatında bir çox mübahisə ilə qarşılaşmışdır. Məsələn, hələ karyerasının ilk illərində "Madam X-in portreti" adlı əsərini portretçi kimi məşhurlaşmaq üçün yaratmışdı. Amma bu rəsm əsəri 1884-cü ildə açılan Paris Salonunda sərgilənərkən böyük tənqidlərə məruz qalmışdır.
Pərənd
Pərənd (fars. پرند‎) — İranın Tehran ostanınında yeni şəhər. Rubatkərim şəhərinin 10 km qərbində və Tehranın 35 km cənub qərbində yerləşir.
Jan Batist Perren
Jan Batist Perren (fr. Jean Baptiste Perrin; 30 sentyabr 1870[…], Lill, Nor, Fransa – 17 aprel 1942[…], Nyu-York, ABŞ[…]) – "Maddənin dəvamsız strukturuna dair tədqiqatlarına və xüsusi olaraq da sedimentasiya balansını kəşf etdiyinə görə" 1926-cı ildə Fizika üzrə Nobel mükafatını qazanmış fransız fizik. == Həyatı == Jan batist Perren 1870-ci ildə Fransanın Lil şəhərində anadan olub. Paris Ali Normal Məktəbini bitirib. 1894-97-ci illərdə katot şüaları və rentgen şüaları üzərində tədqiqatına başladığı dövrdə həmin məktəbdə assistant vəzifəsində fəaliyyət göstərib. 1897-ci ildə elmlər doktoru (fr.docteur ès sciences) dərəcəsini qazanıb. Həmin il Parisin Sorbonna universitetində fiziki kimya fənni üzrə mühazirəçi vəzifəsinə təyin edilib. 1910-cu ildə bu universitetin professoru olub və II Dünya müharibəsi dövründə Almaniyanın Fransanı işğal etməsinə qədər bu vəzifəni icra edib. 1942-ci ilin 17 aprel tarixində Nyu-York şəhərində vəfat edib və 1948-ci ildə Paris şəhərində, Panteonda, dəfn edilib. == Tədqiqatları == 1895-ci ildə Perren katod şüalarının təbiətdə mənfi elektrik yüklü olduğunu göstərdi.
Kolorektal xərçəng
Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma. İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir. Kolorektal xərçəngin bütün hallarında – hətta gecikmiş mərhələsində, üzə çıxma nisbəti 70%-dən çox deyi. Gec diaqnoz səbəbli bu xəstəlikdən ölüm nisbəti olduqca yüksəkdir və xəstəliyin geç aşkar edilməsindən sonra 1 il üçün 40 % nisbətindədir. Kolorektal xərçəngin ən çox metastaz etdiyi orqan isə qaraciyərdir. Çünki bağırsaqlardan vena qan damarları ilə qanın dövriyyəsi, qaraciyərin Qapı venası sistemindən keçməklə baş verir. Bəzi mütəxəssislər hesab edirlər ki, kolorektal xərçəng səbəbindən qaraciyərdə metastazın ola bilməsi ehtimalı 50 %-ə yaxın nisbətdədir (Curtiss, 1995). Viganonun qənaətinə görə, qaraciyərində kolorektal xərçəng metastazı olan pasientlərin spesifik müalicə tətbiq edilmədən beş il yaşaya bilmə ehtimalı 2 %-dən çox deyil; bu xəstələrin müalicəsiz yaşaya bilmə ehtimalı orta hesabla 6,6–10 ay arasında dəyişir Kolorektal xərçəngin metastazı nəticəsində zədələnmiş qaraciyər hissəsinin kəsilib götürülməsindən sonra ölüm nisbəti hal-hazırda 6 %- dən də azdır; daha ixtisaslaşmış klinikalarda isə bu nisbət hətta 3 %-dən də aşağıdır.
Merçant Siti
Merçant Siti (ing. Merchant City) — Qlazqo şəhərinin rayonu.
Xərçəng (astronomiya)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Xərçəng (bürc)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Xərçəng (xəstəlik)
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Xərçəng dumanlığı
Xərçəng dumanlığı (NGC 1952) — Messier cisimlərindən biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir. Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Xərçəng (dəqiqləşdirmə)
Xərçənglər — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi. Xərçəngkimilər — buğumayaqlılar tipinə aid yarımtip. Xərçəng xəstəliyi — Bədxassəli şişlərlə əlaqəli xəstəlik. Xərçəng (astrologiya) — Ulduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Xərçəng (astronomiya) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Follikulyar xərçəng
Follikulyar xərçəng — papilyar xərçəng kimi follikulun divarlarını mənfəzdən örtən A-hüceyrələrdən inkişaf edir. Papilyar xərçəngə nisbətən bu forma az rast gəlinir (10%). Folikulyar xərçəng də yüksək differensasiyalı şişlərə aiddir.
Hepatosellular xərçəng
Hepatosellular xərçəng (HSX) — hepatositlərdən inkişaf edən, qaraciyərin ən çox rast gələn birincili bəd xassəli şişi olub, birincili xərçəngin 80%-ni təşkil edir. Sənaye ölkələrində bütün şişlər arasında 0,2–0,8%, bitki qidaları çox istifadə edilən ölkələrdə isə, 5,5–20% hallarda rast gəlir. Ən çox 60–70 yaşlarında və kişilərdə (qadınlardan 2,5 dəfə çox) rast gəlir. Yüksək riskli ölkələrdə isə, daha çox 30–40 yaşlarında müşahidə edilir.
Medulyar xərçəng
Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.
Papilyar xərçəng
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
Xərçəng (astrologiya)
Xərçəng (♋︎) (lat. Cancer) — Zodiakın dördüncü bürcü. Ekliptik sektora 90°-dən 120°-ə qədər müvafiq gəlir. Xərçəng bürcü Ay tərəfindən idarə olunur, burada Yupiter ucalır, Saturn uzaqlaşır və Mars zəifləyir. Tropik zodiak altında Günəş təxminən 22 iyun və 22 iyul arasında bu ərazidən keçir. Xərçəngin əks əlaməti Oğlaqdır. Buğa bürcü ilə müvafiq gəlir. "Xərçəng" hind-Avropa mənşəli qədim sözdür, "cızmaq" mənasını verən kökdən götürülmüşdür. Qədim Misirdə Xərçəng əlaməti Scarab böcəyi, Mesopotamiyada isə tısbağa hesab olunurdu. Hər bir halda, işarənin heyvan nümayəndəsi günəşi göylərdə "itələyərək" yay gündönümünü başlatan kimi qəbul edilirdi.
İki xərçəng
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Xərçəng (film)
Xərçəng (ing. The Lobster) — 2015-ci ildə ekranlara çıxan absurd film. Distopik bir dünyada subay insanlar otelə göndərilir, orada onlara partnyor tapmaları üçün 45 gün vaxt verilir, uğursuz olsalar onda heyvana döndərilərək meşəyə göndəriləcəklər. Kolin Farrel Reyçel Vays Lea Seydu The Lobster — Internet Movie Database saytında.